Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-367/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-367/2025 (Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1104/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vək il) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Zaqatala Rayon Məhkəməsinin 2(033)-90/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə, 2005-ci il istehsalı olan **-DR-*** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində İddiaçı 1/2 hissəsinə mülkiyyət hüququ tanınmışdır.
2. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1006/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 530/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə payların miqdarı dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci insta nsiya məhkəməsində icraat:
3. İddiaçı X3 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, **-DR-*** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyərinin müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, **-DR-*** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ikidə bir hissədə pay ının müəyyən edilməsi barədə iddia qaldırdığı zaman və məhkəmə baxışı zamanı həmin avtomobil saz vəziyyətdə olmaqla cavabdeh tərəfindən mütəmadi istismar olunmuşdur. Bu fakt məhkəmənin müvəqqəti təminat tədbiri kimi avtomobilin üzərinə həbs qoyulması barədə qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən də məlumdur. Məhkəmə qərarı ilə həmin avtomobilin üzərində ikidə bir hissədə payı müəyyən olunandan sonra cavabdeh tərəfindən həmin avtomobil yararsız vəziyyətə salınmış, ehtiyat hissələri üzərindən sökülərək istismardan çıxarılmışdır. Avtomobili qəsdən yararsız hala salaraq onun satışından əldə olunacaq vəsaitdən ona çatası məbləği azaltmaq və ya istisna etmək məqsədi güdmüşdür. Həmin avtomobil hazırda cavabdehin sahibliyindədir və istismar olunmayacaq vəziyyətdədir. M übahisəli avtomobilin orta bazar dəyəri iddia verilən tarixdə 16.000 manat idi. Hazırda həmin markalı avtomobilin dəyəri avtomobil satışı saytı olan turbo.az internet saytında (https://turbo.az/autos/7716023-subaru-b9-tribeca) 14.600 manat qeyd olunmuşdur. Cavabdeh tərəfindən istismara yararsız hala salınmış və bunun nəticəsində dəyəri kəskin azalmış avtomobilin hərrac yolu ilə satılması və satış məbləğinin bərabər bölünməsi onun mülkiyyət hüququnun pozulması ilə nəticələnəcək. Bunun baş verməməsi üçün ya istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı onun xeyrinə cavabdehdən tutulmalı, ya da avtomobilin hərracda satılmasından əldə olunan vəsaitdən istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyərinin yarısı hə cmində vəsait ona verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-90/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra cavabdehə avtomobili sataraq dəyərinin aralarında bölünməsini təklif etmiş, lakin cavabdeh buna razılaşmamış, avtomobildən heç bir pay ala bilməyəcəyini bildirmişdir. Məcbur qalaraq o, da məhkəməyə müraciət etməli olmuşdur.
5. Zaqatala Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/374-8/241 saylı rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “Subaru Tribeca” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil baxış təqdim olunduğu vəziyyətdə istismara yararlıdır. 2005-ci il buraxılı şlı, “Subaru Tribeca” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti təxminən 12.000,00 manat müəyyən olunur.
6. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödəniləcək 2.100 manat pul sonuncudan alınaraq ona verilmədiyindən Zaqatala rayonu İcra və Probasiya Şöbəsi tərəfindən mübahisələndirlən avtomobil hərraca çıxarılmışdır. Həmin avtomaşın iki dəfə hərraca çıxarıla bilməz. Cavabdeh həmin avtomobili yarasız vəziyyətə salmışdır və hazırda avtomobil sürülmür. Lakin əvvəlki məhkəmələrdə o, avtomaşını mübahisələndirərkən avtomobil tam saz vəziyyətdə olmuş və cavabdeh bilərəkdən həmin avtomobili yararsız vəziyyətə salmışdır ki, ona heç bir şey düşməsin. Avtomobil bankın əmlakı de yil ki, hərraca çıxarılsın və dəyər-dəyməzə satılsın. Qeydiyyat şəhadətnaməsi kimin adınadırsa avtomobil cavabdehdə qalmalıdır və yarı dəyəri ona ödənilməlidir. Cavabdehin həmin avtomobilə ehtiyacı yoxdur və artıq yeni avtomobil almışdır. Ekspert rəyində qeyd edilmiş avtomobilin dəyəri ilə razıdır. Təkrar olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur.
7. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və göstərmişdir ki, mübahisələndirilən avtomobilin hərraca çıxarılaraq satılmasını istəyir. Avtomobil saz vəziyyətdədir və idarə etməyə yararlıdır. Avtomobil 2005-ci ilin istehsalıdır. İddiaçı internet səhifəsindən həmin markada olan avtomobilin ən baha qiymətdə olan dəyəri göstərilən foto şəklini məhkəməyə təqdim etmişdir. Həmin avtomobili 2013-cü ildə ölkəyə gətirtmiş və 7 il 1 ayın avtomobili olmuşdur. Həmin vaxtı avtomobili 14.800 manata almışdır. Aradan 11 il keçməsinə baxmayaraq ekspert həmin avtomobili 12.000 manat dəyərləndirmişdir. Avtomobilin yarı dəyəri kompensasiya şəklində iddiaçıya ödənilməsi tələb olunur. Lakin ilk öncə avtomobil hərraca çıxarılmalıdır və avtomobilin hərracda hansı qiymətə satılacağı məlum deyil. Avtomobil benzin ilə çalışdığından və uzun müddət idarə olunduğundan satışı çox çətindir. Hazırkı dəyəri ucuz olmalıdır. Ekspert rəyi ilə razı deyildir. Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(033)-102/2024 nömrəli, xx.xx.2024-cü il tar ixli qətnaməsi ilə, (hakim Vüqar Məmmədov) iddianın təmin edilməsi, “Subaru Tribeca” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara tam yararlı vəziyyətdə olan real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6.000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddia tələbinin mübahisəli avtomobilin iddiaçının və cavabdehin payına uyğun olaraq naturada bölgüsü hissəsində rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, 6.000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hazırkı qətnamənin icra edilm əsi, 2005-ci il istehsalı olan “Subaru Tribeca” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin ayrıca mülkiyyətinə qeydə alınması üçün əsas olması qət edilmişdir.
9. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, “Subaru Tribeca” markalı, **-DR*** dövlət qeydiyyat nişanlı avtomobil hər birinin payı 1/2 hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir. İddiaçı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölünməsini, bu mümkün olmadıqda avtomobilin istismara tam yararlı vəziyyətdə real bazar dəyərinin müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli avtomobildən iddiaçının payının naturada ayrılması mümkün deyil.
11. Məhkəmə rəyi vermiş ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşmış və mübahisəli avtomobilin baxışa təqdim olunduğu vaxt istismara yararlı və orta bazar qiymətinin 12.000 manat olduğunu işin hallarına uyğun saymışdır.
12. Məhkəmə onu qeyd etməyi zəruri hesab etmişdir ki, payın naturada ayrılmasına yol verilməməsi və ya bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmaması halında, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olduğundan, iddiaçı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqla rının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.2, 222.1, 215.2, 220.3, 220.4, 220.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhəkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hazırlıq iclasında izahat verərkən məhkəmənin diqqətinə çatdırmışdır ki, birgə nikah dövründə əldə olunmuş və iddiaçı ilə ümumi paylı mülkiyyətlərində olan mübah isə predmeti olan həmin avtomobil saz vəziyyətdədir və idarə etməyə yararlıdır. Avtomobil 2005-ci ilin istehsalıdır. İddiaçı internet səhifəsindən həmin markada olan avtomobilin ən baha qiymətdə olan dəyəri göstərilən foto şəklini məhkəməyə təqdim etmişdir. Həmin avtomobili 2013-cü ildə ölkəyə gətizdirmiş və 7 il 1 ayın avtomobili olmuşdur. Həmin vaxtı avtomobili 14.800 manata almışdır. Aradan 11 il keçməsinə baxmayaraq ekspert həmin avtomobili 12.000 manat dəyərləndirmişdir. Həmin avtomobilin yarı dəyərinin kompensasiya şəklində iddiaçıya ödənilməsi tələb olunur. Lakin ilk öncə ümumi paylı mülkiyyətdə olan həmin avtomobil hərraca çıxarılmalı və hərrac yolu ilə satılmalı və satış pulu aralarında paylarına (1/2) mütənasib surətdə bölüşdürülməlidir. Halbuki, məhkəmə ümumi paylı mülkiyyətləri ndə olan daşınar əşya sayılan avtomobili açıq hərracdan satılmasına və satışdan əldə edilən pulun paylarına mütənasib olaraq bərabər bölünməsinə qərar vermək əvəzinə əsassız və qanunsuz olaraq ondan avtomobilin real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6.000 manat pulun alınaraq cavabdehə verilməsinə qərar vermişdir. Beləliklə məhkəmə bu qətnamə ilə Ailə Məcəlləsinin 37.1-ci və Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin tələblərini pozmuşdur. Mülki Məcəllənin qeyd etdiyi maddələrinin tələbindən də görünür ki, ümumi paylı mülkiyyətdə olan əmlak üzərində hüquqlara xitam növündə tərəflər razılığa gələ bilmədikdə həmin əmlak fiziki bölünür, bu mümkün olmadıqda isə açıq hərracdan satılması yolu ilə ümumi paylı mülkiyyət hüquqlarına xitam verilir. Eyni zamanda, onun məhkə mə hazırlıq iclasında verdiyi ifadəsindən də görünür ki, o, mübahisə predmeti olan avtomobilin dəyərləndirilməsinə dair ekspert rəyindən narazıdır və avtomobilin dəyərinin yarısının əvəz edilməsi yolu ilə avtomobil üzərində iddiaçının ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə razı deyildir. Buna baxmayaraq, məhkəmə qanunvericiliyin tələblərini pozaraq iddiaçı ilə paylı mülkiyyətlərində olan avtomobilin dəyərinin yarısının ondan alınaraq iddiaçıya kompensasiya (əvəz) verilməsinə qət etmişdir. Bununla da, birinci instansiya məhkəməsi onun mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Avtomobil benzin ilə çalışdığından və uzun müddət idarə olundu ğundan satışı çox çətindir. Hazırkı dəyəri ucuz olmalıdır. Ekspert rəyi ilə razı deyildir. Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Halbuki, məhkəmə işə mahiyyəti üzrə baxılmasının başa çatdığını bildirərək təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Beləliklə məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmadan, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatətinə münasibət bildirmədən, vəsatətini təmin etmədən, eyni zamanda yazılı vəsatət verilməsi üçün vaxt vermədən işi məhkəmə baxışına vermiş və bununla da mülki prosessual pozuntuya yol vermişdir. Hansı ki, Mülki Prosessual Məcəllənin 212-ci maddəsində qeyd edilir ki, məhkəmə çıxışları zamanı və bundan sonra, məhkəmə iş üçün əhəmiyyətl i olan yeni halların aydınlaşdırılmasını və ya yeni sübutları yenidən tədqiq etməyi zəruri hesab edərsə, o, işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarır, həmin qərardad protokola yazılır. Lakin birinci istansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları, yəni iddia tələbi üzrə mübahisə predmeti olan avtomobilin real bazar qiymətinin təkrar qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin etmədən və real bazar qiymətini müəyyən etmədən qətnamə qəbul etmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-1104/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Əyyub Kərimov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin mübahisəli əmlakın açıq hərracdan satılmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü ma ddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatətinə münasibət bildirilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan birinci instansiya məhkəməsinin 06 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına dair iclas protokolundan görünür ki, məhkəmə iclasında cavabdehin şifahi vəsatəti müzakirə edilmiş və vəsatətin təmin edilməməsi qərara alınmışdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilin hazırkı dəyərinin ucuz olmasına, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 9 7.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. Hazırkı halda isə iş materialından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 13 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, 9/374-8/241 nömrəli, 26 aprel 2024-cü il tarixli rəyi alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/374-8/241 nömrəli, 26 aprel 2024-cü il ta rixli rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir.
21. Məhkəmə kollegiyası eyni zamanda izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın aparılmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, prosessual hüquq normalarının pozuntusu halına yol verilməmişdir.
23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 213.2, 222.1, 215.2, 220.3, 221.5-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 36.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyinə və Mülki-Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 217, 218.1, 372, 384 və 402.1ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar şəkildə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
28. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
29. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
32. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
33. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
34. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaş mada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
36. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
37. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, hab elə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
38. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
39. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 0 2/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadı.
40. Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır.
41. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun o laraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar.
42. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc-adan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlid ir.
49. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
60. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı və cavabdeh ər-arvad olmuş, birgə nikahda olduqları dövrdə 2005-ci il istehsalı olan **-DR-*** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil əldə etmişlər, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən tərəflərin hər birinin avtomobil üzərində payları 1/2 hissədə müəyyən edilmişdir. Hazırda avtomobil cavabdehin istifadəsindədir. Lakin iddiaçı mübahisəli avtomobildən istifadə edə bilmir.
61. İddiaçı iddia tələbində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə etdikləri avtomobilə 1/2 hissədə payları müəyyən edilməsinə baxmayaraq hazırda avtomobildən istifadə edə bilmədiyini, hazırda avtomobilin cavabdeh tərəfindən yararsız hala salınmasını qeyd edərək, mübahisəli avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyərinin müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
62. Cavabdeh iddia tələbinə qarşı etirazında - avtomobilin 2005-ci il istehsalı olduğunu, hazırda saz vəziyyətdə olmasını və idarə etməyə yararlı olduğunu, avtomobil benzin ilə çalışdığından və uzun müddət idarə olunduğundan satışının çox çətin olmasını, hazırkı dəyərinin ekspert rəyində göstəriləndən ucuz olmasını, avtomobilin hərraca çıxarılaraq satılmasını istədiyini qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
63. Birinci instansiya məhkəməsi tərəflərin ümumi birgə mülkiyyətində olan mübahisəli avtomobildən iddiaçının payının naturada ayrılmasının mümkün olmadığını, ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin ekspert rəyi ilə razılaşmasını və mübahisəli avtomobilin baxışa təqdim olunduğu vaxt istismara yararlı və orta bazar qiymətinin 12.000 manat olduğunu işin hallarına uyğun saymasını, payın naturada ayrılmasına yol verilməməsi və ya bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmaması halında, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olduğunu, iddiaçının hazırkı tələblə müraciət etməkdə haqlı olmasını qeyd edərək, iddianı təmin etmiş, “Subaru Tribeca” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara tam yararlı vəziyyətdə olan real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6.000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmiş, qətnamədə iddianı təmin etdiyini göstərsə də, iddia tələbinin mübahisəli avtomobilin iddiaçının və cavabdehin payına uyğun olaraq naturada bölgüsü hissəsində rədd edilməsi barədə nəticəyə gəlmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 220-ci maddəsi ilə əsaslandırmışdır.
64. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, iddia tələbi təmin edilərkən birinci instansiya məhkəməsi tərəfin dən Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilmişdir. Buna görə də, avtomobilin bazar dəyərinin yarısı məbləğində pul kompensasiyasının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi həmçinin avtomobilin bazar dəyərini müəyyən etmiş ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmadığını, cavabdehin avtomobilin dəyərinin daha ucuz olması ilə bağlı sübutlar təqdim etmədiyini göstərmişdir.
65. Kassasiya instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində əks olunan hüquqi məsələləri nəzərdən keçirərək, avtomobilin bazar dəyərinin yarısı məbləğində pul kompensasiyasının cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsin in gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqi ilə bağlı qətnaməsində gəldiyi qənaət, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixdə qəbul etdiyi qərardada nəzərdə tutulmuş hüquqi mövqeyə uyğun deyildir.
66. Belə ki, adı çəkilən həmin qərardadda müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mü lkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir.
67. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə paylı əmlakın iki mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.
68. Mülki Məcəllənin 221-ci maddəsində isə onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəfl ərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə həmin qərardadda göstərilən qaydada həll olunmalıdır.
69. Azərbaycan Respublikası MPM-nin 418-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibl əri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.
70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödəniləcək 2.100 manat pul sonuncudan alınaraq ona verilmədiyindən Zaqatala rayonu İcra və Probasiya Şöbəsi tərəfindən mübahisələndirlən avtomobilin hərraca çıxarılmasını qeyd etsə də, məhkəmələr həmin halı işin hallarına uyğun araşdırmamışlar.
71. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün z əruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
72. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
73. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106, 217.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, hazırkı Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1104/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.