Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3671/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: darvazanın sökülməsi, qanunsuz hərəkətlərə son qoyulması, maneənin aradan qaldırılması, hüquqdan sui-istifadə, zəruri keçid) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması, maneənin aradan qaldırılması t ələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə qonşuluqda yaşayan Cavabdeh qardaşdırlar.
2. DƏDRX-in ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 168.7 kv. metr olan fərdi yaşayış evi və 0.0371 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir.
3. JN-1221A, KOD 90801004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998- ci il tarixli, 05 saylı qərarı ilə Saatlı şəhərində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri İddiaçı2 Mirqəni qızının, İddiaçı3 və X1 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızı Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən cavabdehə məxsus darvazanın götürülməsi və həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkmələrinə qanunsuz müdaxilənin dayandırılması, yəni qanunsuz hərəkətlər etməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar ünvan 3 ünvanında yaşayırlar. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı q ərarına əsasən ünvan 2 ünvanında onların mülkiyyətinə 0,04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışı da var. Onlarla qonşuluqda yaşayan İddiaçı1 qardaşı Cavabdeh dəmir darvazasının bir hissəsi iddiaçıların həyətyanı torpaq sahəsində yerləşir. İddiaçı həyətyanı torpaq sahəsinin kənarına mişar daşından çəpər çəkmək istəyir. Lakin cavabdehin darvazasının bir hissəsi iddiaçıların həyətyanı sahəsinə, bir hissəsi isə cavabdehin həyətyanı sahəsinə düşdüyü üçün iddiaçı çəpəri çəkməkdə çətinlik çəkir. Bu barədə dəfələrlə cavabdehə bildirilsə də, cavabdeh nəinki darvazasını iddiaçıların həyətyanı sahəsindən götürmür, əksinə həyətinin kənarı ilə əkdiyi ağac və gülləri də çıxararaq tullayır və bildirir ki, nə olursa olsun, çəpəri çəkməyə imkan verməyəcəkdir.
6. Saatlı rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 30 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsinin 14 avqust 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsində olan dəmir darvaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyes tri tərəfindən verilmiş 29 may 2013-cü il tarixli, seriya RX ******* saylı çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsində yerləşir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Sözügedən dəmir darvaza iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin, Cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpaq sahəsindən istifadə edir və sxematik planda əks olunmuşdur. Mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının məbləği 93,56 manat təşkil edir.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi rəyi belə olmuşdur ki, cavabdehin istifadəsində olan darvaza DƏDRX-dən verilmiş 29 may 2013-cü il tarixli, seriya MH ******* saylı çıxarış əsasında iddiaçıların mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsində yerləşir və sözügedən dəmir darvaza iddiaçıların mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpağından istifadə edir.
9. Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçıların mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən həyətyanı tor paq sahəsindən Cavabdeh məxsus dəmir darvazanın götürülməsi, iddiaçıların həmin həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkməsinə cavabdehin qanunsuz müdaxiləsinin dayandırılması və gələcəkdə də belə hərəkətlərin (maneələrin) iddiaçılara qarşı təkrar törədilməsinin cavabdehə qadağan olunması, Cavabdeh mütəxəssis rəyinin verilməsinə dair çəkilən 93,56 manat xərcin alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına və iş üzrə keçirilmiş ekspertizaya görə 50 manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim İxtiyar Abuşov)
10. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən 29 may 2013cü il tarixli, seriya RX0164127 saylı çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Həmin torpaq sahəsində cavabdehin darvazasının yerləşməsi həm tərəflərin izahatlarında, həm də işdə olan mütəxəssis və ekspert rəylərində öz təsdiqini tapmışdır. Məhkəmə çıxarışı işin mübahisəsiz halı kimi, mütəxəssis və ekspert rəylərini isə mötəbər sübut kimi qəbul etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), 29-cu maddələri; Mülki Məcəllənin 152.1, 157.4-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il ta rixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan darvaza hələ 1969-cu ildən ailələrinin ümumi istifadə etdiyi darvazadır. Həmin darvaza olan hissəyə isə iddiaçılara Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 18 may 1998-ci il tarixində şəhadətnamə verilmişdir. İkincisi, həmin darvazanın söküləcəyi təqdirdə, cavabdehin evinə gediş-gəliş yolu qalmır. Üçüncüsü, birinci instansiya məhkəməsi yerli baxış keçirmədən hazırkı qətnaməni qəbul etmişdir ki, həmin yerə baxış keçirsəydi, belə bir ədalətsiz qətnamə qəbul etməzdi. Dördüncüsü, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspertiza təyin etmiş, lakin təyin olunmuş ekspertiza üzrə ekspert qarşı sında işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün halların aydınlaşdırılmasına yönələn suallar qoymamışdır. Beşincisi, aparılmış ekspertizanın rəyi ilə razı olmadığını bildirərək əlavə ekspertiza təyin edilməsi üçün vəsatət vermiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatətə də münasibət bildirməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı işə birtərəfli qaydada yanaşmış, iş üçün əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Cavabdeh hesab edir ki, hazırkı mülki iş üzrə Saatlı Rayon Məhkəməsi tərəfindən qeyriqanuni və əsassız qətnamə qəbul edilmişdir, buna görə də qətnamə ləğv edilməli və iddia təmin olunmamalıdır.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106) -2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilən rəyə əsasən, mübahisəli ərazidə yerləşən, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdehin torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mü mkündür. Saatlı şəhərinə aid xəritə məlumatlarında cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yol haradan nəzərdə tutulmamışdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4.5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir.
15. Apellyasiya məhkəməsində aparılan icraat zamanı əldə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinə əsasən mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində olan t orpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu mövcud deyil. Lakin Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Saatlı şəhərinə aid xəritə materiallarında Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə avtomobil gediş-gəliş yolu heç bir tərəfdən nəzərdə tutulmamı şdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Əlavə olaraq, Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4,5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir
16. Apellyasiya məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, mübahisəli darvaza olan yerdən başqa, onun torpaq sahəsinə hər hansı yerdən gediş-gəliş yolu yoxdur. Hətta bu cür yol açmaq istəsə belə, onun torpaq sahəsi hər tərəfdən qonşuların torpaq sahələri ilə əhatələndiyinə görə mübahisəli yerdən başqa, heç bir yerdən yola açılan darvaza qoya bilmir. Üstəlik, həmin darvaza hələ 1971-ci ildə onun mərhum atası Həşim Zeynalov tərəfindən qoy ulmuş, həmin vaxt da onların həyətyanı torpaq sahəsi dörd bir tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş, mübahisəli darvazadan başqa, gediş-gəliş üçün hər hansı yol olmamışdır.
17. İddiaçı1 izahatında bildirmişdir ki, cavabdehin torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu mövcuddur və bu sxematik planda da qeyd olunmuşdur. Cavabdehin torpaq sahəsinə başqa yerdən maşın yolu olsa da, həmin yol qonşular tərəfindən zəbt edilmişdir. Cavabdeh həmin qonşulara qarşı iddia qaldıraraq zəbt edilmiş yolunun açılmasını tələb etməlidir. Bildirdi ki, mübahisəli darvaza 1971-ci ildə mərhum atası tərəfindən qoyulmuş, ondan sonra hər kəs həmin darvazadan istifadə etmişdir. Mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi 1998-ci ildə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə ü zvlərinin mülkiyyətinə verilmiş, mülkiyyət hüququ 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, torpaq sahəsinin hər hansı hissəsini cavabdehə bağışlamamışdır. Mübahisəli darvaza götürülərək bağlansa belə, cavabdehin evinə və həyətyanı torpaq sahəsinə 1,2 metr enində piyada gediş-gəliş yolu qalacaqdır. Hesab edir ki, cavabdehin evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün həmin yol kifayət edir.
18. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1/2024 saylı 10 iyulı 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X3)
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 15282 saylı, 30 avqust 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehin istifadəsində olan mübahisəli darvaza qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi **********, RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə iddiaçılara məxsus olan 0,0371 ha torpaq sahəsində yerləşir. Qeyd edilən müddəalar onu göstərir ki, mülkiyyətçi özünə məxsus torpaq sahəsinə başqa şəxslərin sahibliyinə yol verməmək hüququna malikdir və onun icazəsi olmadan mülkiyyətində olan torpaq sahəsinə girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin normalara əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçıların hazırkı tələbi əsaslı olmuşdur. Lakin cavabdeh tərəf öz etirazlarını əsaslandırarkən servitut hüququnun mövcu dluğuna istinad etmişdir.
20. Servitut tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiqlənmiş müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilə bilər və bu cür servitutun verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin hazırda cavabdeh tərəf mübahisəli darvazadan gediş-gəliş üçün istifadə edərək ondan istifadə ilə bağlı servitut hüququnun mövcud olduğunu bildirsə də, həmin hüququn mövcudluğu ilə bağlı hər hansı müqavilə və ya məhkəmə qərarı, eləcə də, bu cür hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmin darvazanın torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilərkən hazırkı yerində mövcud olması isə onunla bağlı avtomatik olaraq cavabdehin servitut hüququnun yaranması üçün əsas kimi qəbul edi lə bilməz.
21. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 238.1, 239.2, 255.1, 256.1, 256.2-cı maddələri, Torpaq Məcəlləsinin 49.1, 54.1, 54.2, 54.9, 67.4, 84.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 119.4, 119.5, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, 1960-cı illərdən mövcud olan müb ahisəli darvaza götürüləcəyi və yeganə yol bağlanılacağı halda cavabdeh tərəf ümumiyyətlə ətrafdan təcrid olunmaqla mülkiyyətində olan əmlakından məhrum ediləcək, bununla da onun mülkiyyət hüququ kobudcasına pozulmuş olacaqdır. Belə ki, Ata-baba mübahisəli yurduna darvaza (həyətə) hələ 1960-cı ildə eni 4,5 metrdən, uzunluğu isə 16 metrdən ibarət yeganə giriş-çıxış yolu olmuşdur. Həmin həyət Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə bölünərkən yeganə giriş-çıxış yolu və darvaza hazırkı iş üzrə iddiaçıların payına, ata yurdu isə cavabdeh tərəfin payına düşmüşdür. Bu hala əsaslanan iddiaçı tərəf hazırki iddia tələbini irəli sürərək üçün qoyulmuş darvazanın götürülməsini 1960-cı illərdə ata-baba yurduna tələb etməklə, girişçıxış cavabdeh tərəfi ət rafa giriş-çıxışdan məhrum etmiş olur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəf ətrafa giriş-çıxış yolunu zəbt etməmiş, illərdən bəri mövcud olmuşdur. İş materiallarında olan 21 may 2024-cü il tarixli ekspert rəyindən də görünür ki, mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində darvaza olan yoldan başqa hər olan torpaq sahəsinə hansı piyada və ya mübahisəli avtomobil gediş-gəliş yolu mövcud deyil. Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Rəydə olan müddəalar tamamilə qeyriobyektivdir. Belə ki, əvvəla burada söhbətin hansı, yəni neçənci ilin xəritə materiallarından getdiyi məlum deyil, o cümlədən həmin piyada yolunun konkret olaraq hansı endə, hansı tərəfdən, haradan olması ümumiyyətlə naməlum v ə qeyri-müəyyəndir. Digər tərəfdən, hətta belə bir yolun açılması şərti olaraq mümkün hesab edilsə belə, bu hal cavabdeh tərəfin mülkiyyət hüququndan istifadəsini tamamilə məhdudlaşdırır, daşınması imkanından məhrum edir, fövqəladə hadisənin baş verəcəyi təqdirdə isə yanğınsöndürmə və digər xüsusi xidmət maşınlarının həyətə girməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyasının yuxarıda göstərilənlərdən əlavə istinad etdiyi Mülki Məcəllənin 238.1, 239.2, 255.1, 256.1, 256.2-ci maddələri və Torpaq Məcəlləsinin 49.1, 84.1, 54.1, 54.2, 54.9 və 67.4-cü maddələrinə gəlincə qeyd edilməlidir ki, həmin normaların mahiyyəti konkret subyektin konkret əşyaya mülkiyyət hüququ yarandıqdan sonra həmin hüququn realizəsi və həmin hüquqa qarşı digər şəxslərin hərəkətləri ilə bağlı münasibətləri tənzimləyir. H əmin normaların mahiyyəti konkret subyektin konkret əşyaya mülkiyyət hüququ yarandıqdan sonra həmin hüququn realizəsi və həmin hüquqa qarşı digər şəxslərin hərəkətləri ilə bağlı münasibətləri tənzimləyir. Hazırki mübahisə halında isə məsələnin predmetini uzun illərdən bəri mövcud olmuş yeganə giriş-çıxış yolu üzərində mülkiyyət hüququnun aqrar islahatı nəticəsində digər subyektə keçməsindən sonra yaranan münasibətlər təşkil edir. Məhkəmə kollegiyası heç bir əsas olmadan cavabdeh tərəfin izahatlarını və tərəfindən təqdim edilmiş mötəbər sübutları qətiyyən nəzərə almamışdır, iş materiallarında olan sübutları, o cümlədən ekspert rəyində məsələnin mahiyyəti ilə bağlı halları nəzərə almamış, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.
24. İddiaçı şikayətini Mülki Məcəllən in 152.1, 152.5, 157.2, 157.4-cü; Mülki Prosessual Məcəllənin 2.1, 76.1, 76.2, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, o na mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
32. Ma ddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
33. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. H üquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
35. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
36. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş və nəticədə cavabdehin öz mülkiyyətindən istifadə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
47. Belə ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri onun evinə yeganə girişçıxış yolunun həmin torpaq sahəsindən olması, sökülməsi tələb edilən darvazanın 1969cu ildən ailələrinin istifadə etdiyi ümumi darvaza olduğunu, darvazanın söküldüyü halda, onun evinə gediş-gəliş yolunun tamam bağlanmış olması barədə olmuşdur.
48. Apellya siya məhkəməsi müəyyən etdiyi işin faktiki hallarına əsasən cavabdehin istifadəsində olan darvaza və yolun cavabdehin mülkiyyətində olan 371 kv.m torpaq sahəsinə quraşdırılmasını müəyyən edərək həmin darvazanın sökülməsini, həmin torpaq sahəsinin sərhədi boyu hasarın çəkilməsinə cavabdehin müdaxiləsinin dayandırılması qət etmişdir.
49. Lakin işdən görünür ki, mübahisəli darvaza və darvazadan həyətə doğru 4,5 m enində 16 metr uzununda yol cavabdehin torpaq sahəsi və onun üzərində yerləşən evinə yeganə gediş-gəliş yoludur və işdə olan sənədlərdən görünür ki, Aqrar islahat zamanı iddiaçıların mülkiyyətinə torpaq sahəsi verilərkən onun üzərində bu darvaza və arxa sahəyə yol mövcud olmuşdur. İddiaçı apellyasiya məhkəməsində veridyi izahatında bu faktı təsdiq edərək, darvazanın atası tərəfində n 1971-ci ildə qoyulduğunu və hamının istifadəsində olduğunu, 1998-ci ildə isə həmin hissənin onun mülkiyyətinə keçdiyini, lakin darvaza bağlansa, kənarda iddiaçının 1,2 metr piyada yolu qalacağını və bunun ona kifayət etdiyini bildirib.
50. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilən zaman həmin torpaq sahəsindən arxada yerləşən iddiaçının ailəsinə məxsus torpaq sahəsinə keçid mövcud olmuş, iddiaçı 1998-ci ildən bəri darvaza və yoldan istifadəyə heç bir etiraz etməmişdir. Belə olan halda isə məhkəmələr tərəfindən isə iddia tələbinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir.
51. Həmçinin həm iddiaçılara məxsus JN-1221A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, həm xx.xx.2013-cü ildə iddiaçıların əmlakı n dair tərtib edilmi texniki pasportdakı situasiya planında iddiaçının torpaq sahəsinin yan tərəfindən iddiaçının torpaq sahəsinin arxasında yerləşən, hazırda cavabdehin istifadəsində olan torpaq sahəsinə keçid olduğu sxematik planlardan görünür. İşdə olan mütəxəssis rəyi və ekspertiza rəylərini nəzərdən keçirdikdə isə müəyyən edilir ki, həmin rəylərdə iddiaçıların torpaq sahəsi ölçülərəkən koordinat nöqtələri arasında məsafələr göstərilməmiş, həmin ölçülərin iddiaçılara aid ilkin hüquqmüəyyənedici sənədlərə uyğunluğu araşdırılmamış, həmçinin yuxarıda qeyd edilən sənədlərdəki situasiya planları üzrə hər hansı mövqe bildirilməmişdir.
52. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sadəcə həmin yol və darvazanın yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsin in koordinatları daxilində yerləşməsinə istinad edərək cavabdehin qeydə alınmış servitut hüququnun olmamasına görə mövcud yolun bağlanması qənaətinə gəlinməsi və bu zaman cavabdehin öz mülkiyyətindən istifadəsinə maneə yaranacağı ilə yanaşı, həmçinin hər hansı fövqəladə hal (yanğın və s.) zamanı insanların həyat və sağlamlığı üçün təhlükə yaratmış olacağı ümumiyyətlə nəzərə alınmamışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, darvazanın və yolun iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edildiyi təqdirdə belə cavabdehin başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsinin məhkəmələr tərəfindən müzakirə edilməsi zəruri olmuşdur.
54. Belə ki, Mülki Məcəllə nin 169 və 175-ci maddələrinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, onun qonşulardan zəruri keçid ayrılmasını tələb etmək hüququ tanınır. Bu cür tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
55. Göründüyü kimi torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, bu cür yol verilməsi üçün qonşu torpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun məhdudlaşdırılması yolveriləndir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət ver ərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən qismən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.
58. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
59. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunaraq, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul olunmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli 2(106)1/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.