Məhkəmə qərarları › İş №2(102)-3675/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3675/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3675/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8022/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibat i binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nefçilər küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzili 08 may 2019-cu il tarixdə vəfat etmiş X7 məxsus olmuş, sonuncunun vəfatından sonra 20 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil miras əmlak kimi X3 Elçin Kamil oğluna keçmişdir. 27 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı həmin mənzili 48000 manata X1.

2. X13 ilə X14 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli razılaşmaya əsasən X14 Cavabdeh1 miras qalacaq əmlaklardan X8 xeyrinə imtina etməyə razılıq vermiş, əvəzində isə X5 18000 manat pulu notariusun depozit hesabı vasitəsilə qəbul etmişdir. 3. 03 sentyabr 2019-cu il tari xli qəbzin surətinə əsasən X13 tərəfindən Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X9 18000 manat təhvil verilmişdir. 4. 03 sentyabr 2019-cu il tarixli, 463012 nömrəli qəbzin surətinə əsasən X12 tərəfindən 18000 manat məbləğində pul X10 ödənilmişdir.

5. Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş 19 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X13 izahatında İddiaçı hazırkı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Gülər Aslanova izahatında göstərmişdir ki, əri İddiaçı anasından miras qalmış evi 48000 manata sataraq 20000 manatı öz şəxsi borclarına xərcləmiş, qalan 28000 manatın 18000 manatını baldızı Səbinəyə vermiş, 10000 manatını isə evin təmirinə və ev əşyalarının a lınmasına sərf etmişdir. Belə ki, evi satdıqdan sonra qalmağa yerləri olmadığı üçün anasının təklifi ilə müvəqqəti olaraq Xocəsən qəsəbəsində olan anasının evinə köçmüşlər. Baldızı Səbinəyə 18000 manat pul ona görə verilmişdir ki, gələcəkdə bu evə dair iddiası olmasın. Elçini buna heç kim məcbur etməmiş, anası evi onlara verdiyi üçün bunu etmişdir. Bir müddət sonra onlar ayrılmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 28000 manat və mənəvi zərərə görə 5000 manat, habelə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 33030 manat pulun onun xeyrinə tutulması barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum anası X4 ona miras qalmış Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində yerləşən 13 saylı evin 6 saylı mənzilini sataraq valideynlərinin vəfatından sonra onların dəfni ilə əlaqədar yaranmış borclarını ödəmək istəmiş, bu məqsədlə həmin mənzili 27 avqust 2019-cu il tarixdə 48000 manata satmışdır. Həmin mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına özünə ev də almaq istəmiş, lakin qaynanası Cavabdeh1 ona təklif etmişdir ki, ailəsi ilə birlikdə onun tək yaşadığı Bakı şəhəri Xocəsən qəsəbəsində yerləşən sənədsiz evə köçsün, satdığı evin pulundan 18000 manatını baldızı Abdullayeva (Əbilova) Şəbinə Yaşar qızına versin, baldızı isə əvəzində həmin evdən imtina etsin. İddiaçı on lara inanıb etibar edərək qaynanasının təklifi ilə razılaşmış və bütün ev əşyalarını yığaraq ailəsi ilə həmin evə köçmüşdür. 23 oktyabr 2019-cu ildə İddiaçı baldızı X2 18000 manat pulu Bakı şəhəri 14 saylı notariat kontorunda həyat yoldaşı X8 vasitəsilə verərək, bununla bağlı orada razılaşma tərtib etdirmişdir. Qalan 10000 manatı isə həmin evin təmirinə xərcləmişdir. Baldızı Cavabdeh2 18000 manat pulu aldıqdan sonra evə olan hüququndan imtina edəcəyinə söz verməsinə baxmayaraq, bunu etməmiş, bir müddətdən sonra ərindən ayrılıb bir uşağı ilə həmin evə qayıdıb orada yaşamağa başlamışdır. Bir müddət sonra həyat yoldaşı Gülər Aslanova övladları Mehribanı da götürərək evdən getmiş, onları xeyli axtarsa da, tapa bilməmişdir. Qaynanası və baldızı onların yerini bilsələr də, ona deməmişlər. Daha sonra arvadı Gülər ondan boşanmaq barədə məhkəməyə ərizə vermişdir. Bundan sonra İddiaçı qaynanası və baldızı tərəfindən aldadıldığını başa düşmüşdür. Buna görə də o, baldızına verdiyi 18000 manat və evin təmirinə xərclədiyi 10000 manat pulun qaytarılmasını tələb etmişdir. Onlar iddiaçıya pul qaytarmayacaqlarını bildirmiş və iddiaçının evdən çıxmağını tələb etmişlər. Hal-hazırda cavabdehlər nə onun pulunu qaytarır, nə də onu və oğlunu evə buraxmırlar. Cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, pulu əlindən alınmış və oğlu ilə kirayələrdə qalmağa məcbur olmuşdur. Bundan əlavə valideynlərindən qalmış ev əşyalarını da cavabdehlər iddiaçıya vermirlər. İddiaçıya qarşı dələduzluq etdikləri üçün cavabdehlər barədə iddiaçı Binəqədi Rayon Polis İdarəsinə şikayət etmiş, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində araşdırma aparılaraq 19 noyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı cavabdehlər iddiaçıya qarşı heç bir dələduzluq etmədiklərini, pulu mənimsəmədiklərini bildirmiş, 18000 manat pulun iddiaçının razılığı ilə onlara verildiyini, 10000 manatın isə evin təmirinə xərcləndiyini etiraf etmişlər. Həmin qərarla ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya 28000 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərər vurulmuşdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 24 iyun 2021-ci il tarixli 2(004)-3163/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 18000 mana t və Cavabdeh1 9000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ona miras qalmış evin satılmasından əldə etdiyi puldan 18000 manat pulun həmin vaxt nikahda olduğu arvadı ilə Cavabdeh1 sahibliyində olan evdə daimi yaşamaq niyyətilə digər Cavabdeh2 arvadı tərəfindən verilməsi, o cümlədən evin satışından əladə edilən pulun 10000 manatının isə Cavabdeh1 sahibliyində olan evə xərclənməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi İddiaçı niyyəti Cavabdeh1 sahibliyində olan evdə ailəsi ilə yaşamaq olmuşdur. Lakin hazırda iddiaçının nikahı pozulmuş və o övladı Kamillə həmin evdə yaşamır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərə qarşı maddi zərərlə bağlı iddiası əsaslıdır. Çünki hazırki halda cavabdehlər əsassız varlanmışlar. B elə ki, 18000 manat pulun Cavabdeh2 verilməsi və 10000 manatın isə Cavabdeh1 sahibliyində olan evə xərclənməsi üçün əsas iddiaçının Cavabdeh1 sahibliyində olan evdə daimi yaşamaq niyyəti olmuşdur. Niyyətin daimi olması təsdiqini onunla tapır ki, hətta evin sahibinin gələcəkdə vəfat etməsindən sonra digər cavabdehin həmin evə iddiasının olmayacağı barədə notariat razılaşma da bağlanmışdır. Bundan əlavə iddiaçının daimi həmin evdə yaşamaq niyyətilə pulunu xərcləməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış izahatlardan da müəyyən olunur. Lakin həmin əsas çox qısa bir zamanda aradan qalxmışdır.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin varlanması sonradan aradan qalxmış əsasa söykənir. Belə olan halda Cavabdeh2 18000 (on səkkiz min) manat iddiaçının xeyr inə tutulmalıdır.

12. Məhkəmə həmin evin yerləşdiyi yeri, evdə iddiaçı ilə yanaşı digər şəxslərin də yaşamasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının yaşadığı müddət üçün 1000 (min) manat kirayə haqqı 10000 manatdan çıxılmalı və Cavabdeh1 9000 (doqquz min) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

13. İddiaçı eyni zamanda mənəvi zərərə görə 5000 manatın cavabdehlərdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.

14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissələrdə də iddianın rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin evin Cavabdeh1 məxsus olması nəticəsinə haradan gəldiyini qətnamədə qeyd etməmişdir. Daşınmaz əmlaka hüquq yalnız dövlət reyestrində qeydə alındıqda mövcud olur. Əgər Cavabdeh1 dövlət reyestrində qeydə alınmış hər hansı hüququ yoxdursa, deməli həmin əmlakın yaxşılaşdırılması Cavabdeh1 varlanması hesab edilə bilməz. Araşdırma zamanı həmin əmlakın iddiaçının vəsaiti hesabına yaxşılaşdırılması sübuta yetirilməmişdir. Cavabdeh1 qanunla müəyyən edilmiş varlanması baş vermədiyindən, onun əsaslı və ya əsassız olmasından söhbət gedə bilməz. Digər tərəfdən, əgər cavabdehin əmlakın yaxşılaşdırılması və sair xərcləri həmin evdə yaşamağa görədirsə, deməli iddiaçı pul tələbi haqqında yox, həmin evdə yaşamağının təmin edilməsi haqqında iddia qaldıra bilərdi. İddiaçı istinad etdiyi, notariat qaydasında təsdiqlənməklə bağlanmış müqavilənin iştirakçısı deyil və buna görə də həmin müqaviləyə istinadən tələb irəli sürməyə subyektiv hüququ yoxdur. X6 iddiaçının istinad etdiyi həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Buna görə də həmin müqaviləyə istinadən ona qarşı tələb irəli sürülməsi əsassızdır. Bundan başqa, iddiaçının sübut kimi istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 noyabr 2020-ci il tarixli qərarın hazırkı iş üçün preyudisial əhəmiyyəti yoxdur. 17. “X16 və Ekspertiza Mərkəzi” MMC tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən tərtib olunmuş 22 noyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən C avabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən sənədsiz evin təmirinə çəkilən xərclərin qiyməti 3588 manat təşkil edir. Mütəxəssis rəyindən görünür ki, cavabdehlər iddiaçının baxış zamanı iştirak etməsinə mane olmuşlar. Bununla yanaşı onlar baxış zamanı etiraf etmişlər ki, həmin evdə 2,7m x 3,1m ölçüdə darvaza, 20m x 2,3 m ölçüdə tək daş hasar, “Sparta” markalı kombi cihazı, 40 ədəd radiator, kombi cihazına qaz və su xətti, evin daxilində 4 ədəd otaq qapısı İddiaçı tərəfindən alınmış və quraşdırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8022/2021 nömrəli, 14 dekabr 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi) A.İsgəndərov, E.Kazımov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilib, Cavabdeh1 İddiaçı xeyrinə tutulan pulun məbləği 2588 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında İddiaçı həmin evin təmirinə müəyyən məbləğdə pul xərclədiyini və mütəxəssis rəyində qeyd olunan təmir işlərini gördüyünü bildirmişlər. Cavabdehlər izahatlarında İddiaçı Cavabdeh2 18000 manat məbləğində pul verməsini etiraf etməsələr də, 40-cı polis bölməsində verdikləri etirafedici izahatla məhkəmədə verdikləri izahatlar arasında uyğunsuzluğun səbəbini izah edə bilməmişlər. Cavabdeh2 bacısı Gülər Aslanova ilə aralarında bağlanmış 3 sentyabr 2019-cu il tarixli razılaşma əsasında 18000 manat məbləğində pul almasının da səbəbini izah edə bilmə miş, izahatında İddiaçı həmin evdə yaşamasına etiraz etmədiyini bildirmişdir.

20. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı qaynanası Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən və mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evi almaq müqabilində baldızı Cavabdeh2 18000 manat pul verməsi və həmin evin təmirinə 3588 manat məbləğində pul xərcləməsi sübuta yetirilmişdir. İddiaçı anasından miras qalmış evi 27 avqust 2019-cu il tarixdə 48000 manata satdıqdan sonra qaynanasına məxsus olan həmin evə köçməsi, orada bir neçə ay yaşaması, evdə təmir işləri aparması işin mübahisəsiz hallarıdır. Gülər Aslanova ilə Səbinə Əbilova arasında imzalanmış 3 sentyabr 2019-cu il tarixli razılaşmada 18000 manat pulun G.Aslanova tərəfindən S.Əbilo vaya verilməsi göstərilsə də, işin faktiki halları ondan ibarətdir ki, verilən pul İddiaçı məxsus olmaqla həmin pul 27 avqust 2019cu il tarixdə anasından miras qalmış evin satışından əldə olunmuşdur.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 18000 manat məbləğində pulun tutulub İddiaçı xeyrinə ödənilməsi barədə düzgün nəticəyə gəlsə də, digər Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğini düzgün müəyyən etməmişdir.

22. Belə ki, İddiaçı həmin evin təmirinə 10000 manat məbləğində pul xərclədiyini bildirsə də, mütəxəssis rəyinə əsasən evin təmirinə 3588 manat məbləğində pul xərclənməsi müəyyən olunmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının evin təmirinə sərf etdiyi puldan 1000 manat hissəsini onun bi r neçə ay ərzində həmin evdə qalmasının əvəzi kimi təmirə sərf olunan puldan çıxmış, iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır.

23. Buna görə də kollegiya hesab etmişdir ki, İddiaçı evin təmirinə sərf etdiyi 3288 manat puldan eyni qaydada 1000 manat pul çıxılaraq qalan 2588 manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürmüşdür ki, evin mülkiyyət sənədi olmasa da, evin faktiki sahibi Cavabdeh1dır və iddiaçı tərəfindən evin yaxşılaşdırılması nəticəsində məhz Cavabdeh1 varlanmışdır.

24. Belə ki, Cavabdeh2 qanuni əsas və ya müqavilə əsası olmadan İddiaçı 18000 manat məbləğində pul alaraq əsassız varlanmışdır. Bundan əlavə, Cavabdeh1 özünə məxsus olan sənədsiz evi İddiaçı satacağını vəd etdiyinə görə iddiaçı həmin evdə 3288 manat dəyəri ndə təmir işlər aparmış, sonradan Cavabdeh1 İddiaçı həmin evə buraxmamışdır. Evdə aparılmış yaxşılaşdırmaların müqabilində Cavabdeh1 iddiaçının hesabına əsassız varlanmışdır.

25. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386, 1091, 1092-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin təmin edilmədiyi hissədə ləğv edilərək, iddianın Cavabdeh2 qarşı təmin edildiyi hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 14.2.7, 1091, 1092-ci maddələrinə ist inad edərək onunla əsaslandırılmışdır ki, 18000 manatın kim tərəfindən verilmiş olması onun geri tutulması üçün əsas ola bilməz. Cavabdeh2 üzərinə götürdüyü müqavilə üzrə öhdəliyi pozmayıb. O müqaviləni pozmadığı halda müqavilə üzrə ödənilmiş pul ondan tələb edilə bilməz. Əgər iddiaçı pulu keçmiş həyat yoldaşına veribsə və sonuncu şərti pozubsa, o pulu məhz həyat yoldaşından tələb edə bilərdi.

28. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. Məhkəmənin istinad ediyi Bakı şəhəri Binəqədi RPİnin 40-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş 19 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı məhkəmə deyil, polis qəbul etmişdir. Qərar qüvvədə deyil. Mübahisələndirilən və ləğv edil ə biləcək qərara istinad hüququn müəyyənliyi prinsipinə uyğun deyil. b)

29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qa zandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı müna sibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini təmin edilmədiyi hissədə mübahisələndirdiklərindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd edilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Kollegiya həmin əsaslandırma ilə razılaşır.

45. Belə ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr müəyyən etmişlər ki, İddiaçı qaynanası Cavabdeh1 məxsus mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evi almaq müqabilində baldızı Cavabdeh2 qanuni əsas və ya müqavilə əsası olmadan 18.000 manat verib.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8022/2021 nömrəli iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar