Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3678/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeha qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3678/2022 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı şəhəri, 26 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci il tarixli Cavabdeh İddiaçı dair Covid-19RT-PCR analizinin nəticəsindən görünür ki, analizin nəticəsi pozitiv çıxmışdır. 2. xx.xx.2021-ci il tarixli “Referans” X2 və Poliklinikasının İddiaçı dair SARS-CoV2 (Covid-2019) PCR analizinin nəticəsindən görünür ki, analizin nəticəsi neqativ çıxmışdır.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2021- ci il tarixli, xx/xx5339 nömrəli məktubundan görünür ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X3 tərəfindən qəbul olunmuş yeganə laborator müayinə üsulu ƏT-PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir. 4. “TƏBİB” X6 xx.xx.2021-ci il tarixli, PHŞ/11- 2-2021-4267 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində fərqli istehsalçılar tərəfindən istehsal olunmuş reaktivlərdən istifadə olunur və COVİD-19-RT-PCR, SARSCoV-2 spike RBD test nəticələrinin həssaslıq göstəricisi laboratoriyada istifadə olunan reaktivin istehsalçı tərəfindən verdiyi istifadə qaydasında qeyd olunur. 5. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Turizm xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı turizm xidmətlərinə görə "xxxx" MMC-yə 4.971 manat ödəniş etməsini öz öhdəsinə götürmüşdür. 6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 000720 nömrəli Kassa Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 2545 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeha qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən on un barəsində çıxarılan yanlış PCR test nəticəsinin ləğv edilməsi, həmin nəticələrə görə ona dəymiş 4820 manat məbləğində maddi zərərin, 4000 manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi və pozulmuş subyektiv hüquqlarının cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2020-ci ildən davam edən pandemiya şəraitinə görə dünya ölkələrinin bir çoxunda olduğu kimi Azərbaycan Respublikasında da xüsusi karantin rejimi tətbiq olunur. Bu rejimlə əlaqədar olaraq ölkəyə giriş-çıxış müəyyən məhdudiyyətlərlə həyata keçirilir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalar ının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.1-ci bəndinə görə Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVİD-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Həmin Qərarın 2.1.3.2-ci maddəsinə əsasan Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar Azərbaycan Respublikasının vətəndaşları və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları - müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin ‘‘neqativ” nəticəsini təsdiq edən sənəd əsasında reysə qəbul edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi PCR testi götürən klinikaların siyahısını təqdim etmişdir. Həmin klinikalar Qanunla nəzərdə tutulmuş qaydada və şəraitdə, istifadəyə yararlı avadanlıqlarla, tam təchizatlı laboratoriyada və tam gigiyenik şəraitcə vətəndaşlardan COVİD-19 testi götürməlidirlər. Bu siyahıya daxil olan Cavabdeh həyat yoldaşı X4 ilə birlikdə xx.xx.2021- ci il tarixdə PCR testi vermişlər. Həyat yoldaşının nəticəsi “neqativ” olmuşdur. Lakin onda COVİD-19-a dair qızdırma, dad və iybilmənin yox olması, öskürək və bu kimi digər simptomlardan heç biri olmadığı halda testinin nəticəsi “pozitiv” çıxmışdır. Eyni tarixçə “Referans” klinikasında test vermiş, həmin klinikada isə testinin nəticəsi “neqa tiv” çıxmışdır. Ondan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmamış, otaqda kənar şəxslər olmuş və tibb işçisi ondan yemək yeyərək test götürmüşdür. PCR testinin götürülmə qaydasına görə burun və boğazdan yaxma alınmalı olduğu halda, yalnız burnundan yaxma götürülmüşdür. “Referans” klinikasında bu qaydaya əməl edilməklə, burnundan və boğazından yaxma götürülmüşdür. Cavabdeh analiz üçün etdiyi ödənişlə bağlı ona və həyat yoldaşına heç bir çek verməmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Cavabdeh ümumiyyətlə götürülən yaxma nümunələrini laboratoriyada yoxlanışa göndərməmiş və onun barəsində əsassız olaraq “pozitiv” nəticə çıxarmışdır. Cavabdeh əməkdaşlarına yol verdikləri yanlışı düzəltməsi və ondan yenidən test götürülməsi üçün müraciət etsə də, özünü həmin klinikanın laboratoriyasının işçisi kimi təqdim edən Eldar adlı şəxs zəng edərək bunun mümkün olmadığını, artıq adının sistemə yoluxan kimi salındığını demişdir. Göründüyü kimi, onun hüquqlarını kobud şəkildə pozmuş, öz etibarlarına zərər gəlməsin deyə yol verdikləri səhvi aradan qaldırmaqdan imtina etmişlər. Yol verilmiş qanun pozuntusu nəticəsində peyvənd olunmağı barədə tibb müəssisələrinə müraciət etmək imkanından məhrum olmuşdur. Bunun nəticəsində həyat və sağlamlığım təhlükə altında qalmışdır. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Cavabdehla yanaşı, Azərbaycan Respublikasının Səhiyyə X5 və eyni zamanda, TƏBİB-in sədri Ramin Bayramlıya şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin bu günədək Səhiyyə Nazirindən heç bir cavab məktubu gəlməmiş, xx.xx.2021-ci tarixdə TƏBİB tərəfindən göndərilmiş c avab məktubunda isə bu məsələnin TƏBİB-in səlahiyyətləri xaricində olduğu bildirilmiş, hüquqlarının bərpası ilə bağlı heç bir tədbir görülməmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailə üzvləri ilə birgə Türkiyə Respublikasına istirahətə getmək üçün "xxxx" MMC ilə xx.xx.2021ci il tarixdə otel xərcləri və aviabiletlərlə birlikdə 8450 manat məbləğində “Turizm xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlamış və 4590 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tarif əsasında və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində müəyyən edilmiş müqavilə əsasında özü və həyat yoldaşı ilə birgə PCR testinə cavabdeh bir nəfər üçün 70 manat olmaqla, ümumilikdə 140 manat, “Referans ” Hospitalda PCR testi üçün isə 90 manat olmaqla, ümumilikdə 4820 manat ödəniş etmişdir. Verdiyi test nümunələrinin cavabları, müqavilə və etdiyi mədaxil qəbzləri iş materiallarına əlavə olunmuşdur. Bağladığı müqavilə və aldığı biletlər batmış, yanlış test nəticələrinə görə yenidən test vermək məcburiyyətində qalmış və buna görə ona xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən çıxarılan yanlış test nəticəsinə görə həyat yoldaşı, bir və beş yaşında olan iki övladı ilə birgə karantin şəraitində qalmağa məcbur olmuşdur. Ailədə heç bir COVİD xəstəsi olmadığı halda cəmiyyətdən izolyasiya olmuş, işə gedə bilməmiş, zəruri ərzaq malları almaq üçün çölə çıxa bilməmiş və fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Cavabdehin yanlış test nəticəsinə görə işə gedə bilmədiyi üçün bu hal ə mək fəaliyyətinə mənfi təsir göstərmişdir. Əmək hüquqları, ailənin və onun istirahət hüquqları pozulmuş, bu hal onda və ailə üzvlərində mənfi psixi reaksiyaya səbəb olmuş, güclü sarsıntı, əsəb və stress yaşamışlar, onlara mənəvi ziyan dəymişdir. Cavabdehin əməkdaşlarının işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun hüquqlarına mühüm zərər vurulmasına səbəb olmuş, cavabdeh tərəfindən ona maddi və mənəvi zərər yetirilmiş, özünün və ailə üzvlərinin subyektiv hüquqları pozulmuşdur.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 2(055)4831/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rəd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşd ur ki, iddiaçının xx.xx.2021-ci il tarixli “Referans” X2 və Poliklinikasının iddiaçıya dair SARSCov2 (Covid-2019) PCR analizinin nəticəsinə iddiaçının əsaslanmaqla onun bu xəstəliyə yoluxmadığını bildirməsi əsaslı hesab edilə bilməz. Belə ki, testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından cavabdehin iddiaçıya dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmamış, otaqda kənar şəxslər olmuş yə tibb işçisi iddiaçıdan yemək yeyərək test götürmüşdür. Eyni zamanda, PCR testinin götürülmə qaydasına görə burun və boğazdan yaxma alınmalı olduğu halda, yalnız burundan yaxma götürülmüşdür. İddia tələbini əsaslandırmaq üçün təqdim olunmuş sübutların bir hissəsi məhkəmə tərəfindən unudularaq sübutlar siyahısından çıxarılmışdır. Belə ki, "xxxx" MMCyə xx.xx.2021ci il tarixdə ilkin ödəmə olaraq 2545 manat ödənilməsi göstərilsə də, xx.xx.2021-ci il tarixdə fiziki şəxs X1 bank hesabına ödənilmiş 5.000 (beş min) manata ə sassız olaraq qiymət verilməmişdir. TƏBİB-ə iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusunun araşdırılması ilə bağlı edilmiş müraciətinə TƏBİB tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “məsələ TƏBİB-in səlahiyyəti xaricindədir” cavabı olmasına baxmayaraq həmin sübut nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş və Respublika Diaqnostika Mərkəzi tərəfindən iddiaçıdan götürülmüş PCR test nəticələrinə dair xx.xx.2021-ci il tarixli “neqativ” nəticə də sübutlar siyahısından çıxarılmışdır. Mülki Məcəlləsinin 1112-ci maddəsinin tələbinə əsasən cavabdeh nəinki öz təqsirsizliyini sübuta yetirmiş, heç məhkəmə iclasına belə gəlməmiş və hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə isə Mülki Prosessual Məcəllənin 78.2 maddəsinin tələblərini pozmaqla verdiyi sorğuya cavabdehin verdiyi cava bda əks olunan və heç bir hüquqi və tibbi əsası olmayan mülahizəni sübut kimi qiymətləndirmişdir. Əslində isə Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli sorğusuna verdiyi cavabda bildirilmişdir ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X3 tərəfindən qəbul olunmuş yeganə labarator müayinə üsulu ƏT-PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən olunur. Göründüyü kimi, istər cavabdeh tərəfindən, istər “Referans” klinikası tərəfindən, istərsə də Respublika Diaqnostika Mərkəzi tərəfindən iddiaçıdan götürülmüş PCR test nəticələri eyni labarator müayinə üsulu ƏT-PZR ilə aparılmışdır. Nəticədə həmin Məcəllənin 76-cı və 77-ci maddələrinin tələbləri pozulmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi ), Azad İmanov və Fuad Talışinski) 2(103)-1993/2022 saylı mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 4.820 manat maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən y anaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən zərər vurulmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, klinikalar arasında COVİD-19 dair testlərin nəticələrində yaranmış ziddiyyət həmin klinikalarda istifadə edilən fərqli istehsalçılar tərəfindən istehsal olunan testlər və həmin testlərdə istifadə olunan reaktivlərdən irəli gəlir.
15. Məhkəmə onu da qeyd etmişdir ki, testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından Cavabdeh İddiaçı dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz.
16. İddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apelyatorun maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. İddiaçı apellyasiya şikayətində iddiaçıdan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmadığını, otaq da kənar şəxslərin olduğunu, tibb işçisinin iddiaçıdan yemək yeyərək test götürdüyünü bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Şik ayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və apellyasiya şikayətində verilən digər test analizinin neqativ çıxması səbəbindən Cavabdeh zəng vuraraq çıxarılmış əsassız test nümunəsinin ləğv edilməsi, adının “TƏBİB”in portalından yoluxan olaraq çıxarılmasını və iddiaçıdan yenidən test götürmələrini xahiş etdiyibi, lakin özünü Eldar olaraq təqdim edən hospitalın vəzifəli şəxsi tərəfindən tələbin rədd edildiyini qeyd etmişdir. Lakin hər iki instansiya məhkəməsi bunu nəzərə almamış, həmin vəzifəli şəxsi məhkəmə prosesinə çağırmamışdır.
20. Məhkəməyə iş üzrə sübut kimi turizm agentliyinə ödənilmiş 2545 AZN məbləğində kassa mədaxil qəbzi və 5000 AZN məbləğində ödəniş qəbzi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 2545 AZN ödənişi təsdiq edən qəbz qeyd olunsa da, X1 hes abına 5000 AZN ödənilməsini təsdiq edən qəbzə hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə istər 2545 AZN, istərsə də 5000 AZN ödənişi təsdiq edən qəbzlərə əsassız olaraq qiymət verilməmişdir.
21. Eyni zamanda, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə “Referans” klinikası tərəfindən götürülmüş neqativ PCR testi və xx.xx.2021-ci il tarixdə Respublika Diaqnostika Mərkəzi tərəfindən götürülmüş neqativ PCR test analizi də iş üzrə sübutlar siyahısından çıxarılmışdır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsində qeyd olunan zərərvuranın zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirdiyi təqdirdə məsuliyyətdən azad edilməsi müddəası həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq hər iki məhkəmə prosesində üzrsüz olaraq iştirak etməmiş, iş üzrə hər hansı sənəd və sübut təqdim etməmiş, barəsində hüquq pozuntusu iddiasını təkzib etməmişdir. Buna baxmayaraq, hər iki instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmış, çəkişmə prinsipinə əməl etmədən cavabdehin xeyrinə qətnamə qəbul etmiş, düzgün araşdırma aparmadan birbaşa nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü, 77.1-ci və 165-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
27. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
28. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.
1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
33. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
34. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
35. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyy ən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa ə sassız hesab edilir.
41. İddiaçı COVİD-19 virusunun yoxlanması barədə cavabdehin verdiyi PCR testinin yalnışlıqla pozitiv nəticə ilə verilməsinə istinad edərək həmin test nəticəsinin ləğv olunmasını, düşdüyü maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir (§ 7).
42. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) aid maddələri nəzərdən keçirilə bilər.
43. Məlum olduğu kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki ş əxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 24-26).
44. Baxılan işdə cavabdehin istinad olunan əməli xx.xx.2021-ci il tarixdə iddiaçının barəsində verdiyi Covid-2019 PCR testinin pozitiv nəticəsidir.
45. İddiaçı bu nəticənin cavabdehin təqsiri ücbatından yalnış verildiyini, bu səbəbdən səfərə getmək imkanından məhrum olmaqla zərərə düşdüyünü bildirərək, tələbinin faktiki əsası kimi eyni tarixdə “Referans” X2 və Poliklinikasının onun barəsində verdiyi SARSCoV2 (Covid-2019) PCR analizinin neqativ nəticəsinə istinad edir.
46. Məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsaslandırmışlar ki, “testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəq iq nəticələri əks etdirməməsi baxımından cavabdehin iddiaçıya dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz.”
47. Halbuki, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir (§ 27-28).
48. Odur ki, hazırkı mübahisənin düzgün həlli üçün cavabdehin əməlinin qeyrihüquqi, yəni verdiyi test nəticəsinin yalnış olub-olmadığını müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir.
49. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının eyni gündə iki ayrı tibb müəssisəsində verdiyi analiz nəticələri müxtəlif olmuşdur. O, sonrakı günlərdə də müvafiq tibbi yoxlamadan keçmişdir. Məlum olduğu kimi, tibb müəssisəsində test (analiz), habelə digər müayinələr müvafiq tibbi protokol və qaydalar əsasında aparılmaqla, tədqiqat və müayinənin metodologiyası, gedişatı və nəticənin alınması bir qayda olaraq, müvafiq məlumat bazasında (xəstəlik tarixi, tibbi karta, elektron daşıyıcı və s. ) saxlanılır. Odur ki, həmin xüsusatlar üzrə mübahisəli halların qeyd edilən tibbi və digər məlumatlar əsasında ixtisa slı şəxslərin rəyi ilə yoxlanılması mümkündür.
50. Bu baxımdan mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 30, 33-35).
51. Buna baxmayaraq, hazırkı işdə məhkəmə həmin prosessual imkanlardan istifadə etməmiş, eyni şəxsin eyni gündə iki ayrı tibb müəssisəsində verdiyi analiz nəticələri müxtəlif olduğu halda cavabdehin mübahisə olunan testinin mötəbərliyini aydınlaşdırmaq üçün mütəxəssisin məsləhəti və ya şərhinin alınmasını, zəruri olduqda məhkəmə-tibbi ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməmiş, bu xüsusat üzrə işdəki ziddiyyətli məlumatlara və sübutlara dair yekun qənaətini qətnamədə əks etdirməmişdir.
52. Qeyd edilənlər həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması barədə prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 29, 31-32, 36).
53. Halbuki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, zi ddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
54. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
56. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).
57. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əs asən bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.