Məhkəmə qərarları › İş №2(102)-3680/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3680/2021

08.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3680/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3680/21 (Açar sözlər: kredit və ipoteka müqavilələrinin ləğv edilməsi) Bakı şəhəri, 08 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3582/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC-yə və xüsusi notarius X1 qarşı “razılıq ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından tərtib edilmiş və Bakı şəhər xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 20.11.2012-ci il tarixli, 7E17/13923 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı cavabdeh qismində Cavabdeh2 və Cavabdeh1 ASC-ni göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC arşında bağlanmış 19.11.2012-ci il tarixli, 100.LN.2005.191112.00002 saylı kredit və 19.11.2012-ci il tarixli, 100.CN.2005.191112.00002 saylı ipoteka müqavilələrinin onun razılığının olmaması və mülkiyyət hüquqlarının pozulması ilə bağlandığı üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən kredit müqaviləsinin bağlanmasına dair verilmiş ərizənin etibarsız hesab edilməcinə dair Nəsimi Rayon Məhkəməsinə iddia verilmişdir. İddia verilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 Sadiq oğluna qarşı Cavabdeh1 ASC tərəfindən vaxtilə iddia verilmiş və kredit nüqaviləsi üzrə öhdəliyin təmini vasitəsi olan, hazırda yaşadıqları E saylı evin hərracda satılması qətnamə ilə müəyyən edilmişdir. Formal olaraq cavabdeh qismi ndə iddiaçının adı yazılsa da o, həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Yalnız bu yaxınlarda bilmişdir ki, həyat yoldaşı, cavabdeh onun razlığı olmadan hazırda yaşadığı evi kredit müqviləsi qarşılığında banka girov qoymuşdur. Lakin o, buna hər hansı bir razılıq verməmişdir. Girov predmeti olan əmlakları onun cavabdehlə birgə nikahları dövründə əldə edilmişdir və həmin evə onun da paylı mülkiyyəti var. Onun xəbəri olmadan evə dair bağlanmış hər hansı bir əqdi qanuni saymaq olmaz və buna dair onun müvafiq razılığı da olmalıdır. O isə belə bir razılıq verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2018-ci il tarixli, 2(006)-3244/2018 saylı qərardadı ilə (hakim Pərviz Hüseynov) məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2019-cu il tarixli 19130 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş İddiaçı adından “xxxx” ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış Cavabdeh2 ilə 19 noyabr 2012ci il tarixdə bağlanmış 100.CL.191112.00002/a saylı ipoteka müqaviləsinə və ona edilmiş bütün əlavələrə əsasən Bakı şəhəri, E ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 551,8 kv.m, o cümlədən yaşayəş sahəsi 100,8 kv.m olan fərdi yaşaış evinin ipotekaya qoyulmasına dair 20 noyabr 2012-ci il tarixli razılıq ərizəsində “a.a.s..” qrafasındakı “X5 k” yazıları və “imza: ” qrafasındakı imza; Notariat hərəkətlərinin qeyd ed ilməsi üçün 2012-ci ilə dair 7E-17 nörmrəli reyestr jurnalının 54-cü vərəqəsinin “13922” sırasında “İddiaçı” yazıları qarşısında “Notariat hərkətlərinin aparılmsında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Taqieva” soyadı-TAĞİYEVA QUMRU ƏZİM qızı tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(006)-252/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia tələbinin təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 138 manatın İddiaçı alınarq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan ipoteka müqaviləsi imzalanarkən onun razılığının alınmadığını, razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını bildirsə də, iş üzrə keçirilmiş e kspert rəyi ilə müəyyən edildi ki, İddiaçı adından “xxxx” ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış Cavabdeh2 ilə 19 noyabr 2012ci il tarixdə bağlanmış 100.CL.191112.00002/a saylı ipoteka müqaviləsinə və ona edilmiş bütün əlavələrə əsasən Bakı şəhəri, E ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 551,8 kv.m, o cümlədən yaşayəş sahəsi 100,8 kv.m olan fərdi yaşaış evinin ipotekaya qoyulmasına dair 20 noyabr 2012-ci il tarixli razılıq ərizəsində “a.a.s..” qrafasındakı “X5 k” yazıları və “imza: ” qrafasındakı imza; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 2012-ci ilə dair 7E-17 nörmrəli reyestr jurnalının 54-cü vərəqəsinin “13922” sırasında “İddiaçı” yazıları qarşısında “Notariat hərkətlərinin aparılmsında iştirak edən şəxslərin imzaları” qrafas ındakı imza və “Taqieva” soyadı-TAĞİYEVA QUMRU ƏZİM qızı tərəfindən icra olunmuşdur. İddiaçı mübahisələndirilən kredit və ipoteka müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını bildirsə də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. İddiaçı, tərəflər arasında imzalanmış mübahisələndirilən müqavilələrin ləğv edilməsini tələb etsə də, mübahisələndirilən müqavilələrin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmadı. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirilən müqavilələrin bağlanması zamanı onun razılıq ərizələrinin alınmadığını iddia tələbinin əsası kimi qeyd etsə də, bu, müqavilənin ləğv i üçün əsas kimi çıxış etmir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390, 421.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Aida Hüseyn- sədrlik edən və məruzəçi, Valeh Ağayev, Afaq Nuriyeva) 2(103)-3582/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-252/2019 saylı, 25.09.2019-cu il tarixli qətnaməsinin dəyi şdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan ipoteka müqaviləsi imzalanarkən onun razılığının alınmadığını, razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını bildirsə də, Bakı şəhəri, E ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 551,8 kv.m, o cümlədən yaşayış sahəsi 100,8 kv.m olan fərdi yaşaış evinin ipotekaya qoyulmasına dair 20 noyabr 2012-ci il tarixli razılıq ərizəsinin iddiaçı tərəfindən imzalandığı işdə olan ekspert rəyi, 53 saylı Notariat Kontorundan tələb olunan jurnaldakı imza ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquql a bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı X4 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hazırda yaşadıqları evə münasibətdə hər hansı əqdin bağlanmasına dair razılıq verməmişdir. Lakin məhkəmə bu xüsusatlara əhəmiyyət verməmiş və işə birtərəfli yanaşmışdır. İşə baxmış məhkəmələr iş üzrə işin faktiki hallarını hərtərəfli araşdırmamış və düzgün qiymətləndirməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəli lləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhd əliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti üzrə qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyində n məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, iddiaçı bir tərəfdən onun hüquqlarının pozulduğunu bildirmiş, digər tərəfdən kasasiya şikayətinin xahiş etdi hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı apelyasiya kollegiyası tərəfindən iş baxılarkən tətbiq edilmiş maddi və prosessual hüquq normalarının pozuntusunun nədə ifadə edilməsini əsaslandıra bilməmiş, yalnız apelyasiya kollegiyasının işin hallarını hərtərəfli araşdırmadığını, sübutları düzgün qiymətləndirmədiyini qeyd etməklə kifayətlənmişdir ki, bu hallara da istinad etməyə Azərbaycan Respublikasının MPM-nin 407.2-ci maddəsinin tələblərinə uyğun yol verilmir və bu hallar barədə dəlillər üzrə hər hansı kasasiya araşdırmasının aparılmasına əsas vermir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsassızlığı əldə edilmiş ekspert rəyi və 53 saylı Notariat Kontorundan tələb olunan jurnaldakı imza ilə təsdiq olunur. Göstərilənlərə əsasən kasasiya kollegiya sı hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3582/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar