Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3682/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: dəymiş ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-953/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 26 may 2019-cu il tarixdə özünə məxsus olan “GMC Accadia” markalı avtomobilin idarə edilməsi üçün *0123 ayıq sürücü xidmətinə müraciət etmiş və həmin sifariş əsasında göndərilmiş sürücü Cavabdeh1 avtomobili idarə edərkən yolun döngəli hissəsində idarə etməni itirmiş və avtomobil yolun sağ kənarındakı çuxura düşmüşdür. Nəticədə İddiaçı sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarət almış, eyni zamanda avtomobilin əzilməsi nəticəsində ona maddi ziyan dəymişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 Firudin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında İddiaçı Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus avtomobili ayıq sürücü kimi idarə edərkən törətdiyi qəza nəticəsində ona məxsus avtomobilin əzilməsi ilə əlaqədar ona 25.839,00 manat məbləğində maddi ziyan dəyməsini əsas göstərməklə həmin ziyanın, 5000 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 və MMC-dən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: S.İ.Ədilova) iddia qismən təmin edil ərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 16.812 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh2 MMC apellyasiya şikayəti verərək MMC ilə Cavabdeh1 arasında xidmət müqaviləsinin bağlanmaqla onlar tərəfindən informasiya xidmətinin göstərilməsini, müqavilənin 1.4-cü bəndində dəymiş zərərin əvəzinin ödənilməsinin sürücünün üzərinə qoyulmasını və bununla əlaqədar MMC-nin dəymiş ziyana görə məsuliyyət daşımamasını, zərərin məbləğinin müəyyən olunarkən iştirakının təmin olunmamasını, ziyanın məbləğinin şişirdilməklə müəyyən olunmasını və s. əsas göstərməklə qətnamənin MMC-yə münasibətdə ləğv edilməsi və iddianın həmin hissədə rədd olunmasına dai r qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-953/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 MMC kassasiya şikayəti verərək göstərdiyi xidmət zamanı vurduğu ziyana görə ayıq sürücünün özünün məsuliyyət daşımasını, MMC-nin yalnız məsuliyyəti öz üzərinə götürmüş sürücülərlə müqavilə bağlamasını, ayıq sürücünün MMCnin işçisi olmamaqla onl arla əmək müqaviləsinin bağlanmamasını, iddiaçıya dəymiş ziyanın məbləğinin şişirdilməklə müəyyən olunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın MMC-yə münasibətdə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənil məsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurma yan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququn a dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbayca n Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialları nı araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh2 MMC ilə fiziki şəxs Cavabdeh1 arasında 14 may 2019-cu il tarixdə ayıq sürücü xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən vasitəçi sərnişin daşıma və ayıq sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilə ilə müəyyən edilmiş qaydada, müddətlərdə və informasiya xidmətləri göstərməyi, icraçı isə təqdim olunan informasiyaları qəbul etməyi və həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada müddətlərdə və şərtlərdə onların haqqını vasitəçiyə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçıdan ayıq sürücü ilə təmin olunması barədə sifarişi qəbul edən MMC Cavabdeh1 ayıq sürücü kimi iddiaç ıya təqdim etmiş və Cavabdeh1 iddiaçıya ayıq sürücü xidmətini göstərərkən iddiaçıya məxsus avtomobili qəzaya uğratmaqla ona maddi ziyan vurmuşdur. Ziyanın bilavasitə Cavabdeh1 törətdiyi inzibati xəta nəticəsində baş verməsi və iddiaçıya avtomobilinin əzilməsi ilə bağlı maddi ziyan dəyməsi iş materialları ilə tam təsdiq olunmaqla işin həmin halları heç bir mübahisə doğurmur. Cavabdeh1 iddiaçıya ayıq sürücü xidmətini MMC ilə bağladığı müqavilə əsasında həyata keçirdiyindən və ayıq sürücü xidmətinin tam sığortalanması, etibarlı olması və peşəkar sürücülər tərəfindən həyata keçirilməsinə MMC-nin internet saytında təminat verildiyindən iddiaçı həmin xidmətdən istifadə etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını nəzərə alaraq iddianın qismən təmin olunub ziyanın həm sürücü həm də MMC-dən müştərək qaydada tutulmasının qanuni və əsaslı olması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108.1, 1108.2-ci maddələrinə istinad etmişdir. Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döv riyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (21.3) Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ziyanın eyni zamanda MMC-dən tutulması qanuni və əsaslı olmuşdur. Dəymiş ziyanın məbləği Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə müəyyən olunduğundan, ziyanın məbləğinin şişirdilməklə müəyyən olunmasına dair kassasiya şikayətinin dəlillərini kollegiya əsassız sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublik ası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-953/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3682/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3682/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver