Məhkəmə qərarları › İş №2(102)-3682/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3682/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3682/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mahmudnəbi oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3682/2024 (kateqoriya:öhdəliyin icra edilməməsi, real zərər, alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Mahmudnəbi oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-650/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 4 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə”yə əsasən, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 11 saylı Notariat Kontorunda reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 4 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə” bağlanmış, müqaviləyə əsasən Cavabdeh İsmayıllı rayon XDS rəyasət heyətinin 21 oktyabr 1992-ci il tarixli 28 saylı iclas protokolundan çıxarışa əsasən İsmayıllı rayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18500 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına,İddiaçı isə həmin torpaq sahəsinin alqısatqısına dair Cavabdeh 18500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli,**********85 reyestr nömrəli çıxarışa əsasən, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.197 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 268 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, C avabdeh dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 11 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixində onunla Cavabdeh arasında "Torpaq sahəsinin alqısatqısına dair ilkin müqavilə" bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu,Qalacıq kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18.500 manata ona satılması barədə yekun alqı-satqı müqaviləsi bağlanmasına dair aralarında qarşılıqlı razılaşma olmuş dur. Cavabdeh əri Əjdər Şirinov da qeyd edilən torpaq sahəsinin satılmasına notarial qaydada razılıq vermişdir. Müqavilə imzalanan gün torpaq sahəsinə görə 18.500 manat ödəniş etmişdir. Bundan əlavə Cavabdeh əri Əjdər Şirinov nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması,dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci,habelə sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 5000 manat pulu da ondan almışdır. Bundan başqa,mübahisəli torpaq sahəsinin abadlaşdırılması,o cümlədən oraya su, yol, elektrik xətti çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün Cavabdeh əlavə olaraq 14000 manat pul vermişdir. Mübahisəli torpaq sahəsində görülən bütün işləri Cavabdeh ailə üzvləri vasitəsilə həyata keçir mişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh əri Əjdər Şirinovla birlikdə Bakı şəhərinə gələrək onunla görüşmüşlər və torpaq sahəsinə dair çıxarışın hazır olduğunu, ancaq çıxarışı almaq üçün əlavə olaraq 1500 manat da lazım olduğunu bildirmişlər. O, tanışları vasitəsilə həqiqətən Cavabdeh adına qeyd olunan çıxarış sənədinin hazır olduğunu əmin olduqdan sonra 1500 manat pulu da Cavabdeh nağd olaraq vermişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh əri Əjdər Şirinov onun mobil telefonuna zəng edərək çıxarışı aldıqlarını bildirmiş və mübahisəli torpaq sahəsinin alqısatqısını həyata keçirmək üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhərində görüşmək qərarı almışlar. Lakin Cavabdeh nə danışılan gün, nə də ondan sonra onunla görüşməkdən yayınmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh mübahisəli tor paq sahəsini başqa şəxsə satmağa hazırlaşır.Göründüyü kimi, mülkiyyətinə verilməli olan mübahisəli torpaq sahəsinə görə Cavabdeh razılaşdırılmış məbləğdən 2 dəfədən artıq xərci çıxmışdır. Lakin Cavabdeh mübahisəli torpaq sahəsinə dair adına çıxarış alandan sonra xx.xx.2016ci il tarixli ''Torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə” üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır.O,mübahisəli torpaq sahəsinin alqı-satqısına görə ilkin olaraq 18.500 manat, sonradan isə müxtəlif səbəblərlə 14000 manat və torpaq sahəsinə dair çıxarışı almaq üçün əlavə olaraq 1500 manat olmaqla, ümumilikdə 39000 manat vəsait xərcləmişdir. Beləliklə, Cavabdeh mübahisəli torpaq sahəsinin alqı-satqısına dair üzərinə düşən öhdəliyə əməl etməmiş və nəticədə ona ümumilikdə 39.000 manat məbləğində maddi ziyan v urmuşdur və həmin məbləği Cavabdeh tələb etmək qərarına gəlmişdir.Cavabdeh mübahisəli torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsinin şərtlərinə əməl etmədiyindən məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 207 manat dövlət rüsumu ödəmişdir.O,Cavabdeh dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5. "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ259/2023 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxt əlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 12968,30 manat təşkil etmişdir.

6. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-825/2023 nömrəli iş üzrə 13 oktyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddianın qismən təmin olunması, Cavabdeh dəymiş ziyana görə 37.968,30 manat və 203.90 manat dövlət rüsumu olmaqla, cəmi 38.172,20 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin alqı-satqısı məqsədi ilə ilkin müqavilə üzrə aldığı 18500 manat məbləğini iddi açıya qaytarmalıdır.

8. Məhkəmə iddia tələbinin Cavabdeh nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması, dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedibgəlməyə görə yol xərci, sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissəhissə (1500,500,500,1000,1000, 500 və s) olmaqla, ümumilikdə 5000 manat və torpaq sahəsinə dair çıxarış sənədi almaq üçün əlavə olaraq 1500 manat hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarında olan CD disketdə qeydə alınmış audio səs yazılarına əsasən qeyd edilən məbləğlərin cavabdeh tərəfindən iddiaçıdan alınması etiraf edildiyindən iddia tələbi həmin hissələrdə də əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş ümumilikdə 6500 manat pul tərəflər arasında bağ lanmış ilkin müqavilə əsasında və həmin müqavilənin tərkib hissəsi olmadığından bu hissədə hazırki iddia tələbinin qanuni əsası borc müqaviləsidir.

9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh borc olaraq aldığı 6500 manat borcunu ödəməkdən yayınmışdır. Belə olan halda cavabdehdən 6500 manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 14000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-259/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yo l və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 12968,30 manat təşkil etmişdir. Ona görə də cavabdeh ilkin müqavilə üzrə əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq xərc yanaşması metodu əsas götürülməklə,iddia tələbi həmin hissədə qismən təmin olunaraq Cavabdeh məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində apar ılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyərinin 12968,30 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh dəymiş ziyana görə 37.968,30 manat (18500+5000+1500+12968,30=37.968,30) manat məbləği alınıb İddiaçı verilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1, 21.1, 21.2, 135.10, 157.7, 385.1, 386.1, 389.1, 390.1, 402.1, 402.2, 402.3, 402.4, 402.5, 402.6, 425.1 442, 443.1, 443.5, 448.1, 599.3, 599.4,739, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. C avabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (iddianın təmin edilən hissəsində) ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilədən sonra İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, həmin torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh 18500 manat məbləğində pulu ödəməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi kassa mədaxil orderi bankın möhürü ilə təsdiq edilməmiş, saxta olmuşdur. Bununla bağlı məhkəmə heç bir araşdırma aparmamış, həmin məbləğin Cavabdeh bankdan götürüb-gütürməməsi və yaxud banka sorğu verərək kassa məxaric orderini məhkəmə tələb etməmiş, bir sözlə təkcə İddiaçı təqdim etdiyi “sənədin ksero surəti” sənədlə kifayətlənərək heç bir araş dırma aparmamış, belə araşdırmanın aparılmaması isə Cavabdeh hüquqlarının pozulması ilə nəticələnmişdir. Ümumilikdə 5000 manat və torpaq sahəsinə dair çıxarış sənədi almaq üçün əlavə olaraq 1500 manat pulun İddiaçı tərəfindən Cavabdeh verilməsini təsdiq edəcək heç bir sübut olmamış, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümimiyyətlə, İddiaçı tərəfindən Cavabdeh borc pul verilməmişdir, bu barədə məhkəmənin gəldiyi nəticə qanunsuz olmuşdur. İsmayıllı rayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsi heç vaxt İddiaçı istifadəsində olmamışdır. O, heç vaxt həmin torpaq sahəsində yaxşılaşdırma işləri aparmamış, su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi ilə bağlı heç bir iş görməmişdir. Bu barədə, yəni həmin torpaq sahəs ində yaxşılaşdırma işlərinin aparılmasını təsdiq edəcək iş materiallarında heç bir sübut olmamışdır. İş materiallarında olan mütəxəssis rəyi torpaq sahəsində su, yol və elektrik xətlərinin və müxtəlif növ ağacların dəyərini əks etdirmişdir. Həmin işlərin İddiaçı tərəfindən görülməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. İsmayıllı rayon XDS rəyasət heyətinin 21 oktyabr 1992-ci il tarixli 28 saylı iclas protokolundan çıxarışa əsasən İsmayıllı rayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsi uzun müddətdir ki, bu günədək Cavabdeh faktiki istifadəsindədir. Belə halda başqa şəxsin gəlib orada, torpaq sahəsində iş gördürməsi inandırıcı və ağlabatan deyil. Məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səs Cavabdeh deyil, başqa şəxsə məxsus olmuşdur. Məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səsin Cavabdeh məxsus olması barədə iş materiallarında heç bir sübut olmamışdır Əmlakın Qiymətləndirilməsi” MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi həqiqətə uyğun olmamışdır. Heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər, o cümlədən "xxxx" MMC təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən ekspert və yaxud mütəxəssis rəyi kimi qələmə verilən sənəd hazırlanmış və məhkəməyə təqdim olunmuşdur. Belə sənədin ekspert və yaxud mütəxəssis rəyi kimi qəbul olunması və ondan məhkəmə icraatı çərçivəsində istifadə olunması qanuna ziddir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(107)-650/2024 nömrəli mülki iş üzrə 8 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Günay Cavadova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş ümumilikdə 4800 manata aid hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin 4 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alqısatqısına dair ilkin müqavilə”yə əsasən verilmiş pula görə tutulmuş 18.500 manatın 500 manata aid hissəsində və borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi birinci inst ansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş ümumilikdə 4800 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 10-cu vərəqində olan 4 noyabr 2016-cı il tarixli “xəzinə mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Mahmudov X1 4 noyabr 2016-cı il tarixli XK-731 saylı məktubuna əsasən 18.000 manat pulu Muğanbank ASC-nin Binəqədi filialına depozitə qoymuşdur.

17. Cavabdeh apellyasiya şikayətinin qətnamənin 14-cü bəndində göstərilmiş dəlilləri ilə, o cümlədən məhkəmə iclasında həmin “xəzinə mədaxil orderi” əsasında depozitə qoyulmuş pulun cavabdeh tə rəfindən götürülmədiyini iddia etmişdir.

18. Həmin məsələnin aydınlaşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna sorğu verilməklə həmin 18.000 manat pulun depozitdən kim tərəfindən hansı tarixdə götürülməsi ilə bağlı məlumatların, onları təsdiq edən sənədlərlə birlikdə, Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

19. Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş 3 iyul 2024-cü il tarixli məktubda göstərilmişdir ki, 04 noyabr 2016-cı il tarixdə İddiaçı Məmmədnəbi oğlu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin Binəqədi filialında olan notariusun depozit hesabına qoyulmuş 18.000 AZN məbləğində pul vəsaitinin kim tərəfindən alınması barədə LPO "xxxx" ASC-nin arxivində olan sənədlər 07 fevral 2022-ci il tarixdə 52- 1/HR saylı əmrə əsasən məhv olunmuşdur.

20. Kollegiya tərəfindən ünvan ünvanlanmış sorğuya cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, 4 noyabr 2016-cı il tarixli MUĞ No 289970 olan “çekin kötüyü”nə əsasən “18.000” Cavabdeh verilmişdir.

21. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri qismən – 500 manata aid hissədə əsaslı, 18.000 manata aid hissədə isə əsassızdır.

22. Ona görə də, 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə”yə əsasən verilmiş pula görə tutulmuş 18.500 manatın 500 manata aid hissəsində iddia rədd edilməlidir. Çünki, həmin 500 manatın iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

23. İddia tələbinin cavabdehə borc olaraq verilmiş pulların geri qaytarılması ilə bağlı hissəs ində kollegiya aşağıdakıları qeyd edir.

24. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı 6500 manat məbləğində təmin edərkən iş materiallarında olan CD diskdə qeydə alınmış audio səs yazılarına əsasən qeyd edilən məbləğlərin cavabdeh tərəfindən iddiaçıdan alınmasının etiraf edildiyinə əsaslanmışdır.

25. Həmin səs yazıları kollegiya tərəfindən dinlənilərkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehin əri Şirinov Əjdər (el arasında Şakir) Şirinbəy oğlu ilə mobil telefon danışığında ona ayrı-ayrılıqda 1000 manat və 1200 manat borc pul verdiyini bildirmiş, sonuncu da həmin faktı təsdiq etmiş, “Çəmənlidə olan torpaq sahəsini” iddiaçıya vermək yolu ilə ona olan borcunu bağlayacağını bildirmişdir.

26. Apellyasiya şikayətinin qətnamənin 17-ci bəndində göstərilmiş dəlilləri ilə cavabdeh həmin CD diskdə olan səs yazılarında onun səsinin olmadığını bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin əri X3 şahid qismində dindirilərkən həmin borcla bağlı səs yazısında iddiaçı ilə danışan şəxsin özü olduğunu bildirmişdir. Bu halı Cavabdeh da təsdiq etmişdir.

27. Cavabdeh kollegiyanın iclasında onların 1000 manat və 700 Türk lirəsi borc aldığını və həmin borcu iddiaçıdan deyil, onları iddiaçı ilə tanış edən şəxsdən aldıqlarını, torpağın satılması məsələsinə görə həmin borcun iddiaçıya keçdiyini bildirmişdir.

28. Cavabdehin əri X3 isə kollegiyanın iclasında həmin pulları məhz ididaçıdan və uşağını Türkiyəyə müalicəyə aparmaları səbəbilə aldığını göstərmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh və onun əri tərəfindən iddiaçıdan 2200 ma nat borc pulun alınması öz təsdiqini tapır. Həmin pullar iddiaçıdan cavabdehin əri vasitəsilə alınsa da, bütün proseslərdə cavabdehin özü və ya onun adından ərinin çıxış etdiyini nəzərə alsaq, alınması məqsədi baxımından həmin borcun hazırki iş üzrə Cavabdeh tərəfindən alındığı göründüyündən hazırki iddia tələbinin borc pula aid hissəsi 2200 manat məbləğində təmin edilməlidir.

30. Cavabdeh onları iddiaçı ilə tanış edən şəxsdən pul alması məsələsinə gəldikdə isə, həmin məsələnin araşdırılması, hazırki iş üzrə iddiaçı ilə əlaqəli olmadığından, hazırki məhkəmə baxışının predmeti deyildir.

31. İddiaçı isə cavabdehə (və ya onun ərinə) daha artıq məbləğdə borc pul verdiyini sübut etməli olduğu halda, bunu etmədiyindən iddianın həmin hissəsi qalan hissədə təmin edilməməlidir.

32. İddia tələbinin torpağa çəkilmiş yaxşılaşdırma xərclərinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir:

33. İş materiallarında olan CD diskdə qeydə alınmış audio səs yazısında cavabdehin əri iddiaçının mübahisəli torpaq sahəsində çəkdiyi xərclərlə bağlı sadaladığı faktları təsdiq etmiş, torpaq sahəsinə sənəd alınması məhkəmə qərarından asılı olmaqla, prosesin gecikdiyini bildirmiş və iddiaçının gözləməyini xahiş etmişdir.

34. Cavabdeh apellyasiya şikayətinin qətnamənin 16-cı bəndində göstərilmiş dəlilləri ilə mübahisəli torpaq sahəsinin heç vaxt iddiaçının sahibliyində olmamasını göstərsə də, o və onun əri X3 məhkəmə kollegiyasının 12 iyun 2024-cü il tarixli iclasında həmin məsələ ilə bağlı CD diskdə olan səs yazısında X2 dedikləri ilə eyni məzmunda izahat vermişlər. Cavab deh bildirmişdir ki, müqavilə bağlandıqdan sonra iddiaçı mübahisəli toprpaq sahəsinə su çəkdirmiş, 18 ədəd ağac gətirərək əkdirmiş, ağacları əkməyə kömək edən şəxslərin hər birinə 50 manat pulu Dəmir adlı şəxs vasitəsilə göndərmişdir.

35. X3 bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsində ağaclar əkdirmiş və yol çəkdirmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə bağlanmış ilkin alqı-satqı müqaviləsində torpağın qiyməti 18.500 manat müəyyən edilmişdir ki, bu da torpaq sahəsinin hər sotunun qiymətinin təqribən 900 manat olduğunu göstərir.

37. Cavabdeh kollegiyanın iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsinə mülkiyyət sənədi aldıqdan sonra onu başqa şəxsə torpağın bir so tu 2000 manatdan hesablanmaqla satdığını bildirmişdir. 38. 20 sot torpaq sahəsi hər sotu 2.000 manatdan hesablandıqda 40.000 manat etdiyini nəzərə alsaq, iddiaçı ilə razılaşma ilə torpağın yekun alqı-satqısı arasında torpaq sahəsinin qiyməti ikiqatdan çox artmışdır. Görünür ki, torpaq sahəsində edilmiş yaxşılaşdırmalar torpaq sahəsinin qiymətinin artımına səbəb olmuşdur.

39. Mütəxəssis rəyi ilə bağlı apellyasiya şikayətinin qətnamənin 18-ci bəndində göstərilmiş dəlillərinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual qanunvericilik mütəxəssis və ekspert rəylərini bir-birindən fərqləndirmişdir. Məhkəmə "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli rəyini ekspert rəyi kimi deyil, mütəxəssis rəyi kimi dəyərləndirmiş və prosessual qa nunvericiliyin tələblərini pozmamışdır. Cavabdeh həmin rəyin həqiqətə uyğun olmadığını göstərsə də, həqiqətə uyğun olmayan hesab etdiyi konkret halları göstərməmiş, rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil təqdim etməmişdir.

40. O cümlədən, cavabdeh apellyasiya şikayətində torpaq sahəsində yaxşılaşdırmalar edilməsi faktını və onların qiymətini deyil, həmin yaxşılaşdırmaların iddiaçı tərəfindən edilməsi halını mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası yaxşılaşdırmaların dəyərinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməsinə zərurət görməmişdir.

41. Ona görə də, iddia tələbinin torpağa çəkilmiş yaxşılaşdırma xərclərinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayət inin dəlillərini həmin hissədə əsassız hesab etmişdir.

42. Həmçinin cavabdeh apellyasiya şikayətinin qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərində müqavilədən sonra İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini iddia edir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilədə razılaşdırılmış 18.500 manat puldan 18.000 manatının iddiaçı tərəfindən cavabdehə verilməsi, o cümlədən mübahisəli torpaq sahəsində yaxşılaşdırmalar apararaq 12968,30 manat xərc çəkməsi təsdiq edildiyindən, bu hal onu deməyə əsas verir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmək istiqamətində tədbirlər görmüşdür və apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 135.10, 157.7, 385.1, 402, 442, 448.1, 59 9.3, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2024-cü il tarixli, 2(107)-650/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı “Cavabdeh dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun alınıb ona verilməsi” barədə iddasının əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, müqavilədən sonra İddiaçı üzərinə düşə n öhdəliyi yerinə yetirməmiş, həmin torpaq sahəsinin alğı-satqısına dair Cavabdeh 18500 manat məbləğində pul ödəməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi kassa mədaxil orderi bankın möhürü ilə təsdiq edilməmiş, saxtadır. Bununla bağlı məhkəmə heç bir araşdırma aparmamış, həmin məbləğin Cavabdeh bankdan götürüb-gütürməməsi və yaxud banka sorğu verərək kassa məxaric orderini məhkəmə tələb etməmiş, bir sözlə təkcə İddiaçı təqdim etdiyi “sənədin ksero surəti” sənədlə kifayətlənərək heç bir araşdırma aparmamış, belə araşdırmanın aparılmaması isə Cavabdeh hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan başqa qətnamənin (1500,500,500,1000,1000, 500 və s) olmaqla, ümumilikdə 5000 manat və torpaq sahəsinə dair çıxarış sənədi almaq üçün əlavə olaraq 1500 manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın həmin hissəsi də əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında ümumilikdə 5000 manat və torpaq sahəsinə dair çıxarış sənədi almaq üçün əlavə olaraq 1500 manat pulun İddiaçı tərəfindən Cavabdeh verilməsini təsdiq edəcək heç bir sübut yoxdur, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edim ki, İddiaçı tərəfindən Cavabdeh borc pul verilməmişdir, bu barədə məhkəmənin gəldiyi nəticə qanunsuzdur. Bundan başqa qətnamənin mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, İsmayıllı rayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsi heç vaxt İddiaçı istifadəsində olmamışdır. O, heç vaxt həmin torpaq sahəsində yaxşılaşdırma işləri aparmamış, su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi ilə bağlı heç bir iş görməmişdir. Bu barədə, yəni həmin torpaq sahəsində yaxşılaşdırma işlərinin İddiaçı tərəfindən aparılması, onun tərəfindən su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsini təsdiq edəcək iş materiallarında heç bir sübut yoxdur. İş materiallarında olan mütəxəssis rəyi torpaq sahəsində su, yol və elektrik xətlərinin və müxtəlif növ ağacların dəyərini əks etdirir. Həmin işlərin İddiaçı tərəfindən görülməsi heç bir sübutla öz təsdiqini tapmır. İsmayıllı rayon XDS rəyasət heyətinin 21 oktyabr 1992-ci il tarixli 28 saylı iclas protokolundan çıxarışa əsasən İsmayıllı rayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsi uzun müddətdir ki, bu günədək Cavabdeh faktiki istifadəsindədir. Belə halda başqa şəxsin gəlib orada, torpaq sahəsində iş gördürməsi inandırıcı və ağlabatan deyil. Şəki Apellyasiya Məhkəməsi qətnamənin “mübahisəli torpaq sahəsində yaxşılaşdırma işlərinin görülməsiilə bağlı” hissəsini belə əsaslandırır ki, cavabdeh apellyasiya şikayətində torpaq sahəsində yaxşılaşdırmalar edilməsi faktını və onların qiymətini deyil, həmin yaxşılaşdırmaların iddiaçı tərəfindən edilməsi halını mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası yaxşılaşdırmaların dəyərinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməsinə zərurət görməmişdir. Hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi bu nəticədə qa nunsuzdur. Belə ki, həmin yaxşılaşdırmaların iddiaçı tərəfindən edilməsi halı mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Bu səbəbdən həmin yaxşılaşdırmaların iddiaçı tərəfindən–edilib edilməməsi halının müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməli və bu hal ekspert rəyi ilə müəyyən edilməli idi. Lakin məhkəmə kollegiyası vəsatəti təmin etməmiş, sözügedən halın müəyyən edilməsi üçün ekspertiza keçirməmiş, iş materiallarında olan mütəxəssis rəyi isə qanunla müəyyən olunan qaydada əldə edilmədiyindən ona mötəbər sübut kimi qiymət vermək qanunsuz olmuşdur. Şəki Apellyasiya Məhkəməsi qətnamədə qeyd etmişdir ki, mütəxəssis rəyi ilə bağlı apellyasiya şikayətinin bu qətnamənin 18-ci bəndində göstərilmiş dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, Mülki Prosessual qanunvericilik mütəxəssi s və ekspert rəylərini bir-birindən fərqləndirmişdir. Məhkəmə "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli rəyini ekspert rəyi kimi deyil, mütəxəssis rəyi kimi dəyərləndirmiş və prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin bu dəlili də qanunsuzdur. Ona görə ki, iş materiallarında olan "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli mütəxəssis rəyi torpaq sahəsində yaxşılaşdırmaların iddiaçı tərəfindən edilməsi halının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilə bilməz. Mütəxəssis rəyinin sübut kimi qiymətləndirilməsi qaydası Mülki Prosessual Məcəllənin 64, 187-ci maddələrində müəyyən edilir. Hesab edirəm ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin mütəxəssis rəyi adlandırdığı "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli sənədin mötəbər sübut kimi qiymətləndirməsi Mülki Prosessual Məcəllənin 64, 187-ci maddələrinin pozuntusu kimi qiymətləndirməlidir. Yuxarıda qeyd olunan prosessual normalara riayət olunmadan əldə olunan (mütəxəssis rəyi) belə bir sübut isə mötəbərlik əhəmiyyətinə malik deyil. Göründüyü kimi "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli sənəd yuxarıda qeyd olunan prosessual normalara riayət olunmadan əldə olunmuşdur. Bu səbəbdən hesab edir ki, İddiaçı Cavabdeh dəymiş ziyana görə 39000 manat məbləğində pulun alınıb ona verilməsi üçün heç bir sübut və qanuni əsas mövcud deyil. Şəki Apellyasiya Məhkəməsinin qeyd etmişdir ki, torpaq sahəsində edilmiş yaxşılaşdırmalar torpaq sahəsinin qiymətinin artımına səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan nəticəyə gələrkən konkret sübuta deyil, öz mülahizələrinə istinad etmişdir ki, buda öz növbəsində qanuni sayıla bilməz. Şəki Apellyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntuları təkrarlanmışdır.

47. İşə baxmış Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını sadalamaqla, təqdim olunmuş sübutları araşdırmamış, Mülki prosessual Məcəllənin 103.1ci və bu Məcəllənin 88-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

48. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 14.1- ci, 16.1-ci, 21.1-ci, 21.2-ci 135.10-cu, 157.7- ci, 385.1-ci, 386.1ci, 389.1-ci, 390.1-ci, 402.1-ci, 402.2-ci, 402.3-cü, 402.4-cü, 402.5-ci, 402.6-cı, 425.1-ci, 442-ci, 443.1-ci, 443.5-ci, 448.1-ci, 599.3- cü, 599.4-cü, 739.1-ci, 739.2-ci, 740.1-ci və 740.2-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh həqiqətə uyğun olmayan və tamamilə əsassız kassasiya şikayəti heç bir mötəbər sübuta söykənməmişdir, buna görə də kassasiya şikayətinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-650/2024 nömrəli 8 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının M ülki Məcəlləsi

50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

51. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə,habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

52. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan,zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

53. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdan lı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

55. Maddə

402. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələr i doğurmur.

56. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

57. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

58. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

59. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni ke yfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

60. Maddə 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

61. Maddə 740.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

62. Maddə 740.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

64. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 65. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddian ın təmin olunub-olunmadığını müəyyən edir.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsinin iddia tələbinin borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilməsi hissəsi istisna olmaqla, iddia tələbinin təmin edilən digər hissələri ilə razılaşır və həmin hissələrlə əlaqədar qeyd edir ki, həmin hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin yaxşılaşdırmaların iddiaçı tərəfindən edilməsi halının mütəxəssis rəyi ilə müəyyən edildiyi, bu səbəbdən həmin yaxşıl aşdırmaların iddiaçı tərəfindən–edilib edilməməsi halının müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməli və bu hal ekspert rəyi ilə müəyyən edilməli olduğu, lakin məhkəmə kollegiyasının vəsatəti təmin etmədiyi, sözügedən halın müəyyən edilməsi üçün ekspertiza keçirmədiyi, iş materiallarında olan mütəxəssis rəyinin isə qanunla müəyyən olunan qaydada əldə edilmədiyindən ona mötəbər sübut kimi qiymət vermək qanunsuz olduğu barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları ilə cavabdeh tərəfin ekspertiza təyin edilməsi ilə əlaqədar ayrıca əsaslandırılmış yazılı vəsatət verməsi təsdiqlənmir. Apellyasiya şikayətinin dəlili ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual qanunvericilik mütəxəssis və ekspert rəylərini bir-birindən fərqləndirmişdir. M əhkəmə "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli rəyini ekspert rəyi kimi deyil, mütəxəssis rəyi kimi dəyərləndirmiş və prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Cavabdeh həmin rəyin həqiqətə uyğun olmadığını göstərsə də, həqiqətə uyğun olmayan hesab etdiyi konkret halları göstərməmiş, rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil təqdim etməmişdir. O cümlədən, cavabdeh apellyasiya şikayətində torpaq sahəsində yaxşılaşdırmalar edilməsi faktını və onların qiymətini deyil, həmin yaxşılaşdırmaların iddiaçı tərəfindən edilməsi halını mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası yaxşılaşdırmaların dəyərinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməsinə zərurət görməmişdir.

79. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya i nstansiyası məhkəməsi yaxşılaşdırmların iddiaçı tərəfindən edildiyini müətəxəssis rəyi ilə deyil tədqiq edilmiş digər sübutlarla müəyyən etmişdir.Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan CD diskdə qeydə alınmış audio səs yazısında cavabdehin əri iddiaçının mübahisəli torpaq sahəsində çəkdiyi xərclərlə bağlı sadaladığı faktları təsdiq etmiş, torpaq sahəsinə sənəd alınması məhkəmə qərarından asılı olmaqla, prosesin gecikdiyini bildirmiş və iddiaçının gözləməyini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin qətnamənin 16-cı bəndində göstərilmiş dəlilləri ilə mübahisəli torpaq sahəsinin heç vaxt iddiaçının sahibliyində olmamasını göstərsə də, o və onun əri X3 məhkəmə kollegiyasının 12 iyun 2024-cü il tarixli iclasında həmin məsələ ilə bağlı CD d iskdə olan səs yazısında X2 dedikləri ilə eyni məzmunda izahat vermişlər. Cavabdeh bildirmişdir ki, müqavilə bağlandıqdan sonra iddiaçı mübahisəli toprpaq sahəsinə su çəkdirmiş, 18 ədəd ağac gətirərək əkdirmiş, ağacları əkməyə kömək edən şəxslərin hər birinə 50 manat pulu Dəmir adlı şəxs vasitəsilə göndərmişdir. X3 bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsində ağaclar əkdirmiş və yol çəkdirmişdir.

80. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yaxşılaşdırmaların kimin tərəfindən edilməsinin müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olmadığından həmin halın müəyyən edilməsi üçün ekspertiza təyin edilmə bilməz.Həmin hal ekspert rəyi ilə deyil, tədqiq edilmiş digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilə bilər.

81. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsind ə də nəzərdə tutulur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

82. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində cavabdeh və onun əri tərəfindən iddiaçıdan 2200 manat borc pulun alınmasının öz təsdiqini tapdığı,həmin pullar iddiaçıdan cavabdehin əri vasitəsilə alınsa da, bütün proseslərdə cavabdehin özü və ya onun adından ərinin çıxış etdiyini nəzərə alsaq, alınması məqsədi baxımından həmin borcun hazırki iş üzrə Cavabdeh tərəfindən alındığı göründüyündən hazırki iddia tələbinin borc pula aid hissəsi 2200 manat məbləğində təmin edilməli olduğunu qeyd etmişdir.kassasiya kollegiyası həmin əsaslandırma ilə ra zılaşır.Apellyasiya instansiyası məhkəməsi göstərilən əsaslandırmaya baxmayaraq nəticədə iddia tələbinin borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki iddia tələbi borc pula aid hissədə 2200 manat məbləğində təmin edilməli olduğu üçün, 4300 manata (6500-2200=4300) aid hissədə rədd edilməli idi.

83. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2024-cü il tarixli 2(107)-650/2024 nömrəli qətnaməsi iddia tələbinin borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilməsi hissəsində dəyişdirilməli və iddia tələbi borc pula görə tutulmuş 6500 manatın 4300 manata aid hissəsində rədd edilməlidir.

84. Kollegiya mübahisələndirilən qalan hissələrlə əlaqədar bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası mübahisələndirilən qalan hissələrdə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və belə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan kassasiya şikayətinin dəli lləri həmin hissələrdə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

85. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2024-cü il tarixli 2(107)-650/2024 nömrəli qətnaməsi iddia tələbinin borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilməsi hissəsində dəyişdirilməli və iddia tələbi borc pula görə tutulmuş 6500 manatın 4300 manata aid hissəsində rədd edilməli, bununla əlaqədar olaraq Cavabdeh alınıb İddiaçı verilməli olan pul məbləği 33168,30 manat, alınıb verilməli dövlət rüsumu əvəzi (birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş) də nəzərə alınmaqla cəmi 33372,20 manat müəyyən edilməli, Şəki Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 8 iyul 2024-cü il tarixli 2(107)-650/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2024-cü il tarixli 2(107)650/2024 nömrəli qətnaməsi iddia tələbinin borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilməsi hissəsində dəyişdirilsin və iddia tələbi borc pula görə tutulmuş 6500 manatın 4300 manata aid hissəsində rədd edilsin. Cavabdeh alınıb İddiaçı verilməli olan pul məbləği 33168,30 manat, alınıb verilməli dövlə t rüsumu əvəzi də nəzərə alınmaqla cəmi 33372,20 manat müəyyən edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2024-cü il tarixli 2(107)650/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar