Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3683/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmə nəticəsində vurulmuş mənəvi zərər və maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-196/2024 nömrəli 9 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 dek abr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmənin 25 dekabr 2019-cu il tarixli müvafiq qərarı ilə İddiaçı barəsində həbs qətimkan tədbiri seçilərək sonuncu istintaq təcridxanasına yerləşdirilmişdir.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 saylı hökmü ilə İddiaçı bəraət verilmişdir. Həmin hökm yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ic raat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 100000 manat maddi ziyanın və 150000 manat mənəvi zərərin əvəzinin Cavabdehndən (bundan sonra “cavabdeh” və ya “Maliyyə Nazirliyi”) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il tarixdə qanunsuz həbs olunduqdan sonra sahibkarlıq fəaliyyəti tamamilə məhv olmuşdur. Keçirdiyi mənəvi iztirab nəticəsində xəstəliyinin ilk başlanğıcı həbsxanada olduğu zamandan başlamış və həbsdən azad olunduqdan sonra da iddiaçı təkrar olaraq baş-beyin infarktı keçirtmişdir. Sağlamlığı ilə bağlı vəziyyətinin pisləşməsi iddiaçının haqsız olaraq həbs olunmasından başlamışdır. Həmçinin bu səbəbdən iş fəaliyyəti də tam şəkildə pozulmuşdur. Həmçinin iddiaçı gözdən əlillər cəmiyyətinin rəhbəri olaraq nüfuzu aşağı düşmüşdür.
5. İddiaçı Mütəşəkkil Cinayətkarlığa qarşı X1 tərəfindən narkotik vasitələrin satışı və saxlaması ilə bağlı şübhəli şəxs qismində tutulmuş və həbs olunmuşdur. Bunların nəticəsi olaraq iddiaçı ağır mənəvi zərər almışdır. Belə ki, iddiaçı 25 dekabr 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin həbs qətimkan tədbiri barədə 25 dekabr 2019-cu il tarixli, qərarı ilə 23 ay (01 il, 11 ay) müddətində qanunsuz həbsdə saxlanılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 saylı hökmü ilə iddiaçıya bəraə t verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı protest vermiş, protest Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçı 25 dekabr 2019-cu il tarixdən 24 noyabr 2021-ci il tarixədək olan 23 ay müddətdə əsassız olaraq azadlıqdan məhrum olunmuş və istintaq təcridxanasında saxlanılmışdır.
6. İddiaçı tələbinin hüququi əsası kimi Mülki Məcllənin 21, 23 və 1097.1-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbində göstərilmiş kompensasiyanın Cavabdehndən alınıb verilməsi hissəsinin dövlət büdcəsi hesabından Cavabdeh vasitəsilə alınıb ona verilməsi kimi başa düşülməsini, həmçinin iddia tələbinin həcmini artıraraq iddia ərizəsində göstərilən məbləğdən maddi ziyana görə 150000 manat və mənəvi ziyana görə 100000 manat məbləğdən, əlavə sahibkarlıq fəaliyyətinin bərpa edilməsi üçün 50000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi iddiya etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsi yoxdur. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanının, yerli özünüidarə orqanlarının və ya orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünü idarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
9. Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-444/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya vurulmuş mənəvi zərərə görə 34500 (otuz dörd min beş yüz) manat məbləğində pul və 23000 (iyirmi üç min) manat məbləğində maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdi. (hakim Qələmdar Abbasov)
10. Birinci instansiya məhk əməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi məbləği tələb etsə də ona həmin məbləğdə mənəvi və maddi ziyanın dəyməsini təsdiq edəcək hər hansı sənəd və sübut məhkəməyə təqdim etməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mənəvi ziyan məbləğinin müəyyən olunması Avropa Məhkəməsinin mənəvi zərərlə bağlı tətbiq etdiyi mənəvi ziyan meyarları əsas götürülməlidir. Çünki İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı qərarlarında göstərilmişdir ki, mənəvi ziyanın məbləği dəyişkən olur. Bəraət almış şəxsə mənəvi ziyan müəyyən edilərkən onun şəxsiyyəti, cəmiyyətdəki nüfuzu, işlədiyi yer, ailə üzvləri arasında münasibətlər diqqətəlayiq halda araşdırılmalıdır. Həmin qərarlarda mənəvi ziyanın minimum məbləği 1000-3000 euro arasında m üəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənəvi ziyana görə həbsdə qalmanın hər ayı üçün 1500 manat (800 euro) kompensasiya ödənilməlidir.
13. İddiaçının iddia ərizəsində göstərdiyi maddi ziyanla bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya hər ay üçün 1000 manat maddi ziyan müəyyən edilməlidir. Çünki iddiaçı ilə birgə 3 nəfər ailə üzvünün qalması və onların heç bir yerdən əmək haqqı almamaları və yaxud maddi gəlirlərinin (yaşa görə pensiya, əliliyə görə pensiya və s) olmaması iddiaçının onları maddi cəhətdən təmin etməsi kimi qiymətləndirilməlidir. İddiaçının həbsə alınana qədər minimum yaşaması (qidalanması, mövsümi xəstəliklər, xeyir-şər məclislərində iştirak, geyim, səyahət, kommunal və s.) üçün çəkdiyi xərc 250 manat kimi hesablansa, id diaçının digər 3 ailə üzvünün saxlanması üçün də bir ayda 750 manat pul tələb olunur. Belə olan halda bir ailənin saxlanması üçün 1000 manat pul tələb olunur ki, onu da iddiaçı əsasız yerə həbsə alınmasaydı, həmin gəlirlə ailə üzvlərini saxlaya bilərdi (4 (nəfər) * 250 manat = 1000 manat). Buna görə də bir ay üçün 1000 manat olmaqla maddi ziysnını əvəzi olaraq 23.000 (iyirmi üç min) manat pul ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının maddi və mənəvi ziyandan əlavə sahibkarlıq fəaliyyətinin bərpa edilməsi üçün 50000 manat kompensasiyasının tələb etməsi təmin edilə bilməz. Belə ki, iddiaçı məhkəməyə sahibkarlıq fəaliyyəti ilə məşğul olması və həbsə alındıqdan sonra onun həmin fəaliyyətinin məhv olunması barədə hər hansı sübut təqdim etməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1100, 1101.1, 1101.2-ci, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 4-7, 12-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 16. iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçının ape llyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş mаtеriаllаrındа оlаn krеdit müqаvilələrinə əsasən sаhibkаrlıq fəаliyyəti ilə bаğlı Sаhibkаrlığа Milli Kömək Fоndu tərəfindən iddiaçıya krеdit vəsаiti аyrılmışdır. İddiaçı sаhibkаrlıq fəаliyyətini həyаtа kеçirərkən istintаq оrqаnı tərəfindən həbsə аlınmışdır ki, bundаn sоnrа da iddiaçının fəаliyyəti dаğılmış, nəticədə bаnk tərəfindən iddiaçıya qаrşı krеdit bоrcunun ödənilməsi ilə bаğlı məhkəmədə iddiа qаldırılmışdır. İddiaçı sаhibkаrlıq fəаliyyətini həyаtа kеçirərkən hər аy 4000-5000 mаnаt məbləğində gəlir əldə еtmişdir. Bu hаl Fond tərəfindən ona krеdit vəsаiti vеrilərkən hаzırlаnmış biznеs plаnlа da öz təsdiqini tаpmışdır. Həbs еdildikdən sоnrа sahibkarlıq fəаliyyəti dаğıldığındаn bunа dаir məhkəməyə sübut təqdim еdilməsi mümkün dеyil. Ancаq qеyd оlunаn biznеs plаnı iddiа tələbinin əsаslı оlmаsını təsdiq еdir. Əsassız olaraq həbs edilməsi nəticəsində dağılmış sаhibkаrlıq fəаliyyətinin bərpа еdilməsi üçün 50000 mаnаt vəsаit lazımdır
18. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə, təkcə Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən hazırkı məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalı idi. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişd ir və konkret qanunvericiliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə təcrübəsinin təsiri altında bu məsələ hər dəfə Maliyyə Naz irliyinə yönəlir. Halbuki ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə borcludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir. Lakin məhkəmə təcrübəsində bu məsələ hər dəfə Maliyyə Nazirliyi tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şə xslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqı nda” Qanuna uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının a idiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydad a dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi zərərə görə 34500 manat, maddi zərərə görə 23000 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, mənəvi ziyanın hər ay üçün 1500 manat dəyərində müəyyən edilməsi barədə məhkəmənin mövqeyi düzgün yanaşma hesab edilə bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əs assız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. Həmçinin məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslanmadan, eyni növ işlər üzrə fərqli yanaşma tətbiq etmişdir. Məhkəmə təcrübəsində bu növ işlərdə mənəvi ziyanın məbləği aylar üzrə hər ay üçün 1000 manat dəyərində müəyyən olunur. Bundan başqa, MPM-nin müddəalarının tələbləri nəzərə alınmaqla iddia ərizəsi məhkəmə ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Çünki iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Göygöl Rayon Məhkəməsində deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmadan məhkəmə tərəfindən iddiaçıy a 23000 manat məbləğində maddi ziyan vurulduğu hesab edilmiş və məhkəmə bu məbləği müəyyən edərkən heç bir sübuta əsaslanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 68 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusun a yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, üçüncü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni qayda tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslər inin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-196/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-444/2023 nömrəli qətnaməsi “İddiaçı vurulmuş mənəvi zərərə görə 34500 (otuz dörd min beş yüz) manat məbləğində pul və 23000 (iyirmi üç min) manat məbləğində maddi ziyanın cavabdeh Azərbaycan Respubli kası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi” hissədə dəyişdirilmiş, həmin hissədə mənəvi zərərə görə ödənilməli məbləğ 23000 (iyirmi üç min) manat, maddi ziyana görə isə ödənilməli məbləğ 5750 (beş min yeddi yüz əlli) manat müəyyən edilmiş, cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Şamil Rzaquliyev)
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanunsuz olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, əsassız olaraq 23 ay müddətində istintaq təcridxanasında saxlanılmışdır.
22. İddi a tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə arqumentlərini əsaslıdır. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində, iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, onu tanıyan şəxslər arasında nüfuzdan düşmüş və cəmiyyətdə olan mövqeyini itirmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən e tməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, azadlıqdan məhrum edilməsi və 23 ay müddətinə istintaq təcridxanasında saxlanılması nəticəsində mənəvi iztirab və sarsıntılar yaşamış, eləcə də onun qanunla qorunan hüquqları po zulmuşdur. Həmin qanunsuz hərəkətlər nəticəsində iddiaçı onu tanıyan şəxslər arasında nüfuzdan düşmüş, şəxsin barəsində mənfi fikir formalaşmış, habelə onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr yaranmasına səbəb olmuşdur.
25. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərəri 34500 manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmamışdır və mənəvi zərərin əvəzinin müəyyənləşdirilməsi ilə bağlı iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri əsassız, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Çünki qeyd edilənlərin fonunda iddiaçıya dəymiş mənəvi zərərə görə birinci instansiya məhkəməsinin müəyyən etdiyi mənəvi zərər məbləği işin konkret hallarına münasibətdə adekvat olmamışdır.
26. İddiaçı tələbində və apellyasiya şikayətinin dəlillərində 100000 manat məbləğində mənəvi zərər tələb etsə də, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində iddiaçının keçirtdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə cavabdehdən 23000 manat vəsait tutulması ağlabatan və ədalətlidir.
27. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçının 23 ay müddətində əsassız olaraq həbsdə saxlanılması nəticəsində ona dəymiş mənəvi zərərin miqdarının 100000 manat məbləğində müəyyən edilməsi yolverilməzdir. Belə ki, iddiaçının məruz qaldığı mənəvi z ərər əvəzində Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 23000 manat alınaraq iddiaçıya ödənilməsi sonuncunun keçirtdiyi mənəvi iztirab və sarsıntıların adekvat və effektiv şəkildə aradan qaldırılması baxımından məqsədəmüvafiqdir.
28. Apellyasiya instansiyası məhkəməsi maddi ziyan tələbi üzrə göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə bağlı gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birgə üç nəfər ailə üzvünün yaşaması və onların heç birinin əmək haqqı almaması, habelə gəlirinin olmaması iddiaçının onları maddi cəhətdən təmin etməsi kimi qiymətləndirilməlidir. İddiaçının həbsə alınana qədər yaşaması üçün minimum yaşaması üçün çəkdiyi xərc 250 manat hesablansa, onun üç nəfər ailə üzvünün saxlanması üçün də 750 manat vəsait tələb olunur. Belə olan halda ailənin saxlanılması üçün 1000 manat tələb olunur ki, onu da İddiaçı əsassız yerə həbsə alınmasaydı o həmin gəlirlə ailə üzvlərini saxlaya bilərdi.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, 18 fevral 1999-cu il tarixdə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəs i nəticəsində hansı hallara görə şəxsə zərərin əvəzinin ödənildiyi təsbit edilmişdir.
30. Həmçinin Mülki Məcəllənin 1101.1-ci maddəsinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
31. Göründüyü kimi, sadalanan qanunvericilik normalarında qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və.s nəticəsində məhz fiziki şəxsin özünə vurulmuş zərərin əvəzinin ödənilməsi müəyy ən edilmişdir. Başqa sözlə, əsassız cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və. s nəticəsində şəxsin ailə üzvlərinə dəymiş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və.s hallarda məhz həmin şəxsin qanunla qorunan hüquqları pozulduğu üçün sonuncunun ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Bu baxımdan iddiaçının əsassız olaraq həbsdə saxlanıldığı müddət ərzində məhz onun özünə dəymiş məhrum olduğu gəlirlər nəzərə alınmalıdır. Buna görə də iddia tələbinin maddi ziyanla bağlı hissəsi qismən əsaslıdır.
33. İddiaçı iddia tələbində, o cümlədən apellyasiya şikayətinin dəlillərində əsassız həbs olunanadək sahibka rlıq fəaliyyəti ilə məşğul olduğunu, lakin 23 ay müddətində əsassız olaraq azadlıqdan məhrum edilməsi nəticəsində 150000 manat gəlirdən məhrum olduğunu iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materialları ilə iddiaçının adına VÖEN olduğu müəyyən edilsə də, lakin bu hal özlüyündə iddiaçının müntəzəm olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay gəlir əldə etməsinə dəlalət etmir. Çünki şəxsin adına VÖEN (hətta aktiv) olması onun sahibkar kimi hər ay gəlir əldə etməsi kimi qəbul edilə bilməz. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay müntəzəm olaraq gəlir əldə etdiyini iddia etdiyi təqdirdə bu barədə sübutlarını məhkəməyə təqdim etmək vəzifəsi daşıyır.
34. Bununla belə, iddiaçının əsassız olaraq həbs olunduğu 23 ay müddəti, ölkənin müxtə lif sferalarında mövcud olan faktiki qiymətləri əlaqəli şəkildə tədqiq edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının maddi ziyanla bağlı iddiası qismən təmin olunaraq, onun əsassız olaraq həbsdə saxlanıldığı 23 ay müddət ərzində, yəni xx.xx.2019-xx.xx.2021-ci illər üzrə minimum əməkhaqqı səviyyəsində, yəni hər ay 250 manat hesablanmaqla, ümumilikdə (23 x250=5750) 5750 manat cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına alınaraq iddiaçıya ödənilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbinin sahibkarlıq fəaliyyətinin bərpa edilməsi üçün 50000 manat pulun cavabdehdən tutulması hissəsinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin hissədə iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Çünki yuxarıda da göstərildiyi kimi iddiaçı həbs edilməmişdən əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədləri də (kredit müqaviləsi, ödəniş qəbzləri, torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması barədə çıxarış və sair) sistemli şəkildə tədqiq edərək vurğulamışdır ki, həmin sənədlər iddiaçının həbs olunmamışdan əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq etmir. Belə ki, həmin sənədlərə nəzər saldıqda iddiaçının 4 sentyabr 2013-cü il tarixdə "xxxx" ASC-dən heyvandarlığın inkişafı ilə əlaqədar 15000 manat kredit götürməsi və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı və ailə üzvlərinə məxsus əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən olunur. İddiaçının həbs olunmamışdan 6 il əvvəl heyvandarlığın inkişafı məqsədilə bankdan 15000 manat məbləğində götürülmüş kredit məbləğinin heyvandarlıq təsərrüfatına sərf etməsi və həmin təsərrüfatın məhz sonuncunun əsassız olaraq həbs edilməsi nəticəsində məhv olması işin faktiki halları ilə öz təsdiqini tapmır, eləcə də bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
37. İddiaçıya dəymiş ziyanın Maliyyə Nazirliyi tərəfindən ödənilməli olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli 75 nömrəli Qərarın 5.1-ci bəndinə əsasən, dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Həmin Qərarın 5.23-cü bəndinə əsasən, dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Cavabdeh tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır. Həmin Qərarın 5.40-cı bəndinə əsasən, dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində Cavabdeh həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 440 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nda isə (“Büdcə xərclərinin funksional təsnifatı”, “Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” bölməsi - 12.9.0) 12.9.0 bölməsinin 222980-ci paraqrafı bilavasitə “məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərcləri” nəzərdə tutulmuşdur. İddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olan vəsaitin Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına ödənilməsi müəyyən olunmuşdur. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanıldığından mənəvi zərərin əvəzinin ödənilməsinin həmin orqan tərəfindən həyata keçirilməsi düzgün və əsaslıdır. Həmçinin dövlət büdcəsinin vahid təsnifatında məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərclər nəzərdə tutulmuşdur.
38. İşə baxılması ilə əlaqədar ərazi aidiyyət qaydalarının pozulması barədə cavabdehin apellyasiya şikayətinin dəlilini də əsassız sayan apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, MPM-in iddiaçının seçməsinə görə aidiyyət qaydalarından bəhs edən 36.7-ci maddəsinə görə, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, ya xud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəx slərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibi nə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanuns uz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə
4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə
12. Bu Qanunun 5-ci maddə sinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlər nəticəsi ndə fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı “… mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüqu və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə m ənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun…” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və p rosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilib, bu b axımdan kollegiya qətnaməni həmin hissədə yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.
47. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 21-36-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərh verməyə zərurət görmür.
48. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları araşdırmış, iddiaçının mühahisələndirilən hissədə istinad etdiyi halların sübut edilməməsini müəyyən etmiş, eləcə də iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı təqdim etdiyi sübutları nəyə görə qəbul etməməsini əsaslandırmış, düzgün hüquqi n əticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
49. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
50. Məhkəmə kollegiyası mənəvi zərərin miqdarının həbsdə olmanın hər bir ayı üçün 1000 manat müəyyən edilməsi barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticəni işin hallarına və formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab edir.
51. Nəzərə alınmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır və bu, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz
52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hüquqlarının pozulması faktı məhkə mə qərarları ilə tanınmışdır. X2 Məhkəməsinin presedent hüququna görə də bu, artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası deməkdir. Hətta “Alexina və digərləri Rusiyaya qarşı” işdə X2 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə, mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər.
53. Maddi zərər tələbinin təmin edilməyən hissəsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, analoji işlərdə əsassız ittiham edilmiş (həbsə alınmış) şəxsin mənəvi zərərə düçar olması bir prezumpsiya olaraq qəbul edilirsə, maddi zərərin mövcudluğu və onun miqdarı sübut edilməlidir. İşdən görünür ki, iddiaçı maddi zərərlə bağlı mübahisələndirilən hissədə irəli sürdüyü tələbi təqdim etdiyi sənədlərlə sübuta yetirə bilməmişdir.
54. Bu baxımdan, məhkəmə kollegiyası cavab dehin kassasiya şikayətinin dəlillərini isə əsassız sayır.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-196/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.