Məhkəmə qərarları › İş №2(102)-3686/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3686/2023

04.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3686/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Cavabdeh2 Zülfüqar oğluna, X4, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh4 MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, X6 və X2 qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: cinayət mühakimə icraatı qaydasında əmlak üzərinə qoyulmuş həbsin götürülməsi, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)- 1422/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh2 Zülfüqar oğlu 02 dekabr 1997-ci il tarixdə nikaha daxil olmuşlar.

2. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə (11) ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və həmin torpaqda inşa olunan 1935,8 kv.m qeyriyaşayış sahəsi Cavabdeh2 Zülfüqar oğlunun mülkiyyətində olmuşdur.

3. Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü ilə Azə rbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə vəzifəli şəxsləri, o cümlədən Cavabdeh2 Zülfüqar oğlunun qardaşı Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, məhkumların və qohumlarının adına olan bir sıra əmlakları, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529cu məhəllə ünvanında yerləşən 983,8 kv.m. və 1935,8 kv.m sahəsi olan mülklərin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Hökm qeyd olunan hissədə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 4. 16 aprel 2021-ci il tarixdə Cavab deh4 MMC Hərrac Mərkəzi tərəfindən ünvan 2 ünvanda 983,8 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1935,8 kv.m olan qeyri-yaşayış binasının satışı ilə bağlı hərrac keçirilmiş, X7 həmin əmlakı 600000 manata almış və onunla həmin tarixdə X10 Protokol bağlanmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 154,5 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı ½ hissədə və Cavabdeh2 Zülfüqar oğlunun ½ hissədə paylarının müəyyən olunması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin e dilməmiş, qətnamə ilə maraqlarına toxunan X5 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, X8 Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlak bölgüsü” tələbinə dair ilk və Cavabdeh2 Zülfüqar oğlunun İddiaçı qarşı eyni tələbə dair qarşılıqlı iddiaları təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə Cavabdeh3 mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin həbsdən azad olunması və iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh4 MMC-nin açıq hərracın keçirilməsinə dair 18 mart 2021-ci il tarixli, 27 nömrəli bildirişində göstərilmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin 1 mart 2021-ci il tarixli nömrəli sifariş məktubu üzrə pul tələbinə dair Bakı Hərbi Məhkəməsinin 15 mart 2019- cu il tarixli icra vərəqəsi üzrə iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 hektar torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 16 aprel 2021-ci il tarixində keçiriləcək açıq hərracda satılması qərara alınmışdır. Həmin daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Məhkum Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3. 178.3.1 və digər maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündə iddiaçının adı qeyd olunmamışdır. Həmin hökmdən aşkar şəkildə görünür ki, məhkum tərəfindən törədilməsinə istinad olunan əməllər ilə iddiaçının heç bir əlaqəsi yoxdur. Belə olan ha lda, icra vərəqəsində adının qeyd olunmaması və onunla heç bir əlaqəsi olmayan hökmə istinad edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müsadirə edilməsi yolverilməzdir və tamamilə qanuna ziddir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)94/2022 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin məhkum Cavabdeh3 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci tarixli qərarı ilə qismən təmin edilərək, onun və qohumlarının adına olan qərarda adları çəkilən əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilsə də, ünvan 5 ünvanda 983,8 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1935,8 kv.m olan qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməmişdir.

12. Qeyd edilən hökmdə iddiaçının adı və iddiaçının təqsirləndirilən şəxsə birbaşa hansı qohumluq əlaqəsinin olması göstərilməsə də, təqsirləndirilən şəxs Cavabdeh3 və qohumlarının adına olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m. sahəsi olan qeyri-yaş ayış sahəsinin təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə edilməsi müəyyən edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı və Cavabdeh2 Zülfüqar oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)94/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-448/2023 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.C.Kazımovdan ibarət tərkibə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)-94/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi (iddiaya cavab verməli olmayan - əsl olmayan cavabdehə qarşı verildiyindən) təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı yönəltmişdir. CPM-in 253.0-cı maddəsinə görə, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. CPM-in 254.1-ci maddəsinə görə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya pr osessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

17. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, həmin normaların məzmunundan da göründüyü kimi, bu cür tələblə şəxs cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etməli, həmin orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Belə olan halda məlum olur ki, hazırkı halda üzərinə həbs qoyulmuş əmlak müsadirə olunması barədə məhkəmənin hökmü qüvvəyə mindiyindən, cinayət icraatı qaydasında üzərinə həbs qoyulmuş hazırda isə məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edildikdə, həmin tələblər həmin hökmün icrasına qanunla nəzarət tutulmuş qaydada rəhbərliyi həyata keçirən prokurorluğa yönələ bilər. Hazırkı halda isə iddiaçının tələbi cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı irəli sürmüşdür.

18. MPM-in 50.3, 52.2-ci maddələrinə istinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddia tələbinin yönəldiyi elə fiziki və hüquqi şəxslərdir ki, onlar iddianı tam və qismən etiraf edə bilərlər, başqa sözlə, onların iddianı etiraf etməsi mübahisənin həllinə səbəb olur. İddiaçının tələbi təmin olunur. Hazırkı halda isə iddiaçının “qeyriyaşayış sahəsinə Cavabdeh3 mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin həbsdən azad olunması və ona qaytarılması” barədə iddia tələbi üzrə göstərdiyi cavabdehlər - Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və xüsusi ilə Cavabdeh2 Zülfüqar oğlunun iddia tələbini etiraf etməsi belə, heç nəyi dəyişmək iqtidarında deyil, onların iddianı etiraf etməsi mübahisənin həllinə gətirib çıxarmır. Bununla da məlum olur ki, həmin cavabdehlər iddia tələbinə cavab verməli olan şəxslər deyil. Beləliklə də müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlər düzgün müəyyən edilməmiş, hazırkı halda tələb ona cavab verməli olmayan şəxslərə qarşı, başqa sözlə desək, əsl olmayan cavabdehlərə qarşı irəli sürülmüşdür. Rayon məhkəməsi isə işin bu mühüm halına əhəmiyyət verməmişdir. Mülki Prosessual Məcəlləsinin 54.1, 54.2-ci maddələrinin mahiyyətindən və həmin fəslin sistematik təhlilindən görünür ki, həmin normalarda nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemind ə birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-1422/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 157, 358.1, 415.2-ci, Mülki Prosessual Məcəlləsinin 88, 217, 220. 4-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.

21. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, cavabdehin bildirişi 18 mart 2021-ci il tarixli, hərracın keçirilməsi tarixi isə 16 aprel 2021-ci ildir. Yəni cavabdeh tərəfindən 30 günlük müddət gözlənilmədən hərrac keçirilmişdir. Məhkəmə, əmlakların sahibi iddiaçı və cavabdehin olmasını, iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə almamışdır.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Etiraz onunla əsaslandırılmı şdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən m üəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fizik i və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia buna cavab verməli olmayan şəxsə qarşı verilmişdir.

31. Azərbaycan Respublikası CPM-in 253.0-cı maddəsinə görə, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmla k üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.

32. Həmin Məcəllənin 254.1-ci maddəsinə görə isə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

33. Beləliklə, qeyd olunan hüquq normalarına əsasən mülkiyyət hüququnun pozulmasını iddia edən şəxs əmlakın həbsdən azad edilməsi ilə bağlı ilk olaraq cinayət prosesini həyata keçirən orqana müraciət etməli, həmin orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, əmlakın həbsdən azad edilməs ini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.

34. Hazırki işdən həmçinin müəyyən olunur ki, iddiaçının tələb etdiyi əmlak qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə artıq xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmış və hökm həmin hissədə icra edilməklə, daşınmaz əmlak hərracdan X1.

35. Beləliklə müəyyən olunur ki, iddiaçının cavabdeh qismində qeyd etdiyi şəxslər bu tələbə cavab vermək səlahiyyətində olmamaqla, iddia əsl olmayan cavabdehlərə qarşı yönəldilmişdir.

36. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçının mübahisəli daşınmaz əmlaklar üzərində mülkiyyət hüququn olması və hərracın keçirilməsi prosedurlarının pozulmasından ibarət olmaqla, hazırki iddianın predmet inə aid deyildir. Bu səbəbdən ki, iddiaçının qeyd olunan əmlaklar üzərində hər hansı hüququnun olub-olmaması məsələsi qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə həll olunmuş, 16 aprel 2021-ci il tarixli hərracın keçirilməsi prosedurları isə ümumiyyətlə hazırki mübahisənin predmetini təşkil etməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişik lik edilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-1422/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar