Məhkəmə qərarları › İş №2(102)-3686/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3686/2024

20.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3686/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyət, payın naturada ayrılması, təkrar və əlavə ekspertizanın keçirilməsi barədə vəsatətin nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)309/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən, İddiaçı2 paylı mülkiyyətində ünvan 1 ünvanında 0.0891 ha torpaq sahəsi üzərində tikilmiş 124.50 kv.m yaşayış evi var. Həmin evin 10/12 hissəsi Cavabdeh, 1/12 hissəsi İddiaçı1 və 1/12 hissəsi isə İddiaçı2 mülkiyyətindədir.

2. Tovuz Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakdan payların naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir.

3. Tovuz Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətn aməsi ilə, Cavabdehiddiası təmin edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hərracdan satılması, hərracdan əldə olunan vəsaitin paylara mütənasib olaraq 5/6 hissə Cavabdeh, 1/12 hissə İddiaçı2 və 1/12 hissə İddiaçı1 olmaqla tərəflər arasında bölünməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1-də yerləşən torpaq sahəsinin naturada bölünərək ayrılması barədə qətnamə çıxarılması nı xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXH-nın Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********24-10301 reyestr nömrəli çıxarışdan görünür ki, həmin ünvanda fərdi yaşayış evi ilə bərabər sahəsi 0,0891 ha olan torpaq sahəsi də mövcüddür və xüsusi mülkiyyətdədir. Lakin Tovuz Rayon Məhkəməsinin qətnaməsində yalnız fərdi yaşayış evinin hərrac vasitəsilə satılaraq hərracdan əldə olunan pul vəsaitinin paylara bölünməsi qeyd edilmişdir. Belə ki, torpaqla bağlı məsələ mübahisələndirilməmişdir. Hətta sözügedən məsələ ilə bağlı xx.xx.2017-ci il tarixlidə ünvan 2 saylı evin və torpaq sahəsinin naturada bölünərək paylara ayrılması tələbi ilə Tovuz Rayon Mə hkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-3600/2017 saylı qərardadı ilə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. Hüquqların dövlət qediyyatı haqqında daşınmaz dövlət reyestrindən MN ******* saylı çıxarışda göstərilmiş, ünvan 3 ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 124,5 kv.m olan fərdi yaşayış evinin naturada mülkiyyətçılərin paylarına uyğun bölünməsi mümkündürmü?

2. Əgər mümkündürsə hansı qaydada? Tovuz Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(062)-80/2018 saylı qətnaməsində iddianın evlə bağlı hissəsinə toxunulmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən torpaqla bağlı məsələ mübahisələndirilməmişdir. Halb uki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində torpağın naturada bölünməsi istənilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpağın naturada bölünməsi zərurəti vardır. Belə ki, onlar xüsusi paylı mülkiyyətlərində olan torpağın sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mülkiyyətlərinin istifadəsində manelər yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin heç bir razılıq əldə edə bilməmişlər. Bunları nəzərə alaraq bildirmək istəyir ki, hazırkı iddia üzrə mübahisə eyni tərəflər arasında olsa da, eyni predment deyildir. Belə ki, 2017-ci il tarixdə qaldırılan iddiada hazırki mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Lakin, hazırdakı iddia ərizəsi üzrə mülki mübahisədə yuxarıda qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətdədir

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7754 nömrəli ekspert rəyi ilə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sahəsi 0.0891 ha olan torpaq sahəsində tikilmiş tikilinin üzərində olan “B” və “C” tikilisi nəzərə alınmamaqla, torpaq sahəsinin iddiaçıların paylarına uyğun naturada təcrid şəkildə iki hissəyə bölünməsi Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir.

7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1267/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov), iddianın qismən təmin edilməsi, ünvan 1-də yerləşən və Cavabdeh, İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətlərində olan torpaq sahə si tiklinin üzərində olan “B” və “C” tikililəri nəzərə alınmamaqla 1/12, 1/12 və 5/6 hissə olmaqla iddiaçıların paylarına uyğun naturada təcrid şəklində iki hissəyə bölünməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7754 nömrəli ekspert rəyi ilə əsaslandırmışdır.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 360-c ı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun və ailəsinin hüquqları pozulmasına gətirib çıxaracaqdır. Həmin qətnamə qanunsuz olduğundan ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməlidir. Həmçinin, məhkəmə qətnamədə cavabdehi məlumatlandırdığını bildirsə də, lakin məhkəmə prosesinin keçirildiyi vaxt barədə cavabdehə heç bir rəsmi bildiriş göndərilmə diyindən cavabdehin xəbəri olmamış və prosesdə iştirak etməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(104)-309/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də, həmin rəyin mötəbərliyini əsaslandırmamışdır. Ekspert iş üzrə tədqiqat aparmalı və apardığı tədqiqat nəticəsində qarşısına qoyulmuş suallara c avab verməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sahəsi 0.0891 ha olan torpaq sahəsində tikilmiş tikilinin üzərində olan “B” və “C” tikilisi nəzərə alınmamaqla torpaq sahəsinin iddiaçıların paylarına uyğun naturada təcrid şəkildə iki hissəyə bölünməsini mümkün hesab etmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 124,5 m2 olan fərdi yaşayış evinin kimin mülkiyyətində olması və torpaq sahəsinin hansı hissəsinə düşməsi, habelə liter “B” və “C” tikililərin kimin torpaq sahəsində yerləşməsi barədə heç bir araşdırma aparmamış, ümumilikdə tikililərin hüquqi vəziyyəti barədə araşdırılma aparılmadan, sadəc ə ekspert rəyində yazılanları sadalamaqla kifayətlənmişdir. Göründüyü kimi, bu bölgü mülkiyyətçilərin əmlakdakı paylarına uyğun bölgü deyildir. Çünki, torpaq sahəsinin bölünməsinin mümkünyülü yalnız həmin sahədə yerləşən tikililərin (liter “B” və “C”) olmadığı halda mümkün olduğu bildirilmişdir. Həmin bölgü mülkiyyətçi olan Cavabdeh payını azaltmaq və ya təsir göstərməklə onun mülkiyyət hüquqlarını pozur. Ona görə də birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uy ğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 213.1, 213.2, 214.1, 215.1, 215.2, 220.1, 220.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin heç bir araşdırma aparmadığını, ümumilikdə tikililərin hüquqi vəziyyəti barədə araşdırılma aparılmadan sadəcə ekspert rəyində yazılan ları sadalamaqla kifayətləndiyini “ön plana” çəkmişdir. Halbuki, apellyasiya instansiya məhkəməsi özü də heç kifayət qədər araşdırma aparmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi ekspert rəyi ilə qane olmadığı halda özü təkrar ekspertizanın keçirilməsi ilə bağlı müvafiq qərardad qəbul edərək ekspert qarşısında bu sualı qoymalı idi ki: “B” və “C” tikilisi nəzərə alınmaqla torpaq sahəsinin iddiaçıların paylarına uyğun naturada iki hissəyə bölünməsi mümkündürmü?

18. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq s ahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

22. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tətbiq olunmalı prosessual hüquq normasını tətbiq etməmişdir.

27. Belə ki, məhkəməyə müraciət etmək hüququ bəzi hallarda qanun la məhdudlaşdırılır. Onlardan biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə daha əvvəl məhkəmədə baxılmış olmasıdır. Bu halda həmin mübahisəyə yenidən baxılması mümkün sayılmır.

28. Ona görə də MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

29. Baxılan işin materiallarından görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə dair iddia Tovuz Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi və Tovuz Rayon Məhk əməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə artıq həll edilmişdir.

30. İddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı məsələnin həmin qətnamələrlə həll edilmiş mübahisəni predmeti olmaması barədə dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 135.4-cü maddəsinin tələblərinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

31. Bölünməsi tələb edilən fərdi yaşayış evi ona məxsus 0.0891 ha olan torpaq sahəsində yerləşməklə, vahid şəkildə istifadə edilə bilər və ayrıca şəkildə hüquq münasibətlərinə səbəb olmur.

32. Tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həmin vahid əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən ed ilmiş, həmçinin həmin əmlakın açıq hərracda satılması və əldə edilən vəsaitin paylara uyğun mülkiyyətçilər arasında bölünməsi qət edilmişdir. Belə olan halda, həmin evin yerləşdiyi torpaq sahəsini ayrıca bölgüsünün aparılması barədə iddia təmin edilə bilməz.

33. Tovuz Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi bu günədək icra edilməmişdirsə, paylı mülkiyyətçi kimi hazırki iş üzrə iddiaçıların da həmin qətnamənin icrasını tələb etmək hüquqları vardır.

34. Məhkəmə kollegiyası, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, aşağı instansiya məhkəmələri hazırkı iş üzrə icaata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduqları halda, iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmış və nəticədə düzgün olmayan qətnamənin qəbulu ilə nəticələnən prosessual hüquq normalarının p ozuntusuna yol vermişdirlər.

35. Kollegiya bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

36. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 261.0.2, 416-419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli 2(104)-309/2024 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar