Məhkəmə qərarları › İş №2(102)-3687/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3687/2022

23.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3687/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3687/22 (Açar sözlər: paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması) Bakı şəhəri, 23 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Şəki rayon Orta Zəyzid bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsində payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Şəki Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(107)-104/2022 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,0595 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) xx.xx.2017-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ əsasında X2, Cavabdeh2 (bundan sonra – birinci cavabdeh), Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) və İddiaçı (bundan sonra - iddiaçı) adına, həmin torpaq sahəsi üzrərinə 56.3 m2 fərdi yaşayış evi isə eyni tarixdə paylı mülkiyyət hüququ ilə 3/5 hissədə X1 və 2/5 hissədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

2. İddiaçının cavabdehl ərə qarşı qaldırdığı qeyd olunan fərdi yaşayış evində və onu yerləşdiyi mübahisəli toraq sahəsində və digər torpaq sahələrində (1,45 ha və 0,160 ha) payının naturada ayrılması barədə iddia, Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(075)-65/2019 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, fərdi yaşayış evinin “A” literli yaşayış evinin sahəsi 10,4 m2 olan 1 saylı köməkçi otağının və sahəsi 16,6 m2 olan 2 saylı yaşayış otağının, kənd təsərrüfatı təyinatlı 1,45 ha torpaq sahəsinin ¼ hissəsinə uyğun 0,3625 ha torpaq sahəsinin və yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,160 ha torpaq sahəsinin ¼ hissəsinə uyğun 0,04 ha torpaq sahəsinin naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır.

3. Qeyd olunan qətnamədə iddianın təmin olunmayan hissəsinə (fərdi yaş ayış evinin yerləşdiyi mübahisəli torpaq sahəsindən payın naturada ayrılması) münasibətdə göstərilmişdir ki,...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18548 saylı, xx.xx.2017-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə, iş üzrə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin iddiaçıya aid 2/5 hissəsinin təcrid sahə şəklində ayrılmasının (bölünməsinin) Azərbaycan Dövlət Tikinti Normaları 2.61-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

4. Bundan sonra, xx.xx. 2019-cu il tarixdə iddiaçının adına verilmiş **********1210301 nömrəli texniki pasportda mübahisəli torpaq sahəsinin sənəd üzrə sahəsinin 0,0595 ha, faktiki sahəsinin isə 0.0885 ha olduğu göstərilmiş və xx.xx.2019-cu il tarixdə sözügedən torpaq sahəsi 4/12 hissədə birinci cavabdehin, 3/12 hissədə ikinci cavabdehin və 5/12 hissədə iddiaçının, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 2/5 hissədə X1, 1/5 hissədə birinci cavabdehin və 2/5 hissədə iddiaçının adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, son olaraq cavabdehlərlə ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpa q sahəsinin naturada deyil, evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin ona məxsus 1 saylı, sahəsi 10,4 m2 olan köməkçi otağını və 2 saylı sahəsi 16,6 m2 olan yaşayış otağını, cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi ilə onun istifadəsinə verilməsi və cavabdehlərin giriş-çıxış üçün İ və F literi ilə işarələnmiş hissədən ayrıca küçəyə yol açmaqla istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, qeyd edilən fərdi yaşayış evi üzrə texniki pasport tərtib edilmiş və həmin pasportda torpaq sahəsinin sənəd üzrə 0,0595 ha, faktiki isə 0,0885 ha olduğu göstərilmişdir. Yəni, yeni tərtib o lunmuş texniki pasporta əsasən evə aid torpaq sahəsinin 0,029 ha hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və həmin hissə uyğun olaraq ştrixlənmişdir. Texniki pasportda İ-hasar, İİİ-darvaza, İV-darvaza, Btalvar, C-tövlə və F-talvar literləri ilə işarələnmiş hissələr zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir. Cavabdehlər mülkiyyətində olan evdə rahat yaşamasına imkan vermirlər, hesab edir ki, arada divar olmazsa, o, mülkiyyətində olan evdən heç vaxt istifadə edə bilməyəcək. Bölünməli olan torpaq sahəsi sənəd üzrə 0.0347 ha, faktiki olaraq isə 0.0637 ha-dır. Texniki pasportda İ literi ilə qeyd edilmiş hasar 12 m uzunluğunda küçə ilə həmsərhəddir ki, cavabdehlərin həmin hasarın yerində giriş-çıxış üçün ayrıca darvaza qoymaları və ona düşən otağın cavabdehlərlə həmsərhə d divarı boyunca ayrıca hasarın çəkilməsi problemi həll etmiş olar.

7. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli, 23417 saylı rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli, **********21 saylı mütəxəssis rəyinə əsasən tərəflərə məxsus paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda, ümumi birgə mülkiyyətlərində olan evin yerləşdiyi həyətyanı torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər. Tərəflərin **********12-10301 nömrəli texniki pasportla mülkiyyətləri ndə 595 m2 torpaq sahəsi olduğu halda, faktiki istifadələrində 890 m2 sahə vardır.

8. İş üzrə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli, 407 saylı rəyində göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(075)65/2019 nömrəli qətnaməsi də diqqətə alınmaqla tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin torpaq sahəsinin evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin iddiaçıya məxsus 1 saylı, sahəsi 10,4 m2 olan köməkçi otağını və 2 saylı, sahəsi 16,6 m2 olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan his sənin bölünməsi, cavabdehlərin giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Bölgü zamanı A literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər 6,2 m və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 m olmalıdır (bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənilib hazırlanmış plan- sxemində ətraflı göstərilmişdir).

9. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddia ərizəsinə etiraz edərək, bildirmişlər ki, iddiaçının fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməsinə hər hansı şəkildə maneə yaratmamışlar. İddiaçının sökülərək yerində darvaza quraşdı rılmasını tələb etdiyi daş divarı 2002-ci ildə birinci cavabdeh inşa etmiş, həmin vaxta kimi orada dəmir tor hasar olmuşdur. Həmçinin, darvazanı da 2002-ci ildə o, qoymuşdur. Əvvəllər həyətlərinin digər tərəflərindən də gediş-gəliş üçün cığırlar olmuşdur, hazırda isə iddia tələbinin təmin ediləcəyi halda onların yolu bağlanacaqdır.

10. Məhkəmə tərəfindən 23 noyabr 2020-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməklə, bu barədə tərtib ounmuş protokolda qeyd olunmuşdur ki, əraziyə baxış keçirilərkən həqiqətən də yol açılması təklif edilən ərazinin əsaslı tikilmiş daş hasarla əhatə edilməsi, iddiaçının ona verilməsini iddia etdiyi zəbt torpaq sahəsində dəmir dirəklər üzərində talvarın quraşdırıldığı və həyətin torpaq sahəsinin ayrıcı daş divarın çöl hissəsində yerləşən tor paq sahəsindən kifayət qədər hündürdə yerləşməsi məlum olmuşdur.

11. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təmin olunmamışdır.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.5, 157.2, 213.1, 213.2, 220.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyində mübahisəli torpaq sahəsinin naturada bölünməsinin mümkün olduğu göstərilsə də, həm rəyə əlavə edilmiş torpaq sahəsinin plan sxemindən, həm də 07 may 2019-cu il tarix də verilmiş texniki pasportdan iddiaçıya verilməsi təklif edilən torpaq sahəsinin əksər hissəsinin tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsi deyil, onların heç birinin mülkiyyətində olmayan zəbt torpaq sahəsi olması müəyyən edilmişdir. Azərbayan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları isə mülkiyyətdə olan əmlakdan payın ayrılması, onun naturada bölünməsi imkanlarını nəzərdə tutmuşdur.

13. Bundan başqa, mübahisəli əraziyə məhkəmə tərəfindən yerində baxış keçirilərkən həqiqətən də yol açılması təklif edilən ərazinin əsaslı tikilmiş daş hasarla əhatə edilməsi, iddiaçının ona verilməsini iddia etdiyi zəbt torpaq sahəsində dəmir dirəklər üzərində talvarın quraşdırıldığı, həyətin torpaq sahəsinin ayrıcı daş divarın çöl hissəsində yerləşən torpaq sahəsindən kifayət qədər hünd ürdə yerləşməsi və həmin hissədə daş hasar söküləcəyi halda belə cavabdeh tərəfə yolun hansı qaydada açılması mexanizminin qeyri-müəyyən olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddia tələbinə ümumilikdə hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı tələbində haqlı deyildir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 16 mart 2021-ci il tarixli, 2(107)-586/2021 nömrəli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilərək, birinci instansi ya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın ekspert rəyinə uyğun təmin olunması, sərhəd xəttinin (hasarının) çəkilməsinin iddiaçının hesabına həyata keçirilməsi barədə yeni qətnamə qəbul edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə (Azərbaycan Respublikası "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli, 407 saylı rəyi) uyğun bölgünün aparılmasının mümkünlüyü qənaətinə gəlməklə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi ekspert rəyini əsas sübut kimi qəbul etməməklə, həmin rəyi digər sübutlarla birgə qiymətləndirməmiş, rəylə razılaşmamasının əsl səbəbini əsaslandırmamış, eyni zamanda keçirdiyi yerli baxışla ekspert rəyini müqayisəli şəkildə təhlil etməmiş, iş üzrə gəlinmiş nəticə sözügedən rəylə ziddiyyət təşkil etmişdir.

17. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, fərdi yaşayın evinin və onun yerləşdiyi mübahisəli torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin evdən və torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehlərin müdaxiləsi ilə qarşılaşması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Digər tərəfdən, işdən də göründüyü kimi, iddiaçı məhz cavabdehlərin müdaxiləsi nəticəsində öz əmalakına daxil ola, o ndan istədiyi kimi istifadə edə bilmir.

18. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 213.2, 214.1-ci və MPM-in 14.2, 77.1, 88, 217, 218-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 17 iyul 2021-ci il tarixli, 2(102)-4133/2021 nömrəli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Ə.Əhmədov) kassasiya şikayəti təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

21. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 418.4.6-cı maddəsinə istinadla qeyd etmişdir ki, iddia tələbini təmin edərək mübahisəli ünvanda yerləşən torpaq sahəsindən yol açılmasını və iddiaçının hesabına hasarın çəkilməsini qət edən apellyasiya instansiyası məhkəməsi texniki pasportda göstərilmiş 290 m2 zəbt edilmiş torpaq sahəsinin tərəflərin mülkiyyətində olmadığını nəzərə almamış, həmin sahənin naturada bölgüsünü aparmaqla onun işdə iştirak etməyə cəlb edilməmiş mülkiyyətçisinin hüquq və vəzifələrinə dair məsələni hüquqlarının pozulmasına səbəb olan şəkildə həll etmiş, bununla da prosessual pozuntuya yol verilmişdir. Bu isə şikayətin dəlillərindən asılı o lmayaraq qətnamənin ləğv edilməsi üçün əsasdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Yeni apellyasiya baxışında keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin 15 fevral 2022-ci il tarixli, 27 saylı rəydə göstərilmişdir ki, texniki pasportda göstərilən 290 m2 zəbt edilən torpaq sahəsi istisna edilməklə iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(075)-65/2019 nömrəli qətnaməsi də diqqətə alınmaqla mübahisəli torpaq sahəsinin orada yerləşən evə dair tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin iddiaçıya məxsus 1 saylı sahəsi 10,4 m2 olan köməkçi otağını və 2 saylı, sahəsi 16,6 m2 olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaql ardan ayıran divarın davamı olaraq düz xətlə, texniki pasportda 1 literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi, cavabdehlərin giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkün deyildir. Mövcud bölgünün mümkün olmaması onunla izah olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı hər iki tərəfin istifadəsində olan zəbt torpaq sahələri (290 m2) nəzərə alınmaqla bölgünün aparılması mümkün olmuşdur. Lakin hazırkı əlavə ekspertiza qarşısında qoyulmuş sualda 290 m2 torpaq sahəsi istisna olmaqla bölgü aparıldığı halda həyətyanı torpaq sahəsinin təyinatı üzrə istifadəsi yararsız hala düşdüyü üçün mümkün deyildir.

23. Apellyasiya instansiyası məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(107)104/2022 nömrəli qətnaməsi ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Cavadova) apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın ekspert rəyinə uyğun təmin olunması, sərhəd xəttinin (hasarının) çəkilməsinin iddiaçının hesabına həyata keçirilməsi barədə yeni qətnamə çıxarılmış, ekspertiza xərci cavabdehlərə aid edilmişdir.

24. Məhkəmə kollegiyası əvvəlki apellyasiya icraatının gəldiyi nəticəni və əsaslandırmanı təkrarlamaqla kassasiya məhkəməsinin göstərişlərinə münasibətdə qeyd etmişdir ki, işin yeni apellyasiya baxışında keçirilmiş ekspertiza üzrə alınmış rəydən də göründüyü kimi, zəbt edilmiş 290 m2 torpaq sahəsi istisna edilməklə müba hisəli torpaq sahəsinin naturada bölünməsi və cavabdehlərin çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması mümkün deyil. Belə ki, texniki pasportun göstəricilərinə görə B-talvar, C-tövlə və F-talvar literləri tikililərin altında torpaq sahəsi zəbt edilmiş torpaq sahəsidir.

25. Kollegiya, həmin rəylə razılaşsa da, hesab etmişdir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, tərəflərin istifadəsindədir və əsl mülkiyyətçi olan bələdiyyə tərəfindən hal-hazıradək mübahisələndirilməmişdir. Bələdiyyə tərəfindən isə həmin torpaq sahəsinin mübahisələndirlməsi hüququ istisna edilmir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsini və giriş-çıxış yolunun açılmasını tələb edir. Başqa cür mülkiyyətindən istifadə edə bilmir.

26. Kollegiya, məhz iş in faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi daxil edilsə belə, tərəflər arasında sərhədlər müəyyən edilməli, iddiaçıya giriş-çıxış yolu açılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

28. Şikayət onunla əsaslandırılmışdır ki, yeni darvaza açılaraq bölünməsi tələb edilən ərazi nə iddiaçının, nə də cavabdehlərin mülkiyyətindədir. Həmin ərazi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Belə olan halda, iddiaçının həmin ərazidən yolu ayrılması, divarın sökülərək orada yeni darvaza nın qoyulması barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Apellyasiya məhkəməsi isə onların mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsini də bölmüşdür. Mülki Məcəllənin müvafiq normaları isə yalnız mülkiyyətdə olan əmlakdan payın ayrılmasını, onun naturada bölünməsi imkanlarını nəzərdə tutmuşdur.

29. Digər tərəfdən, Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinə əsasən, torpaq sahəsinin kimin mülkiyyətində olması bələdiyyə arayışı ilə müəyyən edilə bilməz, məhkəmə tərəfindən bu halın müəyyən edilməsi məqsədilə DƏDRX-yə sorğu verilməli idi. Lakin, apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, işə formal baxmış, istinad etdiyi bələdiyyə arayışına həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını tə sdiq edən sənəd əlavə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmla k barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (1-3-cü bəndlər).

34. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

35. Maddə 220.1-220.2. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər.

36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya ş ikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Apellyasiya instansiyası məhkəməsi İddiaçı torpaq sahəsindən payın yeni açılmış hallar üzrə müəyyənləşdirərək naturada ayrılması tələbini təmin edərkən onun paylı mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisi kimi əmlakından sərbəst qaydada istifadə etmək imkanına malik olmamaqla mülkiyyət hüququnun pozulmasını əsas göstərmişdir.

45. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

46. İşdən görünür ki, mübahisəyə birinci dəfə baxan kassasiya instansiyası məhkəməsi iddianın təmin olunmasına dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci i l tarixli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən bölgüsü aparılmış torpaq sahəsinin 290 kv metr hissəsinin bələdiyyənin mülkiyyətində olmasının nəzərə alınmamasını, bələdiyyənin işə cəlb edilməməklə onun hüquq və vəzifələrinə toxunan qətnamə qəbul edilməsini əsas göstərmişdir.

47. Lakin təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi mülkiyyətçilər tərəfindən qanunsuz istifadə olunan 290 kv metr ölçüdə torpaq sahəsinin mülkiyyətçisi kimi bələdiyyəni işə cəlb etməmiş, onun nümayəndəsinin işdə iştirakını təmin etməmiş və belə vəziyyətdə həmin torpaq sahəsini də tərəflər arasında bölmüşdür.

48. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin göstərişləri işə yenidən baxan məhkəmə üçün məcburi olmasına baxmayaraq, apell yasiya instansiyası məhkəməsi həmin göstərişə əməl etmədən qətnamə qəbul etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinə görə 290 kv metr torpaq sahəsinin nəzərə alınmadan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından və belə vəziyyətdə iddiaçının əmlakdan sərbəst istifadə etmək hüququ pozulduğundan iddia təmin edilməlidir.

50. Həmin əsaslandırma Azərbaycan Respublikası MPM-nin 418.4.6-cı maddəsinin tələbinə zidd olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qeyri-qanuni və əsassız sayır.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-104/2022 nömrəli iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar