Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3688/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun etirafı, sübutetmə yükü, əqdin etibarsızlığı nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1312/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 2018-ci ildə pul borcu münasibətləri olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30000 manat və dövlət rüsumu qismində ödədiyi 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2018-ci ildə tanış olmuşdur. Cavabdeh onun inamını qazandıqdan sonra, çətinliklərinin olduğunu bildirərək iddiaçıdan borc pul istəmiş, nağd pulu olmadığından Səidənin təklifi ilə özünə məxsus “Hyundai Accent” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini lombarda qoyaraq, 10.000 manat pul götürüb, borc olaraq 2018-ci ilin aprel ayında cavabdehə vermişdir. Səidə aylıq 700 manatdan olmaqla lombarda 10 ay onun vasitəsi ilə faiz ödənişləri etmişdir. Növbəti aylarda cavabdeh ödənişi etməkdə çətinlik çəkdiyini bildirdiyi üçün 11-ci və 12-ci ayların ödənişlərini özü ödəyərək avtomobilini lombarddan geri götürmüşdür. Sonra cavabdehin təklifi ilə həmin avtomobilini Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Elxan Orucovun rəhbərlik etdiyi lombarda girov qoymuş, 1 ay sonra cavabdeh aylıq ödənişləri etməkdən imtina etmişdir. Sonradan, iddiaçı cavabdehin maddi vəziyyətinin pis olduğunu görüb özünə məxsus qızıllarını ona vermişdir ki, girov qoyub, pul götürüb, dövriyyə edib pul qazansın, lombardın pulunu və ona olan borcunu ödəyə bilsin. Cavabdeh 2018-ci ildə ona məxsu s 8.000 manat dəyərində qızılları da Elxan Orucovun rəhbərlik etdiyi lombarda girov qoyaraq pul götürsə də, nə lombardın pulunu, nə də ki, ona olan borcunu ödəməmişdir. Beləliklə, cavabdehin ona 30.000 manat məbləğində pul borcu yaranmışdır.
4. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıdan 2018-ci ilin aprel ayında 8.700 manat borca pul götürdüyünü qeyd etmişdir.
5. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(035)-09/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim:Tahir Qubadov) iddia qismən təmin edilmiş, cavabdehdən əsas borca görə 8700 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 8730 manat pul tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə 2018-ci il in aprel ayında 10000 manat məbləğində borc verdiyini iddia etsə də, cavabdehə həmin məbləğdə borc verməsi barədə məhkəməyə yazılı formada bağlanmış borc müqaviləsini təqdim edə bilməmişdir. Bununla belə cavabdeh məhkəmə iclasında həm izahat verməklə, həm də yazılı ərizə verməklə iddiaçıdan 2018-ci ilin aprel ayında 8700 manat borc pul aldığını təsdiq etmişdir.
7. Cavabdeh iddiaçıdan borc aldığı 8700 manat pulu iddiaçıya artıqlaması ilə qaytardığını məhkəmə iclasında bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
8. Məhkəmə araşdırması zamanı, həmçinin iddiaçının cavabdehə iki ədəd qızıl sep və iki ədəd qızıl sırğa verdiyi müəyyən olunmuşdur ki, sonuncu bunu məhkəmə iclasında təsdiq etmişdir. Lakin, məhkəmə araşdırması zamanı həmin qızılların iddiaçının adına lomba rda qoyulması müəyyən olunmamışdır. Cavabdeh həmin qızılları lombarda qoymuşdursa da öz adından qoymuşdur ki, bu da iddiaçı üçün lombard qarşısında hər hansı bir faiz və əsas borc öhdəliyi yaratmamışdır.
9. Məhkəmə araşdırması zamanı iddiaçının özünə məxsus “Hyundai Accent” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili lomabarda qoyub pul götürdüyü müəyyən olunsa da, avtomobilin məhz cavabdeh tərəfindən və ya onun adından lombarda qoyulması və bu səbəbdən də cavabdehin iddiaçı və ya lombard qarşısında faiz və əsas borc öhdəliyinin yaranması sübut olunmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 106.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 389.1, 739.1 və 740.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1312/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Ələddin Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə tam razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassator şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib, iddiaçı tərəfindən məhkəməyə borc müqaviləsi təqdim olunmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul mə bləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
22. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmuş qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinə verdiyi ərizədə iddiaçıdan 8700 manat borc aldığını yazılı e tiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən bu hal iddiaçını həmin hissədə öz tələbini sübut etmə vəzifəsindən azad etmişdir.
35. İddia tələbinin qanuni əsası ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pul verildiyinin müəyyən olunduğu mülki işlər üzrə tərəflər arasında borc müqaviləsi bağlanarkən qanunla müəyyən olunmuş forma tələbinə riayət olunmaması pulun qaytarılması tələbinin rədd olunması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını görə etibarsız (əhəmiyyətsiz) olan əqdlər üzrə də tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Başqa sözlə, bu cür mübahisələrə baxan məhkəmə əqdin etibarsız olduğu barəd ə qənaətə gələrsə, hər bir halda tərəflərin əqdə qədərki vəziyyətini bərpa etməklə etibarsız müqavilə üzrə verildiyi müəyyən olunanların geri qaytarılması barədə məsələni də həll etməlidir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1312/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.