Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3688/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh xx şöbəsinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X9 Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı QƏRARİ İş № 2(102)-3688/2023 (Açar sözlər: prosessual müddətin bərpa edilməsindən imtina edilməsi) Bakı şəhəri 20 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı X4 Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı İKB ASC) cavabdeh xxx şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsinə, əsassız silinmiş pul vəsaitinin və icra ödənişinin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-ci il tarixli, 2(103)-5957/2023 saylı qərardadından cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsi (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X4 Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı İKB ASC) cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsinə, əsassız silinmiş pul vəsaitinin və icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-1223/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim R. Ə. Səmədov) iddia tələbi təmin edilmiş və cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 (üç min beş yüz) manat məbləğində icra ödənişi və 50.021 (əlli min iyirmi bir) manat olmaqla, cəmi 53.521 (əlli üç min beş yüz iyirmi bir) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tələb könüllü icra müddəti dövründə borclu tərəfindən tam olaraq icra edildiyindən və bu barədə İcra şöbəsinə rəsmi olaraq məktubla məlumat verildiyindən yenidən icra sənədində göstərilmiş məbləğin və ona əlavə olaraq 7% icra ödənişinin borclu Bankın hesabından silinməsi qanunazidd olmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələrinə, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 8.3, 20.1.5, 44, 44.1.3, 44.2, 78.1-cü maddəsinə, Azərbaycan Respublikası MPM-in 77.1, 217.3, 217.4-cü maddələrinə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya icraatı zamanı "xxxx" Tovuz Baltiya MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5957/2023 nömrəli, xx.xx.2019 il tarixli qətnaməsi ilə (hakimlər X. A. Mərdanova (sədrlik edən və məruzəçi), E. M. Həsənov, F. F. Babayev) cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 saylı, 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətlərini qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 manat məbləğində icra ödənişi və 50.021 manat manat olmaqla, cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" İKB Açıq Sə hmdar Cəmiyyətinə qaytarılması vəzifəsinin Nəsimi Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Borclu icra sənədinin könüllü icrası üçün nəzərdə tutulmuş müddət ərzində icra sənədini tam icra etmişdir. Buna baxmayaraq, xx.xx.2017-ci il tarixli 71 saylı ödəniş tapşırığı ilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 50.020 manat məbləğində pul vəsaiti "xxxx" İKB-dən tutularaq “X10 Baltiya” MMC-nin hesabına ödənilmiş və tələb könüllü icra müddəti dövründə borclu tərəfindən tam icra edilmədiyindən icra sənədində göstərilmiş məbləğin 7% icra ödənişi kimi tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edib ki, tələb könüllü icra müddəti dövründə borclu tərəfindən tam olaraq icra edildiyindən və bu barədə İcra şöbəsinə rəsmi olaraq məktubla məlumat verildiyindən y enidən icra sənədində göstərilmiş məbləğin və ona əlavə olaraq 7% icra ödənişinin borclu Bankın hesabından silinməsi qanunaziddir.
16. Məhkəmə kollegiyası movgeyini Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1, 44.2, 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamə dən müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Tovuz Baltiya MMC (vəkil X6) kassasiya şikayəti vermişdir.
18. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.T.Əhmədova– (sədrlik edən və məruzəçi), Ə.M. Rüstəmov və Ə.G. Nurməmmədov) 26 dekabr 2019-cu il tarixli, 2(102)-8023/2019 saylı qərarı ilə müstəqil tələb irəli sürməyən 3cü şəxs "xxxx" Tovuz Baltiya MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)5957/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsi (nümayəndəsi-vəkili Vəkil) apellyasiya instansiya məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(103)-5957/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmiş və kassasiya şikayəti vermişdir.
20. Ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayətinin verilmə müddəti üzrlü səbəbə görə ötürülmüşdür. Belə ki, qətnamə xx.xx.2019-cu il tarixdə Cavabdehnə daxil olmuş, həmin vaxt icra məmurları 6 aylıq hesabat hazırlanmasına zaman ayırmışlar, daha sonra xx.xx.2019-cu il tarixdən həmin iş üzrə icra məmuru məzuniyyətə çıxmış və texniki səbəbdən müddət öturülmüşdür. Eyni zamanda digər tərəf kassasiya şikayəti verdiyi üçün məhkəməyə etimad edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-5957/2019 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – X. A. Mərdanova (sədrlik edən və məruzəçi), E. M. Həsənov və S. X. Bəhrəmzadə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(103)5957/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(103)-5957/2019 saylı qətnaməsi 10 iyun 2019-cu il tarixli məktubla tərəflərə göndərilmiş və qətnamə cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 27 iyun 2 019-cu il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən kassasiya şikayəti isə 16 iyun 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019cu il tarixli, 2(103)-5957/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ötürülmüşdür. Cavabdehin ərizəsində qeyd etdikləri isə ötürülmüş müddətin bərpa edilməsi üçün əsas hesab edilə bilməz, belə ki, kassasiya şikayəti icra məmuru tərəfindən deyil, məhz Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilməli idi.
23. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayıb ki, hazırki kassasiya şikayəti və müddə t bərpa barədə ərizə də icra məmuru tərəfindən deyil, vəkil (“Ədalət” vəkil bürosu) Vəkil tərəfindən verilmişdir ki, qətnamə cavabdehə rəsmi qaydada çatdırıldıqdan sonra da cavabdehin həmin qaydada kassasiya şikayəti verə bilmək imkanı olmuşdur.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MPM-nin 128.1,133, 133.1, 405.0.1-ci maddələrinə, Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” qərardadına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ı n 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarına əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Qərardaddan cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5957/2019 saylı qərardadının ləğv edilməsi, prosessual müddət bərpa edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5957/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassasiya şikayəti baxılması üçün Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 2
6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5957/2019 saylı qətnaməsi xx.xx.2019-cu il tarixində Cavabdehnə daxil olmuşdur. Həmin qətnamə ilə Cavabdeh şikayəti təmin olunmamış, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1223/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli buraxılmış prosessual müddətin bərpası haqqında ərizədə qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5957/2019 saylı qətnaməsindən şikayət verilməsi üçün prosessual müddət Cavabdeh tərəfindən üzrlü səbəblərdən ötürülmüşdür. Belə ki, qətnamə Cavabdehnə daxil olduğu zaman icra məmurlarının 6 aylıq hesabat hazırladığı, yəni iş yükü nün çox olduğu dövrə təsadüf etmişdir. xx.xx.2019-cu il tarixində isə həmin iş üzrə icra məmuru əmək məzuniyyətinə çıxmış və texniki səbəbdən müddət ötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)-5957/2019 saylı qərardadında müddətin ötürülməsinin üzrlü sayıla bilməməsinə əsas səbəb olaraq “şikayətin onsuzda icra məmuru tərəfindən deyil, Cavabdeh nümayəndəsi-vəkili tərəfindən verilməli olması gətirilmişdir.” Lakin, məhkəmə nəzərə almamışdır ki, şikayətin nümayəndəyə-vəkilə tapşırılması üçün ilk olaraq həmin iş üzrə icra məmuru daxil olmuş qətnamədən məlumatlı olmalı, qətnamə ilə tanış olmalı daha sonra isə şikayətin verilməsini nümayəndəyə tapşırmalıdır. Hazırkı işdə prosessual müddətin bərpasından imtina məhz “məhkəmə araşdırmasının ədal ətliliyini pozan hədsiz formalizm” kimi qiymətləndirilməlidir.
27. Kassator şikayətinin əsası kimi, Mülki Prosessual Məcəllənin 88, 133-cü maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 28.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
28. Maddə 128.1. prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
29. Maddə 133.1 məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
30. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət veri lməli, sənədlər təqdim edilməli və s.).
31. Maddə 405.1. apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
32. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” qərardadına əsasən, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əl aqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər b arəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində kassator-cav abdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
40. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
41. Prosessual müddətin bərpası üçün müdd əti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.
42. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin müddət bərpa ərizəsində göstərdiyi əsasları qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
44. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkə məsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-ci il tarixli, 2(103)5957/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.