Məhkəmə qərarları › İş №2(102)-3691/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3691/2022

14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3691/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 Nəhmət oğlu və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3691/22 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 14 iyul 2022-ci il Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 Nəhmət oğlu və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-369/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-136/2017 saylı, 05 aprel 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh 07 avqust 2016-cı il tarixdə, saat 22 radələrində, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Gentra” markalı, az ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətindən, metronun “Koroğlu” stansiyası istiqamətində, saatda 50-60 kilometr sürətlə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət etməklə, yəni sürətdən və hərəkət şəraitindən asılı olaraq, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq məqsədilə düzgün ara məsafəsi seçməklə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək, ehtiyatsızlıqdan qarşısında ünvan 1 ünvanında dönmək üçün dayanmış sürücü İddiaçı1 Nəhmət oğlunun etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Mercedes Benz 230” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Daewoo Gentra” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşmiş sərnişin İddiaçı2 beyin silkələnməsi, sol almacıq sümüyünün qapalı yerdəyişmiş sınığı, sol gözətrafı hematoması, sol almacıq və yanaq nahiyyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirmiş, həmçinin “Mercedes Benz 230” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şirəliyev Nəhmət oğluna 9.724 manat məbləğində maddi zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 Nəhmət oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hadisə zamanı onun maşınına yetirdiyi 9724 manat məbləğində maddi ziyana və 5000 manat mənəvi ziyana görə, qızı İddiaçı2 yetirdiyi xəsarətlərə görə 6000 manat məbləğində maddi ziyana görə, 5000 manat mənəvi ziyana görə, ümumilikdə cəmi 24724 manat pulun və məhkəmə xərclərinin cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, cavabdeh hadisə baş verdikdən bir neçə gün sonra maşını düzəltdirməyə söz versə də, sonradan buna əməl etməmişdir. Bundan başqa, hadisə zamanı qızı İddiaçı2 başından və üz nahiyyəsindən müxtəlif dərəcəli xəsarətlər almış və bu günədək onun müalicəsi üçün 1000 manat pul xərclənmişdir. Lakin, müalicə həkimi, qızının üz sümüyünün sındığını və gələcəkdə həmin yerin inkişaf etməyəcəyini və sifətinin öz formasını itirəcəyini bildirərək, Alidənin üzündə cərrahiyyə əməliyyatının aparılmasının labüd olduğunu bildirmişdir. Onun isə pulu yoxdur. Həkimin deməsinə görə həmin cərrahiyyə əməliyyatının aparılmasına 5000 manat pul lazımdır. Bundan əlavə, hadisə nəticəsində onlara 10000 manat məbləğində mənəvi zərər dəymişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3963/2017 nömrəli, 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı1 Nəhmət oğlunun xeyrinə maddi zərərə görə 9724 manat, İddiaçı2 xeyrinə mənəvi zərərə görə 2000 manatın tutulması, 30 manat dövlət rüsumunun iddiaç ıdan cavabdehlərin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

6. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, maddi ziyan hissəsində yalnız ziyanın ekspertiza rəyi əsasında müəyyən edilmiş hissədə təmin edilməsi, mənəvi ziyanın hissədə isə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun həbsdə olduğunu bilə-bilə onun iştirakını təmin etməmiş və iddia ərizəsinin surətini və məhkəmə bildirişlərini onun həbs yerinə göndərməməklə onun məhkəmədə özü və ya nümayəndəsi ilə iştirakının qarşısını almışdır. Bundan əlavə, məhkəmə iddiaçıya dəymiş maddi ziyan barədə heç bir araşdırma aparmadan, həmin ziyanın həqiqi həcmini müəyyən etmək üçün ekspertiza təyin etmədən, yalnız hökmdə göstərilmiş məbləği əsas gətirərək maddi ziyanın miqdarını müəyyən etmişdr. Lakin cinayət işinə baxılarkən zərərçəkmiş mülki iddia verməmiş və cinayət işinə baxılan məhkəmə baxışı zamanı avtomaşına dəymiş ziyan məsələsi müzakirə edilməmiş və buna hüquqi qiymət verilməmişdir. İddiaçı həmin iddianı mülki məhkəmə icraatı qaydasında verdiyi üçün mübahisə MPM-nin tələbləri baxımından həll edilməli, ziyanın miqdarı da həmin Məcəllənin təl əbləri əsasında müəyyən edilməli idi. Mənəvi ziyanın tutulması hissəsində də qətnamə qanunsuz olmuşdur. Belə ki, iddiaçının hər hansı bir mənəvi ziyan çəkməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə heç bir sübut olmadan mənəvi ziyana görə olan iddianı qismən təmin etmişdir. Həmin mənəvi ziyanın məbləği də əsassız olmuşdur.

4. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9189/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3963/2017 nömrəli, 31 iyul 2017-ci il tarixli qətnaməsi qismən, yəni 9724 manat məbləğində maddi zərərin Cavabdeh İddiaçı1 Nəhmət oğlunun xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə digər mübahisələndirilən hissədə, yəni İddiaçı2 xeyrinə mənəvi zərərə görə 2000 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı1 “Mercedes Benz 230” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyil, onu yalnız etibarnamə əsasında idarə etmişdir. Eyni zamanda, məhkəmə iclasında verdiyi izahatında da İddiaçı1 bildirmişdir ki, o, avtomoblin təmiri üçün hər hansı bir xərc çəkməmiş və yolnəqliyyat hadisəsi baş verdikdən sonra həmin avtomobili 1000 manat müqabilində satmışdır.

9. Apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı1 həm avtomobilin mülkiyyətçisi olmadığından, həm də avtomobilin təmiri üçün hər hansı xərc çəkmədiyindən, maddi zərərin dəyməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil.

10. Bununla yanaşı, işin hallarını nəzərə alaraq kollegiya hesab etmişdir ki, İddiaçı2 mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki, baş vermiş hadisə nəticəsində onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər alması və bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsizdir.

11. Həmin qətnamədən İddiaçı1 Nəhmət oğlu kassasiya şikayəti vermişdir.

7. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)763/2020 nömrəli, 07 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalb alıyev və Ə.Əliyev) İddiaçı1 Nemət oğlunun kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə, 4) zərər vuran şəxsin təqsiri. Qeyd olunanlardan sonra apellyasiya instansiyası məhkəməsi həmin halların mövcud olub-olmamasını araşdırmalı olduğu halda, bunu etmədən araşdırmaya və hüquqi qiymətləndirməyə ehtiyac olmadan mənəvi ziyanla bağlı məsələlərin araşdırılması və qiymətləndirməsinə keçmişdir. Mənəvi ziyanla bağlı məsələlərin isə araşdırılmasına ona görə ehtiyac olmuşdur ki, birinci instansiyası məhkəməsi mənəvi zərərlə bağlı tələbi rədd etmiş və iddiaçı həmin xüsusatla bağlı apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə baxmış və beləliklə, mənəvi zərərlə bağlı məsələlər apellyasiya instansiyası məhkəməsinin baxış predmetinə daxil olmamışdır.

14. Məhkəmə kollegiyası bildirmişdir ki, zərərin mövcud olması, mülki işə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə müəyyən edilmiş və hökmdə zərərin 9.724 manat məbləğində olması qeyd edilmişdir. Həmin hökm qüvvəyə minmişdir. Beləliklə, zərərin yenidən müəyyən edilməsinə zərurət qalmamışdır. Zərərin qanunsuz hərəkət və hərəkətsizlik nəticəsində vurulması da qeyd olunan hökmdə müəyyən edilmiş və orada qeyd olunmuşdur ki, avtonəqliyyat hadisəsi Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət etməməsi nəticəsində baş vermişdir. Zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması qanuni qüvvəyə minmiş hökmlə sübuta yetirilir. Belə ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsini pozması, onun idarə etdiyi avtomaşınla ünvan 1 ünvanında dönmək üçün dayanmış sürücü İddiaçı1 Nəhmət oğlunun etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 230” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomaşının arxa hissəsi ilə toqquşması nəticəsində avtomaşına 9.724 manat dəyərində zərər vurulması i lə nəticələnmişdir. Burada səbəbli əlaqə göz qabağındadır. Zərər vuran şəxsin təqsirli olması da qeyd olunan hökmdə sübuta yetirilmiş və o təqsirli olduğuna görə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd etdiyi əsasların hər biri mövcud olmuşdur. İddiaçı Ə.N.Şirəliyevin avtomaşının mülkiyyətçisi olmadığı, onun avtomaşının təmirinə pul xərcləmədən həmin avtomaşını 1000 manata satması da iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Əvvəla, Ə.N.Şirəliyevin mülkiyyətçinin ona vermiş etibarnamə əsasında mülkiyyətçiyə məxsus olan səlahiyyətləri həyata keçirmək hüququ, o cümlədən dəymiş zərəri tələb etmək hüququ olmuş, digər tərəfdən isə avtomaşına zərər yetirilmədiyi halda onun həmin avtomaşını 1000 manata deyil, daha yuxarı qiymətə satmaq imkanı istisna olunmur.

15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4404/2020 nömrəli, 01 iyun 2020-ci il tarixli qərardadı ilə avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1523 nömrəli, 27 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan, “Honda” servis tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələri n qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz 230” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5290,0 manat müəyyən edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-369/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), İ.Kərimli və M.Məmmədov) Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3963/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsinin maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh İddiaçı1 Nəhmət oğlunun xeyrinə maddi zərərə görə 5290 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinə gör ə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manatın iddiaçılar İddiaçı1 Nəhmət oğlundan, İddiaçı2 və Cavabdeh müştərək qaydada dövlət büdcəsinə tutulması qət edilmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək iddia tələbi üzrə maddi ziyan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin təqsirkar hərəkətləri nəticəsində İddiaçı1 Nəhmət oğluna maddi ziyan dəyməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Lakin kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində tam araşdırma aparmamışdır. İşin hallarını, eləcə də, ekspertiza rəyini nəzərə alara q məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanın vurulması hissəsində dəyişdirilməlidir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, baş vermiş hadisə nəticəsində İddiaçı2 həqiqətən də mənəvi zərər dəyməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

21. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

17. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi i şə qərəzli, tərəflərin hüquq bərabərliyi, faktlara əsasən və qanunamüvafiq baxmamışdır. Apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin müddəasını pozaraq, mülki mübahisə üzrə real zərərin dəqiq həddini müəyyənləşdirməmiş, sübutlardan biri olan və digər sübutlarla birgə qiymətləndirilməli olmalı ekspert rəyini əsas götürmüş, nəticədə də, qüsurlu nəticəyə gəlmişdir. İş üzrə məhkəmə maddi zərərin ödənilməsi hissəsində ekspert rəyində göstərilən məbləği əsas götürərək qətnamə qəbul edərkən cavabdehi ekspertin verdiyi rəylə tanış etməmiş, bu rəyə olan fikir və mülahizəsinə şərait yaratmamışdır. Apellyasiya məhkəməsi cavabdehə təkrar ekspertiza keçirilməsi üçün vəsatət vermək hüququnu ümumiyyətlə izah etməmişdir.

23. Kassasiya şikayətində Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 21.2, Mülki Prosessual Məcəllənin 85.1, 102.2, 102.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əl də edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.4.. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi 40. kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edilsə də, kassasiya şikayətinin dəlilləri maddi ziyan tələbinin təmin eilən hissəsi ilə bağlı olduğundan, məhkəmə aktı yalnız 5290 manat maddi ziyan t ələbinin təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Cavabdeh kassasiya şikayətində iddiaçının avtomobilinə dəymiş ziyanın düzgün hesablanmadığı və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu, iş üzrə təkrar eksperti za keçirilməli olduğunu qeyd etmişdir.

44. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləğ müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

46. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəy yənləşdirir.

47. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

50. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Cavabdeh tərəf vurulmuş ziyanın daha az məbləğdə olması və ekspert rəyinin düzgün olmaması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Buna görə də, iş üzrə təkrara ekspertiza keçirilməsinə də əsaslar mövcud olmamışdır.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-369/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi iddianın maddi ziyanın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar