Məhkəmə qərarları › İş №2(102)-3692/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3692/2024

18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3692/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti i ş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4313/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 22 nömrəli yaşayış evinin 4 nömrəli mənzili xx.xx.1997-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Mənzilin texniki pasportuna əsasən ümumi s ahəsi 47,30 kv.m.-dir.

2. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq olunmuş plan sxem ölçülərinə əsasən sözügedən mənzilin ümumi sahəsi 52,50 kv.m.-dir. Həmin Birliyin digər məktubuna əsasən cavabdehin mənzilinin artırılmış hissələri (əlavə tikililər) qanunsuzdur. Həmin tikililərə dair heç bir hüquqi sənəd mövcud deyil.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” 1518 7 nömrəli, xx.xx.2021-ci il tarixli rəyə əsasən mübahisəli ünvanda yerləşən yaşayış binasının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binanın istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binanın dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlı ğı təmin edilməmişdir. İstər yaşayış binasına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binası və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir.

4. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 161 nömrəli sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10.858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı, yaxud MMC) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22 mənzil 4-ə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəbli nski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada cavabdehin mülkiyyətinə 52,5 kv.m və 20% əlavə edilməklə 63 kv.m. olan 2 saylı mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı MMCnin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən cəmiyyə t Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-744/2022 saylı xx.xx.2022-ci il tarixli Lisenziyaya əsasən “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini” aparmaq icazəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Müvafiq sərəncama əsasən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ( mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və təsdiq edilmişdir. müvafiq sərəncama əsasən həmin ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə s tart verilmişdir. Lakin cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmamışdır. Cavabdeh ünvan 1 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan mənzilin texniki pasportuna əsasən mənzilin ümumi sahəsi 47.30 kv.m təşkil edir. Ümumi formalaşmış praktika nəzərə alınaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m-nə uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 13 sentyabr 2023-cü il tarixdə MS/XS/0094 saylı məktubla dəvət edilmiş və o, məktubu rəsmi olaraq qəbul etmişdir. Lakin hazırda cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir. İddiaçı bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda m üəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılsın və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etsin. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nə qliyyatın hərəkətinə əngəl törədir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, iddia tələbində binanın istismara yararsız olması ilə bağlı hallar qeyd edilmişdir. Bu günə kimi hər hansı şəxsə istifadədə ziyanın və ya iddiada qeyd edilən təhlükənin baş verdiyi hal olmamışdır. Əgər ev təmirsizdirsə mülkiyyətçi onu təmir edə və ya yaranmış problemi istənilən formada aradan qaldıra bilər. Bundan başqa, “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” məlumatdan da göründüyü kimi iddiaçı MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. İddiaçının layihəsində nəzərdə tutulan ərazidə tikinti, maddi-texniki işlərə, kompensasiya və s. hallara görə təxminən milyonlarla manat dəyərində xərc tələb edildiyi halda, onun nizamnamə kapitalının cəmi 10 manat olması onun iddiasının gələcək icrası mexanizmini sual altında qoyur. Məhkəmə iddia tələbini təmin edərsə, məhkəmənin çıxardığı qətnamə əsasında söküntü işləri və s. hallar baş verərsə nizamnamə kapitalında demək olar pul olmayan iddiaçı müflis halında, hər hansı digər hallarda cavabdehə dəymiş ziyanı aradan qaldıra bilməyəcəkdir. İddiaçının iddia tələbindən də göründüyü kimi o, söküləcək mənzilin yerində inşa olunacaq mənzillə 20 faiz əlavə ilə əvəz etmək istəyir. Cavabdeh qeyd etmişdir ki, bu hal gələcəkdə baş verməsi ehtimalı olan haldır. Həmçinin, cavabdeh mübahisənin hazırkı tələbini riskli hesab edir ki, hazırda faktiki mövcud olan 88,50 kv.m. sahədə yaşamaq ona daha uyğun və əlverişlidir. İddiaçı cavabdehi nağd şəkildə razılaşdırmaq yolu ilə də mübahisəyə son verə bilərdi, yəni qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməlidir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(008)1130/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim- Şəbnur Qədirova) iddia təmin edilmiş, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22, mənzil 4-ə dair mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdeh və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılmaları, həmin nənzilin əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada cavabdehin 52,5 kv.m. və 20% əlavə edilməklə 63 kv.m olan 2 saylı mənzillə təmin olu nması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin MMC-nin üzərinə qoyulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin 52,5 kv.m. təşkil edən 4 saylı mənzilinin sökülərək əvəzində onu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada sahəsi 63 kv.m. olan 2 saylı mənzillə təmin etməklə və yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdehə hər ay 400 manat kirayə haqqı ödəməklə, onun mülkiyyət hüququndan məhrum etmir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehə məxsus mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir və binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir. Artıq iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi binada yaşayan sakinlərin köçürülməsinə başlanılmışdır. Lakin cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin (sakinlərin) hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

11. Digər tərəfdən də məhkəmə qeyd etmişdir ki, cavabdehə məxsus mənzilin sökülməsi onun mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnməyəcəkdir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi 22 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hü ququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi sözügedən yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir.

13. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan evin sahəsi 52,5 kv.m.-dir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə artırmalar etmişdir, lakin sözügedən artırmalara dair qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 52,5 kv.m. + 20 faiz (yəni 10,50 kv.m.) mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 63 kv.m. mənzil ədalətlidir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 180.1, 180.2, 180.4, 203.1-ci maddələrinə, Mənzil Məcəlləsini n 28.1, 28.4, 28.7, 85-ci maddələrinə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə, Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində binanın istismara yararsız olması ilə bağlı hallar qeyd edilmişdir. Bu günə kimi hər hansı şəxsə istifadədə ziyanın və ya iddiada qeyd edilən təhlükənin baş verdiyi hal olmamışdır. Əgər ev təmirsizdirsə mülkiyyətçi onu təmir edə və ya yaranmış problemi istənilən formada aradan qaldıra bilər. Bundan başqa, “Kommersiya qurumların ın dövlət reyestri məlumatları haqqında” məlumatdan da göründüyü kimi iddiaçı MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. İddiaçının layihəsində nəzərdə tutulan ərazidə tikinti, maddi-texniki işlərə, kompensasiya və s. hallara görə təxminən milyonlarla manat dəyərində xərc tələb edildiyi halda, onun nizamnamə kapitalının cəmi 10 manat olması onun iddiasının gələcək icrası mexanizmini sual altında qoyur. Məhkəmə iddia tələbini təmin edərsə, məhkəmənin çıxardığı qətnamə əsasında söküntü işləri və s. hallar baş verərsə nizamnamə kapitalında demək olar pul olmayan iddiaçı müflis halında, hər hansı digər hallarda cavabdehə dəymiş ziyanı aradan qaldıra bilməyəcəkdir. İddiaçının iddia tələbindən də göründüyü kimi o, söküləcək mənzilin yerində inşa olunacaq mənzillə 20 faiz əlavə ilə əvəz etm ək istəyir. Cavabdeh qeyd etmişdir ki, bu hal gələcəkdə baş verməsi ehtimalı olan haldır. Həmçinin, cavabdeh mübahisənin hazırkı tələbini riskli hesab edir ki, hazırda faktiki mövcud olan 88,50 kv.m. sahədə yaşamaq ona daha uyğun və əlverişlidir. İddiaçı cavabdehi nağd şəkildə razılaşdırmaq yolu ilə də mübahisəyə son verə bilərdi, yəni qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməlidir. Yuxarıda sadalanan hallara görə məhkəmənin yanaşması düzgün və ədalətli deyildir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, tərəflər arasında mübahisənin düzgün həlli üçün ekspertizanın təyin edilməsi ilə bağlı vəsatəti təmin etməmişdir. Belə ki, iddiaçının iddia tələbindən də göründüyü kimi o, söküləcək mənzilin yerində inşa olunacaq mənz illə 20 faiz əlavə ilə əvəz etmək istəyir. İddiaçı cavabdehi nağd şəkildə razılaşdırmaq yolu ilə də mübahisəyə son verə bilərdi, yəni qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməlidir. Həmçinin, mübahisəli mənzilin real dəyərini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etmək zəruridir və bu məsələ xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli idi.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi)2(103)-4313/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilə aid hissədə dəyişdiri lərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşası nəzərdə tutulan A2 saylı binada 2-ci mərtəbədə yerləşən 63 kv.metr sahəsi olan 2 otaqlı, təmirli, 5 nömrəli mənzillə təmin edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehə məxsus mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması FHN Tikintidə X1 Agentliyi Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” 15187 nömrəli xx.xx.2021-c i il tarixli Rəyə əsasən öz təsdiqini tapdığından binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir.

20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin 52,5 kv.m. təşkil edən 4 saylı mənzilinin sökülərək əvəzində həmin ünvanda inşası nəzərdə tutulan binadan sahəsi 63 kv.m olan (20% artıq) təmirli mənzilin verilməsi və yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdehə hər ay 400 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulduğundan cavabdehin mülkiyyət hüquqları pozulmur, həmçinin işdə olan sənədlərlə də müəyyən edilir ki, binada yaşayan digər sakinlərə də eyni məbləğdə kirayə haqqı ödənilir. Cavabdeh hazırda faktiki mövcud olan 88,50 kv.m sahədə yaşadığını bildi rsə də, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 118 nömrəli məktubunda qeyd edilmişdir ki, mübahisəli mənzilin artırılmış hissəsində inşa edilmiş tikililər qanunsuzdur. Həmin tikililərə dair heç bir hüquqi sənəd mövcud deyildir.

21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qanunsuz inşa edilmiş tikililər alğısatqının predmeti ola bilməz və belə olan halda, rəsmi sənədlərə əsasən 52,5 kv.m sahəsi olan və köhnə, texniki vəziyyəti hazırda qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab verməyən binada yelərşən mənzilin dəyəri həmin ünvanda aidiyyəti dövlət qurumlarının icazəsi ilə inşa ediləcək yeni binada 63 kv.m. sahəsi olan təm irli mənzilin qiymətindən yüksək ola bilməz. Həmin mənzil təhvil verildikdən sonra cavabdeh öz arzusu ilə onu özgəninkiləşdirərək dəyərini ala bilər.

22. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, məhkəmə tərəfindən cavabdehin təmin ediləcəyi mənzilin hansı mərtəbədə yerləşməsi, onun nömrəsi, təmirli və ya təmirsiz olacağı dəqiq müəyyən edilməmişdir.

23. Apellyasiya araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşası nəzərdə tutulan A2 saylı binada 2-ci mərtəbədə yerləşən 63 kv.metr sahəsi olan 2 otaqlı, təmi rli, 5 nömrəli mənzillə təmin ediləcəyi bildirilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.1, 4.2.2, 4.2.3, 4.2.4, 4.2.5, 4.2.6, 4.2.7, 17.2, 17.3, 17.5-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 180.1, 180.4, 203.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 28.1-ci maddələrinə, "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 384.0.3, 385.2, 392.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.. Kassa siya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslndırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə məhkəmə cavabdehə yeni tikiləcək binada mənzilin verilməsi ilə onun mülkiyyət hüququnun pozulmadığı qənaətinə gəlsə də, nəzərə almamışdır ki, son nəticədə mülkiyyətçinin qarşılıqlı razılığı alınmadan onun mülkiyyətinə müdaxilə baş verir və onun yaşayış evi sökülür. Halbuki iş üzrə məhkəmənin əsaslandığı sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2022-ci il t arixli 161 saylı Sərəncamı məhz mülkiyyətçilərlə qarşılıqlı razılıq əsasında Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə MMC-nin istifadəsinə verilməsini nəzərdə tutmuşdur. Mülkiyyətçinin qarşılıqlı razılığı alınmadan bu cür müdaxilənin edilməsi mülkiyyətçinin Mülki Məcəllənin 152-ci maddəsində müəyyən edilmiş sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnir.

27. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, məhkəmənin qənaətinə görə cavabdehə məxsus mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması FHN Tikintidə X1 Agentliyi Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” 15187 nömrəli xx.xx.2021-ci il tarixli Rəyə əsasən öz təsdiqini tapdığından binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir. Lakin, binanın qəzalı vəziyyətdə olması üçün bu cür rəy kifayət etmir, bunun üçün ayrıca məhkəmə qərarı olmalıdır. Digər tərəfdən, məhkəmə ümumiyyətlə bu rəyin doğru olub-olmamağını müəyyən etmək üçün nə həmin sahəyə baxış təşkil etməmiş, nə də lazımi məhkəmə ekspertizası təyin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

29. Maddə 13-cü İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 139.1. Mülkiyyət hü ququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti say ılır.

35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

36. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

37. Maddə 191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdə n əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir.

38. Maddə 203.1.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 39.

40. Maddə 231.2. Binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir.

41. Maddə

234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan b inanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

42. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

43. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.

44. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; 4.2.3. Mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; 4.2.4.Tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 4.2.5. Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; 4.2.6. Şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; 4.2.7. Ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsindən ibarətdi r.

45. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir.

46. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.

47. Maddə 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2024-cü il tarixli qərarı.

48. Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində o lan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə y oxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4313/2024 nömrəli, 29 iyul 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar