Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3693/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli 2(103)9862/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-66/2018) İddiaçı cavabdeh “xxxx” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə q arşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 aprel 2013-cü il tarixli qətnaməsi ilə X1 305,165 manat “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə Sabunçu rayo n məhkəməsinin 25 aprel 2013-cü il tarixli qətnaməsi İddiaçı evdən çıxarılması hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrası ilə əlaqədar Sabunçu rayon icra şöbəsinin sifarişi əsasında ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmış, “xxxx” MMC tərəfindən ev 107.000 manat dəyərində qiymətləndirilmişdir. 2017-ci ilin fevral ayında ipoteka qoyan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 yanvar 2017-ci il tarixli hesabatda müəyyən olunmuş qiymətin evin real bazar dəyərini əks etdirməməsin i əsas göstərməklə həmin hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin ko llegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evi bir-neçə dəfə qiymətləndirilmişdir. İcra məmurunun sifarişi əsasında “xxxx” MMC tərəfindən 107.000 manat dəyərində, məhkəmənin sifarişi əsasında “X4” tərəfindən 13 yanvar 2017-ci il tarixə 107.000 manat, hazır kı dövrə (may 2018-ci il) 110.000 manat dəyərində, MBA “Consulting Group” şirkəti tərəfindən oktyabr 2018-ci il 125.000 manat dəyərində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin hesabatlar arasında əmlakın dəyərinə münasibətdə ciddi fərqlərin olmamasını, həmin hesabatlar üzrə tədqiqatın müxtəlif vaxtlarda aparılmasını əsas göstərməklə hesab etmişdir ki, mübahisələndirilən hesabatın ləğvi üçün əsaslar yoxdur. Hesabat həmin dövrdə mövcud olan tələb və təklifə uyğun verilmiş, bu zaman “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinin pozulmasına yol verilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun lə ğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3693/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3693/2019
22.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver