Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3695/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2in cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz həbsə almanın və məhkum etmənin nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 2 may 2023-cü il tarixli, 2(103)3308/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalından dərhal həbsdən azad edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya və kassasiya protestləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 27 aprel 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarları təmin edilməmişdir.
2. X2 19 aprel 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək, cəmi 9 ay 12 gün həbsdə saxlanılmışdır.
3. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına, 10 ay müddətində həbsdə saxlanılmasına və 17 ayadək müddətə vətəninə dönə bilməməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində – maddi ziyana görə 55250 manat və mənəvi ziyana görə 20000 manat məbləğində kompensasiya ödənilməsinin təmin olunması barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır. İddiaçı əsassız yerə cinayət məsuliyyətinə alınması, 10 ay müddətində həbsdə saxlanılması və uzun müddət barəsindəki cinayət işinə bütün məhkəmə instansiyalarında baxılması səbəbindən Bakı şəhərini tərk edib doğma vətəninə dönə bilməmiş və məhrumiyyətlər içərisində yaşamağa məhkum edilmişdir. Ailəsinin yeganə qazanc gətirəni olmasına rəğmən, işsiz qalması səbəbindən ailəsi və özü ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. İddiaçının cinayət məsuliyyətinə cəlb olunduğu, həbsdə saxlanıldığı və ümumiyyətlə barəsindəki cinayət işinə baxılanadək, yəni ötən 17 ay müddətində çəkdiyi məhrumiyyətlərlə yanaşı qazancından da məhrum olmuş, ona və ailəsinə böyük məbləğdə maddi ziyan dəymişdir. Üstəlik xəstəliyi ilə bağlı müayinə və müalicə olunması üçün maddi imkanı olmaması həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır. Mövcud dövr üçün iddiaçı işləmədiyi 17 ay ərzində 40000 manat cuvarında qazancdan məhrum olmuşdur. O, Bakı şəhərində qalarkən mehmanxanalarda qalmağa, yeməkxanalarda qidalanmağa və şəhər nəqliyyatından, karantin vəziyyətində metro və şəhərarası avtobuslar işləmədikdə isə taksilərdən istifadə etməyə məcbur olmuş, mehmanxanalara hər ay orta hesabla 900 manat olmaqla 7 ay ərzində 6300 manat, yeməkxanalara hər ay orta hesabla 750 manat olmaqla 7 ay ərzində 5250 manat, şəhər nəqliyyatından istifadəyə görə hər ay orta hesabla 300 manat olmaqla 7 ay ərzində 2100 manat cuvarında pul xərcləmişdir. İddiaçının əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına görə çəkmiş olduğu iztirab və sarsıntılar səbəbindən mübtəla olduğu xəstəliklər də ağırlaşmışdır. Müayinə və müalicə üçün hələ Azərbaycan Respublikası ərazisində olarkən tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicələrə 1600 manat xərcləməli olmuşdur. Qeyd olunan maddi ziyan isə 15250 manat təşkil etmişdir. İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar doğma yurdundan, ailəsindən və iş kollektivindən uzaq düşməsi, həmçinin ağır cinayət əməli törətməkdə təqsirləndirilməsinə görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şə rəf və ləyaqəti ləkələnmiş, ailə üzvləri ağır xəstəliklərə yoluxmuş olsa da, onlara qayğı göstərmək imkanından məhrum olmuş, yaxın qohumlarından dünyasını dəyişmiş insanlar olsa da onların dəfnində və yas marasimlərində iştirak edə bilməmişdir ki, buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 20000 manat məbləğində dəyərləndirmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(006)1019/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia qismən təmin edilmiş, iddiaçı X1 vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldi yi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı kifayət qədər uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, hüquqları məhdudlaşdırılmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci, Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 4, 5, 6, 7, 12-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəm əsinin presedent qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(006)-1019/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(006)-1019/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3308/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və mə ruzəsi ilə, hakimlər A.N.İmanovun və M.A.Məmmədovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(006)1019/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, apellyasiya şikayətlərinin əsassız dəlilləri formal mülahizə xarakteri daşıdığından, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibi və sair). Qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbi qi zamanı pozuntu müəyyən edilmir. Maddi zərər hissədə iddiaçı sübut təqdim etməmiş, həmçinin apellyasiya şikayətində onun hansı əsaslarla təmin edilməli olması əsaslandırılmamışdır. Apellyasiya icraatı zamanı təqdim edilmiş arayışın kseronüsxəsi isə apellyasiya icraatının hədləri baxımından sübut kimi müzakirə edilə bilməz.
13. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının uzun müddət ərzində cinayət təqibinə məruz qalması, hansı cinayətdə ittiham olunmasını, həbsdə (ev dustaqlığında) saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alara q və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə dövlətin cavabdehlik daşıdığı məsələ üzrə məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir. Cavabdehin apellyasiya şikayətində təqsirli vəzifəli şəxslərin iş üzrə prosesə cəlb edilməsi dəlillərinə dair isə kollegiya maddi və ya prosessual hüquqi əsaslar müəyyən etmir.
14. İddiaçı maddi ziyanın vurulması ilə bağlı bir neçə arqument irəli sürmüş olsa da, məhrum olduğu əmək haqqı əsası ilə tələb irəli sürməmişdir. Ona görə, maddi zərərə dair münasibət bildirmək məhkəmənin özünün qulluq mövqeyindən irəli gələn əsas kimi yolverilməzdi r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3308/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 43.3, 1096, 1100, 1101.1, 1114.3-cü, Mülki Prosessual Məcəllənin 77.1, 385, 387.2.8-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 7-ci, “Büdcə sistemi haqqında” Qanunun 15 və 17-ci maddələri pozulmuşdur. Belə ki, hazırki halda vurulmuş ziyana görə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqanı cavabdeh qismində cəlb edilməlidir. İddiaçılara münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçıların kompensasiya tələbinin cavabdeh Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə qətnamənin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini qət etsə də, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılmasını izah etməmişdir.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunveric iliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Birinci instansiyası məhkəməsinin qətnaməs ini tərəflərin hər ikisı iddianın həm təmin olunan, həm təmin olunmayan hissələrində mübahisələndirsələr də, kassasiya şikayətini yalnız cavabdeh vermişdir (iddiaçının kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyasının 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 22. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməs i haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyy ə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərək ətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokur orluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 24. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 5-ci maddəsinə əs asən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziy an hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak z ərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nət icəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasə n kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinə hüquqi q iymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
30. Kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində, BMT-nin “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.
31. İddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum olunması işin mübahisəsiz hallarıdır.
32. Həmçinin iddiaçıya vurulmuş mənəvi ziyana görə müvafiq kompensasiyanın verilməli olması da mübahisə olunmur.
33. Hazırki kassasiya şikayətində mübahisələndirilən yeganə hal, iddiaçıya vurulmuş ziyana görə məsuliyyətin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasının əsassızlığıdır.
34. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keç irirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır. 35. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
36. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bə ndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
37. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına D övlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
38. Məhz bu hallar nəzərə alınmaqla, birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən, iddiaçıya vurulan ziyanın “Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi”ni qət etmişdir.
39. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən işin hallarını və ziyanın mahiyyətini tam nəzərə almışlar. Məbləğin azaldılması üçün kassasiya məhkəməsində əsaslar müəyyən olunmur.
40. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 4 19 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3308/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.