Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3697/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçı, vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən, vəkili Vəkil2 və “xxxx” MTK-nın, vəkili Vəkil1 kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(009)- 39/2018 saylı qətnaməsi ilə (hakim Nu rəddin Bağırov) iddia qismən təmin olunmuş, 13.08.2016-cı il tarixdən başlayaraq ünvan 1 ünvanda yerləşən sökülmüş 27 nömrəli binanın yerində «xxxx» MTK tərəfindən inşa edilən yaşayış binasının yaşayışa istifadə üçün hazır olduğu günədək dövr üçün iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədilə hər ay 400(dörd yüz) manat pul vəsaitinin «xxxx»xxxx» MMC-nin 12.04.2018-ci il tarixli, 049/18 saylı qiymətləndirmə hesabatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin yarı hissəsi 150 manatın cavabdeh «xxxx» MTK-dan, digər 150 manat hissəsinin isə X7ndan tutulub “xxxx” MMC-nin hesabına köçürülməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər R.Eyvazov - sədrlik edən və məruzəçi, S.Hacıyev və F.Talışinski) 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh «xxxx» MMC-yə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, — maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(009)89/2018 saylı zətnaməsindən iddiaçı X7 və cavabdeh «xxxx» MC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 1 309)-89/2018 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X7 cavabdeh «xxxx» MMC-yə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 27 saylı evin 35 saylı mənzilinin sökülməsi, mənzili yerləşən evin elektrik enerjisi, qaz, su və başqa təchizatının dayandırılması, mənzilinə zorla daxil olunması və əşyalarının daşınması, ərizəçinin pis rəftara məruz qalmaq, mənzil və mülkiyyət hüquqlarının pozulmasının qanunsuz hesab edilməsi, maddi zərərə görə cavabdehlərdən müştərək qaydada 390700 manat kompensasiyanın ərizəçinin xeyrinə tutulması, mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 50000 manat ərizəçinin xeyrinə tutulması, həmçinin icarədə qalması ilə əlaqədar tələb olunan aylıq icarə haqqlarının hər ay 500 manat olmaqla 2017-ci ilin yanvar ayından etibarən hazırkı iş üzrə qəbul ediləc ək yekun məhkəmə qətnaməsinin tam icra edilməsi müddətinədək ödənilməsi öhdəliyinin cavabdeh «xxxx» MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı X7 və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, ərizəçinin təqdim etdiyi qiymətləndirmə rəyini verən mütəxəssis isə öz rəyini məhkəmə iclasında bir daha təsdiq etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki, mövcud milli və beynəlxalq qiymətləndirmə standart və metodlarına uyğunluğu böyük şübhə doğuran «ekspert rəyindən» fərqli olaraq, Ərizəçinin təqdim etdiyi rəy ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi məlumatı birbirləri ni tamamlayırlar. Sonuncuya əsasən Bakı şəhərinin Bayıl qəsəbəsində (6-cı zona) yaşayış sahəsinin bir kvadrat metrinin orta bazar qiyməti 2610 manatdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcasına pozulub. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini yeni qərar qəbul edilməsini, iddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və Səbail Rayon İcra Hakimiyyətinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında iddia ərizəsi üzrə mülki işə dai r Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-89/2018 JNs-li 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməsini, iddianın təmin edilməsini xahiş edirlər. Cavadeh “xxxx” MTK-si və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən iddiaçıya şərtlərlə (kirayə ediləcək mənzil üçün müvafiq maliyyə vəsaitinin ödənilməsi və sökülmüş mənzilin əvəzinə yeni tikiləcək yaşayış binasında müvafiq mənzilin ayrılması) Müqavilənin bağlanması dəfələrlə təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin təkliflərə heç bir məhəl qoyulmamış və müqavilənin bağlanması istiqamətində heç bir addım atılmamışdır. Heç bir müqavilə mövcud olmadan cavabdeh tərəfindən iddiaçıya icarə haqqının ödənilməsi öhdəliyinin qoyulması isə məhkəmə tərəfindən “xxxx” MTK-nın hüqu qlarının pozulması deməkdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi isə tam rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X7 və vəkili Vəkil2 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin kassasiya şikayətinin təmin edilməməsini, cavabdehin vəkili Vəkil1 isə verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü mad dəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların dü zgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş mat erialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçıya məxsus mənzil də daxil olmaqla yaşayış binasının sökülməsinə səbəb həmin evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olması ilə bağlıdır. Bununla bağlı səlahiyyətli inzibati orqanlan (Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Səbail rayon İcra Hakimiyyəti və s.) tərəfindən müvafiq qərarlar qəbul edilmişdir ki, onlar da hazırki vaxtda hüquqi qüvvəsini saxlayırlar. Eyni zamanda qeyd edilən qərarlarla qəzalı vəziyyətdə olan yaşayış sahələrinin sökülməsi nəticəsində kompensasiya kimi pul məbləğinin deyil, məhz həmin ərazidə inşa olunacaq yaşayış binasından müvafiq sahələrdə yeni mənzillərin verilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçının mülkiyyətində olan mənzil əvəzinə, həmin mənzilin yerləşdiyi yerdə müvafiq qaydada mənzil sahəsi ilə təmin edilməsi ədalətlidir və mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmır. Qanunverici qəza vəziyyətinə düşmüş (təbii fəlakət istisna olmaqla) yaşayış sahəsinə görə mülkiyyətçiyə pul kompensasiyasının verilməsini müəyyən etməmişdir. Çünki, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəztiyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, saxlamaq vəziəsini daşıyır. Bu səbəbdən də, iddiaçının qəzalı vəziyyətdə olan evinin sökülməsi ilə bağlı məhz pul kompensasiyası tələb etmək hüququ mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticələrdən görünür ki, «xxxx» MMC tərəfindən tərtib edilmiş 12.04.2018-ci il tarixli 049/18 say lı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən, 27 saylı evin (hazırda sökülmüşdür) 35 mənzilinin aylıq icarə məbləği (sökülmüş binanın yerləşdiyi yer orta səviyyəli nəzərə alınmaqla) 400 manat təşkil edir. İddiaçının mənzilindən çıxdığı 13.08.2016-cı il tarixdən başlayaraq ünvan 1 ünvanda yerləşən, ıüş 27 nömrəli evin yerində «xxxx» MTK tərəfindən inşa edilən yaşayış yaşayışa istifadə üçün hazır olduğu günədək dövr üçün iddiaçının müvəqqəti kirayədə yaşaması üçün hər ay 400 manat pul vəsaiti «xxxx» MTK-dan iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və pro sessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən (MH seriyalı, 110287 saylı) Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən istifadədə olan 0,15482 ha torpaq sahəsində yerləşən 27 nömrəli 2 mərtəbəli binada 93,6 kv.m ümumi 64.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 85 saylı «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərarına əsasən, digər icra hakimiyyəti orqanları ilə yanaşı, həmçinin Bakı şəhəri Nəsimi Rayon icra Hakimiyyətinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasıının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərb aycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında mü vafiq mənzillərin ayrılması tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «xxxxx» DBLİ-nin ünvan 2 ünvanda yerləşən yaşayış binasına keçirilən vizual baxışın nəticəsi haqqında 07 mart 2016-cı il tarixli rəyin surətindən görünür ki, bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtidasi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanaları nəzərə alaraq aşağıdakı tədbirlərin yerinə yetirilməsi zəruri hesab edilmişdir: 1). Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təş kilatların məlumatlandırılması;2 Sakinlərin təcili olaraq binadan çıxarılması; 3) Binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; 4) Binaya girişin qadağan edilməsi; 5) Binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nqişanlarının qoyulması. İşdə olan Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçının 28.03.2016-cı il tarixli 42 saylı sərəncamından görünür ki, Səbail rayonunun sosial iqtisali inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət ıtiliyinin, «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnsititunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının u zun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 07 mart 2016-cı il tarixli və «xxxx» MTK-nın 21.03.2016-cı il tarixli, 1 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nətisində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının söküntüsünün «xxxx» Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməsi və həmin kooperativə sahəsi 0.25 ha olan ərazi çox mərtəbli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi və ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müv əqqəti kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması «xxxx» MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara almışdır. İşdə olan «xxxx» MTK-nın ünvan 5 ünvanlandığı 01.08.2018-ci il tarixli xəbərdarlıq məktubunun surətındən görünür ki, «xxxx» MTK Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarına və Fövqəladə Hallar Nazirliyi ilə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyinə əsaslanaraq Səbail rayonu, Q.Abbasov küçəsi 27 saylı binanın qəzalı və yararsız halda olduğu üçün binanın söküntüsü və yerində yeni yaşayış kompleksinin tikintisinin başlanacağı, yaşayış binası tikilənədək, binadan köçürülən sakinlərə müvəqqəti olaraq mənzillərdə yerləşdirilməsi məqsədilə lazımı maliyyə vəsaitinin ödənilməsi, yaşayış binasında müvafiq qaydada mövcud mənzillərin ölçülərinə uyğun mənzillərin ayrılması, xbərdarlıq məktubunu aldıqları tarixdən 10 gün müddətində kirayə mənzil taparaq, yaşadıqları mənzillərin boşaldılması, hər hansı məlumat üçün «xxxx» MTK-ya müraciət etmələri barədə binanın sakinlərini xəbərdar etmişlər. İşin materiallarından həmçinin görünür ki, iddiaçı X7 cavabdehlər «xxxx» MMC-yə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia tələblərinin mahiyyətini mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 27 saylı evin 35 saylı mənzilinin sökülməsi, mənzili yerləşən evin elektrik enerjisi, qaz, su və başqa təchizatının dayandırılması, mənzilinə zorla daxil olunması və əşyalarını n daşınması, onun pis rəftara məruz qalmaq, mənzil və mülkiyyət hüquqlarının pozulması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin halları baxımından iddiaçının mülkiyyətində olan mübahisəli yaşayış sahəsinin sökülməsini iddiaçıya məxsus mənzil də daxil olmaqla yaşayış binasının evinin sökülməsinə səbəb həmin evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olması ilə bağlı olmasına istinad etsə də, həmin evin sökülməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri baxımından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməməsinə qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Ko nstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlar ının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin da ha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, Mülki Məcəllənin 21-ci, 1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar mü əyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə görə mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i ddiaçının apellyasiya şikayətinin dəlillərinə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 85 saylı «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərarının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə "əhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətlayihə» DBLİ-nin ünvan 2 ünvanda yerləşən yaşayış binasına keçirilən vizual baxışın nəticəsi haqqında 07 mart 2016-cı il tarixli rəyinin və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçının 28.03.2016-cı il tarixli 42 saylı sərəncamın məzmunu baxımından qiymət verərkən prosessual qanunvericiliyin normalarını qeyd etsə də, gəldiyi nəticələrin maddi əsası kimi hər hansı hüquq normasına istinad etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sənədlərdə tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvə qqəti olaraq kirayə edilmiş mənzillərdə yeriəşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədilə hər ay 400 (dörd yüz) manat pul vəsaitinin «xxxx» MTK-dan tutulub iddiaçıya ödənılməsi nəticəsi gələrkən tərəflər arasında buna dair müqavilənin olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunve ricilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəli kdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş y eni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda şərh edilənlər ə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və “xxxx” MTK-nın kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3697/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3697/2019
03.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver