Məhkəmə qərarları › İş №2(102)-37/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-37/2022

17.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-37/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X4 Turanın Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-37/22 (Açar sözlər: pul tələbi, sübut etmə yükü) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkili Nəcəfov Faiq Əjdər oğlunun iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4553/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli q ətnaməsindən iddiaçı X4 Turanın kassasiya şikayətinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X4 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, borc kimi verdiyi 1.000.000 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, Türkiyə Respublikasının vətəndaşı olan iddiaçı Azərbaycan Respublikasında həkim-ginekoloq ixtisası üzrə uzun illər fəaliyyət göstərmişdir. İddiaçının cavabdehlə təxminən 2010-cu ildən dostluq münasibətləri yaranmışdır.

3. Həmin dövrdə cavabdeh iddiaçını özünə aid "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Klini ka) işləməyə dəvət etmiş, hətta iddiaçıya ortaqlıq da təklif etmişdir. İddiaçı da cavabdehlə münasibətlərinin yaxşı olduğuna və sonuncuya inandığına, habelə cavabdehin yaxın qohumunun Azərbaycan Respublikasında yüksək vəzifəli dövlət məmuru olması barədə məlumatlı olduğuna görə, cavabdehin bu təklifini qəbul etmişdir. İddiaçı Klinikada fəaliyyətə başlamamışdan əvvəl cavabdeh öz işləri ilə bağı iddiaçıdan 1.000.000 ABŞ dolları məbləğində borc istəmişdir.

4. İddiaçı da yuxarıda qeyd edilən halları nəzərə alaraq həmin məbləğdə pulu cavabdehə borc vermişdir. Həmin borc iddiaçı tərəfindən iki dəfəyə alınmışdır. Borcun 100.000 ABŞ dolları hissəsi 10.06.2010-cu il tarixdə İstanbul şəhərində iddiaçının adına olan bank hesabından cavabdeh tərəfindən şəxsən məxaric edilərək götürülmüş, qalan 900.000 ABŞ dolları isə iddiaçı tərəfindən bank hesabından çıxarılmış 890.000 ABŞ dollarının üstünə daha 10.000 ABŞ dolları əlavə edilərək 2012-ci ildə cavabdehə verilmişdir.

5. Cavabdeh borc aldığı zaman iddiaçıya bildirmişdir ki, iddiaçı Klinikada iş fəaliyyətini bitirmək və Türkiyəyə qayıtmaq istədiyi zaman borcu iddiaçıya qaytaracaqdır. İddiaçı da bu şərtlə razılaşmışdır. Həmin vaxtdan etibarən tərəflər arasındakı dostluq münasibətləri, həm də əməkdaşlıq davam etmişdir. Lakin cavabdeh son dövrlər iddiaçı ilə ünsiyyətdən qaçmağa və iddiaçı ilə kobud davranmağa başlamışdır.

6. Bütün bunlar, habelə cavabdehin heç bir iş görmədən, iddiaçının Klinikadakı fəaliyyəti nəticəsində gəlir əldə etməsi və bu kimi digər hallar iddiaçının Klinikadakı işindən ayrılmasına səbəb olmuşdur. Bundan sonra, iddiaçı cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh borcu nəinki qaytarmamış, hətta bundan yayınmaq məqsədi ilə iddiaçı barədə müxtəlif orqanlara şikayətlərin verilməsini təşkil etmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.2.1 və 448.1maddələrinə istinad etmişdir.

8. Cavabdeh nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borcu təsdiq edən müvafiq sənədlər olmalıdır. Bankdan əldə edilmiş sənəd borcu təsdiq etmir və borcla bağlı deyildir; - iddiaçı borcun mövcudluğunu sübut edəcək heç bir dəlili məhkəməyə təqdim etməmişdir.

9. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Səmə d Cəfərov )

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ondan 1.000.000 ABŞ dolları borc almasına dair mötəbər sübutlar təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş 10.06.2010-cu il tarixli çekdən görünür ki, Cavabdeh qeyd olunan çek üzrə Ersadıq Turanın bank hesabından 100.000 ABŞ dolları pul çıxarsa da, həmin çek üzrə pulun cavabdehə borc verilməsi məqsədi ilə çıxarılması barədə sübut yoxdur. Bankdan əldə edilmiş sənəd borcu təsdiq etmir və borcla bağlı deyildir.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının 08.03.2012-ci il tarixdə öz hesabından 890000 ABŞ dollarının çıxarılması ilə bağlı sən ədin işin mahiyyətinə və ya cavabdehə aidiyyətini müəyyən etmək mümkün deyildir. Belə ki, həmin sənəddə ümumiyyətlə cavabdehin adı qeyd olunmadığından sübut növü kimi qəbul edilməməlidir. Bundan əlavə, iddianın 10000 ABŞ dolları hissəsinin nağd şəkildə cavabdehə verilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi Mülki Məcəllənin 739, 742 və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat

13. İddiaçı X4 Turan qətnamədən apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri: -işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermi ş, maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə əsaslı olan iddianı təmin etməmişdir.

15. Apellyasiya baxışında iddiaçı işin halları ilə bağlı 3 nəfər şəxsin (iddiaçının arvadı İşıl Turan, iddiaçının bacısı Şirin Turana və iddiaçının sabiq iş yoldaşı Cem Gazinin) apellyasiya məhkəməsinə ünvanlanmış ərizələrini təqdim etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2109/2020 nömrəli, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli 2(006)-5049/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

17. Apellyasiya məhkəməsi müəyyən edib ki, iş üzrə tərəflər arasında borc münasibətl ərinin yarandığını iddia edən iddiaçı bu dəlilini sübuta yetirə bilmir. Belə ki, 10.06.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabdeh tərəfindən 100.000 ABŞ dolları məbləğində pulun alınması danılmaz faktdır. Lakin bu fakt həmin pulun iddiaçıdan məhz borc kimi cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etmir. Çünki bu halı təsdiq edən hər hansı mötəbər sübutu iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Qeyd edilən qəbzdə, pulun məhz borc olaraq cavabdehə verilməsi göstərilməyib.

18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri də iş üzrə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut deyil. Apellyasiya məhkəməsinə təqdim edilmiş həmin ifadələrdən birinin iddiaçının arvadı İşıl Turana, digərinin isə iddiaçının bac ısı Şirin Turana aid olması, habelə İşıl Turan və iddiaçının sabiq iş yoldaşı Cem Gazinin pulun verilməsində bilavasitə iştirak etməməsi, bu ifadələrin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmağa əsas verir. Bundan başqa, həm iddiaçı, həm də yuxarıda adları çəkilən İşıl və Şirin Turan borcun bir hissəsinin 2010-cu ildə, bir hissəsinin isə 2012-ci ildə verildiyini bildirsələr də, Cem Gazinin ifadəsində 2012-ci ildə iddiaçının borc verəcəyini qəbul etməsi və elə həmin ildə də cavabdehə 1.000.000 borc verilməsi göstərilmişdir. İddiaçının öz tələbinin əsasını təsdiq edən sübut kimi təqdim etdiyi ifadələr arasında da ziddiyyətli məqamlar mövcuddur ki, bu ziddiyyətlər iddiaçının xeyrinə şərh edilə bilməz.

19. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı öz tələblərinin əsası kimi i stinad etdiyi halı, yəni cavabdehə borc verilməsini sübut edə bilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı X4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

21. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçının bank hesabından 100.000 ABŞ dollarının götürməsinə, eləcə də, iddiaçının 08 mart 2012-ci il tarixdə öz bank hesabından 890.000 ABŞ dollarını götürməsinə və şahid ifadələrinə obyektiv qiymət verməyib.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-909/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 2(103)-2109/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi X4 Cavabdeh pul tələbinə dair iddiasının 100.000 ABŞ dolları məbləğində hissəsinin rədd olunmasına aid hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh iştirak etməmiş və iddiaçının bank hesabından 100.000 ABŞ dolları məbləğində pulu hansı məqsədlə götürməsi məsələsinə aydınlıq gətirilməmişdir. Onun işdə iştirak edən nümayəndəsi isə bu barədə olan qəbzin həmin pul məbləğinin borc kimi verilməsini təsdiq etməməsini əsas göstərməklə başqa heç bir sübuta və dəlilə istinad etmədən iddianın rədd ol unmasını xahiş etmişdir.

24. Kassasiya instansiyası məhkəməsi hesab edib ki, işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin edilmədiyindən və həmin hissədə qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. İkinci apellyaisya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili vəsatət təqdim edərək, iddiaçının mənzilində təmir işi aparan iki şahidin dindirilməsini xahiş edib.

26. İkinci apellyaisya baxışında şahid X1 göstərib ki, İddiaçıı 2007-ci ildən, Cavabdeh isə 2000-ci ildən tanıyır, onlarla birlikdə işləmiş, onların hər ikisinin işçisi, onların yaratdığı klinikanın direktoru olmuşdur. İddiaçı evinin alınmasında da iştirak etmiş, evin təmirini özü aparmış, səhv etmirsə, ev 2009-cu ildə alınmış, Rəşid Behbudov küçəsində notariusun üstündə, 2-ci mərtəbədə, qırmızı kərpicdən olan binalarda yerləşir və 4 otaqdan ibarətdir. Təmirlə bağlı İddiaçı öncə türk ustalara müraciət etmiş, onlar yüksək qiymət, təxminən 120.000 manat demişlər. Sonra ona müraciət etmiş və Azər müəllim də xahiş etmişdir ki, təmirlə o məşğul olsun. İnşaat təhsili olduğu üçün görüləcək işləri hesablamış, İddiaçı istəyini nəzərə alıb daha aşağı qiymət, təxminən 80.000 manat smeta çıxarmışdır. Materialların qiymətinin günü-gündən qalxması səbəbindən pulu əvvəlcədən almış, həmin pulu ona Cavabdeh vermişdir. Materialları almış və pulun qalan hissəsini ustalara vermişdir. Ev 4 otaqlı mənzildir, girişdə böyük xoldur, 60-60-a a ğ keramika vurulub, sağda girən kimi mətbəxdir, divarlarına ağ kafel vurulub, solda uşaq otağıdır, yanında böyük yataq otağı, üzbəüzdə kabinet və zaldır. Zala kalon qoymuşlar. Hər yer xoldan başqa parketdi. Mətbəx mebelini İddiaçı özü sifariş etmiş, qalan materialın hamısını, kafeli və s. özü almışdır. Evin 2 balkonu var, 1-i Rəşid Behbudov adına küçəyə baxır, 1-i həyətə. Rəşid Behbudov küçəsinə baxan balkona kombi quraşdırmışlar. Təmir üçün 100.000 dolları ona Cavabdeh vermişdi, kursla ölçəndə təxminən 80.000 manat edirdi. Tərəflərin yaxın münasibətləri var idi, yəqin ki, buna görə təmir üçün 100.000 dolları ona Cavabdeh vermişdi. Dəqiq xatırlamır, təmir işləri təxminən 2009-cu ilin axırları olub. Ev təmirsiz vəziyyətdə olub, sıfrdan təmir edib təhvil verib. Uzun müddət keçdiyindən təmir vaxtı materiallara nə qədər, ustaya qədər pul xərclədiyini xatırlamır. Niyə evin təmirinin pulunu İddiaçı yox, Cavabdeh verməsinin səbəbini dəqiq deyə bilmir. Ev alınandan sonra klinikada tərəflər arasında olan söhbətdə Cavabdeh İddiaçı demişdir ki, “təmirin pulun mən verim sonra qaytararsan”.

27. İkinci apelyasiya baxışında şahid X2 bildirib ki, İddiaçı adlı şəxsi Vüqar Cavadov vasitəsi ilə tanımış, onun mənzilini usta kimi təmir etmiş, evdə elektrik, santexnika və parket işini, yəni 3 işi o, görmüşdür. Mənzilin təmirini ona Vüqar Cavadov sifariş etmişdi. Mənzil “Kapitalbank”ın arxasında, Rəşid Behbudov küçəsi, işıqfora çatmamış sağda, "xxxx" MTK-da 3-cü mərtəbədə, notariusun üstündə yerləşir. Ev zal, qonaq otağı, yataq otağı və uşaq otağı olmaqla, 4 otaqdır, evdə 2 hamam, bir böyük hamam, bir yataq otağında hamam var. Qapıdan girən kimi solda dəhlizdi, birinci böyük hamam, uşaq otağı, sağda üzbəüz yataq otağıdır. Evin divarına emulsiya vurulub, lakin rəngini xatırlamır. Mənzildə təmir haradasa 2009-cu ilin sonları başlayıb, 2010-cu ilin təxminən may ayında yekunlaşıb. Təmir üçün ona pulu yalnız Vüqar Cavadov verib. İddiaçı əlbəəl ona pul verməmiş, bütün pulu Vüqar verib, yəni işi o, Vüqar Cavadovla danışmışdı. Təmirdən sonra İddiaçı onu təxminən 6-7 dəfə müəyyən işlər üçün çağırıb. Mənzildə təmir işləri apararkən İddiaçı oraya təxminən 5 dəfə gəlib, baxıb öz fikirlərini bildirib. Cavabdeh əyani olaraq yox, qiyabi tanıyır, onunla təmasda olmamışdır. Təmir üçün bütün materialları Vüqar Cavadov almışdır. Təmir üçün bütün pulu Vüqar Cavadov vermişdir, məbləğini xatırlamır.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4553/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli 2(006)-5049/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov)

29. Apellyasiya məhkəməsi ilk növbədə qeyd edib ki, kassasiya məhkəməsinin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilib, yeni apelyasiya baxışına qaytarılmış, qətnamə iddia tələbinin rədd edilmiş digər hissəsində qanuni hesab edilmişdir. Bu səbəbdən hazırki halda Mülki Prosessual Mə cəllənin 372.6-cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən həmin hissədə (iddia tələbinin 100.000 ABŞ dolları borcun qaytarılması hissəsində) yoxlanılır.

30. Apellyasiya məhkəməsinin mövqeyinə görə Mülki Prosessual Məcəllənin 14.2, 76 və 77.1-ci maddələrini müzakirə edilən mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada borc müqaviləsinin bağlandığını və bu müqavilə üzrə öhdəliklərin icra edilmədiyini sübuta yetirmək ilk növbədə iddiaçı tərəfin üzərinə düşür. Bu kimi sübutlar iddiaçı tərəfindən təqdim edildiyi halda cavabdeh iddiaya dair etirazını sübut etmək yükünü daşıyır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəfl ərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

31. Apellyasiya məhkəməsi müəyyən edib ki, iş üzrə tərəflər arasında borc münasibətlərinin yarandığını iddia edən iddiaçı bu dəlilini sübuta yetirə bilmir. Belə ki, 10.06.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabdeh tərəfindən 100.000 ABŞ dolları məbləğində pulun alınması danılmaz faktdır. Lakin bu fakt həmin pulun iddiaçıdan məhz borc kimi cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etmir. Çünki bu halı təsdiq edən hər hansı mötəbər sübutu iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Qeyd edilən qəbzdə, pulun məhz borc olaraq cavabdehə verilməsi göstərilməyib.

32. Apellyasiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini də iş üzrə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut k imi qəbul etməyib və bunu onunla əsaslandırıb ki, təqdim edilmiş həmin ifadələrdən birinin iddiaçının arvadı İşıl Turana, digərinin isə iddiaçının bacısı Şirin Turana aid olması, habelə İşıl Turan və iddiaçının sabiq iş yoldaşı Cem Gazinin pulun verilməsində bilavasitə iştirak etməməsi, bu ifadələrin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmağa əsas verir.

33. Apellyasiya məhkəməsi hesab edib ki, mübahisənin 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh verliməsi səbəbini iddiaçıya məxsus evin təmirinə xərclənmiş pul olması barədə cavabdehin nümayəndəsinin dedikləri, həmçinin həmin hal ilə əlaqədar cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmədə dindirilmiş şahidlərin ifadələrinin hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki aparılmış araşdırmalar nəticəsin də iddiaçı ilə cavabdeh arasında Mülki Məcəllənin 739-cu maddəsinin dispozitiv şərtlərinin təsiri altına düşən borc münasibətlərinin olması müəyyən olunmamışdır. İddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut tələblərinə cavab vermədiyindən, tərəflər arasında borc münasibətlərinin olmasını iddiaçı sübut edə bilməmişdir.

34. Apellyasiya məhkəməsi qeyd edib ki, əksinə, tədqiq olunmuş sübutlarla tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlıq olmuş və bu əməkdaşlıq 2009-2019-cu illərə kimi davam etmiş və birgə əməkdaşlıq çərçivəsində tərəflərin bir-birinə pul vəsaiti verməsi istisna edilmir. 10.06.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabde h tərəfindən 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınması mübahisəsiz olsa da, bu fakt həmin pulun iddiaçıdan məhz borc kimi cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etmir.

35. Bu baxımdan apellyasiya məhkəməsi hesab edib ki, iddiaçı ilə cavabdehin birgə işgüzar fəaliyyətdə olması işin mübahisəli halı olmayaraq, 2010-cu ildə cavabdehə bank vasitəsilə göndərdiyi 100.000 manat pulu borc şəklində verməsi inandırıcı, ağlabatan görünmür. Bank vasitəsilə göndərilən pul vəsaitinin təyinatının, qaytarılma müddətinin və sairin göstərilməməsi, eləcə də 2010-cu ildən ötən 10 ilə yaxın müddət ərzində iddiaçının həmin pulu cavabdehdən tələb etməməsi tərəflər arasında borc hüququ münasibətlərinin olmasını istisna edir. Halbuki, mülki qanunvericilikdə nəzərdə tutulan borc müqaviləsində tərəf lərdən biri olan borc verən pulu və ya digər əvəz edən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana verməyi öhdəsinə götürdüyü kimi, borc alan da aldıqlarını müvafiq olaraq, pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ əşyalar şəklində borc verənə qaytarmağa öhdəlik götürməlidir. Hazırki işdə isə qeyd edilən hallar istisna olunur.

36. Apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehə borc verilməsini sübut edə bilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı Ersadik Ali Haydar oğlu Turan (vəkil Nümayə ndə oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi Ali məhkəmənin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərə əməl edib həqiqətə nail olmaq üçün hər hansı araşdırma aparmayıb; - apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Ali Məhkəmə iddiaçının mövqeyini əsassız hesab etsəydi və sübutetmə yükünü yalnız iddiaçının üzərinə düşdüyü qənaətinə gəlsəydi, apellyasiya məhkəməsinin əvvəlki qərarını ləğv etməzdi; - apellyasiya məhkəməsi əvvəllər heç vaxt irəli sürülməyən əsaslarla və əvvəllər dindirilməyən şahidləri dindirib, onların dediklərini qəbul etməsə də, iddianın əsassız olması nəticəsinə gəlməklə səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı tərə fin etirazının dəlilləri

39. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

40. Məhkəmə Kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili Nəcəfov Faiq Əjdər oğlu kassasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi.

41. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

46. İddia tələbi borcun qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi 10.06.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabdeh tərəfindən 100.000 ABŞ dolları məbləğində pulun alınmasına istinad etmişdir.

47. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, 10.06.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabdeh tərəfindən 100.000 ABŞ dolları m əbləğində pulun alınması danılmaz fakt olsa da, bu fakt həmin pulun iddiaçıdan məhz borc kimi cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etmir. Çünki bu halı təsdiq edən hər hansı mötəbər sübutu iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Qeyd edilən qəbzdə, pulun məhz borc olaraq cavabdehə verilməsi göstərilməyib. İddiaçı cavabdehə borc verməsini, borcla bağlı tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasını qeyd etsə də, bu barədə işə mahiyyəti üzrə baxan məhkəmələrə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamqala düzgün nəticə yə gəlmişdir.

49. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 30-36-cı bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi, sübut etmə yükü və mübahisənin qanuni və əsaslı həlli üçün zəruri olan bütün halları araşdırmış və işin hallarına uyğun olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmişdir.

50. Məhkəmə kollegiyası da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

51. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı A.Ersadikin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4553/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar