Məhkəmə qərarları › İş №2(102)-3700/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3700/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3700/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə( Medistyle Hospital) və X qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3700/2023 (Açar sözlər: İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinət və həmin müvainətin ödənilməsinin gecikdirilməsinə görə mənəvi ziyan ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-2257/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Medistyle Hospital tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mərhum qızı X4 09 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Cavabdeh1 MMC-yə işə qəbul edilmişdir. X1 30 noyabr 2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə “Bulvar hotel”ə karantin dövründə həkim və tibb bacılarının işdən sonra onların qalmaqları üçün xüsusi olaraq ayrılmış yerə gedərkən ağır yol-nəqliyyat hadisəsi baş vermiş və həmin vaxtı birgə işlədikləri üç nəfər iş yoldaşları ilə birlikdə X4 da faciəli surətdə həlak olmuşdur.

2. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə X3 ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 MMC tərəfindən 30 noyabr 2020-ci il tarixdə X4 ilə aralarında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) xitam verilmişdir. 3. 09 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı mərhum qızı X2 qanun üzrə vərəsəsi hesab edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı verilmiş 18 fevral 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən X5 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş sənədlərdə Yeganə Məmmədovanın 30 noyabr 2020-ci il tarixdə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyi və vərəsələrinə müavinətin ödənilmədiyi müəyyən edilmişdir. Həmin müavinətin hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh1 MMC-nin rəhbərliyinə tərəflərindən rəsmi məktub göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 1.

5. İddiaçı cavabdehlər (Cavabdeh1 MMC) və N qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə onun mərhum qızı X2 orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin, dəfn xərcləri üçün 350 manat və mənəvi zərərə görə isə 10.000 manat, cavabdeh N 5000 manat məbləğində sığorta ödənişinin hər gecikdirilmiş günlər üçün altı ay (180 gün) ödənişin 0,1 faizi həcmində dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsindən iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, mərhum X2 yeganə hüquqi varisi kimi iddiaçıya aidiyyəti təşkilatlar heç bir maddi yardım göstərmək təşəbbüsündə olmamışlar. Dəfələrlə müraciət edildikdən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bir il dörd aydan sonra, 2022-ci ilin aprel ayının 18-də sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh1 MMC-nin müdiriyyəti müavinətlə bağlı müraciətlərə müxtəlif vaxtlarda fərqli cavablar vermiş və 12 aprel 2022-ci il tarixli vəkil sorğusuna verdiyi cavabda İddiaçı mərhum X2 hüquqi varisi olması barədə sənədlərin müraciətə əlavə edilmədiyi bildirilmişdir. Qeyd edilən sənədlər təqdim edildikdən sonra Medistyle Hospital yol-nəqliyyat hadisəsinin iş vaxtından sonra baş verməsinə istinad edərək qanunda nəzərdə tutulan müavinətin ödənilməsindən imtina edilmişdir. Medistyle hospitalın müdiriyyəti iddiaçının yeganə övladının dəfn xərci ilə əlaqədar müraciətini də təmin etməmiş, sonradan 200 manat məbləğində ödəniş etmək qərarına gəlsə də, həmin məbləğ iddiaçı tərəfindən qəbul edilməmişdir. Medistyle hospitalının müdiriyyəti öz hərəkətləri ilə iddiaçıya mənəvi zərər də vurmuşlar.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbinə onlara aid hissədə etiraz edərək həmin hissədə rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7270/2022 saylı, xx.xx.2022ci il tarix li qətnaməsi ilə (hakim A.Həsənova) iddia tələbi qismən təmin edilərək, cavabdeh Medistyle Hospitaldan iddiaçının mərhum qızı X2 orta aylıq əmək haqqının üç misli miqdarında müavinət, mənəvi zərərə görə 4000 (dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının mərhum qızı əmək müqaviləsi əsasında Medistyle hospitalda işçi kimi çalışdığından, onun vəfatı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, hazırkı iş üzrə iddiaçı da mərhumun qanun üzrə vərəsəsi olduğundan iddiaçı cavabdeh Medistyle Hospitaldan mərhum qızının orta əmək haqqının üç misli miq darında müavinət tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə mərhum X2 orta aylıq əmək haqqının üç misli miqdarında müavinət tutulmalıdır.

10. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iddia tələbinin iddiaçının mərhum qızı X2 dəfn xərcləri üçün 350 manat pulun cavabdeh Medistyle hospitaldan tutularaq iddiaçıya ödənilməsi hissədə əsassız olmaqla rədd edilməlidir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanına əsasən dəfn üçün müavinət 350 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə dəfn üçün müavinət sosial müavinət kimi müəyyən edilmişdir. Bu müavinətin iş əgötürən tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırkı sosial müavinətin alınması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir.

11. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, İddiaçı övladının ölümü onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Doğma qızının ölümü ilə keçirdiyi mənəvi iztirablarla yanaşı, onun ölümündən dərhal sonra Medistyle Hospital tərəfindən ödənişlərin həyata keçirilməməsi, iddiaçının pul vəsaitini ala bilmək üçün get-gələ salınması, iddiaçının Medistyle Hospitalın hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə hesab edir ki, doğma qızının vəfat etməsi nəticəsində iddi açının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və qızının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə də uyğundur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin t əqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 4.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir.

12. Məhkəmə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətindən 5.000 manat məbləğində sığorta ödənişinin hər gecikdirilmiş günlər üçün altı ay (180 gün) ödənişin 0,1 faizi həcmində dəbbə pulunun tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti öz üzərinə düşən öhdəliyi yerinə yetirərək “İcbari sığortalar haqqında” Azərbay can Respublikasının qanununda nəzərdə tutulmuş müddət çərçivəsində sığorta ödənişini İddiaçı ödəmişdir. Odur ki, iddia tələbi ona aid hissədə rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1097, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “c“, 74-cü maddəsinin 1-ci hissəsinin “a” və “c” bəndlərinə, Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4,-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə gedərkən ağır yolnəqliyyat hadisəsi baş verməsi nəticəsində üç nəfər iş yoldaşları ilə birlikdə faciəli surətdə həlak olması iş vaxtından sonra baş verm iş yol-nəqliyyat hadisəsi olduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinin təsiri altına düşmür. Lakin Məhkəmə tərəfindən mübahisəyə yanlışlıqla Əmək Məcəlləsinin 77.7-ci maddəsi tətbiq edilmişdir. Belə ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 21 və 23-cü maddəsinə istinad edilsə də bunun nədən ibarət olmasını və mənəvi zərərin vurulmasını təsdiq edən sübuta istinad etməmişdir. Halbuki, mənəvi zərərin vurulmasını təsdiq edən sübut yoxdur. Məhkəmə mənəvi zərərin vurulmasını əsaslandırarkən sanki, yol-nəqliyyat hadisəsinin Medistyle Hospitalın təqsirindən baş verməsi kimi qiymətləndirərək mənəvi zərərin tutulması barədə qətnamə qəbul edib. İddiaçı ona mənəvi zərər vurulmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı ona 10.000 manat məbləğində mənəvi zərər iddia et sə də bunu əsaslandırmamışdır. Məhkəmə isə sübut təqdim edilmədən tələbi qismən təmin etmiş və iddiaçıya dəymiş mənəvi zərərin məbləğini necə müəyyən etdiyini əsaslandıra bilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2257/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(011)7270/2022 nömrəli qətnaməsi mübhisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, X4 Cavabdeh1 MMC-nin işçisi olmuş və onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1-ci m addəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək qanunvericiliyin tələbinə əsasən işçinin vəfatı ilə əlaqədar ona orta aylıq əmək haqqının 3 misli miqdarında ödəniş edilməsi işçinin vəfatının hansı səbəbdən baş verməsi ilə şərtləndirilməmişdir.

18. Cavabdehin digər dəlili ondan ibarətdir ki, iddiaçı ona cavabdehin təqsiri üzündən mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə sübutlar təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, İddiaçı övladı X2 vəfatı ilə əlaqədar olaraq fiziki və mənəvi sarsıntılar keçir mişdir. Cavabdeh “Medistyle“MMC ona ödənilməli olan ödənişi etməməklə iddiaçının onun təqsiri üzündən mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Beləliklə, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi qənaətinə gəlməklə ödənilməli olan kompensasiya məbləğini düzgün müəyyən etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etm işdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək yanlış qətnamə qəbul edilib. Belə ki, məhkəmə tərəfindən mübahisəyə əsassız olaraq Əmək Məcəlləsinin 77-ci, Mülki Məcəllənin 21-ci, 23-cü, 1097-ci maddələrini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarını tətbiq edib. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını mübahisəyə əsassız olaraq tətbiq edərkən MPM-nin 77, 88, 217.3, 386 və 385-cimaddəsinin tələblərini pozmuşdur. Mülki iş materiallarından görünür ki, X2 xx.xx.2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə gedərkən ağır yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində üç nəfər iş yoldaşları ilə bi rlikdə faciəli surətdə həlak olması iş vaxtından sonra baş vermiş yol-nəqliyyat hadisəsi olduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinin təsiri altına düşmür. Lakin Məhkəmə tərəfindən mübahisəyə yanlışlıqla Əmək Məcəlləsinin 77.7ci maddəsi tətbiq edilmişdir. Belə ki, məhkəmə tərəfindən MM-nin 21 və 23-cü maddəsinə istinad edilsə də, bunun nədən ibarət olmasını və mənəvi zərərin vurulmasını təsdiq edən sübuta istinad etməmişdir. Halbuki, mənəvi zərərin vurulmasını təsdiq edən sübut yoxdur. Məhkəmə mənəvi zərərin vurulmasını əsaslandırarkən sanki, yol-nəqliyyat hadisəsinin Medistyle Hospitalın təqsirindən baş verməsi kimi qiymətləndirərək mənəvi zərərin tutulması barədə qətnamə qəbuledib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tət biq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi 22. 74-cü maddəsinin “e” bəndi. İşçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş“qərarı“ilə xəbərsiz itkin düşmüş“və ya“ölmüş“elan edildikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. 23. 77-ci maddəsinin 7-ci bəndi. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.“Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əm lakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Apellyasiya baxışının predmetini yalnız Cavabdeh1 MMC-yə münasibətdə iddianın təmin edilməsi təşkil etdiyindən hazırkı kassasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq proses sual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2257/2023 nömrəli mülki iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar