Məhkəmə qərarları › İş №2(102)-3703/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3703/2024

06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3703/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Koorperativinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya: podrat müqaviləsi, qüsurlu icranın nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edil məklə) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3587/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı müharibədə iştirak etmişdir. Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X7 işlər üzrə müavinidir.

2. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Tərtər bölgəsində X1 X5 Dəstək Qrupunda iştirak etmişdir.

3. İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Füzuli rayonunda xidməti ezamiyyətdə olmuşdur. xx.xx.1992-ci il tarixində tank mərmisinin partlayışı zamanı alın nahiyəsindən qəlpə yarası və baş beyin xəsarəti almışdır.

4. Cavabdeh MTK tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli 2 girişli yaşayış binasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən “376” saylı binanın 16-cı mərtəbəsində olan 2 otaqlı 86 saylı mənzilin sakini İddiaçı qonşuların aktına görə bu mənzildə həqiqətən yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin inşasını MTK həyata keçirdiyindən və mənzil qüsurlu olduğundan yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin təmirinin cavabdehə həvalə edilməsi və mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul un cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi və dəqiqləşdirmə belə əsaslandırılmışdır ki, ona dövlət tərəfindən güzəştli mənzil verilmişdir, mənzilin iç hissəsi lazımı qədər tam təmir edilməmişdir. ünvan 3 ünvanında yerləşən 86 saylı mənzil Cavabdeh MTK tərəfindən tikilmiş və istismara verilmişdir. Hazırda yaşadığı mənzilin divarlarında rütubətdən göbələk yaranmış, mənzilin giriş qapısının kənarları və pəncərələri rezinsiz olduğundan çöldə olan səs-küy və soyuq hava evə asanlıqla daxil olur, mənzilin döşəməsi isə beton örtük üstündə bir başa çəkilmişdir. Buna görə də ev daim rütubətli və soyuq olur. Dəfələrlə tərəfindən təmir edilməsinə baxmayaraq nəticə əldə edə bilməmişdir. Mənzilin inşasını MTK həyata keçirdiyindən və mənzil qüsu rlu olduğundan yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin təmiri Cavabdeh MTK-ya həvalə edilməlidir.

7. Şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur. Akif müəllimin videoda göstərdiyi kimi onun mənzilin də problemləri vardır. Belə ki, onun mənzilinin də hamamı dağılmışdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciət etsə də, onlar buna əhəmiyyət verməmiş, məcbur olaraq hamamı özü təmir etmişdir. Akif müəllimin də mənzili eyni vəziyyətdədir. Bundan başqa mənzil onlar təhvil verən zaman onlar mənzili görməmiş və ilk olaraq mənzilin açarı ona təhvil verilmişdir. Mənzilə baxmağa icazələri olmamışdır. Prezident binanın 12 və 14-cü mərtəbələrinə baş çəkdiyi üçün həm in mərtəbələr keyfiyyətli təmir edilmiş və qapısı dizaynlıdır, möhkəmdir. Onlar isə binanın 17-ci mərtəbəsində yaşayırlar. Bina dəniz səviyyəsindən hündür olduğundan hava küləkli olan vaxt mənzildə qalmaq mümkün deyildir. Hətta bir dəfə külək olan zaman külək onun pişiyini də çölə fırlatmışdır. Hava küləkli olan zaman artıq mənzilin qapılarını əlləri ilə tuturlar ki, qapı aşmasın. Ümumiyyətlə küləkli havalarda evdə yaşamaq mümkün deyildir. Çünki külək pəncərəni açır. Beton örtüyünü üstünə lambir qoyulduğundan evin döşəməsi də soyuq olur. Mənzilin nasazlığına görə dəfələrlə müraciət etsələr də, onların sözünə heç kim qulaq asmamış, lakin söz kommunal xidmətlərə gəldikdə onlardan liftdən istifadə üçün ikiqat pul alırlar. Bina sürüşmə zonasındadır. Hətta o, binanın yanında şəhid ailələri və müharibə iştirakçıları üçün ikinci binanın inşa etmək istəyirlər.

8. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, iddiaçının tanışıdır. Akif müəllim ona hamamın uçduğunu deyəndə inanmamış, gəlib mənzilə baxış keçirəndən sonra o, da iddiaçı ilə birlikdə hamamın tavanın təmiri üçün təmir üçün tikinti materialları almış və hamamı təmir etmişdirlər. İddiaçının evində olan zaman uğultudan qalmaq olmur. O, da tikinti işləri üzrə baş revizor olmuşdur. İddiaçının mənzilinin halı ilə çox əsəbləşir, stress keçirir. İddiaçının əsəbləri gərgindir, övladı şəhid olmuşdur, beynində qəlpə yarası vardır. O, niyə belə şəraitdə yaşamalıdır. İddiaçı özündən çıxmasın deyə o, da onunla birlikdə xəstəxanada bir palatada yatmışdır. Evin döşəməsini də düzgün vurmayıblar. Belə ki, betonun üstünə na zik lambir vurulmuşdur.

9. Yerli müayinə aktına əsasən, ünvan 4 ünvanında yerləşən 86 saylı mənzilin giriş, qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələr vardır, həmin ləkələrə toxunduqda isə divarın yaş olduğu müəyyən edilir, mənzilə quraşdırılan pəncərədən elə həmin mənzildə olarkən şiddətli külək səslərini eşidildiyi aşkar edilmişdir. Həmçinin pəncərələrin şüşələrində rütubətdən yaranmış buxar ləkələri aşkar edilmişdir. Qeyd edilən mənzilin giriş qapısı deformasiyaya uğramış, qapının kənarlarının rezinləri yoxdur və mənzildə olarkən belə qapıdan külək səslərinin və soyuğunun gəldiyi müəyyən edilmişdir. Qeyd edilən mənzilin döşəməsinə quraşdırılan laminantın altında beton örtük olduğu, həmçinin ünvana quraşdırılan pəncərələrin deformasiyaya uğrad ığı müəyyən edilmişdir.

10. Məhkəmə tərəfindən qeyd edilən mənzilə yerli müayinə keçirilən zaman iddiaçının yaşadığı mənzilin divarlarında göbələk olduğu, döşəmənin birbaşa beton örtüyün üzərinə vurulduğu, mənzilin giriş qapısı və pəncərələrində rezin olmadığı, səsin və soyuğunun evə asanlıqla daxil olduğu müəyyən edilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 mart 2024-cü il tarixli 2(011)2737/2024 nömrəli qətnaməsi ilə (hakim-Sahibə Hacıyeva) iddia təmin edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilin qüsurlu olması iddiaçını hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Bundan başqa məhkəmə tərəflər arasında müqavilənin olmaması səbəbindən iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən mənzil Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi tərəfindən iddiaçıya verilmiş, lakin mənzilin inşası Cavabdeh MTK tərəfindən həyata keçirilmişdir. Mənzilin keyfiyyətli inşası sifarişçinin kim olmasından asılı olmayaraq, podratçının vəzifəsi olduğundan, həmin mənzilə görə də cavabdehliyi MTK daşıyır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bundan əvvəl müharibələrdə iştirak etdiyindən, onun döyüş meydanında ölümlə qarşı-qarşıya gəldiyindən və “Aprel döyüşləri”ndə yeganə oğlunu itirdiyindən, sağlamlığı pozulduğundan aldığı psixoloji travmalar, posttravmatik stress pozuntusunun olması, bundan əlavə mənzilin keyfiyyətsiz olması səbəbindən o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə hüququ var. Məhkəmə hesab etmişdir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq normalarını pozaraq cavabdehə lazımı qaydada məlumat verməmiş, məhkəmə iclaslarını çox qısa müddətdə, demək olar ki təxirə salmadan həyata keçirmiş, ünvana yerli baxış keçirilən zaman cavabdehin iştirakını təmin etməmiş, ona sübutların və vəsatətlərin təqdim edilməsinə şərait yaratmamış, nəticədə qanunazidd məhkəmə qətnaməsi qəbul etmişdir. Bundan əlavə məhkəmə cavabdehdən mənəvi ziyanla bağlı xərclərin tutulmasına münasibət bildirərkən ədalətli qərar qəbul etməmişdir. Əgər məhkəmənin qətnaməsinə nəzər yetirilsə görünər ki, həmin hissəni ümumilikdə araşdırmamış, iddiaçının mənəvi zərərinin çəkməsini nədən ibarət olmasını müəyyən etməmiş, iddiaçı isə mənəvi ziyanla bağlı tələbini ümumilikdə iddia ərizəsində və dəqiqləşmədə barədə ərizədə əsaslandırmamışdır. Məhkəmə isə əsassız iddiaya münasibətdə iddia tələbi tam olaraq təmin etmişdir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin isə bu hüquq pozuntusunu edib-etməməsini araşdırmalı idi. İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, cavabdehlə hər hansı bir alqı-satqı müqaviləsi olmamış, bağlanmış alqı-satqı müqaviləsinin tərəfi isə olmamış, MTK tərəfindən hansı formada ona zərər vurulduğu və hansı əsaslara görə evini təmir etməli olduğunu sübut edə bilməmiş, məhkəmə isə qeyd olunan halları ümumilikdə qiymətləndirməmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən mənzili tam təmirli və istifadəyə yararlı aldığına dair “Hazır mənzillərin imtiyazlı şəxslərin istifadəsinə təhvil verilməsi”nə dair Aktı görm əməzlikdən gəlmişdir. İddiaçının subyektiv hüququ olsa belə o, iddia qaldırmaqda müddəti ötürmüşdür. Belə ki, mənzil ona təhvil verildiyi halda 1 il ərzində belə bir iddia qaldırmaq hüququ mövcud idi ki, həmin müddəti də ötürmüşdür. Yəni mənzil iddiaçıya təxminən 3 il əvvəl təhvil verilmişdir. Lakin məhkəmə proseslerindən cavabdehin məlumatı olmadığından müddətlə bağlı məsələyə münasibət bildirə bilməmiş, müddətin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmək hüququndan da məhrum edilmişdir. İddiaçıya mənzil püşk atma yolu ilə təhvil verilmiş və o, hər hansı bir etirazını bildirmədən təxminən 3 il əvvəl mənzili təhvil almışdır. Belə olan halda mənzilin təmir olunmaması səbəbi ilə sonradan iddiaçının mənəvi sarsıntı keçirməsi inandırıcı deyil. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın alq ı-satqı müqaviləsi”nə baxdıqda müəyyən edilər ki, sözügedən mənzil hələ 2020-ci ildə təxminən 4 il əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satılmış və həmin mənzili Nazirliyə təhvil vermişdir. Daha sonra yenə də iddiaçının təqdim etdiyi “Hazır mənzillərin imtiyazlı şəxslərin istifadəsinə təhvil verilməsinə dair” Akta baxdıqda təmir zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və invertarların təchizatında (mənzillər tam təmirli, mətbəx mebeli, hamam v ə qovşaqlar üçün santexnik cihazlarla, elektrin və ya qaz plitəsi) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmaması, vətəndaş ona təqdim olunmuş püşk atma yolu ilə seçdiyi mənzilin mərtəbəsindən, təmirindən və otaq sayından razı olmasını imzası ilə tədqiq etməsi göstərilmiş, həmin aktı iddiaçı im za etməklə mənzili təhvil almışdır. Lakin məhkəmə həmin halları ümumilikdə nəzərə almamışdır.

16. Apellyasiya məhkəməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3587/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hər iki Qarabağ müharibəsinin iştirakçısı olmuş, iştirak etdiyi hərbi əməliyyatlarda aldığı xəsarətlər nəticəsində ona əl illik dərəcəsi müəyyən edilmişdir. Həmçinin iddiaçının oğlu “Aprel döyüşlərində” şəhid olmuşdur.

19. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvan 5 ünvanında yerləşən 86 saylı mənzili verilmişdir.

20. İddiaçı hazırki tələbində mənzilin lazımi qədər tam təmir edilmədiyini və qüsurlu olduğunu göstərərək, mənzilin təmirinin cavabdehə həvalə edilməsini və bununla bağlı keçirdiyi stress, iztirablara görə mənəvi ziyanın ödənilməsini tələb etmişdir.

21. Birinci ins tansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilmiş və həqiqətən də müəyyən edilmişdir ki, mənzilin giriş, qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələr vardır, həmin ləkələrə toxunduqda isə divarın yaş olduğu müəyyən edilir, mənzilə quraşdırılan pəncərədən elə həmin mənzildə olarkən şiddətli külək səslərini eşidildiyi aşkar edilmişdir. Həmçinin pəncərələrin şüşələrində rütubətdən yaranmış buxar ləkələri aşkar edilmişdir. Qeyd edilən mənzilin giriş qapısı deformasiyaya uğramış, qapının kənarlarının rezinləri yoxdur və mənzildə olarkən belə qapıdan külək səslərinin və soyuğunun gəldiyi müəyyən edilmişdir. Qeyd edilən mənzilin döşəməsinə quraşdırılan laminantın altında beton örtük olduğu, həmçinin ünvana quraşdırılan pəncərələrin d eformasiyaya uğradığı müəyyən edilmişdir. Mənzilin divarlarında göbələk olduğu, döşəmənin birbaşa beton örtüyün üzərinə vurulduğu, mənzilin giriş qapısı və pəncərələrində rezin olmadığı, səsin və soyuğunun evə asanlıqla daxil olduğu müəyyən edilmişdir.

22. Mübahisəli mənzil Cavabdeh MTK tərəfindən inşa edilmiş və təmiri həyata keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya verilmişdir.

23. Mənzilin qüsurlu olması mübahisəsizdir.

24. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, mənzilin keyfiyyətli inşası sifarişçinin kimliyindən asılı olmayaraq, podratçının vəzifəsi olduğundan, həmin mənzilə görə cavabdehliyi MTK daşıyır. Ona görə də iddiaçının haqlı tələbi təmin edilərək, mənzilin təmir edilməsi MTK-ya həvalə edilməlidir.

25. Eyni zamanda cavabdehin hərəkətlər i nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması, bu hərəkətlərin iddiaçı üçün mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması barədə nəticəyə gələrək, mənəvi zərərin əvəzi olaraq 5000 manat iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir.

26. İddia müddəti ilə bağlı isə qeyd olunmalıdır ki, MM-nin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, “binaya aid tələb”ə beş illik iddia müddəti nəzərdə tutulmuşdur ki, hazırki işdə də həmin müddət keçməmişdir, belə ki, mübahisəli mənzilin alqı-satqısı xx.xx.2020-ci il tarixdə bağlanmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq q eyd etmişdir ki, podratın digər növlərindən fərqli olaraq, bina, tikili və qurğuların inşası, rekontsruksiyası və təmiri işlərinin keyfiyyətsiz görülməsi üzrə iddialara 5 illik iddia müddəti tətbiq olunur. Başqa sözlə, 5 illik iddia müddəti o vaxt tətbiq olunur ki, podratın obyektini bina, tikili və qurğuların inşası, rekonstruksiyası və ya təmiri təşkil edir. Qısaldılmış 1 illik iddia müddəti isə yalnız podrat müqaviləsi üzrə görülən işlər bina və qurğularla xarici bağlılıq təşkil etdiyi hallarda tətbiq olunur, məsələn, şüşələnmə, rəngsaz işləri və s. oxşar işlər.

28. Odur ki, iddia müddətinin tətbiqi üçün əsaslar müəyyən olunmur.

29. Apellyasiya instansiyası məhkəməısi hesab etmişdir ki, məhkəmənin iddia tələbinin təmin edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəli lləri əsassızdır.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2. 752, 776.1, 1115, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3587/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzil iddiaçı birinci Qarabağ müharibəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək müddətdə iştirak etdiyindən, xx.xx.1992-ci il tarixi ndə tank mərmisinin partlayışı zamanı alın nahiyyəsindən qəlpə yarası və baş beyin xəsarəti aldığından o, İİ qrup Qarabağ müharibəsi əlili kimi qeydiyyata alınmış, daha sonra isə güzəştli mənzil növbəsinə durmuşdur. Sözügedən mənzil imtiyazlı şəxs kimi akt əsasında ona təhvil verilmişdir. Onunla sosial kirayə müqaviləsi bağlanmamışdır. İş üzrə iddia tələbində qeyd edilmiş mənzil dövlət tərəfindən vətəndaşa əvəzsiz şəkildə təqdim edilmişdir. Belə ki, iddiaçıya təhvil verilən mənzilin təyinatı sosial mənzildir. Sosial mənzil ümumi olaraq mənzilə ehtiyacı olan şəxslərin mənzil ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulmuş mənzildir. Eyni zamanda, MTK öz mülkiyyətində olan evləri nazirliyə əvəzli şəkildə satmışdır. Nazirlik tərəfindən istinad olunan yaşayış sahələri mülkiyyətə qəbul edil miş, əldə edilən mənzillərin tikintisi ilə və ya qüsuru ilə bağlı tərəflər arasında hər-hansı mübahisə olmamışdır. Dövlət tərəfindən keçirilən sosialyönümlü tədbirlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilmiş mənzillər ehtiyacı olan imtiyazlı şəxslərə təqdim edilmişdir. Təmiri tələb olunan mənzil də keçirilmiş püşkatma nəticəsində imtiyazlı şəxs olan iddiaçıya təklif edilmiş və o da sözügedən mənzili akt əsasında könüllü şəkildə təhvil almışdır. Lakin, məhkəmələrin araşdırması zamanı iddiaçının mənzili təhvil alarkən hər hansı narazılığının olması aşkar edilməmişdir. Qeyd olunur ki, mənzilin yaşayış üçün yararlı olmadığını iddiaçı gördüyü halda o əsası gətirməklə iddiaçının mənzildən istifadə etməmək, bundan imtina etmək hüququ var idi. İddiaçının belə bir imtina sı olmamış, Nazirliyi hər hansı bir müraciət etməmişdir. Məhkəmələr isə işə baxarkən bu halları araşdırmamış və nəzərə almamışdır.

33. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Qanunun tələbindən də göründüyü kimi, iddiaçının subyektiv hüququ olsa belə o, iddia qaldırmaqda müddəti ötürmüşdür. Belə ki, mənzil ona təhvil verildiyi halda 1 il ərzində belə bir iddia qaldırmaq hüququ mövcud idi ki, həmin müddətinə ötürmüşdür. Yəni mənzil iddiaçıya təxminən 3 il əvvəl təhvil verilmişdir. Lakin məhkəmə proseslerindən cavabdehin məlumatı olmadığından müddətlə bağlı məsələyə münasibət bildirə bilməmiş, müddətin tətbiqi ilə bağlı məhkəmə ərizə təqdim etmək hüququndanda məhrum edilmişdir. Bundan əlavə mə hkəmə kollegiyası öz qətnaməsinin 46-cı bəndində qeyd etmişdir ki, “binaya aid tələb”ə beş illik iddia müddəti nəzərdə tutulmuşdur ki, hazırki işdə də həmin müddət keçirilməmişdir, belə ki, mübahisəli mənzilin alqı-satqısı xx.xx.2020-ci il tarixində bağlanmışdır. Həmçinin qətnamənin 47-ci bəndində qeyd etmişdir ki, kollegiya xüsusi olaraq qeyd edir ki, podratın digər növlərindən fərqli olaraq, bina, tikili və qurğuların inşaası, rekontsruksiyası və təmiri işlərinin keyfiyyətsiz görülməsi üzrə iddialara 5 illik iddia müddəti tətbiq olunur. Başqa sözlə, 5 illik iddia müddəti o vaxt tətbiq olunur ki, podratın obyektini bina, tikili və qurğuların inşaası, rekonstruksiyası və ya təmiri təşkil edir. Qısaldılmış 1 illik iddia müddəti isə yalnız podrat müqaviləsi üzrə görülən işlər bina və qurğula rla xarici bağlılıq təşkil etdiyi hallarda tətbiq olunur, məsələn, şüşələnmə, rəngsaz işləri və s. oxşar işlər. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisə nə binə ilə bağlı olmuş, nə də mənzillə bağlı olmuşdur. Tələb yalnız mənzilin keyfiyyətli təmir edilməməsi ilə bağlıdır. Bu halda isə 1 illik iddia müddətinin nəzərdə tutulması labüddür.

34. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan sübütlara isə düzgün hüquqi qiymət verməmişdir. 35. xx.xx.2020-ci il tarixli, AN-İ№ ******* saylı, “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə baxdıqda müəyyən edərək ki, sözügedən mənzil hələ 2020-ci ildə təxminən 4 il əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satılmış və həmin mənzili Nazirliyə təhvil vermişdir. Daha sonra yenə də iddiaçının təqdim etdiyi “Hazır mənzillərin imtiyazlı şəxslərin istifadəsinə təhvil verilməsi”nə dair Akta baxdıqda təmir zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və invertarların təchizatında(mənzillər tam təmirli, mətbəx mebeli, hamam və qovşaqlar üçün santexnik cihazlarla, elektrin və ya qazplitəsi) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmaması, vətəndaş ona təqdim olunmuş püşk atma yolu ilə seçdiyi mənzilin mərtəbəsindən, təmirindən və otaq sayından razı olmasını imzası ilə təsdiq etməsi göstərilmiş, həmin aktı iddiaçı imza etməklə mənzili təhvil almışdır. Lakin məhkəmələr bu istiqamətdə araşdırma aparmamış, həmin mənzilin təmirli-təmirsiz, qüsurlu və ya qüsursuz təqdim edilməsini araşdırmamış, həmin halları ümumilikdə nəzərə almamışdır.

36. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin məhkəmələr tərəfindən yuxarıda sadaladığım halları nəzərə alınmamış nəticədə əsassız qətnamə qəbul edilmişdir

37. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmələr öz qətnamələrində göstərmişdir ki, “iş materiallarında olan yerli müayinə aktından görünür ki, ünvan 4 ünvanında yerləşən 86 saylı mənzilin giriş, qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələr vardır, həmin ləkələrə toxunduqda isə divarın yaş olduğu müəyyən edilir, mənzilə quraşdırılan pəncərədən elə həmin mənzildə olarkən şiddətli külək səslərini eşidildiyi aşkar edilmişdir. Həmçinin pəncərələrin şüşələrində rütubətdən yaranmış buxar ləkələri aşkar edilmişdir. Qeyd edilən mənzilin giriş qapısı qapısı deformasiyaya uğramış, qapının kənarlarının rezinləri yoxdur və mənzildə olarkən belə qapıdan külək səslərinin və soyuğunun gəldiyi müəyyən edilmişdir. Qeyd edilən mənzilin döşəməsinə quraşdırılan laminantın altında beton örtük olduğu, həmçinin ünvana quraşdırılan pəncərələrin deformasiyaya uğradığı müəy yən edilmişdir.” Göründüyü kimi məhkəmələr hər hansı bir ekspertiza təyin etmədən, öz səlahiyyətinə aid olmadığı təqdirdə sözügedən mənzilin təmirə ehtiyac olduğunu qənaətinə gəlmişlər. Halbuki mənzildə təmirə ehtiyacın olub-olmamasını müəyyən etmək vəzifəsi “məhkəmə tikintitexniki” ekspertizasının səlahiyyətindədir və məhkəmələr ilk olaraq bu barədə ekspertiza təyin etməli idi. Başqa sözlə məhkəmənin təmiri tələb olunan mənzilin giriş, qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələrin və nəmişliyin nədən əmələ gəldiyini, iddiaçının istinad etdiyi halların əvvəlcədən olduğunu, yoxsa sonradanmı yarandığını müəyyən etmədən gəldiyi nəticə əsassızdır.

38. Məhkəmə iş materiallarında belə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Əgər “Hazır mənzill ərin imtiyazlı şəxslərin istifadəsinə təhvil verilməsi”nə dair Akta baxsa görərdi ki, mənzil tam təmirli şəkildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya təhvil verilmişdir. Sonradan isə mövcud olan hər hansı bir hala görə (təbii hadisələr, güclü külək, zəlzələ və.s) hazırda iddiaçının məsuliyyət daşıması absurddur.

39. Hər iki məhkəmə öz qətnamələrində göstərmişlər ki, iddiaçı hər iki Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibələrdə iştirak etdiyindən, iştirak etdiyi hərbi əməliyyatlarda aldığı xəsarətlər nəticəsində ona əlillik dərəcəsi müəyyən edilmişdir. “Aprel döyüşləri”ndə isə yeganə oğlu şəhid olmuşdur. Kassasiya instansiyasının diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçı ümumilikdə ikinci Qarabağ müharibəsində iştirak etməmi ş, nə də onun övladı Aprel döyüşlərində nə də ki, digər döyüşlərdə şəhid olmamışdır. Belə ki, bu barədə kassasiya şikayətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli məktubu əlavə olunur. Həmin məktuba nəzər yetirdikdə müəyyən olunur ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “X11 Məlumat Sistemi” ndə İddiaçı 2-ci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Əfqanıstan müharibəsində iştirak etməsi və X6 şəhid olması barədə məlumat yoxdur. Lakin məhkəmələr iş materiallarına diqqət yetirmədən, bu barədə zəruri sənədləri tələb etmədən yalnız iddiaçının mülahizələri əsasında əsaslandırma aparmış və müharibələr nəticəsində mənəvi sarsıntı çəkməsini, cavabdehin hərəkətləri ilə iddiaçı üçün mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbə b olan hallara gətirib çıxarması nəticəsinə gəlmiş 5000 manat mənəvi zərərin tutulmasını qət etmişlər. İşin maraqlı yanı isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi 5-ci səhifəsinin 5-ci abzasında məhkəmə iddiaçının övladınını 2-ci qarabağ mübaribəsində keçirilən əməliyyatlar nəticəsində şəhid olmasını, 6-cı səhifəsinin 6-cı abzasında iddiaçının övladının aprel döyüşlərində şəhid olmasını qeyd etmiş, apellyasiya isə bu halları araşdırmamış, iddiaçının olmayan övladının şəhid olmasını qəbul etmiş, mənəvi ziyanı isə bu hallarla əsaslandırmışdır. Əgər məhkəmələr bu halları araşdırsaydılar müəyyən edərdilər ki, iddiaçının heç Həbib adlı övladı belə yoxdur, hər hansı mübaribədə şəhid olmamışdır. Məhkəmə isə iddiaçı tərəfindən verilmiş yalan məlumatlar əsasında qətnamə qəbul etmişdir. H əmçinin məhkəmələr iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, cavabdehin şəxsin təqsirini, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, iddiaçının bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduğu halda bunu etməmişdir. Bundan əlavə iddiaçı özü də hansı formada mənəvi zərər çəkdiyini, onun mənəvi zərər çəkməsinin əsl günahkarının MTK-nın yoxsa mənzili təhvil vermiş digər şəxslərin olmasını göstərməmiş, məhkəmə isə qeyd olunan halları araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Onu da qeyd edək ki, iddiaçıya mənzil püşk atma yolu ilə ona təhvil verilmiş və o hər hansı bir etirazını bildirmədən təxminən 3 il əvv əl mənzili təhvil almışdır. Belə olan halda mənzilin tərmir olunmaması səbəbi ilə sonradan iddiaçının mənəvi sarsıntı keçirməsi inandırıcı deyil.

40. Apellyasiya instansiyası yalnız qanunvericiliyin normalarını bir neçə dəfə təkrar etməklə kifayətlənmiş, şikayətin dəlillərinə toxunmamış, iş üzrə araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş, şikayətin hansı əsaslara görə təmin edilmədiyini tam əsaslandırmamış, təqdim edilmiş sübütlara və şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, yalnız iddiaçının mülahizələri əsasında hər hansı bir sübut iş materiallarında olmadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

41. Məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını, cavabdeh tərəfindən həmin onun hüququnun pozulub-pozu lmaması araşdırmamışdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilərdi. Ona görə də, məhkəmələr tərəfindən qətnamələr çıxarılarkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdeh MTK-nın isə bu hüquq pozuntusunu edib-etməməsini araşdırmalı idi. Bu mənada qeyd olunur ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, cavabdehlə hər hansı bir alqı-satqı müqaviləsi olmamış, bağlanmış alqı-satqı müqaviləsinin tərəfi isə olmamış, MTK tərəfindən hansı formada ona zərər vurulduğu və hansı əsaslara görə evini təmir etməli olduğunu sübut edə bilməmiş, məhkəmə isə qeyd olunan halları ümumilikdə qiymətləndirməmişdir.

42. Kassasiya şikayəti Mənzil Məcəlləsinin 48.1, 59.1-ci, Mülki Məcəlləsinin 776.1-ci, Mülki Prosessual Məcəlləsinin 76.1, 88, 97.1, 218.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etirazda əsassız verilən şikayətin geniş araşdırılması və düzgün qərar verilməsi xahiş edilmiş, qarşı tərəfin haqsızlığından əsəbdən nervalogiya şöbəsinə düşərək müalicə aldığı, onun həyatına sağlamlığına tərəflərin yaratdığı vəziyyətin qiymətləndirilməsi və qeydiyyata alaraq kassasiya şikayətinin qərarında qeyd olunması xahiş olunmuş, lazım olan sənədləri (Epikriz) çıxandan sonra KTM -dən təqdim edəcəyi bildirilmişdir. Tətbiq edil ən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

46. Maddə

752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podra tda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

47. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

48. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildi kdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nət icələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegi yası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilmiş və həqiqətən də müəyyən edilmişdir ki, mənzilin giriş, qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələr vardır, həmin ləkələrə toxunduqda isə divarın yaş olduğu müəyyən edilir, mənzilə quraşdırılan pəncərədən elə həmin mənzildə olarkən şiddətli külək səslərini eşidildiyi aşkar edilmişdir. Həmçinin pəncərələrin şüşələrində rütubətdən yaranmış buxar ləkələri aşkar edilmişdir. Qeyd edilən mənzilin giriş qapısı deformasiyaya uğramış, qapının kənarlarının rezinləri yoxdur və mənzildə olarkən belə qapıdan külək səslərinin və soyuğunun gəldiyi müəyyən edilmişdir. Qeyd edilən mənzilin döşəməsinə quraşdırılan laminantın altında beton örtük olduğu, həmçinin ünvana quraşdırılan pəncərələrin deformasiyaya uğradığı müəyyən edilmişdir. Mənzilin divarlarında göbələk olduğu, döşəmənin birbaşa beton örtüyün üzərinə vurulduğu, mənzilin giriş qapısı və pəncərələrində rezin olmadığı, səsin və soyuğunun evə asanlıqla daxil olduğu müəyyən edilmişdir.Mənzilin qüsurlu olması mübahisəsizdir.

64. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən əsaslandırması ilə razılaşmır. Belə ki, mənzilin qüsurlu olub-olmamasının müəyyən edilməsi, qüsurların mənbəyinin müəyyənləşdirilməsi, qüsurların mənbəyinin binanın tikintisi zamanı yol verilmiş nöqsanlar olub-olmadığının müəyyənləşdirilməsi, mənzilin hansı hissələrinin təmirə ehtiyacının olmasının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələdir.Xüsusi bilik tələb edən sualların izahı məqsədilə prosessual hüquq normalarının tələbinə riayət olunmalıdır.Lakin birinci instansiya məhkəməsi yerli baxış keçirməklə müvafiq halları müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

65. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

66. Birinci instansiya məhkəməsi iddianın mənəvi ziyan la əlaqədar hissəsini təmin edərkən hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bundan əvvəl müharibələrdə iştirak etdiyindən, onun döyüş meydanında ölümlə qarşı-qarşıya gəldiyindən və “Aprel döyüşləri”ndə yeganə oğlunu itirdiyindən, sağlamlığı pozulduğundan aldığı psixoloji travmalar, posttravmatik stress pozuntusunun olması, bundan əlavə mənzilin keyfiyyətsiz olması səbəbindən o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə hüququ var. Məhkəmə hesab etmişdir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər.Apellyasiya instansiyası məhkəməsi də cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması, bu hərəkətlərin iddiaçı üçün mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması barədə nəticəyə gələrək, mənəvi zərərin əvəzi olaraq 5000 manat iddiaçının xeyrinə tutulması barədə məhkəmənin düzgün nəticəyə gəldiyini qeyd etmişdir.

67. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mənəvi ziyan tələbi iş üzrə iddianın mənzilin təmirinin cavabdehə həvalə edilməsi hissəsinin əsaslılığından asılı olmaqla bərabər göstərilən hissədə məhkəmələrin əsaslandırması qaneedici hesab edilə bilməz.Belə ki, mənəvi ziyan tələbi təmin edilərkən məhkəmələr iddiaçının “Aprel döyüşləri”ndə yeganə oğlunu itirməsinə də istinad etmiş, laki n belə qənaətə iş üzrə hansı sübutlar əsasında gəldiklərini izah etməmişlər.Halbuki məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

68. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddəti və subyektiv hüquqla əlaqədar dəlillərini əsaslı hesab etmir.

69. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə əlaqədar maddi hüquq normalarının düzgün tətbiq edilməsi qənaətinə gəlmək də mümkün deyil.

70. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. 71.. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyə tlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

73. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Vəkil3anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

74. Yuxarıda şərh edilənlərə görə də Cavabdeh MTK tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3587/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

75. İşə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)3587/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar