Məhkəmə qərarları › İş №2(102)-3704/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3704/2022

26.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3704/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3704/2022 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Bakı şəhəri, 26 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2105/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3, X4 və İddiaçı paylı mülkiyyətində olmuşdur. Həmin evin evin həyətyanı sahəsindəki 70 kv.m sahəsi olan özbaşına tikili qeydiyyata alınmamış və Bakı şəhərinin Baş planına əsasən müasir tələblərə uyğun olaraq aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sökülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı iddia qaldıraraq, 35.000 manat kompensasiya, 2009-cu ildə sökülmüş yaşayış sahəsinə görə verilməli olan 105,000 manat məbləğində pulun 7 il qanunsuz saxlandığına görə illik 5 faiz cərimə hesablanmaqla 36,750 manat məbləğ ində pulun, 35.000 manat pulun 4 ilə gör 5 faizlik cərimə hesablanmaqla 7,000 manat məbləğində pulun, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına görə hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqa görə 21,000 manat məbləğində pulun və 10,000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil xx.xx.2002-ci il tarixdən iddiaçının anası X1 adına qeydiyyata alınmışdır. Hazırda həmin mülkiyyət xx.xx.2021-ci il tarixdə payçılar İddiaçı, X3 və X2 adına qeydiyyata alınmışdır. 2009-cu ilin sentyabr-oktyabr aylarında “Xutor” qəsəbəsində Azərbaycan Respub likası Prezident Aparatının Rezidensiyası tikilməyə başladı. Bu səbəbdən əraziyə düşən mənzil və tikililərin kompensasiya ödənilməklə söküntüsünə başlanıldı. İddiaçının yaşadığı Novruzov Qardaşları 149 ünvanındakı 70 kvadrat metr ərazidə olan tikili də söküldü. Sökülmüş əraziyə görə ona 105,000 manat kompensasiya ödənilməli halda yalnız 2016-cı ildə 70,000 manat verildi. Məbləğdən qalan 35,000 manat məbləğində pul vəsaiti isə bu günə qədər ödənilməmişdir.

4. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, tələbin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçıya hər hansı bir kompensasiya ödənilməmişdir. Habelə sözügedən ünvanda olan tikililər cavabdeh tərəfindən sökülməmişdir. Bu səbəbdən hazırki iş üzrə cavabdehə heç bir aidiyyəti yoxdur.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) 2(009)-2205/2021 nömrəli iş üzrə 22 oktybar 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan ünvanda hər hansı söküntü işləri aparılmamış və iddiaçı tərəfə hər hansı kompensasiya ödənilməmiş yaxud tərəflər arasında bununla bağlı heç bir razılıq olmamışdır. İddiaçı ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

7. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 220.5-ci istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti i ddia tələbi ilə eyniməzmunlu olmaqla, şikayətdə qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) 2(103)-2105/2022 saylı mülki iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

11. Kollegiya mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində yerləşən sahəsi 70 kv.m olan özbaşına tikili Bakı şəhərinin Baş Planına əsasən yenidənqurma işləri ilə bağlı sökülmüş və iddiaçıya bunun müqabilində kompensasiya ö dənilmişdir.

12. Kolllegiya iddiaçının dəlillərini iş materialları ilə yanaşı yoxlayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan ünvanda hər hansı söküntü işləri aparılmamış və iddiaçı tərəfə hər hansı kompensasiya ödənilməmiş yaxud tərəflər arasında bununla bağlı heç bir razılıq olmamışdır. İddiaçı ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

13. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qa ydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.

14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, id diaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni "xxxx" MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırki iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz.

15. İddia tələbi ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər.

16. İddiaçının cavabdeh qismində göstərdiyi "xxxx" MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.

17. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçıya zərər vurulması faktı mövcuddur. Qeyd edilən 70 kv.m ərazi özbaşına tikinti kimi xarakterizə olunsa da, keçən müddət ərzində iddiaçının və onun ailə üzvlərinin həmin əraziyə sahiblik etməsi və bu sahibliyə üçüncü şəxslər tərəfindən etiraz edilməməsi iddiaçı və digər ailə üzvlərinin “gözlənilən mülkiyyətçi” statusunu əldə etməsinə səbəb olmuşdur. Aparılmış söküntü işləri heç bir orqan və ya hazırki iş üzrə cavabdeh tərəfindən inkar edilmir ki, bu hal mövcud vəziyyətdə sahiblik hüququnu həyata keçirmiş şəxslərə zərər vurulmasını faktını təsdiq edir. Cavabdeh söküntü işlərinin onun tərəfindən aparılmamasına istinad etsə də, iddiaçıya 70 0 00 (yetmiş min) manat məbləğində vəsaitin hansı səbəbdən cavabdeh tərəfindən ona ödənilməsi qeyri-müəyyən hal olaraq qalmaqdadır. Nəzərə alınması zəruridir ki, iddiaçı zərər kimi 70 000 (yetmiş min) manat məbləğində vəsaitin ona ödənilməsini və bu ödəmənin Bakı şəhəri 53 saylı notariat kontorunda imzalanmış iltizamnamə əsasında ödənilməsini inkar etmir və təsdiq edir ki, həmin məbləğ ona cavabdeh tərəfindən ödənilmişdir. Ödəməni təsdiq edən sənədlər cavabdeh orqanda olduğundan və bu məbləğin bank hesabı və ya digər nağd yolla verilməsi halı araşdırılmaqla həqiqətə nail olmaq mümkündür. Lakin məhkəmələr bu halı nəzərə almamışdır. Nəzərə alınması zəruridir ki, bilavasitə olmasa da, dolayısı yolla (podratçı, subpodratçı və ya tapşırıq) cavabdeh həmin söküntü işlərinin aparılmasında iştirak et mək imkanına malik olmuşdur. İddiaçı hazırki iş üzrə kompensasiya məbləğinin tam ödənilməməsi səbəbindən iddia qaldırımışdır ki, hazırki vəziyyətdə qeyd edilən məbləğin cavabdeh tərəfindən ödənilməməsi halında iddianı həmin quruma qarşı qaldırmaz, eyni zamanda həmin vəsaitin təqdim edilməsində iştirak etmiş “Fəxri” adlı şəxsin adını çəkməzdi. Qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilmədiyi təqdirdə iddiaçının bu halı hansı əsasla təsdiq etməsi və etirafedici fakt kimi iltizamnaməni göstərməsi, eyni zamanda həmin pul vəsaitinin kim tərəfindən verilməsinə dair yalan izahat verməzdi. Hazırki iş üzrə iddia tələbi rədd edilən zaman cavabdehin əsl cavabdehlə əvəz olunması iddiaçıya təklif edilməli və ya mövcud vəziyyətdə aparılmış söküntü işlərinin həqiqətən də cavabdeh tərəfindən deyil, digər orqan tərəfindən aparılması müəyyən edilməklə yekun qətnamə qəbul edilməli idi. Lakin bu hallar məhkəmə tərəfindən nəzərə alınmamış və iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilmişdir.

20. Hazırki iş üzrə ilk növbədə nəzərə alınması zəruridir ki, sökülmüş ərazi iddiaçın və ya digər şəxslərin mülkiyyətində olmasa da, iddiaçı həmin əraziyə uzun müddətdir ki, sahiblik edir və sahiblik gələcəkdə onun “gözlənilən mülkiyyətçi” kimi həmin əraziyə mülkiyyət hüququnu əldə etməsinə səbəb olacaqdı. Keçən müddət ərzində istər yerli icra hakimiyyəti və ya digər orqanlar tərəfindən, istərsə də hər hansı üçüncü şəxs tərəfindən iddiaçının və onun ailə üzvlərinin həmin əraziyə sahibilik edilməsinə qarşı etiraz edilməmiş və ya həmin ərazinin zəbt edilməsi səbəbindən təhvil verilməsi və ya sökülməsi t ələbinə dair iddialar mövcud olmamışdır. Belə olan təqdirdə iddiaçı və onun ailə üzvləri keçən müddət ərzində həmin əraziyə tam sərbəst şəkildə sahiblik həyata keçirərək, həmin ərazidə idarəetməni həyata keçirmiş və həmin ərazidə müəyyən tikililər ucaltmışdır ki, həmin bu tikililər mövcud ərazinin yaxşılaşdırılmasına xidmət etməklə müəyyən iqtisadi dəyərə malik olmuşdur. Təkzibedilməz faktdır ki, iddiaçının sahiblik şəkilində həyata keçirdiyi əraziyə və onun üzərində tikilmiş tikililər sökülmüşdür. Həmin söküntü işlərinin aparılması iddiaçıya zərər vurulmasını müəyyən etsə də, həmin zərərin vurulmasında cavabdehin hansısa formada iştirak etməsi və ya iştirak etməməsi halı tam müəyyən edilməmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etir azda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16]

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, o cümlədən cavabdehin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə d ə kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2105/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar