Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3704/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilk, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X10 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair ilkin iddiası və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabd ehlər İddiaçı1 və İddiaçı2 qarşı “əmlak, maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-784/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və ilkin iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sabirabad rayonu, Moranlı kənd sakini İddiaçı1 26 avqust 2019-cu ildə öz həyətində qızı X5 üçün toy məclisi təşkil etmişdir.
2. Sabirabad rayonu, Moranlı kənd sakini İddiaçı1 qızı X5 2018-ci ilin noyabr ayında nişanlanmış, 2019-cu ilin sentyabr ayında nişanı məlum olmayan səbəblərdən qaytarılmış və 2021-ci ilin iyun ayında başqa şəxsə qoşularaq yaşadığı ünvandan getmişdir. 3. 25.08.2019-cu il və xx.xx.2019-cu il tarixli ərzaq məhsullarının satışı ilə bağlı alqı-satqı qəbzlərindən görünür ki, “X18 Toy” göstərilməklə qalıq borc 1084,16 manat təşkil edən ərzaq məhsulları İddiaçı1 satılmışdır.
4. Sabirabad Rayon Məhkəməsinin 2(056)-936/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X3 və İddiaçı2 qarşı “ əmlak” tələbinə dair iddiası rədd edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(106)232/2022 saylı qətnaməsi ilə Sabirabad Rayon Məhkəməsinin 2(056)-936/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə əsasən qismən, qızıl-zinət əşyalarının qaytarılmasının rədd e dilməsi hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə qismən təmin edilməsi qət olunmuşdur.
6. Sabirabad Rayon İcra Hakimiyyəti Moranlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 506 nömrəli, 15 avqust 2022-ci il tarixli arayışa əsasən Sabirabad rayonu, Moranlı kənd sakini Cavabdeh2 26 avqust 2019-cu ildə həmkəndlisi və eyni zamanda keçmiş qudası İddiaçı1 qızı İsmayılova Fərqanənin toyunda kəsmək üçün 2 baş olmaqla xırdabuynuzlu (təxminən 50 kq ət), 1 baş xırdabuynuzlu heyvan isə (təxminən 22 kq ət) Qurban bayramında kəsmək üçün vermişdir. Əlavə olaraq 10 kq mal əti verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 baş tutmamış nikah nəticəsində vurulmuş maddi ziyana görə 6484,16 manat, mənəvi ziyana görə 10000 manat, eləcə də iddia verilərkən ödəmiş olduqları 139,46 manat dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsini xahiş etmişlər.
8. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən maddi ziyana görə 6484,16 manat, mənəvi ziyana görə 10000 manat kompensasiyanın ödənilməsi, eləcə də 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, 3,67 qram çəkidə, 8 sirkon qaşlı, 360 manat dəyərində kişi nişan üzüyünün, naturada alınması mümkün olmadığı halda onların dəyərinin və iddia verilərkən ödəmiş olduqları 139,46 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. İlkin iddia ü zrə iddiaçılar tələblərini aşağıdakı kimi əsaslandırmışlar: 2019-cu ilin yanvar ayında qızları X5 Cavabdeh1 ilə el adəti ilə nişanlanmış, sonra nişan mərasimi və qız toyu etmişlər. 2019-cu ilin avqust ayında qız toyu olmuş, sentyabr ayında da oğlan toyu olacaqdı. Lakin qız toyu olduqdan sonra oğlan toyuna az qalmış cavabdehlər zəng edərək nişanı qaytardıqlarını və qızlarını almadıqlarını bildirmişlər. Cavabdehlər bu hərəkətləri ilə onlara maddi və mənəvi ziyan vurmuşlar. Belə ki, onlar nişan mərasimi, qız toyu və xınayaxdı etmişlər və hamısında da el adətinə görə pul xərcləmişlər. Nişan mərasimində 10 kq mal əti, 1 baş quzu və digər ərzaqlar almışlar. Nişan mərasiminə cəmi 300 manat məbləğində xərc çəkmişlər. Qız toyunu xx.xx.2019-cu ildə yaşadıqları kənddə yerləşən evlərinin həyətində e tmişlər. Qız toyunda Saatlı rayonundan dəvət edilmiş musiqiçilərə 550 manat, video çəkənə 100 manat, ofisiant və poverə 400 manat pul vermişlər, 1400 manata həmkəndlisi Şıxəliyev Elçindən bir baş dana alıb kəsmiş, 1000 manat dəyərində bir baş özlərinə məxsus dana kəsmiş, özünə məxsus 900 manat dəyərində 6 baş quzu kəsmiş, 400 manat mağara görə vermişlər. Bundan başqa, marketdən 1084.16 manat dəyərində müxtəlif cür ərzaq məhsulları almışlar. Ümumilikdə qız toyuna 5834.16 manat pul xərcləmişlər. Bundan başqa, xınayaxdı mərasimində 300 manat dəyərində 10 kq mal əti, 1 baş quzu və digər ərzaq məhsulları almış, 50 manat sintezator musiqi alətində ifa edən şəxsə vermişlər. Xınayaxdı mərasiminə cəmi 350 manat məbləğində xərc çəkmişlər. Ümumilikdə qızları Fərqanənin xeyir işinə 6484,16 manat xərc çəkmişlər. Cavabdehlər nişanı qaytardıqlarını bildirdikdən sonra onlar mənəvi əzab və iztirab çəkmişlər. Belə ki, İddiaçı2 şəkər xəstəliyinə tutulmuş və uzun müddət müalicədə olmuşdur. Qızları bu xəbəri eşidəndən sonra dəfələrlə intihar etmək istəmişdir. Həmçinin xx.xx.2019-cu ildə keçirilən qız toyu mərasimində adət-ənənəyə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, qızları Fərqanəyə toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları bağışlamış, onlar da öz növbələrində Cavabdeh1 toy hədiyyəsi olaraq nişan üzüyü bağışlamışlar və həmin üzüyü də toy günü onun barmağına taxmışlar. Bu fakt qız toyunun video diskində də əks olunmuşdur. Lakin Fərqanə və Elçinin ailə qurmaq öhdəlikləri baş tutmadığından onlar verdikləri qızıl-zinət əşyalarını tələb etmişlər və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 232/2022 saylı qətnaməsi ilə iddia tələbləri qızıl-zinət əşyaları hissəsində təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin və işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1la Fərqanə İsmayılova arasında ailə qurmaq barədə şifahi razılaşma olmuş və onlar bu razılaşmalarını gerçəkləşdirmək məqsədi ilə şifahi nişan mərasimi keçirmişlər. Mövcud adət-ənənəyə uyğun olaraq gələcəkdə ailə quracağı nişanlı qız olan Fərqanəyə Cavabdeh1 qızıl-zinət əşyalarını bağışlamış, Fərqanə də öz növbəsində Cavabdeh1 1 ədəd Rusiya istehsalı olan 8 silikon qaşlı nişan üzüyünü bağışlamışdır. Qızıl-zinət əşyaları Fərqanə İsmayılovaya və Cavabdeh1 başqa məqsədlə deyil, yalnız bir-biri ilə ailə qurmaq öhdəliyini yaratmaq üçün bağışlansa da, Cavabdeh1 bu öhdəliyini icra etməməsi nəticə sində Fəqanə İsmayılova ailə quracağı ümidi ilə bağladığı bağışlama müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur.
10. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz növbəsində iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 5121 manat dəyərində nişan və toy vaxtı verilən əşyalarının eynisinin və ya dəyərinin, müalicə üçün xərclədikləri 137 manat məbləğində pulun və vurulmuş mənəvi ziyana görə 11.00 manatın, eləcə də iddia verilərkən ödənilmiş 139,40 manat dövlət rüsumun əvəzinin onlara verilməsini xahiş etmişlər.
11. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 nişan və toy vaxtı verilən 5.62,50 manat dəyərində əşyaların eynisinin və ya də yərinin, müalicə üçün xərclədikləri 137 manatın, mənəvi ziyana görə 11.00 manat kompensasiyanın, eləcə də iddia verilərkən ödənilmiş dövlət rüsumuna görə 169,8 manatın alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
12. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərini aşağıdakı kimi əsaslandırılmışlar: Cavabdeh1 yaşadıqları Moranlı kənd sakini X5 ilə 2019-cu ilin yanvar ayında el adəti ilə nişanlanmış və adət-ənənəyə uyğun olaraq onlar tərəfindən cavabdehgilə nişan aparılaraq onların həyətində 2 baş xırda buynuzlu (hər biri 250 manat olmaqla, cəmi 500 manat dəyərində) heyvan kəsilmiş, Rusiya istehsalı, 583 əyarlı, 6 qram çəkidə, brilyant qaşlı 1 ədəd nişan üzüyü–qiyməti 600 manat dəyərində, Rusiya istehsalı, 583 əyarlı, 18 qram çəkidə 1 dəst qarnitur (1 ədəd kolye, 1 ədəd üzük, 1 ədəd qolbaq və 1 cüt sırğa) -1600 manat, Rusiya istehsalı, 583 əyarlı, 3 qram çəkidə 1 ədəd üzük– qiyməti 250 manat, cəmi 2450 manat dəyərində qızıl-zinət və geyim əşyaları X3 verilmiş, 1500 manat başlıq pulu isə digər cavabdehlər İddiaçı1 və İddiaçı2 verilmişdir. Bundan sonra təxminən 2020-ci ilin sentyabr ayında X1 Abbasovla nişanlı olduğu vaxt özünün istədiyi oğlana qoşularaq qaçmışdır. Bu səbəbdən onların nişan mərasimləri pozulmuşdur. Onlar hazırkı cavabdehlərə söz göndərərək vermiş olduqları sadaladıqları heyvan, qızıl-zinət əşyaları və 1500 manat pulun qaytarılmasını istəmişlər. Cavabdehlər isə gəlib özlərinin aparmaları barədə söz göndərmişlər. Bu söhbətdən təxminən 7-10 gün Fərqanənin qardaşları X7, X8 və X2 döymüş, ona xəsarət yetirmiş, cibindən pulunu çıx armışlar. Buna görə də onlar aşağıdakıların qaytarılmasını tələb edirlər: nişan vaxtı verilən 10 kq qənd 20 manat, 10 kq düyü 35 manat, 4 kq Supersun yağ-40 manat, 1 kq Çempion çay-20 manat, 20 kq kartof16 manat, hər bir kiloqramı 13 manat olmaqla 5 kq şokolad-cəmi 65 manat, hər bir kiloqramı 6.80 manat olmaqla 5 kq karamel konfet-cəmi 34 manat, hər biri 7 manat olmaqla kəsilmiş 6 ədəd həyət toyuğu-cəmi 42 manat, hər bir kiloqramı 10 manatdan olmaqla 10 kq mal əti-cəmi 100 manat, 1 paçkada 12 ədəd olmaqla Sirab suyu-8,40 manat, hər birində 12 ədəd olmaqla 2 paçka şirin su (Fanta və Coca-Cola)-cəmi 27,6 manat, meyvə tərəvəz-hər bir kiloqramı 2,4 manat olmaqla 3 kq banan-cəmi 7,2 manat, hər bir kiloqramı 1,9 manat olmaqla 9 kq qırmızı və ağ alma-cəmi 17,1 manat, hər bir kiloqramı 18 manat ol maqla 4 kq armud-cəmi 7,2 manat, hər bir kiloqramı 2,4 manat olmaqla 4 kq mandarin- cəmi 9,6 manat, hər bir kiloqramı 2 manat olmaqla 5 kq apelsincəmi 10 manat, hər bir kiloqramı 4 manat olmaqla 3 kq kivi-cəmi 12 manat, hər bir kiloqramı 1,5 manat olmaqla 5 kq şaftalı- cəmi 7,5 manat, hər bir kiloqramı 0,9 manat olmaqla 5 kq xiyar-cəmi 4,5 manat, hər bir kiloqramı 0,8 manat olmaqla 10 kq pomidorcəmi 8 manat, hər bir kiloqramı 0,8 manat olmaqla 3 kq bibər-cəmi 2,4 manat, ümumilikdə 85,5 manat, cəmi isə 493,5 manat, toy vaxtı aparılan əşyalar isə 12 ədəd olmaqla 1 paçka Sirab suyu-8,4 manat, hər birində 12 ədəd olmaqla 2 paçka şirin su (Fanta və Coca-Cola)cəmi 27,6 manat, bir kiloqramı 10 manat olmaqla 22 kq 1 baş xırda buynuzlu qoyun (qoç)220 manat (İsmayıl qurbanında verilib), bir kiloqram ı 10 manat olmaqla 50 kq 2 baş xırda buynuzlu qoyun (qoç)-500 manat, cavabdehlər İddiaçı1 və X4 başlıq pulu kimi verilmiş 1500 manat, 1 ədəd şuba qadın üçün- 580 manat, 1 cüt qadın üçün uzunboğaz dəri ayaqqabı-100 manat, 1 cüt qadın üçün gəlinlik ayaqqabısı- 47 manat, 1 cüt yay üçün ayaqqabı- 50 manat, qadın üçün don-50 manat, 1 dəst qadın üçün kostyum-100 manat, hər birinin qiyməti 25 manat olmaqla 2 dəst yun kofta-cəmi 50 manat, 1 ədəd xalat-30 manat, 1 ədəd cins xalat- 35 manat, 1 dəst kosmetika səbəti-80 manat, 1 ədəd çanta- 40 manat, 1 ədəd gəlinlik paltarı 350 manat, cəmi 3768 manat, xınayaxdı günü verilən əşyalar isə geyim və kosmetika-700 manat, 1 ədəd xına üçün alınan don-60 manat, xüsusi alətlərdən ibarət xına dəsti-100 manat, cəmi 860 manat. Bütün bunlardan başqa, oğlunun nişanl ısı başqa şəxsə qoşulub qaçdığı üçün Cavabdeh3 mənəvi əzab və fiziki iztirab çəkimiş, buna görə də ürək və digər xəstəliyə tutulmuş, 137 manat müalicəsi üçün xərcləmişdir. Mənəvi ziyanı 11000 manat dəyərində qiymətləndirirlər.
13. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ofisiant və poverə görə 400 manat, 1 baş danaya görə 1400 manat, 1 baş danaya görə 1000 manat, 6 baş xırdabuynuzlu heyvana görə 900 manat, mağara görə 400 manat, mağazadan alınmış ərzaqlara görə 1084.16 manat, mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat olmaqla, cəmi 6234,16 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 veril məsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər iddiaçılara qarşı mülki hüquq pozuntusuna yol vermişlər. Belə ki, Cavabdeh1 nişanı qaytarmaqla, digər cavabdehlər iddiaçılarda qızları ilə onların oğlunun ailə sövdələşməsinin baş verməsinə əminlik yaradıb razılıq əldə edilməsinə nail olmaqla, iddiaçıların da onlarda yaradılmış bu əminlikdən arxayın olub qızları üçün el adət və ənənəsinə uyğun nişan, toy mərasiminin keçirilməsi ilə bağlı xərclərə məruz qalmalarına, beləliklə onlara maddi zərər vurulmasına yol vermişlər. Ona görə də ilk iddia tələbi ilk iddiaçılara qarşı mülki hüquq pozuntusuna yol verilməsi ilə bağlı əsaslı hesab edilməli, bundan sonra i sə tələb edilən əmlaklarla bağlı ilk iddiaçıların təqdim etdiyi sübutlardan çıxış etməklə hüquqi dəyərləndirmə aparılmalıdır.
15. Məhkəmə ilk iddia tələbinin 10000 manat mənəvi zərərin ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, ilk iddiaçıların qız övladı valideyni olaraq kənd mühitində formalaşmış adətlərə uyğun olaraq qız toyuna toy mərasimi keçirib kənd əhalisinə qızını ərə verdiyini nümayiş etdirib daha sonra qızının nişanının qaytarılması ilə kənd mühitində əhali arasında rüsvay olması, nişanı qayıtmış qızın kənd şəraitindəki sanki qəbuledilməz şəxs kimi qəbul edilməsi, yenidən həmin qapıya elçi düşülməsinin müşkül düşməsi, bu xüsusda da valideynlərin mənəvi əzab və iztirab keçirməsi qaçılmaz hesab edilməli və belə olan halda mənəvi zərər halının mümkünlüyü qəbul edilməlidir.
16. Məhkə mə hesab etmişdir ki, ilk iddiaçıların mənəvi zərərə məruz qalmaları əsaslı hesab edilməli, lakin tələb edilən pul məbləğinə münasibətdə ilk iddiaçıların qızı Fərqanənin nişanının 2019-cu ilin avqust-sentyabr ayında qaytarılması, bundan təxminən 1 il 6 ay sonra isə Fərqanənin qoşulub qaçması, həmin müddətdən sonra iddiaçıların mənəvi əzab və xüsusda hər valideyn üçün ayrı-ayrılıqda mənəvi zərər məruz qalma məbləği 500 manat qiymətləndirilməklə, tələbin bu hissəsi cəmi halda 1000 hissədə əsaslı hesab edilməli və tələbin bu hissəsi göstərilən qaydada təmin edilməlidir.
17. Məhkəmə ilk iddia tələbinin iddia qaldırılarkən ödəmiş 139,49 manat dövlət rüsumunun alınaraq onlara verilməsi hissəsi üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinin tələblərinə uyğun olaraq ödənil miş məhkəmə xərcləri tələbin təmin olunma qaydasından asılı olaraq tərəflərə aid edildiyindən, hazırkı ilk iddia tələbi də qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumuna aid hissədə də ilk iddia tələbi qismən təmin edilməli və ilk iddia üzrə cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti alınaraq ilk iddiaçılara ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən qeyd etmişdir ki, Cavabdeh1la Fərqanə İsmayılova arasında nikah sövdələşməsinin baş tutmaması Cavabdeh1 birtərəfli qaydada öz şəxsi düşüncə və iradəsi əsasında baş vermiş, Cavabdeh1 valideynləri qız evinə elçi gedərək ilk iddiaçılardan razılıq almağa nail olmaqla onlarda övladlarının nikah sövdələşməsinin baş tutması ilə bağlı əminlik yaratmış, bu xüs usda ilk iddiaçılar nikah sövdələşməsinin baş tutması üçün adətlərə uyğun zəruri olaraq çəkilməli olan xərclərin çəkilməsinə sövq edilmişlər. Məhkəmənin mövqeyinə görə, ilk iddiaçıların ümid etdiklərindən məhrum olmaları nəticəsində onlara münasibətdə qarşılıqlı iddiaçılar tərəfindən hüquq qaydasının pozuntusu baş vermiş, hüquqa zidd əməl törədilərkən qarşılıqlı iddiaçılar tərəfindən nikah sövdələşməsinin baş tutmasının qarşısının alınması (nişanın qaytarılması) onların iradəsində olan nöqsan nəticəsində baş vermiş, törədilmiş əməl ilk iddiaçılara qeyd olunanlara əsasən zərər vurulması ilə nəticələnmiş, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması, yəni zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olması nişanın qarşılıqlı iddiaçılar tərəfindən pozulması nda özünü biruzə verməkdədir.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiaya münasibətdə göstərilən şərtlərdən hər hansı biri mövcud deyildir. Çünki qarşılıqlı iddiaçıların tələb etdiyi mülki hüquq pozuntusu ilə bağlı zərər onların təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində yaranmışdır. Öz təqsirli hərəkətləri ilə özü üçün maliyyə və digər çətinliklər yaratmış şəxsin digər şəxslərdən həmin xərclərin əvəzinin ödənilməsini tələb etməsi qanunsuz və əsassız hesab edilməlidir.
20. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(056)-1242/2022 saylı qətnaməsinin 01 noyabr 2022-ci il tarixli, 2(056)-1242/2022 saylı qətnamə kimi oxunması və qətnamənin 5-ci vərəqəsində qarşılıqlı iddia təl əbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 izahatının ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi qismində “Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X6 ifadəsi”ndən əvvələ daxil edilməsi qərara alınmışdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarına, Azərbaycan R espublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İlkin iddia üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamən in qismən ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş etmişlər.
23. İlkin iddia üzrə iddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ilkin iddia tələbinin nişan və xınayaxdı mərasimlərində çəkilən xərcləri və qız toyu ilə əlaqədar musiqiçilərə 550 manat, videoçəkənə 100 manat pulun verilməsi hissəsində məhkəmə iddianı mötəbər sübutun olmaması səbəbindən təmin etməmişdir. Lakin nişan üzüyü və xınayaxdı mərasimlərində adət-ənənələrə əsasən xərcləri qız evi çəkir və həmin xərclərin çəkilməsi ilə bağlı sübutun tələb edilməsi əsassızdır. Həmçinin bu hallar toyun videogörüntüsü ilə də sübut edilir. Birinci instansiya məhkəməsində də, cavabdehlər kişi nişan üzüyünün onlarda olmasını etiraf etmişlər. Baş verən hadisələr nəticəsində onlar mənəvi iztirab keçirmişlər və onlara mənəvi zərər dəymişdir.
24. Həmçinin ilkin iddia üzrə cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər.
25. İlkin iddia üzrə cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçılar maddi və mənəvi ziyan olaraq qızları Fərqanə İsmayılovanın toyu üçün xərclədikləri pulu geri tələb edə bilməzlə r. Ona görə ki, həmin şəxslər bu toydan gəlir əldə etmişlər və oğlan evindən başlıq almış və başqa toy xərci əldə etmişlər. Bundan başqa, birinci instansiya məhkəməsi ilkin iddiaçıların iddia tələblərinin həcminin artırılması barədə ərizələrində 360 manat dəyərində nişan üzüyünün dəyərinə dair müvafiq dövlət rüsumunun köçürülməsini təsdiq edən qəbz olmadığı təqdirdə həmin ərizəni icraata qəbul etmiş, müvafiq araşdırma aparmış və sonda olaraq subyektiv hüququ olmadığını qeyd etməklə təmin etməmişdir
26. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) 2(106)-784/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, il kin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(056)-1242/2022 sаylı qətnaməsinin (09 dekabr 2022-ci il tarixli qərardadla ona əlavə edilən dəyişikliklərlə), ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının qismən təmin edilməsinə dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi və qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılara cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün vurulmuş ziyan ortada olmalı, ziyan cavabdehlərin qanunazi dd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmalı, cavabdehlərin qanunazidd hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır.
28. Məhkəmənin qənaətinə görə tərəflər arasında qohumluq münasibətlərinin (Cavabdeh1 və İsmayılova Fərqanə arasında nikahın) baş tutmamasında cavabdehlər hər-hansı mülki və ya digər öhdəlik daşımamalıdır. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır (Ailə Məcəlləsi maddə 2.3); ailə münasibətlərin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmalıdır (Ailə Məcəlləsi, maddə 3.0.2). Qanunun mənasına görə, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni m əcburiyyət, aldatma, yanılma nəticəsində bağlana bilməz. Ona görə də nikah və ya qohumluq münasibətlərinin baş tutmamasına görə, kiminsə mülki və ya digər məsuliyyət daşımasının əsası yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar onlara ziyan vurulduğunu iddia etsələr də, bu ziyanın cavabdehlər tərəfindən vurulduğu, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulduğu müəyyən edilmir.
30. Məhkəmə daha sonra hesab etmişdir ki, hazırkı halda əsassız varlanmanın əlamətləri də müəyyən edilmir. Cavabdehlərin varlanan şəxs olduğu müəyyən edilmir. Bu baxımdan da, iddianı təmin etmək üçün əsas yoxdur.
31. Digər tərəfdən, birinci instansiya məhkəməsi qızıl üzük tələbi ilə bağlı qeyd etmişdir ki, Fərqanə İsmayılova özünə məxsus üzüyü Cavabdeh1 hədiyyə etdiyindən id diaçıların üzüyü tələb etmək barədə subyektiv hüquqları olmamışdır. Bu baxımdan da apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hissədə məhkəmə doğru qənaətə gəlmişdir.
32. Mənəvi ziyan və mənəvi ziyanın təmin edilməsi maddi ziyanın mövcudluğu və maddi ziyanın təmin edilməsi ilə, eləcə də cavabdehlərin öhdəlik daşıması ilə əlaqədardır. Göstərilən səbəblərdən maddi ziyan tələbinin təmin edilməməsi mənəvi ziyana dair iddianın da təmin edilməməsinə əsas verir.
33. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Ona görə də ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iddianın təmin edilməsinə dair hissədə qətnamə ləğv edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçılar nişan, toy mərasimində qidalanma ilə əlaqəli xərclərdən əlavə geyim və xına mərasimində istifadə edilmiş avadanlıqları da tələb etmişlər, lakin həmin əşyalar Fərqanə İsmayılovaya gətirildiyindən qarşılıqlı iddiaçıların həmin əmlaklar üzrə ilk iddiaçılara qarşı tələblə çıxış etmələri üçün subyektiv hüquqları olmamışdır
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya ba xışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan işin faktiki hallarına qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmiş, qətnamə qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. Məhkəmə mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Mübahisəli məsələ yə baxmış apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir..
38. Həmçinin ilkin iddia Cavabdeh3 kassasiya şikayəti verərək qətnaməsinin qismən ləğv edilməsi və ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia tələbi üzrə (iddianın etiraf olunan hissədə) yenidən araşdırma aparılması üçün geri qaytarılmasını və ya həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən hallar tam, obyektiv və hərtərəfli araşdırmamışdır, məhkəmə təqdim edilən bütün sübutları nəzərə almadan qətnamə qəbul etmişdir b)
40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsa sa söykənir.
43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
44. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar və cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçıların və qarşılıqlı iddiaçı və cavabdehin kassasiya şikayətlərinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan ilkin və qarşılıqlı iddia ərizələrinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, bu barəd ə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır.
57. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddiaçı və cavabbeh Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikay ətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-784/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.