Məhkəmə qərarları › İş №2(102)-3706/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3706/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3706/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3706/2023 (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3167/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində Cavabdeh1 20 il müddətinə, yəni xx.xx.2035-ci il tarixədək etibarnamə vermişdir. Etibarnamə üzrə ona harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etməyi dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras q əbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşklatlarda onun adından ərizə verməyi, işlər aparmağı və.s səlahiyyətlər verilmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.

2. İddiaçı "xxxx" ASC-də olan hesabından Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə isə etibarnaməyə əsasən 52.000 manat köçürülmüşdür. 3. xx.xx.2022-c i il tarixdə iddiaçı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 27 sentyabr 2022-ci il tarixdə bank hesabına köçürmə yolu ilə əldə etdiyi 52.000 manat pul vəsaitinin əsassız varlanma hesab edilməsi və əsassız varlanma qismində əldə edilən 52.000 manat pul vəsaitinin, hüquqi yardım göstərilməsi üçün ödənilən 500 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmıdır ki, “Bakıbaştiki nti” Bakı şəhər tikinti” Ümumtikinti trestinin əmək kollektivinin rəhbəri olaraq “Anar-60” firması ilə arasında olan barışıq nəticəsində sonuncu tərəfindən ona ödənilmış 150.000 manat kompensasiya "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabına keçirilmişdir. O, 150.000 manat məbləğdən hesabında qalan 62.000 manat puldan xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin “Azneft” filialında 10.000 manat pul çıxararaq Cavabdeh2 və onun oğlu X2 vermişdir. Həmin zaman X7 və oğlu Tural Məmmədov onun bank hesabında 52.000 manat pul olmasını öyrənmiş və Cavabdeh2 digər oğlu Cavabdeh1, İddiaçı tərəfindən sonuncuya məxsus bağ evinin satılması məqsədi ilə Bakı şəhər 5 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixli, 7E-5800 nömrəli verilmiş etibarnamədən sui-istifadə edərək, xx.xx.2022-ci il tarixdə "xxxx " ASC-dəki 10-1533247-1 saylı bank hesabında qalan 52.000 manat pul vəsaitini anası Cavabdeh2 AZ47BRES41010AZ**********001 saylı hesabına köçürməklə əsassız varlanmışlar. Beləliklə, Cavabdeh1 iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə sonuncuya məxsus olan bağ evinin satılması məqsədi ilə vermiş olduğu və bağ evi satılmadığı üçün ləğv etməyi unutduğu 7E-5800 nömrəli etibarnamədən sui-istifadə edərək, "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabından xx.xx.2022-ci il tarixdə 52.000 manat pul vəsaitini anası Cavabdeh2 AZ47BRES41010AZ**********001 saylı hesabına köçürmüşdür.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçının qeyd etdiyi kimi pis niyyəti olsaydı iddiaçı nın mülkiyyətində olan əmlaklara da yiyələnər, həmçinin hesabında olan pulun hamısını götürərdi. Onlar iddiaçı ilə ailə olmuşlar. İddiaçı 10.000 manat pulu ona şəxsən özü avqust ayında vermiş, 52.000 manatı isə etibarnamə əsasında onun hesabına sentyabr ayında köçürmüşdür. İddiaçı ona 10.000 manat pulu ev almaq üçün beh olaraq vermişdi.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-929/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh1 onun adından müəyyən hərəkətləri etmək, həmçinin ona məxsus daşınmaz əmlakla bağlı sərəncam vermək və bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafd an bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almaq, bank orqanlarında olan hesablar üzərində sərəncam vermək barədə xx.xx.2015-ci il tarixdə 20 il qüvvədə olan etibarnamə vermiş, Cavabdeh1 da həmin etibarnamə əsasında iddiaçıya məxsus bank hesabından pul vəsaitini digər Cavabdeh2 bank hesabına köçürmüşdür. Bank hesabından pul vəsaiti köçürülərkən etibarnamə qüvvədə olmuş, Cavabdeh1 etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxmamışdır. İddiaçı cavabdehə etibarnaməni ona məxsus bağ sahəsinin satılması üçün verdiyini qeyd etsə də, etibarnamənin 20 il kimi uzun müddətə verilməsi, bağ sahəsinin satılmamasına və etibarnamənin verilməsindən 7 il müddət keçməsinə baxmayaraq iddiaçının etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etməməsi, etibarnamədə yalnız əmlak üzərində sərəncam vermək səlahiyyətinin deyil, bir çox səlahiyyətlərin həmçinin də bank orqanlarında olan hesablar üzərində sərəncam vermək barədə səlahiyyətin nəzərdə tutulması iddiaçının Cavabdeh1 etibarnaməni yalnız bağ sahəsini satmaq üçün vermədiyini təsdiq edir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən etibarnamə əsasında iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka və bank hesabında olan digər pul vəsaitinə sərəncam verilməməsi, onun digər tərəflə pis niyyətlə razılığa gəlmədiyini və qeyd edilən pul vəsaitinin köçürülməsinin iddiaçının iradə ifadəsi əsasında baş verməsini təsdiq edir. Həmçinin, iş materiallarınan görünür ki, iddiaçı özü 10.000 manat pul vəsaitini Cavabdeh2 hesabına köçürmüşdür. İddiaçı tələbi ni sübuta yetirə bilmədiyinə görə iddia əsassız sayılmalı və rədd edilməlidir.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 363.1, 365, 385, 386, 1091, 1092.1, 1093.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən iddiaçı (Vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, 2015-ci il tarixdə Cavabdeh1 İddiaçı tərəfindən sonuncuya məxsus bağ evinin satılması məqsədilə etibarnamə ve rilmişdir. Həmin dövrdə onun hesabına pul gəlməsi, həmin pulun İsmayıl tərəfindən cıxarılmasının etibar edilməsi barədə hər hansı bir razılaşma olmamış, belə bir razılaşmanın olması da qeyri-mümkündür. Çünki, həmin etibarnamənin verilməsindən təxminən 8 il sonra “Bakıbaştikinti” Bakı şəhər tikinti ”Ümumtikinti trestinin əmək kollektivinin rəhbəri olaraq “Anar-60” firması ilə arasında olan barışıq nəticəsində sonuncu tərəfindən ona ödənilmış 150.000 manat məbləğində kompensasiya "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabına keçirilmişdir. O, 150.000 manat məbləğdən hesabında qalan 62.000 manat puldan xx.xx.2022-ci il tarixdə "xxxx"ASC-nin “Azneft” filiaılnda 10.000 manat pul çıxararaq Cavabdeh2 və onun oğlu X2 vermişdir. Onların belə bir razılaşması, bu barədə hər hansı bir söhbətləri ol sa idi, 10.000 manat pulu verərkən elə hesabda olan 62.000 pulu tam formada çıxarıb verərdi. İddiaçı hesabda saxladığı 52.000 manat pul vəsiti məhz işçilərin əmək haqlarının ödənilməsi məqsədi ilə hesabda saxlanılmışdır. İddiaçı tərəfindən Cavabdeh2 və onun oğlu X2 10.000 manat pul verilərkən onlar hesabda daha 52.000 manat pul qaldığını öyrənmiş, Rəxşandə Məmmədova digər oğlu Cavabdeh1 adına verilmiş etibarnamənin İddiaçı unutduğunu bildiyindən məhz digər oğlu vasitəsi ilə pulu öz adına keçirtdirməyə nail olmuş və əsassız varlanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşma bağ evinin satılması üçün verilmiş etibarnamə olmuş, həmin etibarnamənin verilməsi iddiaçı tərəfindən unudulduğundan ləğv edilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3167/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin olunmuş, Cavabdeh2 52.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi Cavabdeh1 aid hissədə təmin olunmamışdır.

14. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 2015-ci ildə verilmiş etibarnamənin mövcudluğunu əsas götürərək iddianı rədd etməklə kifayətlənmiş, İddiaçı hesabından etibarnamə əsasında X3 hesabına hansı səbəbdən pul köçürülməli olduğunu araşdırmamışdır.

15. Məhkə mə kollegiyası cavabdehlərin iddiaçı ilə aralarında razılığa gəlməsi, sözügedən vəsaitin hesabdan çıxarılmasının iddiaçının iradəsi ilə baş verdiyi barədə izahatlarını inandırıcı hesab etməmişdir. Belə ki, belə bir razılaşma olduğu halda 62.000 manat pulun tam olaraq cavabdehlərə verilməsi daha məntiqli olardı. Digər tərəfdən, belə bir razılaşma olmuş olsaydı iddiaçı pulun hesabdan çıxarılmasından xəbər tutan kimi, yəni pulun köçürülməsindən bir həftə sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına verdiyi xx.xx.2015-ci il tarixli etibarnamənin ləğvi barədə ərizə ilə notariusa müraciət etməzdi.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 etibarnamə üzrə ona verilmiş səlahiyyətdən sui-istifadə etmiş və etibar edənin iradəsinə zidd hərəkət edərək 52.000 manat məbləğində pul vəsaitini öz anasının hesabına köçürmüş və bununla da sonuncunun əsassız varlanması üçün şərait yaratmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf 52.000 manat məbləğində pul vəsaitinin iddiaçının bank hesabından çıxarılmasının iddiaçının mənafeyinə və iradəsinə uyğun olduğuna dair işə baxan məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

18. Bundan əlavə, cavabdehlər iddiaya etirazını təsdiq edən sübutlara istinad etməmiş, yalnız izahat verməklə kifayətlənmişlər.

19. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçıya məxsus 52.000 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh2 saxlanılmış, bununla da cavabdeh əsassız varlanmışdır.

20. Məhkəmə kollegiyasının qənaətinə görə, tələb olunan məbləğ məhz Cavabdeh2 hesabına köçürülmüşdür və əsassız varlanan odur. Bu baxımdan iddia tələbi digər Cavabdeh1 aid hissədə təmin olunmamalıdır.

21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 363.1, 365.1.3, 365.1.4, 365.2, 385.1, 386.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh X6 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında qeyri-rəs mi ailə münasibəti olmuşdur. İddiaçı onun evini satdırmış və evinin pulunu özünün ehtiyaclarına, borclarına sərf etmişdir. O vaxtdan iddiaçı ona pul borclu olmuş, nə vaxtsa evini, ya da pulunu qaytaracağına söz vermişdir. Buna görə də 2022-ci ilin avqust ayında iddiaçı pul əldə edən kimi ona borclu olduğu pulu qaytarmaq qərarına gəlmiş, buna görə də, ilk öncə 10.000 manat pulu şəxsən özü avqust ayında ona vermişdir. İddiaçı ona 10.000 manat verərkən, bu məbləğlə ev ala bilməyəcəyinə dair etirazını bildirmiş, iddiaçı isə 10.000 manatı ev almaq üçün beh kimi verdiyini, lazım olduğu təqdirdə qalan 52.000 manatı oğluna verilən etibarnamə əsasında oğlunun çıxaracağını bildirmiş, yəni pulun çıxarılmasını 2015-ci ildə oğluna verdiyi etibarnamə əsasında köçürmə etməsini xahiş etmişdir. Oğlu 52.0 00 manatı onun hesabına keçirərkən iddiaçının xəbəri olmuşdur. Həmin vaxtı onun hesabında 65.000 manat pulu olmuşdur. Əgər o, varlanmaq üçün pul götürsə idi, həmin pulun hamısını götürərdi. Ona icazə verilən həddə pul götürmüşdür. Əgər iddiaçı ümumiyyətlə onun pul götürməyindən narazı idisə, hansı məqsədlə ona 10.000 manatı vermişdir? İddiaçının ona borcu olmasaydı, ona heç bir qəpik belə verməzdi. İddiaçı bu məsələni qəsdən belə təşkil etmişdir ki, sonradan bu cür iddia qaldırsın, ona olan borcunu qaytarmasın.

24. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, oğlu Cavabdeh1 iddiaçı 20 il müddətinə bütün səlahiyyətləri əks etdirən etibarnamə vermişdir. Pulu çıxaran anda iddiaçının daşınmaz əmlakı da olmuşdur. Əsassız varlanma olsa idi, o, etibarnamədən istifadə etməklə, onun evini ələ keçirərdi. Lakin bunu illər ərzində heç vaxt etməmişdir. Çünki qanuni pulunu istəmişdir. Bundan başqa, iddiaçı məhkəmədə iddia etmişdir ki, pul olan hesab guya şirkətin hesabı olmuşdur, guya həmin pul fəhlələrin pulu olmuşdur. Lakin bu yalandır. İddiaçı özü həmin hesabdan 40.000 manata “Papanin” qəsəbəsindən özünə mülk almışdır. Yəni bunu söyləməklə onu bildirmək istəyir ki, hesab iddiaçının şəxsi hesabı olmuşdur. Bununla bağlı sübutu da məhkəməyə bildirmişdir. İşin mübahisəsiz halı kimi də təsdiq edilir ki, iddiaçı X1 20 il müddətinə xx.xx.2035-ci il tarixədək bütün səlahiyətləri, o cümlədən bank hesabındakı pulların idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Etibarnamə tam qanuni şəkildə verilmişdir. Hər hansı qanun pozuntusu olmamışdır. İşin digər mübahisəsiz halı da ondan ibarətdi r ki, 52.000 manat məbləğində pulu Cavabdeh1 iddiaçının şəxsi hesabından çəkərək, Cavabdeh2 ötürmüşdür. İşin bu məqamında da qanunsuz heç nə baş verməmiş, tam qanuni şəkildə həyata keçirilmişdir. İddiaçı həmin etibarnamənin olduğunu bilmişdir. Pul çıxarılarkən etibarnamə qüvvədə olmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında pulun verilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Verilmiş səlahiyyət əsasında pul köçürməsi baş vermişdir. Bununla bağlı zəruri sübutlar etibarnamə, bank çekləridir. Etibarnamənin 1 həftə sonra ləğv edilməsi əsassız varlanma üçün əsas ola bilməz. Məhkəmə iddianın əsaslı olduğunu qeyd etsə də, iddiaçı məhkəməyə əsaslı sübutlar verməmişdir. Hansı əsasla iddiaçının iddiasının əsaslı olmasını məhkəmə özü belə qərarında əsaslandıra bilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

26. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

27. Maddə 363.1. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər.

28. Maddələr 365.1.3, 365.1.4. Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi və etibarnamə verilmiş şəxsin imtinası nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.

29. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb et mək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Ma ddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

35. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

36. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

37. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti ol an başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsa slandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

50. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun möt əbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

56. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

57. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3167/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar