Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3709/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X1 ve X Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh “X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 23 fevral 2017-ci il tarixdən 06.10.2018-ci il tarixədək və 22.02.2019-cu il tarixdən 23.09.2019-cu il tarixədək cavabdeh "X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə işləmişdir. Cavabdehin 23.09.2019-cu il tarixli əmri ilə iddiaçı işdən azad edilmişdir.
2. İddiaçı işdən çıxarılması ilə bağlı əmək qanunvericiliyinin pozulmasına istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərə görə 3500 manat və mənəvi zə rərə görə 1000 manat məbləğində pulun cavabdeh “X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 01.02.2011-ci il tarixdən dəmirçi kimi əmək fəaliyyətinə başlamış, uzun illər bu peşə ilə məşğul olmuş və müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı 23 fevral 2017-ci il tarixdə "X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə fəhlə kimi işə qəbul edilmiş, 02.10.2018-ci il tarixli əmrlə dəmirçi dəmirçi vəzifəsinə keçirilmiş, 06.10.2018-ci il tarixli, 227 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı 22.02.2019-cu il tarixli, 46 saylı əmrlə "X1 ve Ticaret Anonim” Şirkətinin Azərb aycan Respublikasındakı Nümayəndəliyinə dəmirçi vəzifəsinə qəbul edilmiş, işlədiyi müddət ərzində bütün tapşırıqları keyfiyyətlə yerinə yetirmiş, təcrübəli işçi kimi işlədiyi müddətdə 28.04.2018-ci il il tarixdə sertifikat verilmiş, həmçinin işləri təhlükəsiz və yüksək keyfiyyətlə yerinə yetirdiyinə görə 22.05.2017-ci il tarixdə ona təşəkkürnamə təqdim edilmişdir. Lakin iddiaçı gözlənilmədən 23.09.2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən işdən azad edilmiş, hansı ki, işçilərin sayının azaldılması və ixtisarı üçün zərurət yaranmamışdır. İddiaçının işdən azad edilməsi üçün Məcəllənin qeyd edilən maddəsinin tətbiq edilməsi bəhanədir, belə ki, işçilər arasında narazılıq yarandığından və hüquqlarını tələb etdiklərindən onu da "qara siyahı” ya salmışlar və işdən çıx armışlar. Halbuki iddiaçı heç bir işlərə qoşulmamışdır. Həmçinin iddiaçı işdən azad edilərkən onun məcburi köçkün olması da qətiyyən nəzərə alınmamışdır, halbuki bu amil və iddiaçının peşəkar bir işçi olması nəzərə alınmalı və işdə saxlanılmalı idi. İddiaçı işdən çıxarılandan sonra iş tapa bilməmiş, işsiz qalmış və xeyli maddi ziyana məruz qalmışdır. İddiaçı işdən çıxarılarkən qanunvercilikdə nəzərdə tutulduğu qaydada iki ay qabaqcadan ona xəbərdarlıq edilməmiş və iki aylıq orta əmək haqqı ödənilməmişdir. İddiaçı işdən çıxandan sonra məhkəməyə müraciət etməməsinə səbəb onu yenidən yeni bir layihə üzrə işə çağıracaqlarını düşünmüş, lakin layihə açılsa da onu işə çağırmamışlar. Göründüyü kimi iddiaçının hüquqları kobud şəkildə pozulmuş, bu gün işsiz qalmış və dolanacaq xərclərindən məhrum ol muşdur. İddiaçının işlədiyi dövrdə ağır işləri ona etdirmişlər və heç bir zaman etiraz etmədən tapşırılan işləri yerinə yetirmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər 3.500 manat təşkil edir, belə ki, iddiaçı bu aylar ərzində işləyib qazanc əldə edə bilərdi və iddiaçı peşəkar dəmirçi kimi yetişmiş, lakin nəzərə alınmamışdır. Cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi stres keçirmiş, hüquqlarının pozulması nəticəsində işsiz qalması, əmək haqqı almaqdan məhrum olması əsəb gərginliyi keçirməsinə səbəb olmuş və sağlamlığı pozulmuş, bütün bunların səbəbindən iddiaçı mənəvi zərərə məruz qalmışdır. İddiaçı, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyər ək bildirmişdir ki, iş materialında olan əmək kitabçası ilə işə götürən tərəfindən verilmiş əmr və həmin əmrin müvafiq dövlət orqanının sistemindəki ilə uyğunsuzluq vardır. Lakin əmək kitabçasında texniki səhv mövcuddur. Bu barədə iddiaçı istədiyi vaxt müəssisəyə əmək kitabçası ilə yaxınlaşıb cavabdeh tərəfindən texniki səhvin düzəldilməsi mümkündür. Cavabdeh iddiaçını əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam vermişdir və bunu da rəsmi dövlət orqanında qeydiyyatdan keçirmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 07 sentyabr 2020-ci il tarixli,X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi əmək kitabçasından başqa, hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabd eh tərəfindən, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən deyil, 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən işdən azad olunması barədə kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərdən aydın olur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi 22 fevral 2019-cu il tarixdə bir ay müddətinə bağlanmaqla müddətli olmuş, əmək münasibətləri davam etdirilməklə hər dəfə bir ay uzadılmış və 22 sentyabr 2019-cu il tarixdə növbəti müddət qurtardıqdan sonra 23 sentyabr 2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasındakı qeydin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması, ona dəlalət edir ki, həmin qeydin əmək kitabçasında aparılması texniki səhv olmuşd ur. Eyni zamanda bu xüsusat cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiq olunur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), R.Eyvazov) 02 dekabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahi ş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf məhkəmə mübahisəsi olduğunu gördüyündən guya cavabdehi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə deyil, həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən çıxardığını göstərmişdir. Halbuki, bu işdən azad edilmə prosesinin qanunsuz aparılması məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı işə bərpa barədə ərizə verməsə də, dəymiş ziyanın ödənilməsi ilə bağlı bu məsələ əhəmiyyət kəsb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasında iştir ak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
15. Maddə 11, bənd “b”. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.
16. Maddə 45, hissə 1 və
5. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
17. Maddə 47, bənd “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
18. Maddə 68, hissə 2, bənd “b”. Ə mək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.
19. Maddə 73, hissə
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
20. Maddə 83.1-83.2. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.
21. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiy a instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
28. İddiaçı, cavabdeh “X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə 22.02.2019-cu il tarixdə müddətli əmək m üqaviləsi bağlayaraq, həmin tarixli, 46 nömrəli əmrlə “dəmirçi” vəzifəsinə işə qəbul edilmiş, müqavilənin müddəti bir ay müəyyən edilmişdir. 23.09.2019-cu il tarixli, 219 nömrəli əmrlə isə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, həmin tarixdən xitam verilmişdir. 23.09.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən həmin tarixli əmrlə xitam vermişdir. İddiaçıya məxsus ******* saylı əmək kitabçasında isə qeyd olunmuşdur ki, İddiaçı, 23.09.2019-cu il tarixli, 219 saylı əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ( işçilərin sayı və ya ştatları ixtisar olunduqda) işdən azad olunmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar olunduqda) xitam verilməsinə baxmayaraq, iki aylıq orta aylıq əmək haqqı ödənilmədiyini və əvvəlcədən xəbərdarlıq edilmədiyindən uzun müddət işsiz qaldığını bildirərək, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirərək, iddiaya etiraz edir. Kollegiya, hesab etmişdir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış əmək müqav iləsinə hansı əsasla xitam verildiyi müəyyənləşdirilməlidir.
30. Göründüyü kimi, işçi ilə əmək müqaviləsinə xitam verilməsi, əgər həmin əmək müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilir. Bundan sonra həmin əmrə uyğun olaraq, işçiyə məxsus əmək kitabçasında onun işdən çıxarılmasının əsası ilə bağlı qeydiyyat aparılır. Başqa sözlə, əmək müqavilələrinə xitam verilməsinin əsası məhz bu barədə işəgötürənin əmri ilə rəsmiləşdirilir.
31. Baxılan işdən görünür ki, 23.09.2019-cu il tarixli, 219 nömrəli əmrlə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə, həmin əmrə istinad edilməklə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar olunduqda) əsasən işdən azad olunduğu qeyd olunmuşdur.
32. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsində verdiyi izahatında iş materialları arasındakı bu uyğunsuzluqla bağlı bildirmişdir ki, əmək kitabçasında texniki səhvə yol verilmişdir. İddiaçı istədiyi vaxt müəssisəyə əmək kitabçası ilə yaxınlaşarsa, tərəflərindən həmin səhvin düzəldilməsi mümkündür.
33. Belə olan halda, Kollegiya yuxarıdakı qənaətini əsas götürərək, cavabdehin bu barədə mövqeyini (əmək kitabçasında texniki səhvə yol verilməsi barədə) inandırıcı hesab edərək belə nəticəyə gəlmişdir ki, İddiaçıla bağlanmış 22.02.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qur tarması) əsasən xitam verilmişdir.
34. Kollegiya, həmçinin nəzərə almışdır ki, 23.09.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də tərəflər arasında bağlanmış əmək müqaviləsinə 23.09.2019-cu il tarixli, 219 nömrəli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi görünür.
35. Belə olan halda, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin saylı və ya ştatları ixtisar olunduqda) əsasən xitam verilmədiyindən, həmin Məcəllənin 77-ci maddəsində işçilər üçün nəzərdə tutulmuş təminatlar (işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən rəsmi xəbərdar edilmə; işdənçıxarma müavinəti və s.) ona şamil edilmir. Bu hal is ə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmadığından, onun hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması hüquqi cəhətdən mümkün deyil.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.