Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3712/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdeh Bakı Telefon Rabitəsi MMC-nin vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2(103)-2098/2018 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi MMC Baş direktoru xxx və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(004)757/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Telefon Rabitəsi MMC qarşı “vurulmuş maddi ziyana görə 20.000 manat, mənəvi zərərə görə 15.000 manat, ödənilmiş maddi zərərə görə 30 manat, cəmi 35.030 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh2ndan maddi zərərə görə 3.000 manat, mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 3.520 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh Bakı Telefon Rabitəsi MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2 (103)-2098/2018 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(004)-757/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Telefon Rabitəsi MMC və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 20.000 manat, mənəvi zərər görə 15.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, 35.030 manat pul tələbinə dair iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il dekabr ayında mənzilində internet xəttində yaranmış nasazlıqla əlaqədar olaraq Cavab deh2na müraciət edərək usta göndərilməsini xahiş etmişdir. Mənzilinə gəlmiş usta Nurəddin Cəfərov xidməti vəzifəsini yerinə yetirərkən səhlənkarlıqla 40 il öncə atası tərəfindən Varşava şəhərindən onun üçün hədiyyə olaraq alınan “Venera” heykəlini sındırmışdır. Bu barədə usta Nurəddin Cəfərovun göndərildiyi təşkilatın rəhbərliyinə məlumat versə də, qarşı tərəfdən hər hansı müsbət yönlü bir addım atılmamışdır. Həmin heykəl atasının yadigarıdır, məhz bu səbəbdən də onun üçün mənəvi əhəmiyyəti vardır. Həmin heykəl hazırkı dövrdə istehsal olunmur, əntiq əşyadır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Bakı Telefon Rabitəsi MMC vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respub likası MPM-nin 67-ci maddəsinin tələblərini izahat etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh Bakı Telefon Rabitəsi MMC vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdeh təşkilatın təqsiri üzündən iddiaçıya maddi, mənəvi ziyan dəyməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1114.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, cavabdeh Bakı Telefon Rabitəsi MMC Cavabdeh2 əməkdaşı Nurəddin Cəfərov iddiaçıya məxsus mənzildə telefon xəttinin təmiri zamanı təsadüfən mənzildə olan “Venera” heykəli aşaraq sınmışdır. Bu fakt işin mübahisə olunmayan halıdır və cavabdeh tərəf özü də bu faktı iddiaçıya ünvanladığı 30 mart 2016-cı il tarixli məktubunda inkar etməmişdir. Cavabdeh Bakı Telefon Rabitəsi MMC Cavabdeh2 əməkdaşı Nurəddin Cəfərov öz maliyyə vəsaiti hesabına sınmış heykəli razılıq əsasında restavrasiya etməyə çalışsa da, heykəlin əvvəlki görkəmin bərpa edilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş XX əsrin 1960-1970-ci illərində SSRİ X1 tərəfindən Ali və Orta İncəsənət məktəbləri, Universitet və Akademiyalar üçün xüsusi sayda Leninqrad şəhərində özəl gips məmulatlarından tökülmə və yanma üsulu ilə hazırlanmış “Venera” heykəlinin fiziki təsirdən sınmış hissələrinin tam bərpasına istifadə olunan materialların sifarişlə əldə edilməsi (xarici ölkələrdən gətirilməsi) və sair nəzərə alınmaqla, təmirbərpa xərci təxminən 3.000 manat təşkil edir. Hazırda bu cür heykəl satışda olmadığı üçün onun orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin digər 24 avqust 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş XX əsrin 1960-1970-ci illərində SSRİ X1 tərəfindən Ali və Orta İncəsənət Məktəbləri, Universitet və Akademiyaları üçün xüsusi sayda Leninqrad şəhərində özəl gips məmulatlarında tökmə, yanma üsulu ilə hazırlanmış “Venera Milosskaya” heykəlinin fiziki təsirdən sınmış hissələrinin tam bərpasına istifadə olunan materialların sifarişlə əldə edilməsi (xaricd ən gətirilməsi) və sair nəzərə alınmaqla, təmir-bərpa xərci təxminən 3.000 manat təşkil edir. Hazırda həmin heykəlin təmiri üçün tələb olunan materiallar Azərbaycan Respublikasında mövcud deyildir. Daha sonra cavabdeh tərəfin etiraz ərizəsindən, o cümlədən 30 mart 2016-cı il tarixli məktubundan görünür ki, Nurəddin Cəfərov həqiqətən Cavabdeh2nda “kabel lehimləyicisi” vəzifəsində işləyir və o, iddiaçıya məxsus mənzildə rabitə xəttində olan problemi aradan qaldırmaq üçün təmir bərpa işlərini iddiaçının sifarişi və cavabdeh təşkilatın tapşırığı ilə aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (re al zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, Nurəddin Cəfərov iddiaçıya məxsus mənzildə əmək vəzifələrini yerinə yetirərkən orada olan “Venera” heykəlini aşıraraq sındırdığından və cavabdeh tərəf öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıdığından, iddia ərizəsini maddi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə gör ə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habel ə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, həmçinin mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, ağırlığını, cavabdeh tərəfin təqsirini, eləcə də mülki hüquq pozuntusunun ehtiyatsızlıqdan və sırf təsadüf nəticəsində baş verməsini, cavabdeh tərəfin əmlak vəziyyətini, zərərçəkənin qadın olmasını, onun səhhəti ilə əlaqədar olaraq mənəvi sarsıntı və iztirablara dözümünü, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsini maddi zərərin əvəzinin ödənilməsi hissəsində 3.000 manat, mənəvi zərərin əvəzinin ödənilməsi hiss əsində 500 manat məbləğdə təmin etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və zərərin məbləği ağlabatan və ədalətli olmaqla işin faktiki hallarına tam uyğundur. Kassator kassasiya şikayətində usta Nurəddin Cəfərovun ilk dəfə iddiaçıya məxsus mənzildə olarkən rabitə xəttini texniki normalara uyğun olaraq çəkdiyini və bu barədə iddiaçının ailə üzvlərini də məlumatlandırdığını, lakin sonradan usta Nurəddin Cəfərovun iddiaçıya məxsus mənzili cavabdeh təşkilatın tapşırığı ilə getməməsini və iddiaçıya məxsus “Venera” heykəlinin bərpası üçün 3.000 manat pulun tələb olunmamasını və həmin məbləğin şişirdilməsini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, kassasiya şikayətinin dəlillərinin əsassız olması mülki iş materialları, işə əlavə edilmiş ekspert rəyləri, eləcə də işdə iştirak edən şəxslərin izahatları təsdiq olunur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtər əfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi MMC Baş direktoru xxx və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2(103)-2098/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3712/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3712/2019
27.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver