Məhkəmə qərarları › İş №2(102)-3712/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3712/2020

21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3712/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı X5, vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə ilkin, Cavabdeh X5na qarşı “pul ödənilməsi” barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli X5 nömrəli qərardadından iddiaçı X5 və vəkili Vəkil t ərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təsərrüfat otağının boşaldılması və ona təhvil verilməsi, ona vurulmuş 10.000 (on min) manat məbləğində maddi ziyan və 10.000 (on min) manat mənəvi ziyan qismində pul vəsaitinin tutularaq ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 14 may 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı X5 ilk iddia üzrə Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia tələbi təmin edilməməsi, qarş ılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X5na qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı X5 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Tural Məmmədov) 05 iyul 2019-cu il tarixli qərardadı ilə X5 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. X5 məhkəməyə şikayət ərizəsi verərək, Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Etibar Nəbiyev) 24 oktyabr 2019-cu il tarixli X5 nömrəli qərardadı ilə iddia çı X5 tərəfindən verilmiş şikayət təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X5 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qətnaməni aldığı 27.05.2019-cu il tarixdən qətnamədən verdiyi şikayəti 25.06.2019-cu il tarixədək 27 gün təşkil edir. Beləliklə apellyasiya şikayətləri üçün müəyyən olunmuş müddət (30 gün) şikayətçi tərəfindən buraxılmamışdır. 9 saylı poçt şöbəsinin “xxxx MMC” AZ 1009 25.06.2019-c u il tarixdə 17:08:07 dəqiqədə Vəkil tərəfindən Suraxanı Rayon Məhkəməsinə SS574805596AZ saylı sifarişli xəbərnaməli məktubla göndərilməsi barədə verdiyi qəbzlə təsdiq olunur. Həmin qəbzin üzərində 25.06.2019-cu il tarixli möhür mövcuddur. Vəkil tərəfindən verilmiş sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” Milli operator 06.11.2019-ci il tarixli 2-11-1-17/5345 saylı məktubla 25.06.2019-ci il tarixdə Vəkil tərəfindən Suraxanı Rayon Məhkəməsinə SS574805596AZ saylı sifarişli xəbərnaməli məktubun qöndərilməsi və 02.07.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinə təhvil verilməsini təsdiq etmişdir. Həm rayon məhkəməsi, həm apellyasiya məhkəməsi qanunsuz qərardadları qəbul etməklə mahiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkə məsinin 14 may 2019-cu il tarixli X5 nömrəli qətnamənin apellyasiya məhkəməsində baxılmasının və ləğv olunmasının qarşısını alırlar. Hətta apellyasiya məhkəməsi şikayət olunan qərardadından kassasiya şikayətin verilə bilməməsini qeyd edir. Halbuki, mülki prosessual məcəllədə belə bir qadağa mövcud deyil. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdirlər. İddiaçı Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarından əsasən Suraxanı Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsinin surəti ilk iddia üzrə iddiaçı X5na rəsmi qaydada (poçt vasitəsi ilə) 27 may 2019-cu il tarixdə təqdim olunduğu halda, o, yalnız 29 iyun 2019-cu il tarixdə bu qətnamədən apellyasiya şikayəti vermiş, lakin bu zaman apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara əhəmiyyət verməmiş, nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; -363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; İş materiallarından görünür ki, Şoşanova (Mustafayeva) X1 Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsinin surətini rəsmi qaydada (poçt vasitəsi ilə) 27 may 2019-cu il tarixdə qəbul etmiş, həmin qətnamədən apellyasiya şikayətini isə 25.06.2019-cu il tarixdə həmin qətnamədən apellyasiya şikayətini rabitə orqanına təhvil vermişdir. Bu fakt işin 203-cü vərəqində olan poçt zərfinin üzərinə vurulmuş ştam pla müəyyən edilir. Həmçinin iddiaçının şikayətə əlavə etdiyi “xxxx” MMC 9 saylı poçt şöbəsi tərəfindən verilmiş 25.06.2019-cu il tarixli qəbzdən də görünür ki, həmin tarixdə Vəkil tərəfindən Suraxanı Rayon Məhkəməsinə SS574805596AZ saylı sifarişli xəbərnaməli məktub göndərilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC tərəfindən verilmiş 06.11.2019-cu il tarixli № 2-11-117/5345 arayışından görünür ki, Vəkil tərəfindən 25.06.019-cu il tarixdə 9 saylı poçt şöbəsindən ünvanladığı SS574805596AZ saylı sifarişli xəbərnaməli məktub 02.07.2019-cu il tarixdə 40 saylı poçt şöbəsi tərəfindən Suraxanı rayon Məhkəməsinin əməkdaşı Əliyevə təhvil verilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi nə apellyasiya şik ayətinin dəlillərinə, nə də işdə olan şikayətin vaxtında verildiyini təsdiq edən sübutlara əhəmiyyət verməyərək, şikayəti təmin etməmiş, nəticədə iddiaçının şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X5 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 24.10.2019-cu il tarixli X5 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar