Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3717/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3717/2023 (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X17 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 2(103)-1463/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 1992-ci ilin noyabr ayında tərtib edilmiş 92/459 №-li Akta əsasən Bakı şəhər İcra Hakimiyyəti aparatının Baş memarlıq və şəhərsalma idarəsi geoqrup rəhbərinin tapşırığına və rəddiyyə qrupunun (aktla əlavə olunmuş cizgidə əks etdirilən) göstərişlərinə əsasən həmin tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə bazar tikintisi üçün ayrılan torpaq sahəsi Binəqədi qəsəbəsinin şimal dairəsinin şərq hissəsi 0,33 hektar olan sahənin instrumental təriqilə ölçülüb, ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş və daimi nişanlar qoymuşdur.
2. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 27 may 1993-cü il tarixli, 378 nömrəli Sərəncamına əsasən yüngül konstruksiyadan Biləcəri qəsəbəsində tikilən bazar binasının “Emil” kiçik müəssisəsinin balansından Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin balansına verilməsinə icazə verilmişdir.
3. X6, X5 və X10 müvafiq olaraq 9, 10 və 19 sentyabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən, onlar təsisçisi olduqları Cavabdeh QSC-yə məxsus Bakı şəhəri İcra Hakimiyyətinin 10 dekabr 1990-cı il tarixli, 7/437 saylı qərarına və Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.1993-cü il tarixli, 378 saylı Sərəncamına əsasən cəmiyyətin balansına verilmiş bazar kompleksinə aid olan 500 kv.m. ölçüdə iki mərtəbəli iaşə obyektinin İddiaçı sa tılmasına etiraz etmirlər.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-192/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunaraq, Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 xeyrinə 220.000 manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, X7 iddiasının qalan hissədə, həmçinin İddiaçı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamə qanuni qüvv əsini almışdır.
5. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(103)-4392/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. 6. xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişə əsasən borclu Cavabdeh QSC Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 nömrəli, 25 may 2021ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir. 7. 08 sentyabr 2021-ci il tarixli, 01 nömrəli pul tələbinin güzəşt edilməsinə dair müqaviləyə əsasən, “tələb sahibi” X12 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 nömrəli, 25 m ay 2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş “Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 xeyrinə 220.000 manat pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması”na dair pul tələbini “üçüncü şəxs” İddiaçı güzəşt etməyi öhdəsinə götürmüşdür.
8. Tələbkar İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin və icra vərəqəsinin icra edilməsi üçün borclu Cavabdeh QSC-nin mülkiyyətində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(001)-9470/2019 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Bi ləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün Qiymətləndirmə təşkilatına göndərilməsini və əmlakın qiyməti müəyyən edildikdən sonra həmin əmlakı borcun əvəzinə ona təklif edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sənədi üzrə tələbkar X1 Eldəniz Həsrətəli oğlu ilə əvəz edilmişdir. 10. "xxxx" MMC 14 oktyabr 2021-ci il tarixli, 332 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200.000 manat təşkil edir.
11. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-222704-29 nömrəli təklifin surətinə əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsini rəhbər tutaraq borclu Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Bilcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin 200.000 manat borc əvəzi İddiaçı təklif olunmuş və sonuncu həmin təklifi qəbul edərək, əmlakın onun adına rəsmiləşdirilməsi üçün zəruri tədbir görülməsini xahiş etmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi Rayon İcra Şöbəsinə ünvanlamış 26 noyabr 2021-ci il tarixli, *** *******10 nömrəli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9470/2019 nömrəli, 28 dekabr 2019-cu il tarixli qərardadı onların tərəfindən xx.xx.2020-ci il tarixində icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlamış 13 aprel 2022-ci il tarixli, ******* ***07 nömrəli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Bİləcəri qəsəbəsi, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətə əlavə edilmiş sənədlər (hesabat və təklif) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqmüəyyənedici sənədlər kimi nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş üzrə qəbul edil miş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh QSC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 220.000 manat p ulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22.000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X12 Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia verərək, cavabdehdən 220.000 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22.000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-192/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia ərizəsin in təmin olunmaması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddiası, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-192/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-192/2021 nömrəli, 11 fevral 2021ci il tarixli qətnaməsi ləğv olunmuş, idd ia qismən təmin olunmuş, Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 xeyrinə 220.000 manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmuş, X7 iddiası qalan hissədə, həmçinin onun iddia ərizəsi təmin olunmamışdır. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli “Pul tələbinin üçüncü şəxsə güzəşt edilməsinə dair” müqaviləyə əsasən qeyd edilən icra sənədinə əsasən tələbkar X7 borclu Cavabdeh QSC-yə olan 220.000 manat pul tələbi ona güzəşt edilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sən ədi üzrə tələbkar X12 onunla əvəz edilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx/xx-222704-29 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna və icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini əks etdirən xx.xx.2021-ci il tarixli, 332 saylı hesabat tərtib olunmuşdur. Həmin hesabata əsasən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200.000 manat təşkil edir. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh QSCyə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümum i sahəsi 500 kv.m. qeyri-yaşayış sahəsini 200.000 manat borcun əvəzi olaraq ona təklif edilmiş və o, həmin təklifi qəbul etmişdir. Göründüyü kimi, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borcun qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsini qəbul etdiyindən, hazırda Cavabdeh QSC Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. qeyri-yaşayış sahəsi onun qanuni sahibliyinə və istifadəsinə, mülkiyyətinə verilməlidir. Lakin Cavabdeh QSC həmin əmlakdan istifadə edir, əmlakı boşaldıb ona təhvil vermir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001 )-5909/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) İddiaçı Həsərətəli oğlunun Cavabdeh QSC-yə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının Cavabdeh QSC-yə qarşı hazırki tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə hər hansı bir hüququnun tanınması müəyyən edilməmişdir. Əksinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 saylı, 25 may 2021-ci il tarixli icra sənədinin icra edilməsi ilə əlaqədar borcun Bakı şəhəri, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sa həsi 500 kv.m. qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün tədbirlər görülsə də, icra tədbirləri zamanı həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi müəyyən edilmiş və borcun həmin əmlaka yönəldilməsi baş tutmamışdır. Əmlakdan öz istədiyi kimi istifadə etmək, sahib olmaq və ona dair sərəncam vermək isə mülkiyyətçiyə məxsus hüquqdur. Bununla belə, həmin əmlak iddiaçının mülkiyyətinə və ya onun qanuni sahibliyinə verilmədiyindən məhkəmə iddia tələbini əsassız hesab etmiş və təmin edilməməsi qənaətinə gəlmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 14.2, 77.1, 217.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən narazı qalan iddiaçı (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi üçüncü şəxs qismində c əlb edilməli olduğu halda, cəlb edilməmiş, bununla da prosessual pozuntuya yol verilmişdir. Belə ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasına dəvət edilsə idi, icra məmuru da sözügedən əmlaka qanuni əsaslarla iddiaçıya verildiyini bildirərdi. Göstərilən orqanlar işə cəlb olunsa idi, məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparıla bilərdi. Həmçinin, o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. qeyri-yaşayış sahəsinə dair onun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ü nvana dair qeyri-yaşayış sahəsi kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sözügedən inzibati iş hazırda Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın icraatındadır və məhkəmə iclası 13 yanvar 2023-cü il tarixə, saat 09:30-a təxirə salınmışdır. Həmin inzibati iş hazırki mülki işlə birbaşa əlaqəli olduğundan həmin inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hazırki mülki iş üzrə icraat dayandırılmalı idi. Lakin bu hal da işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, iş üzrə icraat dayandırılmalı olduğu halda dayandırılmamış, tez-t ələsik qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1463/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmi şdir ki, hazırkı mülki iş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin hər hansı hüququna və qanuni maraqlarına toxunmur. Digər tərəfdən icra işinin surəti sorğu əsasında birinci instansiya məhkəməsi tərəfindən əldə edilərək, iş materiallarına əlavə edilmiş və icra mərhələsində görülmüş bütün tədbirlər həmin sənədlərdə öz əksini tapmışdır. Bu səbəbdən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində hazırki işə cəlb edilməsinə, o cümlədən icra məmurunun məsələ ilə bağlı münasibətinin öyrənilməsinə hər hansı zərurət yoxdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə irəli sürülmüş digər dəlillə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, hazırda Bakı İnzibati Məhkəməsində mübahisəli sahə ilə bağlı iddiaçının ad ına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair qeyri-yaşayış sahəsi kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə işin olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyil, iddia ərizəsinə, habelə apellyasiya şikayətinə əlavə edilməmişdir. Digər tərəfdən belə bir iddianın gələcəkdə təmin edilməsi iddiaçıya artıq mülkiyyətçi olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu yaratmış olacaqdır. Qeyd edilənlər isə öz növbəsində hazırki iş üzrə icraatın dayandırılmasını istisna edir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mü lki Məcəllənin 139.1, 139.3, 152.1, 157.1, 157.2 və 157.8-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borcun qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsini qəbul etdiyimdən, sözügedən əmlaka icra məmuru tərəfindən İcra haq qında Qanunun tələblərinə əsasən hüquqi cəhətdən və qanunamüvafiq olaraq iddiaçının istifadəsinə verilmişdir. Hazırda Cavabdeh QSC Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m. qeyri-yaşayış sahəsi idiaçının qanuni sahibliyinə və istifadəsinə, mülkiyyətinə verilməlidir. Lakin Cavabdeh QSC həmin əmlakdan istifadə Lakin Cavabdeh QSC həmin əmlakdan istifadə edir, əmlakı boşaldıb ona təhvil vermir. Birinci instansiya məhkəməsi isə heç bir əsas olan subyektiv hüququn olmaması səbəbindən iddianı rədd etmişdir. Sözügedən əmlak iddiaçının mülkiyyətində olmasa da, qanuni qüvv əyə minmiş məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borcun qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsini iddiaçı qəbul etmişdir. Bütün bu hallar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, iddiaçının hüquqları kobud surətdə pozulmuşdur.İş üzrə heç bir araşdırma aparmadan, iş materiallarında olan sənədləri tam və hərtərəfli araşdırmadan məhkəmə yanlış nəticəyə gəlməklə iddiaçının hüquqlarını pozmuşdur. Tərəflərindən iddia tələblərini əsaslandıran bütün sübutlar, o cümlədən ilkin hüquqmüəyyənedici sənədlər, məhkəmə qətnamələri, icra sənədləri məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən tam araşdırılmamışdır. Məhkəmə qərarlarını, icra sənədlərini məhkəmə sübut kimi qəbul etməməklə, səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən ümumiyyətlə cavabdehin iştirakı təmin edilməmiş, iş mahiy yəti üzrə araşdırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başq a qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini y alnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin ma ddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 51. “Məhkəmə qətnamə si haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
53. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1463/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.