Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3717/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviçin, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X4 Cavabdeh1 qarşı “tikililərin sökülməsi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)373/2024 nömrəli qətnaməsindən iddiaçıla r tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ev B-942 və B-942A - X6, ev B-941 - İddiaçı8, ev 940 - İddiaçı5 Həmzəağa oğlunun, ev 943 - İddiaçı6, ev B-941 İddiaçı8, ev 943D - İddiaçı9, ev 943F - X5, ev 942 - İddiaçı4, ev 943A - İddiaçı1 mülkiyyətlərindədir.
2. Qonşuluqda, yəni Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi ünvanda yerləşən 939B saylı 0,1537 hektar bağ torpaq sahəsi və üzərində yerləşən tikili Cavabdeh1 Dadaş oğlunun mülkiyyətindədir.
3. Cavabdeh1 Dadaş oğlunun mülkiyyətində olan həmin daşınmaz əmlakın ərazisində icarə əsasında restoran kimi fəaliyyət göstərilmişdir
4. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər X8, X9 və X2 qarşı iddiaları qismən təmin edilmiş, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 939B saylı bağ evində fəaliyyət göstərən “X16” restoranında ətrafa qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq səs-küy və ağır qoxuların yayılması qadağan edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı1 xeyrinə cavabdeh X1 5.000 manat mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməklə, cavabdeh X1 250 manat mənəvi zərər in əvəzi alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. 6. 26 may 2023-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 Dadaş oğlu Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, 939B ünvanında yerləşən torpaq sahəsinin 0,1537 hektar hissəsini Cavabdeh2 icarəyə vermişdir.
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 sayı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 iyul 2023-cü il tarixli məktubuna əsasən, Sumqayıt-Novxanı yolunun kənarı, Novxanı bağlar massivində fəaliyyət göstərən “By İfrat" restoranından ətrafa yüksək musiqinin yayılması barədə ETSN-nin “Qaynar xətti” nə daxil olmuş İD-18291 saylı, xx.xx.2023-cü il tarixli və ETSN-nin elektron ünvanına daxil olmuş 314/1-M-1512-3/2023 saylı, xx.xx.2023-cü il tarixli müraciətlə əlaqədar ETSN XKEMl-nin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə “By İfrat” restoranından ətrafa yayılan səs-küy səviyyəsini müəyyənləşdirilməsi məqsədilə monitorinq-ölçmə aparılmışdır. Ölçmə zamanı “By İfrat” restoranından ətrafa yayılan səs-küy səviyyəsinin miqdarı normadan artıq olmuşdur. Bununla əlaqədar “By İfrat” restoranının icarəçisi ünvan 3 ünvanında yaşayan Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati protokol tərtib edilmişdir. Hal-hazırda idarədə Cavabdeh2 cərimə olunması üçün inzibati işə baxılır. “By İfrat” restoranının icarəçisi Cavabdeh2 restorandan yüksək musiqi səsinin ətrafa yayılmasının qarşısının alınması üçün tədbir görülməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. 8. 19 iyul 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən Cavabdeh1la Cavabdeh2 arasında Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, 939B ünvanında yerləşən torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində özbaşına inşa edilmiş tikililər və qurğuların cavabdehin hesabına sökülməsi və bağ evi müvafiq qurumlar tərəfindən təsdiq edilmiş olan və texniki pasporta uyğun vəziyyətə gətirilməsi, cavabdehə məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Ba ğlar massivi, 939-B nömrəli bağ evində planda və texniki pasportda nəzərdə tutulmayan özbaşına tikililər və qurğular inşa edildiyindən, onunla Cavabdeh2 arasında bağlanmış 04 iyun 2023-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyətinə ətrafa səs-küy və ağır qoxular yaydığına və özbaşına inşa edilmiş tikilidə qanunsuz fəaliyyət göstərdiyinə görə xitam verilməsi, iddiaçıların hər birinə vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçılara cavabdehlər Cavabdeh1 1.000 manat və Cavabdeh2 500 manat məbləğində pul vəsaitinin, cəmi Cavabdeh1 10.000 manat və Cavabdeh2 5.000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılm asını xahiş etmişlər.
10. İddia belə əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı bağ massivində yuxarıda göstərilən ünvanlarda iddiaçıların və başqa vətəndaşların bağ evləri yerləşir. Həmin bağ evlərindən bəzi vətəndaşlar daimi yaşayış yeri kimi, bəziləri isə yay mövsümündə ailə üzvləri və başqa qohumları, dost-tanışları ilə birlikdə istirahət etmək üçün istifadə edirlər. Bağ massivində 939-B saylı bağ evi Cavabdeh1 məxsusdur. Cavabdeh həmin bağ evində yaşamır və bağ evinin təyinatını dəyişdirmədən, lazımi icazələr almadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına əlavə tikililər və qurğular inşa etmiş və gəlir əldə etmək məqsədi ilə ayrı-ayrı vətəndaşlara ictimai iaşə obyekti (restoran) kimi icarəyə verir. Son dövrlər, bağ evində yerləşən və qanunsuz fəaliyyət göstərən restoranlar mütəmadi olaraq (hər gün) iddiaçıların rahatlıqlarını və dincliklərini pozmaqla, öz mülkiyyətlərindən təyinatı üzrə istifadə etməyi və evlərində yaşamağı mümkünsüz edib. Yaşadıqları evlərə çox yaxın, bəzilərinə hətta bitişik olan bu restoranın açıq həyətində müxtəlif məclislər və hay-küylü canlı musiqi proqramları təşkil edilir. Bu tədbirlər keçirilərkən ətrafa yayılan səs-küy və qoxu qanunla müəyyən edilmiş standart və normalara uyğun gəlməyərək sağlamlıq üçün təhlükəli həddə çatır. 2023-cü ilin may ayında Cavabdeh1 ona məxsus bağ evini apardığı özbaşına tikililər və qurğularla birlikdə icarə müqaviləsi əsasında Cavabdeh2 vermiş və bu bağ evində “By İfrat” adı ilə restoran fəaliyyətə göstərir. Bu restoranın fəaliyyəti ətrafa normadan artıq səs-küy və müxtəlif ağır qo xular yayılması nəticəsində yaşayan insanların həyatı və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh1 ətrafda yalnız bağ evləri yerləşməsinə baxmayaraq Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evini və ətrafını icazəsiz, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla çoxsaylı özbaşına tikililər inşa etmişdir. Belə ki, bağ evində ictimai iaşə məqsədi ilə zal, mətbəx, təndir, canlı musiqi üçün meydança, üçüncü mərtəbə qaldırılıb, təmizləyici qurğular qurulub, xüsusi gözqamaşdırıcı işıqlar quraşdırılıb, yol qırağı səki və yaşıllıq dağıdılıb. 04 iyun 2023-cü il tarixdə Cavabdeh2lə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmış və Cavabdeh2 “By İfrat” adlı restoran yaratmış, həmin restoranda şouproqramlar təşkil etmiş, bu barədə sosial şə bəkələrdə məlumatlar yaymışdır. Cavabdehin qanunsuz, normal qonşuluq münasibətinə uyğun gəlməyən hərəkətləri nəticəsində iddiaçılar və onların ailə üzvləri uzun müddətdir ki, dərin mənəvi sarsıntılar və iztirablar keçirirlər. İddiaçı1 ağır xəstəlikdən əziyyət çəkir, həyat yoldaşının arterial hipotoniya və miqren xəstəliyi var, səs-küy dərhal onların səhhətini pisləşdirir. Övladları və nəvələri səs- küy və ətrafa yayılan tüstü və qoxuya dözməyərək bağa istirahətə gəlməkdən imtina ediblər.
11. Birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, 939B ünvanında yerləşən bağ evi 08 sentyabr 2023-cü il tarixində tərəflərin iştirakı ilə yerində müayinə olunmuş və müəyyən edilmişdir ki, 939-B nömrəli bağ evində əyləncə mərkəzinə xas olan qurğular (musiqi meydançası və sair) mövcuddur. Eyni zamanda həmin bağ evinin hasarının üstündə səsqaytarıcı lövhələr quraşdırılmışdır. Cavabdeh bildirmişdir ki, həmin bağ evini başqa bir şəxsə icarəyə vermiş və icarəyə götürən şəxs bir neçə gün həmin bağ evini restoran kimi işlətsə də, qonşuların narazılığından sonra oranı ona təhvil verərək getmişdir. Ətraf ərazilərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 939-B nömrəli bağ evinin arxa hissəsində İddiaçı5 məxsus bağ evi yerləşir, sol tərəfi isə boş ərazidir. 939-B nömrəli bağ evinin sağ tərəfində isə İddiaçı7 məxsus bağ evi yerləşir. İddiaçı7 məxsus bağ evindən sağda İddiaçı8, sonuncunun bağ evinin arxasında isə İddiaçı2 məxsus bağ evi yerləşir. Digər iddiaçılara məxsus bağ evləri isə 939-B nömrəli bağ evindən kənarda yerləşir.
12. Sumqayıt Şəhər Məhkəməsinin (ha kim E.Abdullayev) 26 oktyabr 2023-cü il tarixli, 2(060)-4762/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 04 iyun 2023-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 hər bir iddiaçının xeyrinə 500 manat olmaqla, ümumilikdə 5.000 manat mənəvi zərərin əvəzinin iddiaçıların xeyrinə tutulması hissəsində xitam verilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) 26 oktyabr 2023-cü il tarixli, 2(060)-4762/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X4 hər birinin xeyrinə dəymiş mənəvi zərərin əvəzi olaraq 150 manat olmaqla, ümumilikdə 1.500 manat məbləğində pulun Cavabdeh 1 tutularaq iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehə məxsus bağ evində inşa edilmiş tikili və qurğular iddiaçıların hər hansı birinə məxsus olan evlərə və ya torpaq sahələrinə müdaxilə etmir. Yəni, iddiaçıların öz mülkiyyətlərindən istifadələrinə cavabdehin inşa etdiyi tikili və qurğular tərəfindən hər hansı birbaşa müdaxilə mövcud deyildir. Həmin tikili və qurğular cavabdehə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Belə olan halda, özbaşına tikilinin inşası nəticəsində ona məxsus mülkiyyətə hər hansı müdaxilə edilməyən bir şəxs tərəfindən həmin tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması qanuni hesab edilə bilməz. Yəni, iddiaçılar cavabdehə məxsus bağ sahəsində in şa edilmiş tikililərin sökülməsi ilə bağlı iddia qaldırmaqda subyektiv hüquqa malik deyillər. Bu səbəbdən iddia tələbi tikililərin sökülməsi hissəsində təmin edilə bilməz.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh ona məxsus bağ evini (yaşayış sahəsini) buna müvafiq icazə olmadan qeyri-yaşayış sahəsinə (ictimai iaşə obyektinə-restorana) çevirərək 26 may 2023-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 icarəyə vermiş, bağ evi 19 iyul 2023-cü il tarixədək restoran kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə keçirilmiş monitorinq zamanı restorandan ətrafa yayılan səs-küy və havanın çirklənməsinin normadan artıq olduğu müəyyən edilmişdir.
16. İddiaçılara və ya onların ailə üzvlərinə məxsus olan id diaçıların yaşadıqları bağ evləri cavabdehə məxsus bağ evinin yerləşdiyi ərazidə yerləşir. Cavabdehə məxsus bağ evindən restoran kimi istifadə edilməsi nəticəsində ətrafa yayılan səs-küy və havanın çirklənməsinin normadan artıq olduğu üçün iddiaçılar mənəvi ziyana məruz qalmışlar. Məhkəmə tərəfindən səs-küy və çirklənmənin iddiaçılardan hansına daha çox və hansına daha az təsir göstərməsi praktiki cəhətdən mümkün olmadığı üçün məhkəmə cavabdehdən iddiaçıların hər birinin xeyrinə ağlabatan məbləğdə, yəni 150 manat pul kompensasiyasının tutulmasını ədalətli hesab etmişdir.
17. Məhkəmə iddia tələbinin “By İfrat” restoranın fəaliyyətinə xitam verilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cavabdehə məxsus bağ evində “By İfrat” adlı restoranın fəaliyyət göstərməsi iş materialları ilə müəyyə n edilmir. Belə ki, iddiaçılar cavabdehə məxsus bağ evinin restoran kimi fəaliyyət göstərməsinə qadağa qoyulması tələbini deyil, məhz “By İfrat” restoranının fəaliyyətinə xitam verilməsini tələb etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********4 nömrəli arayışda Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, 939B ünvanının vergi orqanında “Kafe Restoran” kimi qeydiyyatdan keçdiyi göstərilmişdir. İddiaçıların bildirdiyinə görə həmin restoranın adı əvvəla “X16”, sonralar “By İfrat” adlandırılmışdır. Lakin, həmin bağ evinin məhz “By İfrat” adlandırılması hər hansı rəsmi sənədlə müəyyən edilmir.
18. Məhkəm ə hesab etmişdir ki, cavabdehə məxsus bağ evində məhz “By İfrat” adlı restoranın fəaliyyət göstərməsi hər hansı rəsmi sənədlə müəyyən edilmədiyindən iddia tələbi “By İfrat” restoranının fəaliyyətinə xitam verilməsi hissəsində təmin edilə bilməz.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1, 12.2, 12.3, 20.1, 21.1-ci, Torpaq Məcəlləsinin 10.1, 10.4-cü, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçılar İddiaçı1, X7, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilmə si və Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı Qaya bağlar massivi 939-B nömrəli bağ evində inşa edilmiş tikililər və qurğular cavabdehin hesabına sökülməsi və bağ evi müvafiq qurumlar tərəfindən təsdiq edilmiş texniki pasporta uyğun vəziyyətə gətirilməsi, bağ evinin restoran kimi fəaliyyət göstərilməsinin qadağan edilməsi, iddiaçılara vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 hər birinin xeyrinə 1.000 (bir min) manat cəmi 9.000 manat tutulması, ödənilmiş dövlət rüsumları Cavabdeh1 aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
21. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 2
2. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə 26 aprel 2024-cü il tarixli rəyinə görə Respublika Gigiyena və X3 Hüquqi şəxsinin mütəxəssis rəyinə əsasən, cavabdehə məxsus ictimai iaşə obyekti işləmədiyi səbəbindən iddiaçıların evlərində laborator müayinələrin aparılması məqsədə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, mübahisəli ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektinin inşası zamanı hər hansı ekoloji tələblər pozulmamış, lakin, obyektə baxış keçirilən zaman mətbəxin tüstü bacasında müvafiq standartlara u yğun qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. RX seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş bağ evinin faktiki vəziyyətdə restoran olaraq istifadəsinin nəzərdə tutulduğunu, texniki pasportda öz əksini tapmayan ikinci mərtəbənin və digər köməkçi tikililərin inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 3-cü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı, eyni zamanda torpaq sahəsini əhatə edən hasarın (xüsusən də cavabdehlərin evləri istiqamətində olan) ümumi hündürlüyünün 5,3 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)-373/2024 nömrəli qətnaməsi ilə (hakim S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudovdan və A.Hüseynzadədən ibarət tərkibdə) iddiaçılar İddiaçı1, X7, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən ləğv edilməsi, iş üzrə y eni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 940 saylı ev ilə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evinə məxsus torpaq sahələrinin sərhədinə yerləşən daş hasarın üzərində yüngül konstruksiya ilə quraşdırılmış plastik qurğunun cavabdehin hesabına sökülməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyətinin qadağan edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mübahisəli ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektinin inşası zamanı hər hansı ekoloji tələblər poz ulmasa da, obyektə baxış keçirilən zaman mətbəxin tüstü bacasında müvafiq standartlara uyğun qaztoz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Cavabdehin bağ evinin faktiki vəziyyətdə restoran olaraq istifadəsinin nəzərdə tutulduğunu, texniki pasportda öz əksini tapmayan ikinci mərtəbənin və digər köməkçi tikililərin inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 3-cü və dördüncü bəndinin tələblərinə uyğu n olmadığı, eyni zamanda torpaq sahəsini əhatə edən hasarın (xüsusən də cavabdehlərin evləri istiqamətində olan) ümumi hündürlüyünün 5,3 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
25. Eyni zamanda ekspertiza zamanı çəkilmiş foto şəkildən görünür ki, mübahisəli obyektlə qonşu sərhədi olan İddiaçı5 yaşadığı evin pəncərəsinin qarşısı daş hasardan başqa üzərində quraşdırılmış yüngül plastik konstruksiya ilə bağlanmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı5 münasibətdə iddia təmin edilməli, İddiaçı5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 940 saylı ev ilə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evinə məxsus torpaq sahələrinin sərhədində yerləşən daş hasarın üzərində yüngül konstruksiya ilə quraşdırılmış plastik qurğu cavabdehin hesabına sökülməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində yerləşən “By İfrat” restoranın fəaliyyətinə ətrafa səs-küy və ağır qoxular yaydığına və özbaşına inşa edilmiş tikilidə qanunsuz fəaliyyətinə qadağa qoyulması hissəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin torpaq sahəsi və üzərindəki inşa edilmiş tikili fərdi yaşayış evidir, həmin yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq orqanın qərarı mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Q aya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyətinə qadağan qoyulmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti ilə əlaqədar hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus bağ evinin restoran kimi istifadə edilməsi nəticəsində ətrafa yayılan səs-küy və havanın çirklənməsinin normadan artıq olduğu üçün iddiaçıların mənəvi ziyana məruz qalmalarına əsaslanaraq 150 manat pul kompensasiyasının tutulması barədə düzgün nəticəyə gəldiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz.
29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 170.1, 170.2, 171.1, 171.2, 180.1, 180.4-cü, Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
30. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X7 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)-373/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 29, 41 və 60-cı, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı, “Ekoloji təhlükəsizlik haqqında” Qanunun 1-ci, Mülki Məcəllənin 180.1180.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş 26 aprel 2004-cü il tarixli ekspert rəyi ilə razılaşmamasını əsaslandırmamışdır. Bu isə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli, tam araşdırılması həyata keçirilməmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün bütün addımlar atılmamış, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, qəbul edilməyən sübutların səbəbləri izah edilməmişdir. Birinci instansiya məhkəməsi qanunsuz tikililərdə fəaliyyət göstərən restoranın iddiaçılara mənəvi zərər vurduğunu dəymiş zərərin məbləğini azaldaraq qəbul etmiş, lakin iddiaçıların qanunsuz tikililərin sökülməsini tələb etməyə subyektiv hüququnun olmamasını göstərmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin i ddiaçılara mənəvi zərər vurulması barədə nəticəsi ilə razılaşmışdır. Lakin İddiaçı5 qanunsuz tikililərin sökülməsi barədə tələblərini qismən təmin edərək, apellyasiya instansiya məhkəməsi iddiaçıların qanunsuz tikililərin sökülməsini tələb etməyə subyektiv hüququnun olmasını etiraf etmişdir. Digər iddiaçıların tələblərinin təmin edilməməsini heç bir dəlillə əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan normaları tətbiq etməmişdir.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası mülki prosessual qanunv ericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpa q sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək, cavabdeh tərəfindən inşa olunan mübahisəli tikililərin iddiaçıların hüquq və mənafelərinə (mübahisələndirilən hissədə) toxunmamasına dair nəticəyə gəlinmişdir.
42. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının tələblərinə uyğun olmayan tikililərin mövcud olması apellyasiya icraatında keçirilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Lakin, həmin tikililərin (İddiaçı5 məxsus torpaq sahəsi ilə sərhəddə yerləşən daş hasarın üzərində inşa olunan yüngül konstruksiyal ı plastik qurğu istisna olmaqla) hazırkı halda iddiaçıların hüquq və mənafelərinə toxunması müəyyən olunmamışdır.
43. Məhkəmə kollegiyası izah edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 44. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisən in qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
45. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılmaması ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Ko nstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X7 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)-373/2024 nömrəli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qər