Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-373/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X3 Cavabdeh1 qarşı tikililərin sökülməsi və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4762/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X5, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X3 hər birinin xeyrinə dəymiş mənəvi zərərin əvəzi olaraq 150 manat olmaqla, ümumilikdə 1500 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçılara verilməsi, iddia qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manatın 70 (yetmiş) manatı Cavabdeh1 tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X4 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və digər tələblərinə dair mülki iş üzrə icraata iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 hər bir iddiaçının xeyrinə 500 manat olmaqla, ümumilikdə 5000 manat mənəvi zərərin əvəzinin iddiaçıların xeyrinə tutulması hissəsində xitam verilməsi qərara alınmışdır İddiaçılar İddiaçı1, X5, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X5 (bundan sonra - iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində özbaşına inşa edilmiş tikililər və qurğuların cavabdehin hesabına sökülməsi və bağ evi müvafiq qurumlar tərəfindən təsdiq edilmiş olan və texniki pasporta uyğun vəziyyətə gətirilməsi, cavadehə məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində planda və texniki pasportda nəzərdə tutulmayan özbaşına tikililər və qurğular inşa edildiyindən onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyətinə ətrafa səs-küy və ağır qoxular yaydığına və özbaşına inşa edilmiş tikilidə qanunsuz fəaliyyət göstərdiyinə görə xitam verilməsi, iddiaçıların hər birinə vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçılara cavabdehlər Cavabdeh1 1000 manat və Cavabdeh2 500 manat məbləğində məbləğində pul vəsaitinin, cəmi Cavabdeh1 10 000 manat və Cavabdeh2 5000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı bağ massivində yuxarıda göstərilən ünvanlarda iddiaçıların və başqa vətəndaşların bağ evləri yerləşir. Həmin bağ evlərindən bəzi vətəndaşlar daimi yaşayış yeri kimi, bəziləri isə yay mövsümündə ailə üzvləri və başqa qohumları, dost-tanışları ilə birlikdə istirahət etmək üçün istifadə edirlər. İddiaçılar bağ evlərində daimi yaşayırlar. Bağ massivində 939-B saylı bağ evi Cavabdeh1 məxsusdur. Cavabdeh həmin bağ evində yaşamır və bağ evinin təyinatını dəyişdirmədən, lazimi icazələr almadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına əlavə tikililər və qurğular inşa etmiş və gəlir əldə etmək məqsədi ilə ayrı-ayrı vətəndaşlara ictimai iaşə obyekti (restoran) kimi icarəyə verir. Son dövrlər, bağ evində yerləşən və qanunsuz fəaliyyət göstərən restoranlar mütəmadi olaraq (hər gün) iddiaçıların rahatlıqlarını və dincliklərini pozmaqla, öz mülkiyyətlərindən təyinatı üzrə istifadə etməyi və evlərində yaşamağı mümkünsüz edib. Yaşadıqları evlərə çox yaxın, bəzilərinə hətta bitişik olan bu restoranın açıq həyətində müxtəlif məclislər və hay-küylü canlı musiqi proqramları təşkil edilir. Bu tədbirlər keçirilərkən ətrafa yayılan səs-küy və qoxu qanunla müəyyən edilmiş standart və normalara uyğun gəlməyərək sağlamlıq üçün təhlükəli həddə çatır. İddiaçılardan bəziləri 2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivində 939-B saylı bağ evində fəaliyyət göstərən “X10” restoranında ətrafa qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq səs-küy və ağır qoxuların yayılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. 2023-cü ilin may ayında Cavabdeh1 ona məxsus bağ evini apardığı özbaşına tikililər və qurğularla birlikdə icarə müqaviləsi əsasında Cavabdeh2 vermiş və bu bağ evində hal-hazırda “By İfrat” adı ilə restoran fəaliyyətə göstərir. Bu restoranın fəaliyyəti ətrafa normadan artıq səs-küy və müxtəlif ağır qoxular yayılması nəticəsində yaşayan insanların həyatı və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh1 ətrafda yalnız bağ evləri yerləşməsinə baxmayaraq Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evini və ətrafını icazəsiz, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla çoxsaylı özbaşına tikililər inşa etmişdir. Belə ki, bağ evində ictimai iaşə məqsədi ilə zal, mətbəx, təndir, canlı musiqi üçün meydança, üçünçü mərtəbə qaldırılıb, təmizləyici qurğular qurulub, xüsusi gözqamaşdırıçı işıqlar quraşdırılıb, yolqırağı səki və yaşılıq dağıdılıb. Bununla da o, yaxın qonşuları normalara uyğun gəlməyən səs-küy və ağır qoxuların təsirinə məruz qoyub. xx.xx.2023-cü il tarixdə Cavabdeh2lə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmış və Cavabdeh2 “By İfrat” adlı restoran yaratmış, həmin restoranda şou-proqramlar təşkil etmiş, bu barədə sosial şəbəkələrdə məlumatlar yaymışdır. Cavabdehin qanunsuz, normal qonşuluq münasibətinə uyğun gəlməyən hərəkətləri nəticəsində iddiaçılar və onların ailə üzvləri uzun müddətdir ki, dərin mənəvi sarsıntılar və iztirablar keçirirlər. İddiaçı1 ağır xəstəlikdən əziyyət çəkir, həyat yoldaşının arterial hipotoniya və miqren xəstəliyi var, səs-küy dərhal onların səhhətini pisləşdirir. Övladları və nəvələri səs-küy və ətrafa yayılan tüstü və qoxuya dözməyərək bağa istirahətə gəlməkdən imtina ediblər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1, X5, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı Qaya bağlar massivi 939-B nömrəli bağ evində inşa edilmiş tikililər və qurğular cavabdehin hesabına sökülməsi və bağ evi müvafiq qurumlar tərəfindən təsdiq edilmiş texniki pasporta uyğun vəziyyətə gətirilməsi, bağ evinin restoran kimi fəaliyyət göstərilməsinin qadağan edilməsi, iddiaçılara vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 hər birinin xeyrinə 1000 (bir min) manat cəmi 9.000 manat tutulması, ödənilmiş dövlət rüsumları Cavabdeh1 aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni Rüstəm Dastan oğluna məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində özbaşına inşa edilmiş tikililər və qurğuların cavabdehin hesabına sökülməsi və bağ evi müvafiq qurumlar tərəfindən təsdiq edilmiş olan və texniki pasporta uyğun vəziyyətə gətirilməsi “By İfrat” restoranın fəaliyyətinə xitam verilməsi hissəsində və mənəvi zərərə görə hər bir iddiaçıya 1000 manatdan az pul vəsaiti tutulması hissəsində rədd edilməsini qanunsuz və əsassız hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, məhkəmə baxışı zamanı iddiaçılar vəsatətlə müraciət edərək bağ evinə mütəxəsisin iştirakı ilə baxış keçirilməsini, bağ evində inşa edilmiş qanunsuz tikililərin və qurğuların müəyyən edilməsini xahiş etmişdilər. Təəssüf ki, hakim bağ evinə baxış keçirilməsinə mütəxəssis cəlb etmədən gəlmiş, iddiaçılar təkidlə bağ evinin içərisinə daxil olmağı, qanunsuz tikililəri və qurğuları aşkar etməyi və onlara baxış keçirməyi tələb etsə də, hakim bundan imtina etmiş və bağ evinə daxil olmadan oranı tərk etmişdir. Belə yanaşmaya görə iddiaçılar yekdilliklə hakimin işin nəticəsində maraqlı olduğu qənaətinə gəlmiş və bunula bağlı hakimə etiraz təqdim etmişlər. Lakin bu etiraz əsassız olaraq təmin edilməmişdir. İddiaçılar bağ evinə əsaslı baxış keçirilib qanunsuz tikililər və qurğular müəyyən olunduqdan sonra iş üzrə bağ evinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmaqla yenidən qurulması (rekonstruksiya) edilibedilməməsi barədə ekspertiza keçirilməsini tələb etmək niyyətində idi. İddiaçılar həmin vəsatətdə məhkəmədən cavabdehə məxsus bağ evinin rəsmi plan və texniki pasportunu tələb etmək və bundan sonra baxış keçirməyi təklif etsələr də, buna əməl olunmadı və məhkəmə araşdırması qeyri-obyektiv aparıldı. Qeyd olunan halların müəyyən edilməsi, lazimi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydalarını ciddi sürətdə pozmaqla inşa edilmiş tikili və qurğuların maraqlı tərəfin müraciəti əsasında məhkəmənin qərarı ilə sökülməsinə əsas yaradırdı iddiaçıların subyektiv hüququn olmasını təsdiq edərdi). Məhkəmənin qanunsuz tikililərin və qurğuların yalnız onlar qonşunun mülkiyyətinə müdaxilə etdikdə sökülə bilməsi haqqında mülahizəsi qanunların tələblərinə əsaslanmamışdır. Əgər tikililər və qurğular ətrafa normadan artıq iyi-qoxu və dözülməz səs-küy yayılmasına səbəb olursa və bunun nəticəsində ətrafda yaşayan insanlar öz mülkiyyətindən istifadə edə bilmirlərsə, şübhəsiz ki, bu da müdaxilə hesab olunmalıdır. Təbii, mülkiyyətçi ona mənsub əmlakdan öz mülahizəsi ilə istifadə edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçünçü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində, iddiaçılarla cavabdeh arasında yaranmış münasibətlərə tək qonşuluq münasibətlərini tənzimləyən normaların yox, həm də insan hüquq və azadlıqlarını, ekologiya sahəsini tənzimləyən normalar tədbiq edilməsi təklif olunmuşdur. Qeyd olunmuşdur ki, ilk dəfə Sumqayıt Məhkəməsinə müraciət edəndə “X10” restoranının fəaliyyətinə xitam verilməsini ona görə xahiş etmişdir ki, bağ evinin rəsmi sənədləri onda yox idi. Hesab edirdi ki, Cavabdeh1 tərəfindən bağ evinin təyinatı rəsmi olaraq dəyişdirilib. Həmin məhkəmə prosesində məlum oldu ki, bağ evinin təyinatı dəyişdirilməyib. Bu səbəbdən ikinci dəfə Sumqayıt Məhkəməsinə müraciət edəndə əsas cavabdeh kimi Cavabdeh1 göstərdi. Məhkəmə qətnamədə iddia ərizəsində göstərilən faktların: ətrafa iyi-qoxunun, səs-küyün yayılmasını müəyyən edilmiş hesab etmişdir. Lakin məhkəmə bu qanunsuzluğun neçə illərdi davam etməsini, iddiaçıların səhhətini, çəkdikləri əzab və iztirabları nəzərə almadan mənəvi zərərə görə adekvat olmayan 150 manat məbləğində təzminat ödənilməsi barədə yanlış nəticəyə gəlmişdir. Hesab edir ki, Cavabdeh1 iddia ərizəsində göstərilən məbləğdə təzminat tutulmalıdır. Konstitusion hüquqları pozulub. Məhkəmə bu normanı tətbiq etməyib. İş üzrə verilmiş vəsatəti formal təmin edilmiş və kifayət qədər araşdırma aparılmamışdır. Maddi hüquq normaları pozulmuşdur. Məhkəmə vəsatətdə göstərilən faktları səthi araşdıraraq işin bütün faktiki hallarını müəyyənləşdirməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mübahisə ilə bağlı gəldiyi qənaəti ilə razılaşmır. Qətnaməni iş üzrə müəyyən edilən faktlar və həm də hüquqi baxımdan əsassız hesab edir. Belə ki, mübahisə ilə bağlı məhkəmə yerli baxış keçirildiyi zaman həmin ünvanda restoran fəaliyyət göstərməmişdir. Mübahisəsiz haldır ki, həmin ünvanda restoran fəaliyyəti digər cavabdeh ilə mülkiyyətçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsi əsasında icarəçi tərəfindən həyata keçirilmişdir. İddiaçılar, qonşunun divarından yüksəklikdə səs gücləndirici aparatlar qoymaqla, davamlı olaraq yüksək səsdən müxtəlif mahnılar səsəndirməklə restoranın işlədilməsinə imkan vermədiyindən, icarəçi xx.xx.2023-cü il tarixdə icarə müqaviləsini notariat qaydada ləğv etdirmişdir. Artıq xx.xx.2023-cü il tarixdən burada restoran fəaliyyət göstərməmişdir. Bu halda məhkəmənin özü tərəfindən həmin ünvanda tüstü, iyi-qoxu və ya səs-küyün olduğunun müəyyən edilməsi mümkün olmadığı mübahisəsiz haldır. Bu kimi halların restoranın fəaliyyət göstərdiyi bir ay müddətində mövcud olduğu və bunun üçün kimin məsuliyyət daşıdığı qeyd olunan məsələ ilə bağlı əlaqəli təşkilatların mövcud protokol və aktları ilə müəyyən edilə bilər. Qətnamənin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsi tərəfindən “By İfrat” restoranının yerləşdiyi ərazidə monitorinq keçirilmiş, monitorinq zamanı restorandan ətrafa yayılan səs-küy və havanın çirklənməsinin normadan artıq olduğu müəyyən edildiyindən bununla bağlı xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Bununla əlaqədar "By İfrat" restoranının icarəçisi Cavabdeh2 barasində Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati protokol tərtib edilmişdir. İşin mübahisəsiz halıdır ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, 939 Bünvanında yerləşən torpaq sahəsinin 0,1537 hektar hissəsini Cavabdeh2 icarəyə vermişdir. İcarə müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Məhkəmənin özü tərəfindən müəyyən etdiyi hallardan göründüyü kimi, tüstünün, iy-qoxunun eləcə də səs-küyün icarəyə verilən əmlaka deyil, həmin əmlakda icarəçinin həyata keçirdiyi restoran fəaliyyətinə aiddir. Məhz bu baxımdan, inzibati xəta haqqında icraat əmlakı icarəyə verən mülkiyyətçinin deyil, icarəçi barədə aparılmışdır. Bu baxımdan məhkəmənin ətrafa tüstünün, qoxunun və səs-küyün yayılması ilə törədilməsi qənaətinə gəldiyi mülki pozuntunun (deliktin) mülkiyyətçi olaraq Cavabdeh1 aid etməsində haqlı olmamışdır. Məhkəmə qeyd olunan pozuntunun mülkiyyətçi olaraq Cavabdeh1 aid edilməli olmasının əsası kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-816/2022 nömrəli qətnaməsinə də predusiallıq baxımından istinad etmiş və bu istinadda haqlı olmuşdur. Çünki istinad edilən qətnamə iş üzrə tərəflərə aid eyni tələb və eyni əsaslarla irəli sürülmüş iddia ilə bağlı iş üzrə qəbul edilmişdir və qanuni qüvvəsindədir. Lakin həmin qətnamədə müəyyən edilmiş hallara zidd nəticəli qətnamə qəbul etmişdir. Belə ki, həmin qətnamənin özündə qeyd olunan mülki pozuntu icarəyə verən tərəf olaraq, mülkiyyətçiyə deyil, icarəçiyə aid edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilib və qətnamədə qeyd edilmişdir ki, “...xx.xx.2023-cü il tarixdə yerində baxış zamanı ərazilərə baxış keçirilərkən müəyyən edildi ki, 939-B nömrəli bağ evinin arxa hissəsində İddiaçı5 məxsus bağ evi yerləşir, sol tərəfi isə boş ərazidir. 939-B nömrəli bağ evinin sağ tərəfində isə İddiaçı7 məxsus bağ evi yerləşir. İddiaçı7 məxsus bağ evindən sağda İddiaçı8, sonuncunun bağ evinin arxasında isə İddiaçı2 məxsus bağ evi yerləşir. Digər iddiaçılara məxsus bağ evləri isə 939-B nömrəli bağ evindən kənarda yerləşir. Göründüyü kimi məhkəmə restoranın fəaliyyət göstərdiyi adı çəkilən bağ evinə cəmi iki İddiaçı5 və İddiaçı7 məxsus bağ evlərinin bitişik olduğunu müəyyən etmişdir. Lakin iddianı bütün iddiaçılara nisbətdə təmin etmişdir. Bu da bir daha onu göstərir ki, şikayət olunan qətnamənin iş üzrə müəyyən edilən hallara uyğun deyildir. Nəticədə qeyd olunan mülki pozuntunun Cavabdeh1 aid olmadığı müəyyən edilmiş, lakin onun mülki məsuliyyətə cəlb edilməsi barədə qətnamə qəbul edilmişdir. Ona görə də şikayət olunan qətnamə iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissədə qeyd olunan maddi hüquq normaların tələblərinə zidd hesab olunub, ləğv edilməlidir. İddiaçılar tərəfindən iddia edilən və nəticə etibarı ilə mülki delikt hesab edilə bilən əməllər, restoranın fəaliyyətindən irəli gəlmiş və Cavabdeh1 heç bir aidiyyəti olmamışdır. Lakin bununla bağlı iddia tələbi ona qarşı təmin edilmişdir. Bu da qeyd olunan prosessual hüquq normasının tələblərinə ziddir. Göründüyü kimi iddianın təmin edilmiş hissəsi ilə bağlı qətnamə qeyd olunan prosessual hüquq normaların tələbləri pozulmaqla çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı6 apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi tikililər və qurğuların cavabdehin hesabına sökülməsi və Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyətinə qadağan edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdehə məxsus bağ evindən restoran kimi istifadə edilməsi nəticəsində ətrafa yayılan səs-küy və havanın çirklənməsinin normadan artıq olduğu üçün iddiaçlar mənəvi ziyana məruz qalmaları ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçılar İddiaçı1 Fərman Kərimli, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, iddiaçılar qətnaməni iddia tələbinin təmin edilməyən, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq, qətnaməni bütövlükdə yoxlayaraq, ilk öncə iddiaçıların apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbləri Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində özbaşına inşa edilmiş tikililər və qurğuların cavabdehin hesabına sökülməsi və bağ evinin müvafiq qurumlar tərəfindən təsdiq edilmiş plan və texniki pasporta uyğun vəziyyətə gətirilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyətinə ətrafa səsküy və ağır qoxular yaydığına və özbaşına inşa edilmiş tikilidə qanunsuz fəaliyyət göstərdiyinə görə xitam verilməsi, iddiaçıların hər birinə vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 hər iddiaçıya 1000 manat olmaqla, cəmi 10 000 manat pulun tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 170.1, 170.2, 180.1, 180.4, 21,1097-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1159 nömrəli 26 aprel 2024-cü il tarixli ekspert rəyi ilə Respublika Gigiyena və X2 Hüquqi şəxsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehə məxsus ictimai iaşə obyekti işləmədiyi səbəbindən iddiaçıların evlərində laborator müayinələrin aparılması məqsədə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisəli ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektinin inşası zamanı hər hansı ekoloji tələblər pozulmamış, lakin, obyektə baxış keçirilən zaman mətbəxin tüstü bacasında müvafiq standartlara uyğun qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. RX seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş bağ evinin faktiki vəziyyətdə restoran olaraq istifadəsinin nəzərdə tutulduğunu, texniki pasportda öz əksini tapmayan ikinci mərtəbənin və digər köməkçi tikililərin inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 3-cü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı, eyni zamanda torpaq sahəsini əhatə edən hasarın (xüsusəndə cavabdehlərin evləri istiqamətində olan) ümumi hündürlüyünün 5,3 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (Mülki Məcəllənin 170.1. 170.2. maddələri). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (Mülki Məcəllənin 171.1. və 171.2. maddələri). İşdən göründüyü kimi mübahisəli ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektinin inşası zamanı hər hansı ekoloji tələblər pozulmasada, obyektə baxış keçirilən zaman mətbəxin tüstü bacasında müvafiq standartlara uyğun qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Cavabdehin bağ evinin faktiki vəziyyətdə restoran olaraq istifadəsinin nəzərdə tutulduğunu, texniki pasportda öz əksini tapmayan ikinci mərtəbənin və digər köməkçi tikililərin inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 3-cü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı, eyni zamanda torpaq sahəsini əhatə edən hasarın (xüsusəndə cavabdehlərin evləri istiqamətində olan) ümumi hündürlüyünün 5,3 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda ekpertiza zamanı çəkilmiş foto şəkildə görünür ki, mübahisəli obyektlə qonşu sərhədi olan İddiaçı5 yaşadığı evin pencərəsinin qarşısı daş hasardan başqa üzərində quraşdırılmış yungül plastik konstruksiya ilə bağlanmışdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, İddiaçı5 münasibətdə iddia təmin edilməli, İddiaçı5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 940 saylı ev ilə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evinə məxsus torpaq sahələrinin sərhəddinə yerləşən daş hasarın üzərində yüngül konsturksiya ilə quraşdırılmış plastik qurğu cavabdehin hesabına sökülməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939- B nömrəli bağ evində yerləşən “By İfrat” restoranın fəaliyyətinə ətrafa səs-küy və ağır qoxular yaydığına və özbaşına inşa edilmiş tikilidə qanunsuz fəaliyyətinə qadağa qoyulması hissəsinə gəldikdə isə qeyd edir ki, həmin torpaq sahəsi və üzərindəki inşa edilmiş tikili fərdi yaşayış evidir, həmin yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq orqanın qərarı mövcud deyil. Halbuki, Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyətinə qadağan qoyulmalıdır. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşmadığından, hesab edir ki, apellyasiya şikayəti həmin hissələrdə təmin edilməlidir. Cavabdehin apellyasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus bağ evinin restoran kimi istifadə edilməsi nəticəsində ətrafa yayılan səs-küy və havanın çirklənməsinin normadan artıq olduğu üçün iddiaçların mənəvi ziyana məruz qalmalarına əsaslanaraq 150 manat pul kompensasiyasının tutulması barədə düzgün nəticəyə gəldiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, X5, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçılar İddiaçı1, X5, İddiaçı4 Burhanoviç, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı9 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 940 saylı ev ilə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evinə məxsus torpaq sahələrinin sərhəddinə yerləşən daş hasarın üzərində yüngül konsturksiya ilə quraşdırılmış plastik qurğu cavabdehin hesabına sökülsün. Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi, 939-B nömrəli bağ evində fəaliyyət göstərən “By İfrat” restoranın fəaliyyəti qadağan edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-373/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-373/2024
04.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver