Məhkəmə qərarları › İş №2(102)-3719/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3719/2024

03.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Digər - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3719/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ üçüncü şəxs qismində cəlb edilməklə) iddiaları ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti vəkil tərəfindən elektron qaydada imzalanmadığına görə şikayətin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Xıdır ov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakda vərəsəlik paylarının müəyyən olunması” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 3 oktyabr 2024-cü il tarixdə yoxlayaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı3, İddiaç ı1 və İddiaçı2 (bundan sonra iddiaçılar və ya ad, soyadı) cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı (bundan sonra cavabdehlər və ya ad, soyadı, Notariat Ofisi) (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı3 atası X2 qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən olunması, mirasa pay, mülkiyyət hüququ tanınması, iddiaçılar: İddiaçı1 və İddiaçı2 (Əliyeva) ataları İkram Əliyevdən qalmış mirasın qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulmuş müddəti ötürmələri üzrlü sayılmaqla uzadılması, miras əmlakda, 1/4 hissədə iddiaçıların anası, X1 aid payın olmasının müəyyən ed ilməsi və həmin pay hissə idiaçılara ayrılaraq verilməsi, cavabdeh Notariat Ofisi tərəfindən verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) İkram Əliyevin vərəsəliri olaraq tanınmaları və İkram Əliyevdən miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və cavabdeh Notariat Ofisindən verilmiş həmin 14 mart 2023-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, dövlət reyestrində aparılmış istənilən əməliyyatı, o cümlədən Cavabdeh2 adına aparılmış qeydiyyatın etibarsız say ılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddiaçılar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) İkram Əliyevin vərəsəsi olaraq tanınması, İkram Əliyevdən miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) İkram Əliyevin vərəsəsi olaraq: iddiaçılar, yəni İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdehlərdən Ca vabdeh3 ilə Cavabdeh4 tanınması və İkram Əliyevdən qalmış mirasda hər birinin payı 1/5 hissə müəyyən edilməklə həmin pay hissələrə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(012)-194/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilmiş, Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) İkram Əliyevin vərəsəsi olaraq tanınması, İkram Əliyevdən miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin payı 1/3 olmaqla müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilməklə, İkram Əliyevdən miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/3 olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmış, Cavabdeh2 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) İkram Əliyevin vərəsəsi olaraq tanınması hissəsində iddia təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

6. Qətnamədən İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və vərəsəlik hüququ nun mirasın tam kütləsinə münasibətdə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

7. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

8. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

9. Maddə 407.3. Şikayət onu ver ən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

10. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

12. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

13. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

14. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edi lməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cav ab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

17. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi İddiaçı1 kassasiya şikayətinə münasibətdə bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti İddiaçı1 tərəfindən elektron qaydada imzalansa da, Vəkil2 tərəfindən elektron qaydada imzalanmamışdır.

18. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya v əzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

19. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

20. Beləliklə, İddiaçı1 tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

22. Göstərilənlərə əsasən məhkə mə kollegiyası hesab edir ki, İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti İddiaçı1 geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar