Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-894/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı və vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy ası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X8 ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakda vərəsəlik paylarının müəyyən olunması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 (vəkil X28) tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X2 Məsumə Soltanməcid qızı ilə 05 noyabr 1983- cü il tarixdə rəsmi nikaha daxil olmuşdlar. Bu nikahdan xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.1987-ci il təvəllüdlü Gülnarə Əliyeva anadan olmuşdur. Məsumə Abdullayeva xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.
2. Bundan sonra İkram Əliyev 14 dekabr 1999-cu il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşlar. İkram Əliyev ilə Cavabdeh2 xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 və xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh3 adlı uşaqları anadan olmuşlar.
3. Daşınmaz əmlakın alğı-satqısı haqqında AN-İ№ ******* saylı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən X1 Zülfünaz Paşa qızından 5.00 0 manat məbləğində pul ödəməklə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,016 ha olan torpaq sahəsini almışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68,3 kv.metr fərdi yaşayış evi X13 xüsusi mülkiyyətindədir.
5. İkram Əliyev ilə Cavabdeh2 nikahı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-350/2017 nömrəli, 12 yanvar 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 may 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.
6. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2017-ci il tar ixli müqaviləyə əsasən, X6 rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 68,3 kv.metr olan fərdi yaşayış evinin və Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 0,16 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini İddiaçı3 mülkiyyətinə vermişdir.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-cı il tarixli, RX ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi İddiaçı3 xüsusi mülkiyyətindədir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3183/2018 nömrəli, 28 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, X24 ilə İddi açı3 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evinin bağışlanması barədə xx.xx.2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi və çıxarış etibarsız hesab edilmişdir.
9. İkram Əliyev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 10. 5797974 saylı xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı2 xx.xx.2017-ci il tarixdən ünvan 1 ünvanda X26, İddiaçı3, İddiaçı1 qeydiyyatdadır.
11. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3, arvadı Cavabdeh2, qızı Cavabdeh4 Milas qızı və onların hər biri miras əmlakından 1/3 hissədə pay almalıdırlar.
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68,3 kv.metr fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına (bundan sonra cavabdeylər, yaxud, Notariat Ofisi, ad, soyadı) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı3 atası X12 qalmış mirası faktiki qəbul etməsi fak tının müəyyən olunması, mirasa pay, mülkiyyət hüququ tanınması, iddiaçılar İddiaçı1 və İddiaçı2 (Əliyeva) ataları X12 qalmış mirasın qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulmuş müddəti ötürmələrinin üzrlü sayılmaqla uzadılması, miras əmlakda, 1/4 hissədə iddiaçıların anası X7 aid payın olmasının müəyyən edilməsi və həmin pay hissənin iddiaçılara ayrılaraq verilməsi, cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsələri olaraq tanınmaları və İkram Əliyevdən miras qalmış, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli q anun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş həmin 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, dövlət reyestrində aparılmış istənilən əməliyyatın, o cümlədən Cavabdeh2 adına aparılmış qeydiyyatın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
14. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olaraq tanınması, İkram Əliyevdan miras qalmış ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/3 olmaqla payının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olaraq iddiaçılar, yəni İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızının tanınması, İkram Əliyevdən qalmış mirasda hər birinin payının 1/5 hissədə müəyyən edilməklə həmin pay hissələrinə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə vəfat etmiş anaları X5 adına olmuş Bakı şəhərində, mikraroyanda yerləşmiş mənzil satılaraq, ünvan 5 ünvanındakı 13 saylı yaşayış binasının 41 nömrəli mənzili alınıb. Sonradan həmin mənzil satılmış və əldə olunan vəsait hesabına, haz ırda yaşayış sahəsinə qeydiyyatda olduqları, ünvan 4 ünvanında torpaq sahəsi alınıb və qalıq pula da orada fərdi ev inşa olunub. Həmin evdə iddiaçılar qeydiyyatda olsalar da onlardan İddiaçı1 və İddiaçı2 həmin evə tez-tez gedib gəlmiş, İddiaçı3 isə ev inşa olunub yaşayışa hazır olduğu gündən orada yaşayıb. Ev və yerləşdiyi torpaq sahəsi ataları X13 adında və mülkiyyətində olub. Həmin evi və evin yerləşdiyi torpaq sahəsini sonradan ataları onlardan İddiaçı3 bağışlayıb. Atalarının vəfatından sonra cavabdehlər Cavabdeh2 və onun övladları olan Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı İddiaçı3 zorla evdən qovub çıxarıblar. Ona görə də İddiaçı3 cavabdehlərə qarşı, “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin özünün mülkiyyətində olan ərazini boşaltmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. İddia ərizəsi 2(012)-2478/2023 nömrəli mülki iş olaraq baxan məhkəmə iddianı təmin etməyib və bu barədə qəbul etdiyi 30 may 2023-cü il tarixli qətnaməsini onunla əsaslandırıb ki, mübahisələndirilən əmlak cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir və bunu təsdiq edən reyestrdən çıxarış var. Onlar həmin çıxarışın verilməsinə əsas olmuş sənəd araşdırarkən də müəyyən edilmişdir ki, İddiaçı3 adına olmuş çıxarış sonradan ləğv edilib, ev və yerləşdiyi torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh2 adına keçib, (bu barədə notariat ofisindən şəhadətnamə və həmin şəhadətnamə əsasında dövlət reyestrindən, xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib). Belə ki, cavabdeh 1 saylı Notariat Ofisinə, anala rı X7 və ataları X16 münasibətdə onlardan qalan mirasa dair onlara vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdirlər. Müraciətlə əlaqədar cavabdeh notariat ofisindən verilən 24 iyun 2023-cü il tarixli imtina cavabı belə əsaslandırılmışdır ki, analarına münasibətdə miras əmlak yoxdur, atalarına münasibətdə də onlar qanunla nəzərdə tutulan müddətdə notariat ofisinə müraciət etməməmişdir, əmlaka faktiki sahiblik etdiklərinə dair də hər hansı sənədi notariat ofisinə təqdim etməmişlər. Onların miras əmlakda qeydiyyatda olmaqları, İddiaçı3 cavabdehlər tərəfindən zorla evdən qovulub çıxarılması, atalarının öldüyü günə kimi İddiaçı3 həmin evdə yaşaması, onun vəfatından sonra da (cavabdehlər tərəfindən qovulduqları günə kimi) İddiaçı3 həmin evdə qalıb yaşaması barədə göstərdikləri fakt lara, eləcə də atalarından miras qalan əmlaklarda analarına aid payın olduğuna dair, yəni miras əmlakların analarının adına olmuş əmlak- satışından əldə olunan vəsait hesabına əldə olunması barədə faktlara münasibətdə də cavabdeh notariat ofisindən bildirilmişdir ki, miras əmlakda yaşayan cavabdehlərin notariat ofisinə təqdim etdikləri sənəddə, onların həmin evdə qeydiyyatda olmaqlarına, yaşadıqlarına dair məlumat yoxdur, bunun əksi olaraq həmin sənədlərdə bildirilir ki, ataları X15 vərəsələri olaraq, onun öldüyü günə kimi miras əmlakda onunla yaşayanlar rəsmi nikahda olduğu Cavabdeh2 və Cavabdeh2 ilə birgə nikahdan doğulmuş övladları: Cavabdeh3 və Cavabdeh4 olmuşdur. Əllərində olan danılmaz faktlar, o cümlədən məhkəmə aktları, cinayət işi üzrə qəbul edilmiş qərar MAPS idarəsindən verilmiş əmlakda qeydiyyatda olanlar barədə arayış Cavabdeh2, eləcə də digər cavabdehlərin faktları saxtalaşdırdığını, saxta nikah şəhadətnaməsini, saxta məlumatlara əsaslanan MİKS-nin arayışını notariat ofisinə təqdim etməklə atalarından və analarından onlara miras qalmış əmlakları özlərinin qanunsuz sahibliyinə, mülkiyyətlərinə keçirmişlər. X15 X17 ilə faktiki münasibətindən doğulduğu ehtimal olunan Cavabdeh3 və Cavabdeh4 İkram qızı şübhəsiz ki, bu saxtakarlıqda yaxından iştirak ediblər. Çünki onlar yaxşı bilirdilər ki, anaları Cavabdeh2 ilə iddiaçıların atası X25 arasında rəsmi nikah olmayıb və buna dair cinayət işi üzrə qərar və məhkəmə aktlar mövcuddur. Ona görə də cavabdehlər aşkar cinayət yolu ilə onlara məxsus ola bilməyən əmlaklara, qanunsuz sahiblik edirlər. Cavabdeh3 və X18 atalığın ver ildiyi barədə hər-hansı sənədin olması mübahisəlidir. Hətta cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 İkram qızı onların atasının kəbindən kənar övladlarıdır, atalarının onların atası olmasını müəyyən edən sənəd mövcuddur və onlar mirasda payları ola biləcək vərəsələridir, o halda da onların qanunsuz yolla mirasa sahib çıxmaq istəkləri, onların ləyaqətsiz vərəsə kimi tanınmalarına əsas verir. Cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının 03 fevral 2022- ci tarixdə vəfat etmiş X15 vərəsələri olaraq tanınmaları və X14 miras qalmış, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qan un üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Həmin şəhadətnaməyə əsaslanmaqla dövlət reyestrində aparılmış qeydiyyat etibarsız sayılmalıdır. Miras əmlakların İddiaçı3 atasının sağlığında bağışlanmış əmlak olması və həmin əmlakların İddiaçı3 mülkiyyətində olduğuna dair reyestrdən çıxarışın əslinin onlarda olması, həmin bağışlanmanın, İddiaçı3 adına olan dövlət reyestrindəki qeydiyyatın ləğvindən xəbərsiz olduqları səbəbindən (ləğv olunmuş çıxarışın əsli bu gün də onlardadır) mirasın qəbulu üçün notariat kontoruna müraciət etməməkləri onlara münasibətdə (İddiaçı3 istisana olmaqla, çünki o, mübahisəli ev əmlak tikildiyi tarixdən orada son iki üç aya kimi, cavabdehlər tərəfindən qovulduğu günə kimi yaşayıb) üzrlü sayılmalı və mirasın qəbulu müddəti uzadılmalı və mirasa pay mülkiyyət hüquqları tanınmalıdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, X20 və onun ailəsini uzun müddətdir ki, tanıyır. İkram Əliyev ölən günə kimi ünvan 4 ünvanında yerləşən evdə oğlu İddiaçı3 yaşayıb. X31 Əliyevadan uzun müddət əvvəl boşandığı üçün Cavabdeh2 və övladları həmin evdə yaşamamışdır.
17. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-194/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mmirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olaraq tanınması, X14 miras qalmış, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətd ə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçıların atası X24 öldükdən sonra mərhumun keçmiş həyat yoldaşı həmin nikahdan doğulmuş uşaqları Cavabdeh3 və Cavabdeh4 İkram qızı ilə birlikdə miras əmlakı əldə etmək məqsədilə vərəsəlik şəhadətnaməsinin alınması üçün Abşeron rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, həmin notarius mərhumun başqa vərəsələrinin olubolmadığını araşdırmadan miras əmlakın mərhumun oğlu Cavabdeh3, arvadı Cavabdeh2, qızı Cavabdeh4 Milas qızı arasında 1/3 hissədə bölünməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamənin verilməsi zamanı Cavabdeh2 X24 ilə nikahda olub-olmaması araşdırılmamış, bununla da digər vərəsələrin hüquqları pozulmuşdur.
19. Məhkəmə qeyd etmişdir ki, X25 ilə Cavabdeh2 arasındaki nikah xx.xx.2017-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə pozulmuş, X25 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Belə olan halda, qanunvericiliyə əsasən Cavabdeh2 mərhumun varisi ola bilməzdi (Mülki Məcəllə 1163-cü maddə). Həmçinin Notariat Ofisində vərəsəlik haqqında şəhadətnamə verilərkən, mərhumun digər vərəsələri, yəni hazırkı iş üzrə iddiaçıların da vərəsə olmaları araşdırılmamışdır.
20. Göstərilənlərə nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixl i qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, vərəsələr arasında miras paylarının müəyyənləşdirilməsi barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin iddia tələbindən də göründüyü kimi, həqiqi vərəsələr arasında miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisə yoxdur və iddiaçılar miras əmlak üzərində 1/5 hissədə payların müəyyən olunmasını tələb edirlər.
22. Məhkəmə həmçinin izah etmişdir ki, vərəsələr miras əmlakda paylarının müəyyən edilməsi üçün müvafiq Notariat ofisinə müraciət edə bilərlər.
23. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147, 1151.1, 1151.2, 1159.1.1, 1163, 1164, 1318, 1321.1, 1321.2, 1321.3 və 1322-ci, “Notariat haqqında” Qanunun 55 və 56-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. cavabdehlərdən Cavabdeh2 ilə X24 rəsmi nikahda olmuş və mübahisələndirilən daşınmaz əmlak məhz nikah dövründə əldə edilmişdir. X24 ilə Cavabdeh2 arasındakı nikah 14 dekabr 1999-cu il tarixdə Qobustan rayon Hilmili kənd nümayəndəliyində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3615/2017 nömrəli, 23 may 2017-ci il tarixli qərarı ilə nikahları pozulmuşdur. İş materialları ilə tam təsdiq edilir ki, mübahisələndirilən daşınmaz əmlak xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında alınmışdır. xx.xx.2016-cı il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv. metr fərdi yaşayış evi X13 xüsusi mülkiyyətinə keçmişdir. Mübahisələndirilən daşınmaz əmlak nikah dövründə əldə edildiyi üçün həmin əmlakın 1/2 hissəsi cavabd ehlərdən Cavabdeh2 mülkiyyətidir və miras əmlak hesab edilə bilməz. Məhkəmə baxışı zamanı nümayəndə Vəkil1 bu barədə bildirmişdir. Cavabdeh4 və Cavabdeh3 miras əmlakdan onlara çatan paylarını Cavabdeh2 bağışlamışlar. Ona görə də, mübahisələndirilən daşınmaz əmlak düzgün olaraq Cavabdeh2 mülkiyyətinə keçmişdir. Məhkəmə miras qoyanın xx.xx.2022-ci ildə ölməsi və həmin vaxt onun Cavabdeh2 ilə rəsmi nikahda olmaması əsası ilə iddianı qismən təmin etmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə həmin şəhadətnamənin verildiyi vaxt qüvvədə olan qanunvericiliyə istinad etmədən qətnamə qəbul etmişdir. Məhkəmə prosessual hüquq normaların ı da pozmuşdur. Məhkəmə miras qoyan X13 öldüyü zaman qüvvədə olan 1246cı maddəsinin tələblərinə əsasən mübahisəyə hüquqi qiymət verməli idi.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, X14 miras qalmış ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 hissədə olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi qət olunmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə mərhum İkram Əliyevin rəsmi nikahlarına hələ sonucunun ölümündən təxminən 5 il əvvəl xitam verildiyindən, mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından Cavabdeh2 miras qoyan X13 qanun üzrə vərəsəsi hesab oluna bilməz.
28. İddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan mərhum İkra m Əliyevin əvvəlki nikahından Tünzalə, Elşad, Gülnarə adlı üç, sonuncu nikahından isə Rəşad və Vüsalə adlı iki övladı olmuş, xx.xx.2022-ci il tarixdə vəfat edərkən rəsmi nikahda olmamışdır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, miras qoyan X24 hələ sağ ikən miras əmlakı hazırkı iş üzrə İddiaçı3 bağışlasa da, həmin bağışlama müqaviləsi hazırkı iş üzrə Cavabdeh2 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ünvan 3 saylı evin və 0,016 ha torpaq sahəsi onların birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Lakin notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunvericiliyin tələblərini pozmuş, həm vərəsələrin, həm də miras əmlakın dairəsini düzgün müəyyən etmə mişdir.
30. Məhkəmə onu da qeyd etmişdir ki, şəhadətnamənin verilməsi zamanı iddiaçılar qanun üzrə vərəsəlikdən kənarda qalmaqla yanaşı, mərhum İkram Əliyev ilə birgə nikah dövründə əldə edilmiş ünvan 3 saylı ev və 0,016 ha torpaq sahəsinin Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyanın İkram Əiyevin qanun üzrə vərəsələrinin vərəsəlik hüququnun olmadığı nəzərə alınmamışdır.
31. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1162, 1163 və 1272-ci və Mülki Prosessual Məcəllənin 77.1, 88, 218.1, 384.0.2, 385.1.2, 385.1.3., 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və vərəsəlik hüquqlarının mirasın tam kütləsinə münasibətdə təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, beş il öncə xitam verilmiş nikaha istinad edən məhkəmə kollegiyası, vərəsəlik şəhadətnaməsini vermiş notariusun qanun vericinin tələbini pozması halı kimi Mülki Məcəllənin 1162-ci maddəsinin (sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər- arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir) tələbinə əsaslanaraq bildirir ki,....göründüyü kimi şəhadətnamənin verilməsi zamanı iddiaçılar qanun üzrə vərəsəlikdən kənarda qalmaqla yanaşı, o cümlədən də mərhum İkram Əliyev ilə “birgə nikah dövründə” əldə edilmiş ünvan 3 saylı ev və 0,016 ha torpaq sahəsinin Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyanın İkram Əliyevin qanun üzrə vərəsələrinin vərəsəlik hüququnun olmadığı nəzərə alınmamışdır.
34. Prokurorluğun saxta olduğunu müəyyən etdiyi, sonradan məhkəmə tərəfindən etibarlı sayılıb 2017-ci ildə xitam verilmiş “nikah”ın xitamından beş il keçdiyi halda, Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbini (Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur) kobud surətdə pozmaqla miras əmlakda Cavabdeh2 çatası əmlakın olduğunu bildirib və notariusu məhz bunu “nəzərə almamaqda” günahlandırıb.
35. Qeyd olunmalıdır ki, apelyasiyanın birgə nikah dövrü alındığını bildirdiyi miras əmlakın alınmasına xərclənmiş vəsait, Cavabdeh2 məhkəməyə ünvanlandığı iddia ərizəsinin məzmunu ilə təsdiq olunur ki, Cavabdeh2 ilə ataları X15 birgə təsərrüfat hesabına əldə etdikləri vəsait olmayıb. Belə ki, miras əmlakların əldə olunduğu həmin vəsait, atamızın rəsmi nikahlı arvadı olmuş anaları X5 adında və mülkiyyətində olan, Bakı şəhəri, 7-ci mikrorayon adlanan ərazidə yerləşmiş mənzilin satışından əldə olunmuş vəsait hesabına, Bakı şəhəri, Yeni-Yasamal ərazisində yerləşən, 1998-ci ildə alınmış mənzilin satışından əldə olunan vəsait olub ki, həmin vəsaitlə də ilk öncə torpaq sahəsi alınıb və qalıq vəsait hesabına da həmin torpaq sahəsində fərdi ev inşa edilib.
36. Apellyasiya instansiyasında aşkar surətdə tərəflərin təqdim etdiyi sübutları araşdırmamış, hətta apellyas iya instansiyasına ünvanladığımız apellyasiya şikayətinə etiraz dəlillərimizə belə əhəmiyyət verilməmiş, oxumamış (belə ki, apellyasiya qətnaməsində tərəfimizdən apellyasiya işinə hər hansı münasibətimizin göstərilmədiyi qeyd olunub), işin tərəfləri arasındakı münasibətlər araşdırılmadan qətnamənin qanuniliyini təmin etmək barədə heç düşünülmədən kobud qanun pozuntuluqları ilə müşayiət olunan bir qətnamə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
37. Maddə
13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. Maddə
29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdan la həyata keçirməyə borcludurlar.
40. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
43. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
44. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mind iyi gün mirasın açıldığı vaxt sayılır.
45. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
46. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
47. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
48. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
49. Maddə 1272. Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzr ə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu.
50. Maddə
58. Notarius yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
51. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsas ların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat.
52. Bənd
95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yükl ü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud...2/3 hissə” kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlə nmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
53. Bənd
96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.
54. Bənd
104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş Notariat Ofisində yoxl ayır.
55. Bənd
109. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıc ı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci ma ddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qay dada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
61. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Maddə 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
70. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı1 tərəfindən iddianın Cavabdeh2 münasibətdə təmin edilmədiyi hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməs inin mövqeyi:
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə qismən düzgün hüquqi qiymət verərək, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qismən düzgün tətbiq etsə də, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
75. Belə ki, iddia tələbindən görünür ki, iddiaçılar mərhum atalarından miras qalmış əmlakın vərəsəlik qaydasında cavabdeh Mehriban Cavabdeh2nın adına keçməsinin, mirasda payların müəyyən edilməsi zamanı vərəsələr kimi onların mənafelərinin nəzərə alınmamasının qanunsuz olmasını qeyd edərək, digər tələblərlə yanaşı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsələri olaraq tanınmaları və İkram Əliyevdən miras qalmış, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş həmin 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, dövlət reyestrində aparılmış istənilən əməliyyatın, o cümlədən Cavabdeh2 adına aparılmış qeydiyyatın etibarsız sayılmas ı barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
76. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olaraq tanınması, İkram Əliyevdan miras qalmış ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/3 olmaqla payının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) İkram Əliyevin vərəsəsi olaraq iddiaçılar kimi onların və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızının tanınması, İkram Əliyevdən qalmış mirasda hər birinin payının 1/5 hissədə müəyyən edilməklə həmin pay hissələrinə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
77. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 ilə mərhum İkram Əliyevin rəsmi nikahlarına hələ sonucunun ölümündən təxminən 5 il əvvəl xitam verildiyindən, mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından Cavabdeh2 miras qoyan İkram Əliyevin qanun üzrə vərəsəsi hesab oluna bilməməsini, miras qoyan mərhum İkram Əliyevin əvvəlki nikahından Tünzalə, Elşad, Gülnarə adlı üç, sonuncu nikahından isə Rəşad və Vüsalə adlı iki övladı olmasını, xx.xx.2022-ci il tarixdə vəfat edərkən rəsmi nikahda olmadığını, miras qoyan İkram Əliyevin hələ sağ ikən miras əmlakı hazırkı iş üzrə İddiaçı3 b ağışlasa da, həmin bağışlama müqaviləsi hazırkı iş üzrə Cavabdeh2 tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsi və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ünvan 3 saylı evin və 0,016 ha torpaq sahəsi onların birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, lakin notariusun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunvericiliyin tələblərini pozmasını, həm vərəsələrin, həm də miras əmlakın dairəsini düzgün müəyyən etmədiyini, həmçinin şəhadətnamənin verilməsi zamanı iddiaçıların qanun üzrə vərəsəlikdən kənarda qalmaqla yanaşı, mərhum İkram Əliyev ilə birgə nikah dövründə əldə edilmiş ünvan 3 saylı ev və 0,016 ha torpaq sahəsinin Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyan İkram Əiyevin qanun üzrə vərəsələrinin və rəsəlik hüququnun olmadığının nəzərə alınmadığını qeyd etmişdir.
78. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edilib-edilməməsi əsasında hüquqi qiymət verilməsi, mübahisəli əmlakın birgə nikah dövründə əldə edilməsi səbəbindən Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyan İkram Əiyevin qanun üzrə vərəsələrinin vərəsəlik hüququnun olmadığının nəzərə alınmaması barədə mövqeyi ilə razılaşır.
79. Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
80. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni sona qədər həll edər ək iddia tələbinə “miras əmlakda vərəsəlik paylarının müəyyən olunması” hissəsində hər hansı münasibət bildirməməkdə, iş üzrə tərəflərin həm miras kütləsindəki paylarını, həm də ümumi əmlaka münasibətdə paylarını müəyyən etməməkdə səhvə yol vermişdir.
81. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 218.3-cü maddəsinin tələbini pozaraq, iddia tələbində nəzərdə tutulmadığı halda qətnamənin nəticə hissəsində “Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi” barədə səhv nəticəyə gəlmişdir.
82. Bundan başqa apellyasiya instansiyası məhkəməsi miras əmlaka münasibətdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 hissədə olmaqla payının müəyyən ed ilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması barədə düz nəticəyə gəlsə də, həmin hüquq barəsində aparılmış qeydiyyatın ləğv edilməsi məsələsinə də hər hansı hüquqi qiymət verməmişdir.
83. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88, 217.3 və 217.4-ci maddələrinin tələblərinə riayət etməklə işin hallarına məcmu halında hüquqi qiymət verməmişdir.
84. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi “Cavabd eh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi” hissəsində, habelə iddia tələbinin “miras əmlakda vərəsəlik paylarının müəyyən olunması”na münasibətdə rədd edilməsi hissəsində ləğv edilməli və iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, mülki qanunvericiliyə uyğun olaraq miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyy ət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi “Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X15 vərəsəsi olara q tanınması hissəsində iddianın təmin edilməməsi” hissəsində, habelə iddia tələbinin “miras əmlakda vərəsəlik paylarının müəyyən olunması”na münasibətdə rədd edilməsi hissəsində ləğv edilsin və mülki iş qeyd olunan hissələrdə yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.