Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-372/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Orucov Azər Əli oğlunun və Cavabdeh vəkili Vəliyev Ramil Əmirxan oğlununiştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10192/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Əliyev) 2(001)-1587/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat əsas borc, 900 (doqquz yüz) manat faiz borcu olmaqla, cəmi 9900 (doqquz min doqquz yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmuş,ilk iddia qalan hissədə rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmuş, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10192/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2018 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016cı il tarixli kredit müqaviləsi üzrə 9000 manat əsas borc, 900 manat faiz borcu, 1800 manat dəbbə pulu olmaqla, cəmi 11700 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh internet vasitəsilə tanımışdır, belə ki, ev almaq istəyirdi və internet va sitəsilə satışda olan mənzillərə baxan zaman bir mənzili bəyənmiş, mənzilin məlumatları bölməsində cavabdeh olan Cavabdeh nömrəsi qeyd edilmişdir ki, onunla danışmışdır. Cavabdehlə mənzilin satış qiymətini 68000 manata razılaşmış, mənzilin alınması üçün pulu çatmadığı üçün alqı-satqı edə bilməmişlər. Daha sonra cavabdeh onda olan pulun, yəni mənzilin dəyərinin yarısını istədi ki, evi satmasın və qalan pulu da düzəldib versin. O isə razılaşdı və cavabdehə xx.xx.2016-cı il tarixdə 19 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq 37000 manat pul vəsaitini borc formasında verdi. Lakin sonradan ailəsində hadisə olduğundan, başı qarışdı. Bu səbəbdən də mənzili ala bilmədi və cavabdehdən pulunu istədi. Cavabdeh isə həmin puldan xx.xx.2016-cı il tarixdə 28000 manatını ona qaytardı və 90 00 manat borcu qaldı ki, hazırda cavabdeh onu qaytarmaqdan yayınır və bugün sabah deyərək vaxt uzadır. Bu isə ona daha da ciddi mənəvi və maddi ziyan dəyməsinə gətirib çıxarır. Hal-hazırda cavabdehin ona 9000 manat məbləğində borcu qalmışdır ki, geri qaytarmır. Bu isə onun maraq və hüquqlarının pozulmasına gətirib çıxarır ki, o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə cavabdeh borcunu vaxtında ödəmədiyi və bilərəkdən pulunu saxlayaraq gecikdirdiyi 2 il üçün 900 manat faiz, 1800 manat dəbbə pulu ödəməlidir.Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsini n etibarsız sayılması və cavabdeh İddiaçı ödədiyi 28.000 manat pulun qaytarılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçının atası X6 cavabdehlə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən İddiaçı atası X5 25000 manat pulu 3 ay müddətinə faizsiz vermişdir. Pul vaxtında ödənilmədiyinə görə İddiaçı ilə onun arasında xx.xx.2016-cı ildə Yeni müqavilə, guya İddiaçı tərəfindən ona 37000 manat pul rerilmişdir. Lakin İddiaçı həmin müqavilənin 1-ci bəndində göstərildiyi kimi 37000 manat pulu verməmişdir. Həmin müqavilə X6 və İddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsini pərdələmək üçün bağlanmışdır. xx.xx.2016-cı il tarixli müqavilə bağlandıqdan sonra qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixdə 28000 manat pul ödənilmişdir. Eyni gündə İddiaçı 19 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, atası X6 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Heç təsadüfi deyil ki, tərəfindən pul ödənilən gün cavabdeh tərəfindən müvafiq ərizə yazılmışdır. Bu hal xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığını və xx.xx.2014-cü il tarixli müqaviləni pərdələmək üçün bağlandığını göstərir. Həmin müqavilədə faiz nəzərdə tutulmadığı halda qarşı tərəf faiz tələb edir. Cavabdehin məhkəməyə vermiş olduğu iddia ərizəsində etiraf edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona 28000 manat ödəmişdir. Cavabdehə 28000 m anat ödədikdən sonra cavabdeh notariat kontoruna müqaviləyə xitam verilməsi barədə ərizə vermiş və bir neçə il ondan heç bir məlumat olmamışdır. Lakin məhkəmədən bildiriş gəldikdən və işlə tanış olduqdan sonra müəyyən etmişdir ki, cavabdeh İddiaçı onunla bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə deyil, atası ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, ilkin iddia hissəsində yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsasl andırılmışdır ki, məhkəmənin ilkin iddianı rədd etməsi əsassızdır, belə ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin onunla onun atası X6 arasında bağlanmış xx.xx.2014-cii il tarixli müqaviləyə heçbir aidiyyəti olmamışdır. Əgər müqavilələr arasında bir aidiyyət olsaydı və xx.xx.2016-cı il tarixli müqavilə xx.xx.2014-cü il tarixli müqavilənin icrasına yönəlmiş əqd olsaydı o, elə müqavilə bağlanan gün xx.xx.2016-cı il tarixdə əvvəlki müqavilənin xitam olunması barədə ərizə yazardı və ya cavabdeh tərəf həmin gün bunu tələb edərdi. Belə bir hal isə öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehə pul verilmədiyini və öhdəlik götürmədiyini qeyd etsədə bunun hansı sübuta əsaslandığını qevd etməmişdir. Halbuki, cavabdeh bu barədə müqavilədə qeyd edildiyi kimi, öhdəlik gö türmüş və hətta 28.000 pulu ödəyən zaman artıq 9 min manat borclu qaldığı barədə qeydlər aparır və imza atırlar. Eyni zamanda məhkəmənin müqavilədə göstərilən pulun cavabdehə verilmədiyini notariat kontorunun arayışına əsasən bildirmişdir. Lakin o, iddiada da qeyd etmişdir ki, pul müqavilə bağlanan gün verilməmişdir. Ondan bir neçə ay əvvəl verilmişdir ki, qaytara bilməyəndə artıq bu müqaviləni bağlamışdırlar. İkincisi, məhkəmə digər bir əsaslandırıcı sübut kimi, xx.xx.2016-cı il tarixli AKT-ı əsas götürmüş ki, həmin aktda yazılmışdır ki, guya bu pul cavabdehin özünə verilməmiş onun atasına verilmiş puldur ki, 25.000 manatı əsas pul kimi qalan pul isə faizdir və ilkin iddiaçı imza atmışdır. Hətta məhkəmə qətnaməsində qeyd edir ki, ilkin iddiaçıya verilən suala cavab olaraq bildirmişdir ki, aktda olan imza onundur və oxuyaraq imza atmışdır. Həmin aktda olan imza onundur və həmin aktı imzalayanda onu başa salmadılar ki, burda nə yazılıb, imza atan zaman tək bu sənəd yox bir neçə sənəd var idi ki, o, onlarada imza atmışdı. Hansıki, bu hadisələrin hansı notariat kontorunda olmuşdur. Əgər belə idisə o aktı niyə notariat kontorunda təsdiq etdirmədilər. Həmin aktın varlığını isə o, məhkəmə zamanı bilmişdir. İddianı məhkəmə kollegiyası yalnız təsdiq edilməmiş bir AKT əsasında rədd edilməsi barədə əsassız qərar çıxarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Orucov Azər Əli oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdehvəkili Vəliyev Ramil Əmirxan oğlu kassasiya şikayətinə etir az edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsini ilkin iddianın iddianı əsas borcun tutulması tələbinin təmin edilmiş hissəsində ləğv edib həmin hissədə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətinə əsasən, İddiaçı Cavabdeh 37.000 manat borc verməyi, borc alan xx.xx.2016-cı il tarixədək krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 28 saylı notariat kontorunun Xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 37.000 manat borc verdiyini, Cavabdeh tərəfindən həmin pulun 28.000 manat hissəsini qaytardığını, 9.000 manat borcu qaldığını, aldığı 28.000 manat pula dair heç bir iddiasının, tələbinin olmadığını imzası ilə təsdiq etmişdir. Bak ı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X5 25.000 manat faizsiz borc verməyi, borc alan krediti borc verənə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ilə X6 Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli aktdan görünür ki, “tərəflər həmin aktı tərtib etmişlər ondan ötürü ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı ilə 37.000 AZN borc müqaviləsi bağladı. Əslində İddiaçı tərəfindən Cavabdeh 37.000 AZN pul verilməyib. Lakin, atası X6 ilə İddiaçı arasına xx.xx.2014-cü il tarixdə 25.000 AZN dəyərində borc müqaviləsi bağlamışlar. Həmin 25.000 AZN manatı X1 İlhama müqavilədə göstərilən tarixdə ödəmədiyi üçün göstərilən 25.000 AZN manatın üzrərinə Haclağayev İlham tərəfindən cərimə (faiz) gələrək ümumi 37.000 AZN manat pul borcunu ödəməyi Cavabdeh öz üzərinə götürür.” Aktı İddiaçı və Cavabdeh, həmçinin şahid İ.İsmayılov təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Apellyasiya instanisyası məhkəməsi ilk iddia ərizəsinə münasibətdə müəyyən etmişdir ki, X1 İlham Abdulrza oğlu ilə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən İddiaçı hazırki işdə ilk idia ü zrə Cavabdeh atası X5 25000 manat pulu 3 ay müddətinə faizsiz vermişdir. Pul vaxtında ödənilmədiyinə görə İddiaçı ilə hazırki işdə ilk iddia üzrə Cavabdeh arasında xx.xx.2016-cı ildə yeni müqavilə bağlanmışdır ki, guya İddiaçı tərəfindən ona 37000 manat pul verilmişdir. Lakin İddiaçı həmin müqavilənin 1-ci bəndində göstərildiyi kimi 37000 manat pulu verməmişdir. Həmin müqavilə hazırki işdə ilk iddia üzrə Cavabdeh atası X6 və İddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin icrasına yönəlmiş uydurma bir əqd olmuşdur. xx.xx.2016-cı il tarixli müqavilə bağlandıqdan sonra qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixdə 28000 manat pul ödənilmişdir. Eyni gündə İddiaçı 19 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, Cavabdeh atası X6 ilə İd diaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini xahiş etmişlər. İddiaçı tərəfindən Cavabdeh 37.000 manat borc verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş müqavilə formal cəhətdən borc müqaviləsini ehtiva etsə də, müəyyən olunmuşdur ki, əslində həmin müqavilədə nəzərdə tutulmuş 37.000 manat pulu İddiaçı Cavabdeh verməmiş, Cavabdeh isə bu borcu qaytarmağı öz öhdəsinə götürməmişdir. Beləliklə, bu müqavilə uydurma əqdir. Belə ki, iş materiallarının 29-cu səhifəsində olan və İddiaçı öz sözləri və imzası ilə təsdiq olunmuş xx.xx.2016-cı il tarixli Akt da bunu sübut edir. Apellyasiya instansiyası məhkəməsi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İstinad edilən normalardan göründüyü kimi cavabdehdən iddiaçının xeyrinə cəmi 11.700 manat məbləğində pulun tutulması üçün borcun verilməsi sübut edilməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə görə borc müqaviləsi həm şifahi həm də yazılı bağlana bilər, belə olan halda da borc münasibətlərinin yaranması üçün hər iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. Eləcə də iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İşin faktiki hallarından isə cavabdehin iddiaçı ilə hər hansı borc münasibətlərinə daxil olması üçün iradə ifadəsinin olmasını göstərən hər hansı sübut mövcud deyil, həmçinin ağlabatan mühakimə əsasında da cavabdehin iddiaçıdan 9000 min manat məbləğində borc alması müəyyən edilmir. Kassasiya k ollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının tələb edilən borcun tutulması əsasları ilə bağlı kifayət qədər ciddi və mübahisənin qanuni həlli baxımından əhəmiyyətli olan hallarına qanunvericiliyin tələblərinə uyğun olaraq müfəssəl qiymət verməmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddia üzrə iddiaçının tələbin əsasını atasına olan cavabdehin etiraf edilmiş borcunun geri qaytarması ilə bağlı olmasına dair mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən halları qanunvericiliyin tələb etdiyi şəkildə zəruri olan araşdıma aparmamaqla və hər hansı qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən əd alətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005- ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 101.3, 217.1 və 218.1-ci maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azər baycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi q ənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən hallara qiymətin verilməsi zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni ilkin iddianın əsas borcun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılan zaman kassasiya kollegiyası əlavə olaraq mübahisənin aşağıdakı maddi hüquq normalarına uyğun olaraq həll edilməli olmasını da qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 882.1-ci maddəsinə əsasən borcun eti raf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun rtirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı fəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə erilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci maddəsin əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, y axud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)10192/2019 nömrəli qətnaməsi ilkin iddia üzrə əsas borcun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-372/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-372/2020
22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver