Məhkəmə qərarları › İş №2(102)-3721/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3721/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3721/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar xxxun, İddiaçı2 İsrafil qızının və İddiaçı3 cavabdehlər Azərbaycan Xammal və X6 Mərkəzinin "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh3nə, Bakı şəhəri Cavabdeh5nə, Bakı şəhəri Cavabdeh4nə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı xxxun və vəkili Vəkil1, Üçüncü şəxs "xxxx" QSC-nin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(103)6978/2020 nömrəli qətnaməsindən iddiaçı xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə 14R000009989 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə ümumilikdə 318894,13 ABŞ dollarının, 014R********** saylı kredit razılaşması üzrə isə ümumilikdə 232195,14 ABŞ dollarının, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının "xxxx" MMC-dən, İddiaçı2 və xxxdan müştərək qaydada alınaraq "xxxx" QSC-yə ödənilməsi, tələbin İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə olunan vəsaitdən "xxxx" QSC-yə olan borcun ödənilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra onun boşaldılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Bakı şəhəri Cavabdeh3 30 aprel 2019-cu il tarixli məktubu ilə müvafiq qaydada hərracın keçirilməsi ni təşkil edilərək, icra sənədinin icrasının təmin edilməsi məqsədilə qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaitinin İcra şöbəsinin depozit hesabına köçürülməsi "xxxx" MMC-yə sifariş edilmişdir. "xxxx" MMC tərəfindən ilkin satış qiyməti ******* manat müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşya ilə bağlı hərracın keçirilmə tarixi 22 may 2019-cu il tarixə, saat 11:00-a təyin olunmuş, həmin hərrac baş tutmadığından satılmalı olan daşınmaz əmlakın ilkin satış qiyməti ******* manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi 12 iyun 2019-cu il tarixə, saat 11:00-a təyin olunmuşdur. Hər iki hərrac barədə xxx, İddiaçı2 və digər borclunun ünvanlarına “açıq hərracın keçirilməsinə dair” 03 may 2019-cu il, 24 may 2019-cu il tarixli bildirişlər göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsi ilə, 14R000008425 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə ümumilikdə 382831,56 ABŞ dolları borcun, 14R000008693 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə ümumilikdə 21694,95 ABŞ dolları borcun və 014R********** saylı kredit razılaşması üzrə ümumilikdə 171064,73 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 40 manat xidmət haqqının İddiaçı2, xxx, xxx, xxx, İddiaçı3, xxx, xxx, xxx, "xxxx" MMC və "xxxx" MMC-dən müştərək qaydada alınaraq, "xxxx" QSC-yə ödənilməsi, tələbin İddiaçı2 mülkiyyətində olan ünvan 1ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsinə və ünvan 2 saylı fərdi yaş ayış evinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* manat məbləğində, fərdi yaşayış evinin ilkin satış qiyməti isə 250000 manat olmaqla açıq hərracdan satılması və həmin daşınmaz əşyaların satılmasından əldə olunan vəsaitdən "xxxx" QSC-yə olan borcun ödənilməsi, tutma yönəldildikdən və satıldıqdan bir ay sonra həmin daşınmaz əşyaların boşaldılması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Cavabdeh3 15 avqust 2019-cu il tarixli məktubu ilə, ünvan 1ünvanında yerləşən qeyri-yaşayış evinin hərracının keçirilməsi Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-yə sifariş edilmişdir. "xxxx" MMC tərəfindən ilkin satış qiyməti ******* manat müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşya ilə bağlı hərracın keçirilmə tarixi 14 oktyabr 2019-cu il tarixə, saa t 11:00-17:00-dək (növbəlilik əsasında) təyin olunmuş və bununla bağlı “Birja yenilikləri” qəzetində elan dərc olunmuşdur. Həmin hərrac baş tutmadığından daşınmaz əmlakın ilkin satış qiyməti ******* manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi 30 oktyabr 2019-cu il tarixə, saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin olunmuş və bununla bağlı “Birja yenilikləri” qəzetində elan dərc olunmuşdur. Hərraclar barədə xxx, İddiaçı2, İddiaçı3 və digər borcluların ünvanlarına “Açıq hərracın keçirilməsinə dair” 13 sentyabr 2019-cu il, 27 sentyabr 2019-cu il və 18 oktyabr 2019-cu tarixli bildirişlər göndərilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış “İpoteka predmetinin əldə olunmasına dair” təklifdə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predm eti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 956250 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. ünvan 1ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan "xxxx" QSC tərəfindən əldə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar xxx, İddiaçı2 İsrafil qızı və İddiaçı3 cavabdehlər Azərbaycan Xammal və X6 Mərkəzinin "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh3nə, Bakı şəhəri Cavabdeh5nə, Bakı şəhəri Cavabdeh4nə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 sifarişi əsasında Xammal və X6 Mərkəzi "xxxx" MMC və "xxxx" MM C-də X2 mülkiyyətində olan ünvan 3ünvanında yerləşən 305,4 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin satılması ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun qanunsuz və nəticə etibarı ilə etibarsız hesab edilərək ləğv edilməsi, tələbkarla bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilərək, qeyri-yaşayış sahəsinin X2 mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixli qətnamələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində mübahisələndirildiyi üçün cavabdeh "xxxx" MMC, Bakı şəhəri Cavabdeh3, Bakı şəhəri Cavabdeh4, Bakı şəhəri Cavabdeh5nə təşkil edilmiş hərrac hərək ətlərinin dayandırılmasına dair dəfələrlə müraciət olunsa da, cavabdehlər tərəfindən icra hərəkətləri və hərrac dayandırılmamışdır. Qətnamələr üzrə tələbin yönəldiyi əmlak eyni olsa da, onların satışı üçün sifariş edilmiş hərrac təşkilatları və sifarişçilər olmuşdur. Hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc edilməmiş, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(005)5119/2019 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 415.1, 415.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, ünvan 3ünvanında yerlə şən 305,4 kvadrat metr ümumi sahəsi olan qeyriyaşayış sahəsi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər iddiaçılara göndərilmiş və bunu təsdiq edən müvafiq poçt xəbərnamələri mövcuddur. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçı şəxslər məlumatlandırılmışlar. Cavabdeh1 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar xxx, İddiaçı2 İsrafil qızı və İddiaçı3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(005)-5119/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(103)-6978/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və R.Ə.Eyvazovdan ibarət tərkibdə) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(005)-5119/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsələr də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Odur ki, iddianın “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. Əksinə, işd ə olan poçt sənədlərinə əsasən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli icra sənədi üzrə icraat zamanı hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçıların iş materiallarında olan rəsmi ünvanlarına göndərilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. İddiaçıların eyni əmlakla bağlı iki ayrı hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin qanunsuz olması ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli i cra sənədinə əsasən başlamış icraat üzrə Cavabdeh3 sifarişi əsasında "xxxx" MMC-də təşkil edilmiş hərracın nəticələri barədə iş materiallarında hər hansı məlumat yoxdur. Göründüyü kimi, ipoteka predmetinin hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, həmin hərracın yekunları üzrə bağlanmış əmlakın alqı-satqısı barədə müqavilə də etibarlı hesab olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(103)-6978/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı xxx və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Üçüncü şəxs "xxxx" QSC-nin vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını x ahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar və cavabdehlər vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən və tələb bölünməz olduğundan, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayı bsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etd iyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olma yaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərrac ın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbə blərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlard a müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni ipoteka predmetinə dair hərracların keçirilməsini iki müxtəlif hərrac təşkilatlarına həvalə edilməsini, eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsini yuxarı instansiya məhkəmələrində mübahisələndirdikləri halda hərracın keçirilməsini qanunun pozuntusu kimi gələmə versə də, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən hərrac "xxxx" MMC tərəfindən yalnız Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən keçir ilmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçıların keçirilmiş hərraclar barəsində qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarını müəyyən etməklə, əsaslı olaraq “İpoteka haqqında” Qanununun tələblərinin pozulmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı h esab edilə bilməz. Sübutların qiymətləndirilməməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(103)-6978/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar