Məhkəmə qərarları › İş №2(102)-3721/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3721/2022

04.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3721/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3721/22 (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, tələbin hüquqi əsasının olmamsı) Bakı şəhəri, 04 iyul 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)- 456/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarından çıxarışa əsasən X2 Abşeron rayonunun Novxanı Sovxozu ərazisindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil oluib, bu nikahdan tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki uşaqları var.

3. İddiaçı nikaha girəndən sonra cavabdeh Maraqlı şəxs məxsus olan Abşeron rayonu Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülmüşdür.

4. Sonradan iddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri pozulmuş və iddiaçı mübahisəli evdən çıxmışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun övladları - xx.xx.2010-cu il təvəllüdlü X5 və 11 03.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdehlə nikahından olan övladları mübahisəli ünvanın daxil olduğu sahə poliklinikasında qeydiyyatına alınmış və ərazi üzrə orta məktəbdə təhsil almışdır. Cavabdeh müxtəlif bəhanələrlə söz-söhbət salmış, onu təhqir etmiş, bir neçə dəfə döymüşdür. İddiaçı övladlarının boşanmış ailədə yaşamaması üçün, münasibətlərin dü zələcəyinə ümid edərək yoldaşının hərəkətlərinə dözməyə çalışsa da, nəticəsi olmamışdır.

7. İddiaçı sonuncu dəfə baş verən şiddətli mübahisədən sonra geyim əşyalarını da götürüb aranın sakitləşməsi üçün məcbur olub evdən çıxmışdır. Daha sonra nikahın pozulması barədə məhkəməyə müraciət edilmişdir.

8. İddiaçı cavabdehlərlə birlikdə həmin evin bərpasında, abadlıq işlərində iştirak etməklə birgə təsərrüfat aparmışdır. Əmlakları hazırda həmin evdədir. Həmin ev özbaşına tikili olmaqla mülkiyyətdə deyildir. İddiaçının başqa yaşayış ünvanı yoxdur.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində iddiaçı ərizə təqdim edərək, Maraqlı şəxs cavabdehlikdən çıxarılmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsi protok ol qaydasında qəbul etdiyi qərardadla Maraqlı şəxs cavabdehlidən çıxarmışdır

12. Digər cavabdeh olan Cavabdeh nümayəndəsi isə iddianın etirafı barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək Abşeron rayonu, Novxanı bağlar massivindəki 576 torpaq sahəsində tikilmiş evə iddiaçının uşaqları ilə birlikdə köçürülməsinə etiraz etmədiyini bildirmişdir.

13. Abşeron Rayon Məhkəməsinin 2(012)-3723/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və 11 03.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülmələri qət edilmişdir. (hakim Habil Əhmədov)

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2009- cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikaha girməklə ailə qurmuş, onların iki uşaqları var, ailə qurduqdan sonra iddiaçı cavabdehin atası Maraqlı şəxs məxsus Abşeron rayonu, Novxanı bağlar massivi, 576 saylı torpaq sahəsində tikilmiş özbaşına tikiliyə cehiz əmlakları ilə birlikdə köçürülmüşdür. Cavabdehlə ailə münasibətləri pozulmağa başlamışdır. Sonuncu dəfə baş verən mübahisədən sonra iddiaçı evi tərk edib getmişdir.

15. Birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsinin iddianı etiraf etməsi barədə ərizəsinə istinad edərək qeyd etmişdir cavabdehin nümayəndəsinin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəldiyi və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməlidir.

16. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 191.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 158.4-cü maddələrinin və prosessual hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Maraqlı şəxs cavabdehlikdən çıxarıldıqdan sonra onun məlumatı olmadan oğlunun nümayəndəsi kimi məhkəmədə iştirak e tmiş həyat yoldaşı Fəridə Əliyeva tərəfindən iddianın etiraf edilməsi barədə ərizə verilmiş və məhkəmə tərəfindən həmin etiraf qəbul edilərək iddia tələbinin hüquqi əsasının olub-olmaması yoxlanılmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir; iddiaçı Cavabdeh ailə qurduqdan sonra faktiki olaraq Maraqlı şəxs məxsus evə gəlin köçmüş və sonuncunun razılığı ilə həmin evdə yaşamışlar. Cavabdeh məxsus Novxanı qəsəbəsində fərdi yaşayış evi mövcud deyildir və Maraqlı şəxs özünə məxsus olan və hazırda yaşadığı evi Fəridə verməmişdir; Maraqlı şəxs iddiaçını yaşamaq üçün evlə təmin etmək öhdəliyi daşımır. Bununla bağlı onların arasında hər hansı bir müqavilə bağlanmamış və Maraqlı şəxs iddiaçının qarşısında ailəsi dağılacağı halda belə bir vəzifə daşıyacağı barədə vəd verməmişd ir; iddiaçı Cavabdehlə ailə qurmamışdan əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən və valideynlərinə məxsus olan evdə yaşamış və Fəridlə ayrıldıqdan sonra da həmin evdə yaşamaqda davam edir. Göründüyü kimi iddiaçının daimi yaşamaq üçün yaşayış sahəsi vardır; mübahisə predmeti olan ev Maraqlı şəxs Azərbaycan SSR Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 150/6 saylı qərarı ilə Novxanı qəsəbəsi ərazisində 530 saylı sahədə verilmiş 600 kv.metrlik torpaq sahəsində yerləşir və faktiki olaraq onun sahiblik və istifadəsindədir. Həmin fərdi yaşayış evinin Maraqlı şəxs tərəfindən tikilməsi və faktiki olaraq ona məxsus olması işin mübahisələndirilməyən halı olmaqla, işin bu halı iddiaçı tərəfindən verilmiş iddia ərizəsində də təsdiq və etiraf edilmişdir; Maraqlı şəxs qe yd olunan evə mülkiyyətçi hüquqları olsa da, iddiaçının həmin evə dair heç bir hüququ mövcud deyildir. Belə olan halda iddiaçının heç bir hüququ olmadan, Maraqlı şəxs faktiki sahiblik və istifadəsində (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları olmaqla) olan fərdi yaşayış evinə onun razılığı olmadan köçürülməsi qanunsuz və əsassızdır; həmçinin iddiaçının cavabdeh Maraqlı şəxs məxsus fərdi yaşayış evinə köçməsinə əsas verən qanunvericilik normaları yoxdur.

19. Apellyasiya instansiya məhkəməsində Maraqlı şəxs cavabdeh qismində işə cəlb edilmiş və buna uyğun prosessual hərəkətlər yerinə yetirilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1303/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya ş ikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, İddiaçı övladları, xx.xx.2010-cu il təvəllüdlü X5 və 11 03.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş Maraqlı şəxs məxsus yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova)

21. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, tərəflər arasında olan münasibətlər xx.xx.2009-cu ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir. Belə ki, y aşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə t utulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri)

22. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı Cavabdehlə evlənərək sonuncunun atası Maraqlı şəxs məxus olan yaşayış evinə gəlin köçərkən, yaşayış evinin istifadəçisi ilə müqavilə bağlamaq mümkün olmadığından iddiaçı gəlin köçərkən həmin vaxt yaşayış evində yaşayan şəxslər onu ailə üzvü kimi qəbul etmişlər. İddiaçı cavabdeh Maraqlı şəxs məxsus mübahisəli evə gəlin köçərkən ailə üzvlərinin öz razılığı ilə köçmüş, bu zaman iddiaçının evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, iddiaçı bütün cehiz əşyalarını həmin evə yerləşdirm iş və hazırda da əmlakının bir hissəsi mübahisəli evdədir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsini istisna edən hər hansı qanuni və ya müqavilə əsasının olması müəyyən edilməmişdir.

25. Qətnaməni ləğv etməsinin əsası kimi isə apellyasiya məhkəməsi ona istinad etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli yaşayış evinin faktiki sahibi cavabdeh Maraqlı şəxs iştirakı təmin edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Eləcə də, 06 oktyabr 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolu, 06 oktyabr 2020-ci il tarixli mülki işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardad və 28 oktyabr 2020-ci il tarixli məhkəmə baxışı iclasının protokolu işə baxan sədrlik edən hakim tərəfindən imzalanmamışdır

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.3, 139.1, 139.3, 228.1, 228.2-ci, Mənzil Məcəlləsinin (1982) 123-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilm əsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

27. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

28. Kassasiya şikayətlərinin dəlilləri: apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmələr iddia tələbinə baxarkən, hazırkı iş üzrə cavabdehin Cavabdeh olmasına baxmayaraq, cavabdehlikdən çıxarılmış Maraqlı şəxs yönələn iddia tələbinin təmin olunması haqqında qərar çıxarmışdır; apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qətnamə Maraqlı şəxs özünə məxsus olan əmlakdan öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırmışdır; apellyasiya instansiyası məhkəməsi tərəfindən kobud prosessual pozuntuya yol verilmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmiş, sübutların qiymətləndirilməsi zamanı obyektivlik və qərəzsizlik meyarı pozulmuş, nəticədə qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5206/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: apellyasiya in stansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqi zamanı ziddiyyətli mövqe tutmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilir ki, tərəflər arasında olan münasibətlər xx.xx.2009-cu ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Lakin bu maddi hüquq normaları fərqli hüquqi vəziyyəti tənzimləyir; apellyasiya instansiyasının qətnaməsində də göstərildiyi kimi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Mə cəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir; iddiaçının mübahisəli yaşayış sahəsinə xx.xx.2009-cu ildə köçməsinə görə, həmin yaşayış sahəsinə hüquqları Mülki Məcəllənin 228-ci maddəsinin dispozisiya şərtləri əsasında müəyyən edilməlidir; 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2ci maddələri isə b u məsələləri başqa formada tənzimləyir. Həmin müddəalar mülkiyyətçinin hüquqlarını daha çox müdafiə edərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququ arzulayan şəxs arasında notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur və eyni zamanda bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Lakin iddiaçı ilə evin sahibi arasında bu cür müqavilə bağlanmamışdır; apellyasiya instansiyası bəhs olunan müqavilənin olmamasına baxmayaraq iddiaçının evə köçürülməsini onunla izah etmişdir ki, mübahisəli evin üzərində cavabdehin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bu səbədən iddiaçı cavabdeh Maraqlı şəxs məxsus olan yaşayış evinə gəlin köçərkən yaşayış evinin istifadəçisi ilə müqavilə bağlamaq mümkün dey ildi. Ona görə də, iddiaçı gəlin köçərkən həmin vaxt yaşayış evində yaşayan şəxslər onu ailə üzvü kimi qəbul etmişlər; apellyasiya instansiyasının bu əsaslandırması qəbul edilən deyildir. Əvvəla, işdən iddiaçının köçdüyü evin sahibi ilə müqavilə bağlamağa səy göstərməsi müəyyən olunmur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbi imperativ tələbdir və istifadə hüququnu başqa hüquqi əsasla əlaqələndirmir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mənzil Məcəlləsinin 123-cü maddəsini tətbiq edərkən cavabdehi mülkiyyətçi statusunda tanıyır. Lakin Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi zamanı onun mülkiyyətçi olmaması əsası ilə həmin normanı cavabdehə şamil etmir. Mülki Məcəllənin 228.5-ci maddəsinin iddiaçıya şamil edilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün MM-in 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzv ləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur; evin hüquqi rejimi ilə bağlı qeyd olunmalıdır ki, həmin evin inşa olunmasına müvafiq icazənin təqdim olunmamasına baxmayaraq, evin yerləşdiyi torpaq sahəsinin Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarına əsasən ayrıldığına dair sübutu cavabdeh təqdim etmişdir. Həmçinin tərəflərin izahatlarından görünür ki, iddiaçı oraya köçürülənədək ev mövcud olmuşdur. işin bu halı, evin cavabdeh Maraqlı şəxs gözlənilən mülkiyyət hüququnun olmasına dəlalət edir ki, bu da baxılan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları baxımından yanaşılmasını tələb edir. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktik hallarına uyğun nəticəyə gəlməmiş, mübahisəyə maddi hüququ normalarını düzgün tətbiq etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. İşə təkrar baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-456/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilməklə, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Telman Məmmədov, Səyyad Qafari)

32. Apellyasiya instansiya məhkəməsi birinci instansi ya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, köçürülmə tələb edilən yaşayış evi cavabdehlərdən Maraqlı şəxs məxsusdur. O isə iddianın etiraf edilməsi barədə hər hansı şəxsə, o cümlədən X1 heç bir səlahiyyət verməmişdir. Buna görə də məhkəmədə Cavabdeh nümayəndəsi qismində iştirak edən Fəridə Əliyevanın hazırkı mübahisə üzrə iddianı etirafı əsaslı və qanuni sayıla bilməz.

33. İddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə istinad etməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin evin inşa olunmasına müvafiq icazənin məhkəməyə təqdim olunmamasına baxmayaraq, evin yerləşdiyi torpaq sahəsinin Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarına əsasən Maraqlı şə xs ayrıldığı işin mübahisəsiz halıdır. Eləcə də, ötən əsrin 80-90-cı illərində bağçılıqbostançılıq üçün müxtəlif şirkətlərdə (hazırki halda “Badam” şirkəti) birləşmiş vətəndaşlara torpaq sahələri ayrılarkən həmin vətəndaşlara orada bağ evinin tikintisinə ümumi qərarla icazələr verilməsi də mübahisə olunmaz faktdır. Belə olan halda, səlahiyyətli orqanın qərarı ilə inşa edilmiş həmin fərdi yaşayış evinin özbaşına tikili kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasına görə o, yaşayış evləri özbaşına tikili sayılır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun.

34. Apellyasiya instansiya məhkəməsi “Torpaq isla hatı haqqında” Qanunun 9-cu maddəsinə, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə və “S.Mahmudovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarına istinadən qeyd etmişdir ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarı ilə X2 Abşeron rayonunun Novxanı Sovxozu ərazisindən ayrılmış 600 kv.metr torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Doğrudur, həmin torpaq sa həsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Maraqlı şəxs məhkəməyə sübut təqdim edə bilməsə də, bu hal onun həmin torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olması faktını inkar etmir. İddiaçı bütün hallarda mübahisəli torpaq sahəsinə və orada inşa edilmiş fərdi yaşayış evinə qanuni gözlənti hüququ olan şəxsdir.

35. Buna görə də ev tikintisi üçün xx.xx.1988-ci ildən Maraqlı şəxs ayrılmış 600 kv.metr torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi qanunsuz tikili kimi qiymətləndirilməməlidir, çünki bu əmlaka dair mülkiyyətçi kimi Maraqlı şəxs gözlənti hüququ vardır.

36. Apellyasiya instansiya məhkəməsi evlə bağlı tərəflər arasında münasibətlərin xx.xx.2009-cu ildə yaranmasına əsaslanaraq hesab etmişdir ki, hazırkı mübahisəy ə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları baxımından yanaşılmalı və qiymət verilməlidir. Qanunun bu müddəasının mənasına görə də yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Evin sahibi Maraqlı şəxslə İddiaçı arasında belə bir razılıq olmadığından, onun mübahisəli evə köçürülməsi öz hüquqi əsasını itirir.

37. Mübahisəli evin üzərində cavabdehin mülkiyyət hüquqlarının qeydiyyata alınmaması səbəbindən İddiaçı cavabdeh Maraqlı şəxs məxsus olan yaşayış evinə gə lin köçərkən yaşayış evinin istifadəçisi ilə müqavilə bağlamaq imkanının olmaması barədə dəlil də əsassız hesab olunmalıdır, çünki işdən iddiaçının köçdüyü evin sahibi ilə müqavilə bağlamağa səy göstərməsi müəyyən olunmur

38. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. Cavabdeh Maraqlı şəxs isə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir.

39. Apellyasiya instansiya məhkəməsi onu da vurğulayıb ki, mübahisəli ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində onun vəsaiti ilə inşa edildiyindən və o, qanuni gözlənti h üququna malik olduğundan, bu evin tikilməsində iddiaçının hər hansı rolu (iqtisadi marağı) və iştirakı olmadığından, tərəflər arasında əmlakdan istifadə ilə bağlı yazılı razılıq bağlanmadığından İddiaçı uşaqları ilə birlikdə oraya köçürülməsi əsaslı hesab oluna bilməz. Hazırkı halda, İddiaçı mübahisəli evin faktiki sahibi Maraqlı şəxs oğlu Cavabdehlə nikahda olmasına əsaslanması və buna görə də həmin evə köçürülməli olması barədə dəlili də əsassızdır və bu hal, evə dair gözlənti hüququ olan Maraqlı şəxs hüquqlarının pozulması, o cümlədən İddiaçı öz hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır. (Mülki Məcəllə, 560-cı maddə)

40. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, yuxarıda göstərilənlərə əsasən iddia təmin oluna bilməz. 4

1. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.8, 228.2, 228.5-ci, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə 01 noyabr 2013-cü il tarixli və “V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı nikaha girəndən sonra mübahisədə adı keçən evə köçüb, bu da o deməkdir iddiaçı Azərb aycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq cavabdehin ailə üzvü kateqoriyasına aid edilir; - həmçinin uşaqlar da anadan olduqları zaman nəvələri kimi cavabdeh Maraqlı şəxs tərəfindən mənzilinə köçürüldüyündən, orada yaşadıqları üçün qeyd olunan maddəyə uyğun cavabdehin ailə üzvləri hesab edilir; - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər, iddiaçı ilə Cavabdeh arasında nikah pozulsa da, lakin cavabdeh Maraqlı şəxs nəvələri hazırda da ailə üzvü statusunu saxlayırlar; - Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutlar düzgün qiymətləndirməmiş, id diaçının haqlı olduğunu göstərən hallara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.8 Mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə ba ğlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslər in yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Torpaq islahatı haqqında” AR Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların o nların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabr ın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarı: Sah iblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

50. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə araşdırma aparaq, iddiaçının köçmək istədiyi evin statusunu müəyyən etməklə hüquq münasibətlərinin yarandığı dövrün maddi hüquq normlarını tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

51. Məhkəmə kolle giyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 32-41-ci bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddin hüquq normaları ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək tərəflərin hüquq münasibətinə uyğun gələn normaları tətbiq etməklə hüququn tətbiqində səhvə yol verməmişdir.

52. İddiaçının nikaha girəndən sonra mübahisədə adı keçən evə köçməsi, bu səbəbdən iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq cavabdehin ailə üzvü kateqoriyasına aid olması barədə kassasiya şikayətinin dəlilləri məhkəmə kollegiyası əsasız hesab edir. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmələrin müəyyən etdiyi işin halların dan görünür ki, mübahisəli hüquq münasibətləri iddiaçının Cavabdehlə xx.xx.2009-cu ildə nikaha daxil olduğu vaxtdan yaranıb. İddiaçının istinad etdiyi Mənzil Məcəlləsi isə 01 oktyabr 2009-cu ildən tətbiq edilməyə başlayıb. Başqa sözlə, iddiaçının tətbiq edilməsini xahiş etdiyi maddi hüquq norması hüquq münasibətlərinin yaranmasından sonra qüvvəyə minib. MPM-in 217.2-ci maddəsinə görə isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

53. İddiaçının uşaqlarının nəvələri kimi cavabdeh Maraqlı şəxs tərəfindən mənzilinə köçürüldüyündən, həmin uşaqların cavabdehin ailə üzvləri hesab edilməklə evə köçürülməli olmaları barədə kassasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, uşaqların iddiaçının yanında yaş aması işə mahiyyəti üzrə baxan məhkəmələrdə cavabdehlər tərəfindən mübahisələndirlməyib. Belə olan halda, uşaqların iddiaçıdan əlahiddə şəkildə evə köçürülməsi barədə dəlil uşaqların mənafeyi baxımından əsaslı edilə bilməz.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

55. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-456/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar