Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3721/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusuna görə zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-956/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2022-ci il tarixdə xx.xx.2009-cu il təvəllüdlü X9 tərəfindən X4 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirmişdir;
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin xx.xx.2023-cü il tarixli, 1488 saylı ekspert rəyinə əsasən X3 bədəni üzərində qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladı - xx.xx.2011-ci il təvəllüdlü X4 dəymiş 10729.36 manat maddi və 50000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlərdən xx.xx.2011-ci il təvəllüdlü X1 cinayət əməli nəticəsində dəymiş ziyana görə 16.169.20 manat və mənəvi ziyana görə 100000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər bir ailənin üzvü olmaqla qonşudurlar. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində övladı - X5 həyətdə oynayarkən cavabdehlərin övladı təxminən 13 yaşında olan qonşu X6 atdığı daş oğlu Yusifin sol gözünə dəymiş, bu hadisədə n 15 dəqiqə sonra oğlu Yusif bu barədə ona bildirmiş, o da Ömərin anasına, yəni X2 bu barədə demiş və sonuncu onların evinə gəlmişdir. Həmin gün cavabdehlər onun övladı Yusifin səhhəti ilə maraqlanmamış, ertəsi gün isə Ömərin anası Turac və adını bilmədiyi əmisi onlarla “Zərifə Əliyeva” adına göz xəstəxanasına gəlmiş, həmin gün müalicə xərclərini ödəsələr də, sonrakı günlərdə gəlməmiş və müalicə xərclərini ödəməmişlər. Hazırda oğlu Yusifin səhhəti pisdir, onun sol gözünün görmə qabiliyyətinin itirməsi ehtimalı vardır. Hadisə günündən cavabdehlərin oğlunun müalicəsinə olan biganə münasibətindən məcbur qalıb xx.xx.2022-ci ildə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. İş üzrə araşdırma başlanılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin xx.xx.2023-cü il tarixli, 1488 saylı ekspert rəyində X3 bədəni üzərində qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı, xəsarətlərin dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan, sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir. Tibbi rəydən də göründüyü kimi oğlunun sağlamlığına ağır zərər vurulmuş, o əmək qabiliyyətini itirmişdir. Qərarda göstərilir ki, xx.xx.2009-cu il təvəllüdlü X9 cinayət törədərkən 14 yaşı tamam olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hal-hazırda isə oğlunun Türkiyə Respublikasında əməliyyat olunması zərurəti yaranmışdır. İndiyə qədər çəkdiyi maddi və mənəvi zərəri dillə ifadə etmək mümkün deyildir. xx.xx.2022-ci il tarixdən onlar mənəvi iztirab içindədirlər. Oğlunun bu durumu onu həm mənəvi, həm də maddi cəhətdən ağır duruma salmışdır. Cavabdehlər isə sanki heç nə olmamış kimi həyatlarını yaşayırlar. Cavabdehlər onun digər övladlarını təhqir edirlər. Oğlunun müalicəsi ilə bağlı 8229.36 manat qəbzlərlə sübut edə biləcəyi vəsait xərcləmişdir. Bundan əlavə, təqribən 2500 manatlıq dərmanlar və s. (nəqliyyat xərci, iş vaxtının itirilməsi) xərc çəkmişdir.
7. İddiaçı və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişlər ki, məhkəməyə müraciət etdikdən sonra əlavə zərərçəkmiş cərrahiyyə əməliyyatı keçirmiş, həmçinin müvafiq dərmanlar alınmışdır. Odur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır. Həmçi nin nəqliyyat xərcləri, o cümlədən müalicə məqsədilə götürülmüş kreditin məbləği də cavabdehlərdən tutulmalıdır.
8. Məhkəmə iclasında Cavabdeh2 (digər Cavabdeh1 nümayəndəsi) iddianı qəbul etmədiyini bildirməklə göstərmişdir ki, cərrahiyyə əməliyyatlarına, eləcə də göstərilən dərmanların istifadəsinə lüzum olmamışdır.
9. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil1 iddianı qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, həqiqətən də iddiaçının oğluna xəsarət yetirilmişdir (tor qişasının cırılması və qopması, sol gözdə görmə qabiliyyətinin tam itməsi). Bu diaqnoz ağır diaqnoz olmaqla, hər hansı cərrahiyyə əməliyyatı və ya müalicə ilə aradan qaldırılması mümkün olmayan bir xəsarətdir. Məhz buna görə də cavabdehin iddiaçı ilə birlikdə müraciət etdiyi həkim yalnız yüngül göz damcıları yazmaqla k ifayətlənmiş və cərrahiyyə əməliyyatının zəruri olmadığını və hər hansı bir müsbət nəticə verməyəcəyini bildirmişdir. Buna baxmayaraq iddiaçı başqa həkimdə əməliyyat aparmış və bu əməliyyat nəticəsində də hər hansı bir nəticə olmamışdır, uşağın görmə qabiliyyəti heç 5 faiz də yaxşılaşmamışdır. Həmçinin iddiaçının övladının sol gözünün görmə qabiliyyətini tam itirdiyi üçün hazırda əlilliyi müəyyən edilmişdir və iddiaçı buna görə dövlətdən pensiya alır. Həmin əlilliyin müəyyən edilməsinə dair son komissiya qərarında Y.Vəlizadənin orqanizminin funksiyalarının 50 faiz pozulması müəyyən edilmişdir ki, bu da şəxsin bir gözünün tamamilə görməməsi deməkdir. Uşaq əvvəllər də göz xəstəliyindən, təzyiqdən və nevroloji problemdən əziyyət çəkib.
10. Məhkəmə iclasında azyaşlı X9 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qonşuları Yusif və başqa uşaqlarla “raqatka” ilə daş ataraq oyun oynayırdılar. Həmin vaxt o, əlində olan raqatka ilə kənar bir yerə atan zaman bilməyərəkdən daş Yusifin gözünə dəymişdir. O, dərhal Yusifə yaxınlaşmış, gözünə baxıb görmüşdür ki, gözünü ovxalayır, sonra Yusif kənarda olan bulağa gedib üzünü yumuş və o da oradan uzaqlaşıb evinə getmiş və anasına bildirmişdir ki, bilməyərəkdən daş atmış, o da Yusifin gözünə dəymişdir.
11. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, KEŞ-849 saylı rəyi ilə Yusif Vəlizadənin mütəxəssis müayinəsi zamanı onda hal-hazırda “OS (sol göz) göz almasının ağır dərəcəli kontuziyası; Vitreoretinal cərrahiyyə əməliyyatından sonrakı vəziyyət”in olduğu müəyyən edilmişdir. Qeyd olunan patologiya travmat ik mənşəlidir, bununla da əlaqədar cərrahiyyə əməliyyatı icra edilmişdir. Yusif Vəlizadənin ilkin məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, onda “sol göz almasının ağır dərəcəli kontuziyasından sonrakı vəziyyət, hifema, hemoftalm, oftalmohipertenziya, buynuz qişanın ödemi, imbibisiyası, sol gözdə görmə itiliyinin pozulması (düzgün işıq hissiyatı)” qeyd edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən və kənar şəxs tərəfindən daşla vurulması zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin “akad. Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzi”nə müraciət etdiyi vaxtdan 1 gün əvvələ, yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Yusif Vəlizadənin “sol göz almasının ağır dərəcəli kontuziyası, hemoftalm, hitema, oftalmohipertenziya, buynuz qişanın ödemi, tor qişanın cırılması və qopması” ilə əlaqədar ona cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin cərrahiyyə əməliyyatının aparılmasına və sonrakı müalicələrə baxmayaraq sol gözdə yalnız qeyridüzgün işıq duyğusu qalmışdır, yəni görmə qabiliyyətinin bərpası mümkün olmamışdır. Yusif Vəlizadənin sol gözü üzərində “vitrektomiya” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Belə ki, travma nəticəsində qopmuş tor qişa yenidən təsbit edilmişdir. Yusif Vəlizadənin hazırki vəziyyətdə müalicə prosedurlarından asılı olmayaraq, onda sol gözdə görmə qabiliyyətinin tam və ya qismən bərpası istisna edilir. Yusif Vəlizadənin müalicəsi ilə əlaqədar təyin edilmiş dərman preparatları onun almış olduğu xəsarətin xarakterinə və icra edilmiş cərrahiyyə əməliyyatından sonra oftalmoloji olaraq funksional pozuntuların stabilləşdir ilməsi istiqamətində olmuşdur.
12. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-62/2024 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 8921.05 manat və mənəvi zərərə görə 1000 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 119.21 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022ci il tarixdə xx.xx.2009-cu il təvəllüdlü X9 tərəfindən X4 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. İddiaçı nın övladı Yusif Vəlizadənin cərrahi əməliyyatlarının icrası üçün 3370 və 4500 manat olmaqla, cəmi 7870 manat, ona müvafiq dərmanların alınması üçün isə cəmi 1051.05 manat ödəniş edilmişdir.
14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlərin övladı tərəfindən iddiaçının övladına ziyan vurulması və buna gətirib çıxaran əməldə birincinin təqsiri, habelə dəymiş zərərin məbləğinin 8921.05 manat (Yusif Vəlizadənin cərrahi əməliyyatlarının icrası üçün 3370 və 4500 manat olmaqla, cəmi 7870 manat, ona müvafiq dərmanların alınması üçün isə cəmi 1051.05 manat xərc) həddində olması iş materialları ilə təsdiq olunur. Belə ki, mülki hüquq pozuntusu baş verən zaman bu əməli törədən X6 14 yaşı tamam olmamış, eləcə də onun valideynləri (cavabdehlər) zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirə bilməmişlər. Odur ki, onlar vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Eyni zamanda qanunvericiliyə əsasən valideynlər övladlarının tərbiyəsində bərabər hüquq və vəzifələrə malik olduqlarından onlar məsuliyyətin müştərək daşıyıcısıdırlar.
15. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlər övladlarına daşla birbirinə, digər canlılara və ya hər hansı predmetə zərbə endirməyin təhlükəsini kifayət qədər izah etməmiş, belə hərəkətlərə yol verilməməsi üçün lazımi səviyyədə nəzarət etməmiş, habelə bu əməllərdən azyaşlını çəkindirməyə nail olmamış və bunun üçün yetərincə səy göstərməmişlər.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, nəqliyyat xərclərinə dair, o cümlədən iddiaçının götürdüyü kreditin müalicə məqsədilə və bu istiqamətdə xərclənməsini təsdiqləyən hər hansı sübut məhkəm əyə təqdim edilməmişdir. Bundan əlavə, hətta həmin kredit müalicəyə ödənilmişsə, müvafiq ödəniş qəbzləri məhkəmə tərəfindən nəzərə alınmışdır.
17. Mənəvi ziyanla bağlı tələblə əlaqədar məhkəmə hesab etmişdir ki, iddiaçının özünün və övladının iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçının övladının fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi mənəvi sarsıntıya rəvac verən haldır. Əməlin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara döz ümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Odur ki, məhkəmə mənəvi zərərin məbləğinin 1000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.
18. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 28.1, 28.2, 38.3, 386..1, 1096, 1097.1, 1103.1, 1115, 1118.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024cü il tarixli, 2(060)-62/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övla dının bilavasitə cavabdehlərin oğlu Ömərin törətmiş olduğu əməl nəticəsində gözündən ağır xəsarət alması, həmin hadisə nəticəsində ailələrinə dəymiş maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla da təsdiq olunur. Cavabdehlər, həmçinin Ömər məhkəmədə verdikləri izahatlarında bu faktı inkar etməmişlər. Bu baxımdan Yusifin həmin hadisə nəticəsində xəsarət almağının onlar üçün ağır mənəvi məhrumiyyətlərə səbəb olması açıq aşkardır. Cavabdehin təqsiri üzündən övladına dəymiş mənəvi zərərin bütövlükdə 100000 manat məbləğində qiymətləndirilməsi onun keçirdiyi mənəvi və fiziki sarsıntı və iztirablar üçün ağlabatan kompensasiya hesab edilə bilər. Belə ki, mənəvi zərərin miqdarı işin konkret hallarınd an asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Övladının cinayət əməli nəticəsində xəsarət almağı işin mübahisə edilməyən halı olduğu kimi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab və sarsıntı keçirməyi, yəni mənəvi ziyan çəkməyi də mübahisə doğurmur. Birinci instansiya məhkəməsi övladının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq tələb etdiyi həddə maddi və mənəvi zərərin tutulmasını təmin etməli olduğu halda qətnaməni formal sözlərlə əsaslandıraraq iddianı qismən təmin etməklə sadalanan hüquq normalarının tələblərini pozmuşdur.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-956/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Dəmirov İlqar – sədrlik edən və mə ruzəçi, Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-62/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 9050.75 manat və mənəvi zərərə görə 2000 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə hadisəni törədərkən 14 yaşına çatmamış, həmçinin X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsində verdiyi izahatda hadisəni törətdiyini etiraf etmişdir.Cavabdeh2 məhkəmə kollegiyasının iclasında uşağın gözünün kor olmasının hadisə ilə əlaqəli olub-olmamasını mübahisələndirsə də, mə hz hadisədən kənar təsirlərdən olmasını təsdiq edən sübutu təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2011-i il təvəllüdlü X1 xx.xx.2009-cu il təvəllüdlü X9 tərəfindən ziyan vurulduğundan cavabdehlər onun əməlinə görə maddi və mənəvi məsuliyyət daşıyırlar.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı faktiki olaraq 16.000 manatın xərcləndiyini bildirsə də, məhkəməyə təqdim etdiyi qəbzlərlə ümumi olaraq 9.050,75 manatı sübuta yetirə bilmişdir. Lakin birinci instansiya məhkəməsi hesablamada texniki səhvə yol verərək dəymiş maddi ziyanı 8921,05 manat məbləğində müəyyən etmişdir.
24. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinə münasibətdə hesab edir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində övladı - X5 həyətdə oynayarkən cava bdehlərin övladı - təxminən 13 yaşlarında olan qonşu X6 məhz “quşatanla (raqatka ilə)” atdığı daşın oğlu Yusifin sol gözünə dəyməsi və övladının görmə qabiliyyətinin itirilmə ehtimalı onun uzun sürən məhkəmə proseslərində tərəf qismində iştirak etməsi faktı özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur.
25. Məhkəmə kollegiyası, iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını, xüsusi ilə də ziyanın “quşatan” vasitəsi ilə yetirilməsini, bununla əlaqədar cavabdehlərin öz övladını düzgün tərbiyə etməməklə təqsirlilik dərəcəsini nəzərə alıb hesab etmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun tutulması ədalətli və məqsədəmüvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalıdır.
26. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 28.1, 28.2, 38.3, 386..1, 1096, 1097.1, 1103.1, 1115, 1118.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla əlav ə olaraq qeyd edilmişdir ki, Yusifin sağlamlığının pozulması nəticəsində daimi fiziki əzab çəkməsi həm sonuncunun, həm də onların mənəvi ziyan çəkməsinə səbəb olmuşdur. Maddi və mənəvi zərərin məbləği müəyyən olunarkən keçirtdikləri mənəvi iztirabın və zərərin baş verməsinə səbəb olan hadisənin ağırlığı, yəni Yusifin ömürlük gözdən əlil və əmək qabiliyyətsiz olması ilə nəticələnməsi, bu mənəvi iztirabı ömür boyu çəkəcəkləri, həmçinin cavabdehin daimi iş yerinin və maddi durumunun kifayət qədər olması və işin sair diqqətəlayiq hallarını nəzərə almalı idi. Həm birinci, həm də apellyasiya məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ mütənasib olmamaqla, oxşar işlər üzrə məhkəmə təcrübəsinə də uyğun olmamışdır. Cavabdehin təqsiri üzündən övladına dəymiş mənəvi zərərin bütövlü kdə 100000 manat məbləğində qiymətləndirilməsi onun ömürlük gözdən əlil və əmək qabiliyyətsiz olmasına görə keçirdiyi mənəvi və fiziki sarsıntı və iztirablar üçün ağlabatan kompensasiya hesab edilə bilər. Apellyasiya məhkəməsi isə ömürlük gözdən əlilliyə görə mənəvi zərərin miqdarını cəmi 2000 manat müəyyən etmişdir ki, bu heç cür ağlabatan və ədalətli hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehlərin azyaşlı övladının iddiaçının övladının səhhətinə vurduğu zərərə görə iddia tərəfinin sübuta yetirdiyi xərclər ümumilikdə 9.050,75 manat təşkil edir. Ona görə də maddi zərərin əvəzinin ödənilməsi tələbi həmin həcmdə təmin olunmuşdur.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və maddi zərər hissəsində iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Bununla belə kassasiya məhkəməsi hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində vur ulmuş mənəvi zərərə görə cavabdehlərdən tutulan pul məbləği ədalətli olmamışdır.
48. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətd ə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
49. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
50. Kollegiya iddiaçının övladının səhhətinə dəymiş zərərin ağırlığını, onun bədən bütövlüyünün qalıcı şəkildə pozulmasını, bunun əmələ gətirdiyi sarsıntı və iztirabları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən mənəvi zərərin əvəzi kim i iddiaçının xeyrinə tutulan məbləğ dəyişdirilərək 5.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-956/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – tutulan mənəvi zərərin məbləği hissəində dəyişdirilərək 5000 (beş min) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.