Məhkəmə qərarları › İş №2(102)-3722/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3722/2020

17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3722/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı və Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13473/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) xx xxx xxx 2019cu il tarixli, 2(005)-498/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər “Cavabdeh1” MMC-dən və Cavabdeh2 maddi zərərə görə 3200 manat və Cavabdeh2 mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləapelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-498/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunaraq cavabdeh “Cavabdeh1” MMC-dən iddiaçının xeyrinə təyyarə biletinə xərclənən 255,96 manat, iddiaçının gözlərinin ə məliyyatına xərclənmiş 3200 manat, mənəvi zərərə görə 5000 manat, həmçinin, Türkiyə Cumhuriyyətinin “XXX” xəstəxanasına müayinəyə görə xərclənən 403,32 TL, gələcəkdə gözlərinin yenidən əməliyyatına xərclənəcək 16200 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə “Cavabdeh1” MMCdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh “Cavabdeh1” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən onun xeyirinə Cavabdeh1 klinikasına əməliyyat üçün ödədiyi 3200 manat, Türkiyədə müayinə edilməsi üçün xərclədiyi 5000 ABŞ dolları, 35000 AVRO gözünün yenidən Almaniyada əməliyyat edilməsi xərci, Almaniyaya gedib gəlmək və orada qaldığı müddət xərci olaraq 10000 ABŞ dolları və ona vurulan mənəvi zərərə görə 100000 manat pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, gözlərində olan katarakt xəstəliyi ilə əlaqədar Cavabdeh1na müraciət etmişdir. Həmin xəstəxananın həkimi Cavabdeh2 gözlərini müayinə etdikdən sonra bildirmişdir ki, 6 ay bundan öncə müraciət etməli idi. Ona görə də, təcili əməliyyat olunmalıdır. Əks təqdirdə gözünə “qara su” gələcək, görmə qabiliyyəti itəcək. İddiaçı buna inanmış və əməliyyata razılıq vermişdir. xx xxxxxx 2017-ci il tarixdə sol gözündə, xx xxxxxx 2018-ci il tarixdə sağ gözündə “FAKO+İOL transplatasiyası” əməliyyatı aparılmışdır. Əməliyyatdan sonra hər iki gözünün görmə qabiliyyəti aşağı düşmüş - gözünün önündə buludlar dolaşmağa başlamış, düz xətlər yaranmışdır. Cavabdeh1na müraciət etməzdən əvvəl bir neçə klinikaya, o cümlədən X13 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Orada iddiaçının gözlərini müayinə etmişlər, müayinənin nəticəsinə görə hər iki gözünün görmə qabiliyyətinin 0.8, 0.9 olduğu müəyyənləşdirilmişdir. Cavabdeh1nda aparılan cərrahiyyə əmaliyyatından sonra iddiaçıya təqdim olunan epikrizə görə, onun gözünün görmə qabiliyyətinin 0.4-ə düşdüyü müəyyən olunmuşdur. Cavabdeh klinikanın həkimi iddiaçının gözlərini əməliyyat edən Cavabdeh2 bunun səbəbini iddiaçıya izah edə bilməmişdir. Məcburiyyət qarşısında qalıb Türkiyəyə getmiş və orada Acıbadem Universitetinin Atakent xəstəx anasında professor doktor Murat Valaz gözlərini müayinə etmiş, nəticə olaraq aşağıdakıları ona bildirmişdir: Gözdə əməliyyat görmə faizi 50-dən aşağı olduqda aparılır. Əməliyyatdan bir müddət əvvəl X13 adına Milli Oftalmologiya Mərkəzinin etdiyi müayinədən əldə olunan nəticəyə görə görmə 80-90 % olmuşdur. Bu nəticə göstərir ki, onun gözlərində əməliyyata ehtiyac yox imiş. Əməliyyat nəticəsində gözlərinə yerləşdirilmiş billur (linza) trifokaldır, bu qəbildən olan linzaların yaşı 60-dan yuxarı olan insanların gözünə yerləşdirilməsi məsləhət deyil. Yerləşdirilmiş linzalar mərkəzə yox, yanlara istiqamətlənmiş, bu səbəbdən oxuma prosesinde fokslar birləşmədiyinə görə hərflər ikiləşir. İlkin olaraq həkim Cavabdeh2 müraciət edərkən onu qorxudaraq bildirmişdi ki, gözünə “qara su” gəlmək təhlükəsi vardır. Türkiyəli həkim gözün təzyiqini yoxlayaraq bildirdi ki, göz təzyiqi normanın yuxarı həddini aşdıqda bunu düşünmək olar, lakin sizin göz təzyiqi normanın aşağı həddindən də aşağıdır, bu halda gözə “qara su” gəlməsi ehtimalı sıfıra bərabərdir. Trifokal linzalar xüsusi aparatla qoyulmalıdır (aparatın dəyəri 600000 avrodur). Təkrar əməliyyat mümkündür. Lakin həkim gözün arxa pərdəsini lazerlə o qədər yonmuşdur ki, nazik bir pərdə qalmışdır. Təkrar əməliyyat olsa, pərdə deşilə bilər. Pərdənin bərpa olunması vaxt tələb edir. Türkiyə Respublikasında əldə etdiyi bu nəticələri onu əməliyyat edən Cavabdeh2 vermiş və onun etdiyi əməliyyatın ucbatından görmə qabiliyyətinin aşağı düşməsini, ona çəkilən ilkin xərcləri və bərpa edilməsi üçün tələb olunan xərcləri iddiaçıya ödəməli olduğunu bildir mişdir. O, xərcləri ödəməkdən imtina edərək, bildirmişdir ki, o, hansısa riskli fiziki hərəkətlər etmiş və nəticədə linzalar öz yerini dəyişmişdir. Bu pasiyentin öz günahıdır. İddiaçı əməliyyat üçün Cavabdeh1 klinikasına 3200 manat ödəmiş, Türkiyədə müayinə üçün bütöv xərclər 5000 dollar olmuşdur. xx xxxx 2019-cu il tarixdə birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsini, cavabdehlərdən iddiaçının xeyrinə Cavabdeh1 klinikasına əməliyyat üçün ödədiyi 3200 manat, Türkiyədə müayinə edilmə üçün xərclədi yi 5000 ABŞ dolları, 35000 AVRO gözünün yenidən Almaniyada əməliyyat edilməsi xərci, Almaniyaya gedib gəlmək və orda qaldığı müddət xərci olaraq 10000 ABŞ dolları və ona vurulan mənəvi zərərə görə 100000 manat məbləğində pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və kasasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq mübahisən Mülki Məcəllənin 1096-cı, 1097-cı, 1099-cu, 1112-ci, 1115-ci, 21-ci, 23-cü və digər qanunvericilik aktlarına əsasən həll etsə də, zərərin tam olaraq ödənilməsini təmin etməmiş, xüsusən də bu təmin etməmənin əsaslarını - yəni iddianı hansı səbəblərdən qismən təmin etməsini qətnamədə göstərməmişdir. Cavabdeh2 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi sübutları tam, obyektiv və hərtərəfli araşdırmadığından qətnamə işin faktiki halları ilə uyğunluq təşkil etmir. İddiaçının əməliyyatı zamanı Cavabdeh2 tərəfindən hər hansı texniki qüsura yol verilməmişdir. Lakin qətnamədə Cavabdeh2 texniki qüsura yol verməsi əsassız olaraq qeyd edilmişdir. İş üzrə keçirilmiş hər iki ekspert rəyində Cavabdeh2 texniki qüsura yol verməsi bir başa qeyd edilməmişdir. Belə ki, ekspert rəyində İddiaçı hər iki gözündə görmə qabiliyyətinin hazırkı zəifləməsinin trifokul linzaların dislokasiyası nəticəsində əmələ gəlməsi bu halın əməliyyatın qüsurlu icrası səbəbindən, yaşla bağlı bülluru saxlayan bağların fizioloji olaraq boşalması, keçirilmiş göz içi lal gedişli iltihabi dəyişiklikləri, büllurun arxa kapsulunun fibrozu, bəzi kiçik travmalar nəticəsində və sair hallarda yaranmasının mümkünlüyü ilə yarana biləcəyi bildirilmişdir. Ekspert rəylərindən də göründüyü kimi İddiaçı hər iki gözünə qoyulmuş trifokal linzaların dislokasiyası müxtəlif səbəblərdən yarana bilər. Trifokal linzaların dislokasiyası Cavabdeh2 texniki qüsura yol verməsi səbəbindən baş verməmişdir. Əgər trifokal linzaların dislokasiyası həkimin texniki qüsura yol verməs i nəticəsində yaranmış olsa idi əməliyyatdan dərhal sonra onun görmə qabiliyyəti zəifləmiş olardı. Lakin iddiaçı özü də etiraf etmişdir ki, əməliyyatdan sonra onun görmə qabiliyyəti yaxşılaşmış, bir müddət keçdikdən sonra problem yaranmışdır. Həmçinin xəstəyə əməliyyatdan sonra nə cür davranmalı olmağı, əməliyyat müddətində əyilmək, qəflətən başını qaldırmaq, böyrü və ya üzü üstə yatmaması gərəkdiyi, göz damcılarını vaxtı-vaxtında tökmək və sairə kimi təlimatlar da verilmişdir. Bütün bu təlimatların zəruri olduğu isə xəstənin diqqətinə xüsusi olaraq çatdırılsa da, görünür xəstə bu təlimatların heç birinə riayət etməmişdir. Təəssüf ki, həkimin xəstənin ambulator şəraitinə nəzarət etmə imkanı yoxdur. Belə olan halda isə bütün məsuliyyəti xəstənin üzərinə düşür. Xəstənin sonradan görmə qabili yyətinin pisləşməsi məhz onun əməliyyatdan sonraki ehtiyyat tədbirlərinə əməl etməməsinin nəticəsi ola bilər, çünki, hər bır intraokulyar linza nəhayətində protezin bir növüdür və müəyyən ehtiyatsızlıq və ya texniki travma nəticəsində öz yerini dəyişməsi ehtimalı olduqca yüksəkdir. Qeyd edilməsi zəruri olan bir digər məqam isə iddiaçının müayinə və müalicə üçün müraciət etdiyi “XXX” klinikası özəl tibb müəssisəsidir və Türkiyə Cümhuriyyətinin ən bahalı klinikalarından biridir. Halbuki sözügedən əməliyyatı keyfiyyət baxımından “XXX” klinikasından heç də geri qalmayan Türkiyə Cumhuriyyətinin dövlət xəstəxanalarında daha ucuz qiymətə elətdirmək olar. Bu səbəbdən də gələcəkdə iddiaçının gözlərinin yenidən əməliyyatı üçün “XXX” klinikası tərəfindən müəyyən edilmiş qiymətlər əsas götürülə bilməz. Eləcə də iddiaçı Türkiyədə deyil, ABŞ-da da müayinəyə gedə bilərdi ki bu onun müayinə və yol xərclərinin dəfələrlə artıq olmasına səbəb olacaqdır. Belə olan təqdirdə həmin xərclərin cavabdehdən tutulması isə tamamilə qanunsuzdur. Bu halda məhkəmə ağlabatan məbləğ müəyyən etməlidir.Bir məqamı da xüsusi ilə qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasında iddiaçının gözlərinin təkrar əməliyyatın həyata keçirilə bilməməsini həmin əməliyyatın yalnız Almaniyada və ya Türkiyədə həyata keçirilə biləcəyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, Səhiyyə Nazirliyinin Xaricdə müalicə üzrə komissiyasının ölkə daxilindəki klinikalarda müalicənin mümkünsüzlüyü barədə rəyi mövcud olmamışdır. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kasa siya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabdeh2 vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh “Cavabdeh1” MMC-nin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, xx xxxxxx 2017-ci il tarixli tibbi yardımın göstərilməsi haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, özəl tibbi fəaliyyət həyata keçirən Cavabdeh1 Xəstəxanası MMC-nin baş həkimi X4 bir tərəfdən, digər tərəfdən İddiaçı arasında “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tibbi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Tibb müəssisəsi tibbi yardım a ehtiyacı olan İddiaçı tibbi xidmət göstərməyi, tibbi yardıma ehtiyacı olan şəxs isə göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1.2-ci bəndinə əsasən xəstəyə katarakt tibbi diaqnozu qoyulmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən müalicə həkimi tərəfindən tibbi yardıma ehtiyacı olan xəstə İddiaçı qoyulmuş diqonoz üzrə keçirilən əməliyyatdan sonra aşağıdakı risk və ağırlaşmaların ola biləcəyi izah edildi: İnfeksiya riski. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə tibbi yardıma ehtiyacı olan şəxs barəsində tibbi norma və standartların düzgün tədbiqinə görə müalicə həkimi məsuliyyət daşıyır. xx xxxxxx 2018-ci il tarixli tibbi yardımın göstərilməsi haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, özəl tibbi fəaliyyət həyata keçirən Cavabdeh1 Xəstə xanası MMC-nin baş həkimi X4 bir tərəfdən, digər tərəfdən İddiaçı arasında “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tibbi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Tibb müəssisəsi tibbi yardıma ehtiyacı olan İddiaçı tibbi xidmət göstərməyi, tibbi yardıma ehtiyacı olan şəxs isə göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1.2-ci bəndinə əsasən xəstəyə katarakt tibbi diaqnozu qoyulmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən müalicə həkimi tərəfindən tibbi yardıma ehtiyacı olan xəstə İddiaçı qoyulmuş diqonoz üzrə keçirilən əməliyyatdan sonra aşağıdakı risk və ağırlaşmaların ola biləcəyi izah edildi: İnfeksiya riski. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə tibbi yardıma ehtiyacı olan şəxs barəsində tibbi norma və standartların düzgün tədbiqinə görə müalicə həkimi məsuliyyət daşıyır. İddiaçı adına tərtib edilmiş 469/KEŞ saylı məhkəmə-tibb ekspert rəyindən görünür ki, 1947-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə və yüksək ixtisaslı mütəxəssis araşdırmalarına əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona Cavabdeh1 klinik xəstəxanada xx xxxxxx 2017-ci il tarixdə sol göz və xx xxxxxx 2018-ci il tarixdə sağ göz üzərində katarakta fakoHol transplantasiyası cərrahiyyə əməliyyatları icra edilmişdir. Göz cərrahiyyəsində müvafiq linzala rın transplantasiyası əməliyyatı müasir usul hesab olunur. Göz üzərində aparılan əməliyyatlar xəstənin görmə qabiliyyətinin faizin yüksəldilməsi naminə icra edilir. Əgər yanaşı xəstəliklər buna mane olmursa,görmə qabiliyyətin vahidə, yəni 1,0 dioptriyaya yaxın olması nəzərdə tutulur. İddiaçı keçirdiyi cərrahiyyə əməliyyatlarından sonra onun xx xxxxxx 2019-cu il tarixdə Milli Oftalmologiya Mərkəzində müayinəsi zamanı korreksiyasız görmə qabiliyyəti sağ gözdə 0,6, sol gözdə isə 0,3 olduğu müəyyən edilmişdir. Trifokal linzalar inkişaf etmiş dövlətlərdə istehsal olunur, lakin İddiaçı hər iki gözə yerləşdirilmiş linzaların hansı dövlətə məxsus olması haqqında dəqiq fikir söylənilməsi mümkün olmadı. İddiaçı mütəxəssis oftalmoloqların müayinələrinə əsasən, onda hər iki gözə qoyulmuş linzalar nor malda mərkəzdə yerləşməli olduğu halda, mərkəzdə deyil, kənarda yerləşmişlər. Bunun nəticəsində görmə qabiliyyətində hərflərin ikiləşməsi, “buluda bənzər” görüntülər, qara xəttlər və nöqtələr qeyd olunur. Linzaların dislokasiyası (yerinin dəyişməsi) əməliyyatın texniki qüsuru səbəbindən baş vermiş və hal-hazırda İddiaçı təkrari cərrahi əməliyyatının keçirilməsinə ehtiyacı vardır. Trifokal linzaların qoyulması xüsusi aparat və ya texniki vasitə tələb etmir. İddiaçı adına Cavabdeh1ndan verilmiş Epikrizdən görünür ki, o, xx xxxxxx 2017-ci il tarixdə klinikaya daxil olmuşdur. “Göz dibi OU stabil; Ön hissə: OU-PXS; Büllur: OU-kortikal katarakta; VisOD-0,5; VisOS-0,5; TnOD- 12mm.c.st.; OS-16mm.c.st. Müalicə: Xəstənin xx.xx.2017-ci il tarixində sol gözü yerli anesteziya altında katarakta FAKO+İ OL transpalntasiyası əməliyyatı olundu. Əməliyyat fəsadsız başa çatdi. Aseptik sarğı qoyuldu. Son klinik diaqnoz: “QU-Katarakta”. İddiaçı adına Cavabdeh1ndan verilmiş Epikrizdən görünür ki, o, xx xxxxxx 2018-ci il tarixdə klinikaya yenidən daxil olmuşdur. “Göz dibi OU-stabil; Ön hissə: OU-PXS; Büllur: OUkortikal katarakta; OS-Pciol; VisOD-0,7; VisOS-0,5; TnOD-12mm.c.st.; OS-13mm.c.st. Müalicə: Xəstənin xx.xx.2018-ci il tarixində sağ gözü yerli anesteziya altında katarakta FAKO+İOL transpalntasiyası əməliyyatı olundu. Əməliyyat fəsadsız başa çatdi. Aseptik sarğı qoyuldu. Son klinik diaqnoz: “QUKatarakta”. İddiaçı adına X13 adına “Milli Oftalmologiya Mərkəzi”ndən verilmiş tibbi sənəddən görünür ki, onda sag gözün görmə itiliyi 0,8-0,9; sol göz 0,8-0,9. Diaqnoz: “OD-Başlanğıc natamam katarakt a; OS-Artifamiya, desentrasiya”. Məsləhət: MOM-nə müraciət. Cavabdeh2 M.05.2018-ci il tarixli müayinə cavabından görünür ki, İddiaçı OD-0,4; OS0,4. OD +0,50-1,50x170. OS- +1,0-1,0x115. Tn OD=14mm.c.st.; OS=13mm.c.st. Gözün ön hissəsi (OU) cornia şəffaf. Büllur (OU) Pciol. Fundus: OS (OU) manula stabil. Diaqnoz: “Katarakta olunmuş vəziyyət”. İddiaçı adına “ATU-nun X8”nın Oftalmologiya şöbəsinin müdiri t.ü.f.d. Q.İsmayılovun xx xxxxxx 2018-ci il tarixli müayinə cavabından görünür ki, xəstədə “VisOD=0,l; VisOS=0,l. OU “Fako+İOL” əməliyyatı icra olunub. Müasir üsuldur. Xəstənin görməsi hər iki gözdə 0,1, yəni 10%-dir. Multifokal, trifokal, linzalar bütün dövlətlərdə istehsal olunur (Amerika, Alman, Yapon, Niderland, Hindistan və s.). Linza yerini dəyişmiş və yaxud düzgün qoyulmayıb, hər ikisin də eynidir. Lensin mərkəzdə olmaması ilə əlaqədardır. Xeyr, Trifokal linzalar kartric B, C, və menarx vasitələrlə qoyulur. Xəstəyə lensin eksplantasiyası, yəni çəxarılıb yeni monofokal qoyulması əməliyyatı və yuaxud lensin mərkəzləşməsi icra olunmalıdır. Multifokal linzalarda kənarda həlqələr, gecələr görmə yayıntıları, pis görmə, ikiləşmə olan problemlərdir. Hər insan beyni buna öyrəşə bilmir. X13 adına “Milli Oftalmologiya Mərkəzi”ndən verilmiş xx xxxxxx 2019-cu il tarixli 41 saylı “RƏY”dən görünür ki, İddiaçı VisOD=0,6kor.ilə cyl+0,5axl07°=0,8; VisOS=0,3kor.ilə sph+l,25=cyl-120ax20°=0,6. RFOD, RFOS TnOD=18,3nulegst; Tn=17,6nulegst. OL-Buynuz qişa şəffaf ön kamera orta dərinlikdə mayesi şəffaf. Bəbək mərkəzdə orta gerilikdə, işığa reaksiya canlıdır. Büllur çıxarılıb, süni bullur (trifoka l) arxa kameradadır. Yarıqlı biomikroskopiya müayinədə optik mərkəzdən aşağı və temporala dislokasiya izlənilir (OS>OD); Arxa kapsul dissiriya olunub, şüçəvari cisimdə az destruksiya izlənilir. Göz dibi: GSM-nin hüdudları, aydın, rəngi açıq çəhrayı, periferiyada pa;alogiyasızdır. AN=2/3dır. OU-ön ultrasəs biomikroskopiya süni büllurun önə və aşağı dislokasiyasını təyin edir. Renital OCT müayinədə fıksasiya nöqtəsinin parafoveolyar dislokasiyası izlənilir. Diaqnoz: “OU-Artifakiya; OU-sadə hipermetropik astiqmatizm oxlarla, emnutropiya və 1,0 DHm (bir); OS-Qarışıq astiqmatizm oxlarla; 10DM və lODHm bir). Xəstə hər iki gözdə FAKO+Trifokal İOL implantasiya və OU-yağ lazer arxa kapsulotomiya əməlliyyatları icra edilmişdir. Aparılan əməliyyatın nəticəsi olaraq xəstənin uzaq, orta yaxın və yaxın məsafələrdə görmə itiliyi eynəkisiz edilməli və binokulyar görmə itiliyi təqribən 1,0 olmalı idi. Hal-hazırda görmənin aşağı olması xəstənin digər şikayətləri süni büllurun dislokasiyası və bununla əlaqədar yaranmış ostiqmatizmlə izah olunur. Nəzərə almaq lazımdır ki, bu növ linzaların implantasiyası zamanı kapsulun tamlığının maksimal qorunması və süni büllurun gələcək minimal dislokasiyasının qarşısının alınması üçün ön kapsul kəsiyinin optimal diametrinin və sirkulyar konfiqurasiyasını və daha sonra YAB lazer arxa kapsulotomiyanın icra müddətinin və diametrinin düzgün həyata keçirilməsi çox önəmlidir. Əməliyyatın bu etablarında yol verilən xəta süni büllurun dislokasiyasına zəmin yaradır. İddiaçı adına tərtib edilmiş 237 saylı məhkəmə-tibb ekspert rəyindən görünür ki, 1947-ci il təvəllü dlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və iş materiallarına əsaslanaraq, qərarda qarşıya qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı adına Cavabdeh1 klinikasında tərtib edilmiş sənədlərdə göstərilənlərə əsasən xx xxxxxx 2017-ci il tarixdə onun sol göz alması və xx xxxxxx 2018-ci il tarixdə sağ göz alması üzərində “Katarakta FAKO+İOL transpalntasiyası” cərrahiyyə əməliyyatları icra edilmişdir. Bu tip əməliyyatlarda müvafiq linzalardan istifadə olunması müasir üsullardandır. Bu tipli göz cərrahiyyəsi əməliyyatlarında, hər hansı əks göstəriş yoxdursa, xəstənin görmə qabiliyyətinin vahidə, yəri 1.0 dioptriyaya çatdırılması üçün nəzərdə tutulur. İddiaçı xx xxxx 2019-cu il tarixdə ATU-nun oftalmologiya kafedrasında müayinədən keçirilmiş və müayinənin nəticəsinə görə, onun hər iki gözün görmə qabiliyyəti 0,1-0,2 olduğu müəyyən edilmişdir. İddiaçı hər iki gözündə yerləşdirilmiş trifokal linzaların istehsalçısı haqqında təqdim edilmiş iş materiallarında hər hansı bir məlumat olmadığından bu barədə dəqiq fikir söyləmək mümkün deyildir. İddiaçı hər iki gözündə görmə qabiliyyətinin hazırki zəifləməsi trifokal linzaların dislokasiyası (yerinin deyişməsi) nəticəsində əmələ gəlmişdirlər, bu hal əməliyyatın qüsurlu icrası səbəbindən, yaşla bağlı bülluru saxlayan bağların fiziloji olaraq boşalması, keçirilmiş göz içi lal gedişli iltihabi dəyişikliklər, büllurun arxa kapsulunun fibrozu, bəzi kiçik travmalsr nəticəsində və sair hallarda yaranması mümkündür. İddiaçı hal-hazırda görmə zəifliyinin səbəbi göz içi süni büllurun dislokasiyası (yerdəyişməsi) ilə ba ğlıdır və bu da təkrar cərrahi əməliyyatla aradan qaldırıla bilər. Gözdə aparılan cərrahiyyə əməliyyat zamanı trifokal linzaların yerləşdirilməsi üçün xüsusi aparat və ya texniki vasitədən istifadəyə ehtiyac olmur. ATU-nun cərrahiyyə korpusunun oftalmologiya kafedasının həkim-oftamoloqu Hafiz Qəhrəmanovun xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, “X7 VİSOD=0,1-0,2k/v VİSOS=0,1-0,2k/v TNOD=16 TNOS=17. Ön seqmentin biomikroskopiyası: ön kamera orta dərinlikdədir, düzgündür, bəbək dairəvi və işığa reaksiyası canlıdır. Hər iki gözdə bəbək arxasında (arxa kamerada yerləşmiş) trifokal İOL(süni billur) qeyd olunur. Hər iki İOL dislokasiya (yerini dəyişmiş) vəziyyətdədir. Bu halın aparılmış qüsurlu cərrahiyyə əməliyyatın nəticəsində yaranması mümkündür. Lakin belə hallar digər müxtəlif səbəb lərdən də yarana bilər. Bu səbəblərdən aşağıdakıları göstərmək vacibdir. Xəstənin yaşı, yaşla bağlı, bülluru saxlayan bağların fizioloji olaraq boşalması, keçirilmiş göz içi lal qedişli iltihabı dəyişikliklər (uveitlər) büllurun arxa kapsulunun fibrozu, bəzi kiçik travmalar nəticəsində də göziçi süni büllurun yerdəyişməsi baş verə bilər. Hal-hazırda görmənin zəif olması göziçi süni büllurun dislokasiyası ilə (yerdəyişməsi ilə) bağlıdır. Bu hal təkrari cərrahi əməliyyatla aradan qaldırıla bilər.” xx.xx.2019. Həkim H.M.Qəhrəmanov. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli sorğusuna əsasən Türkiyə Cumhuriyyətinin XXX Universitesi Atakent xəstəxanasının Azərbaycan nümayəndəliyi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019 cu il tarixli cavab məktubuna əlavə olunan sənədlərdən müəy yən olunur ki, iddiaçı XXX X1 xx xxxxx 2018-ci il tarixdə müayinə olunmuş və 302,50TL məbləğində pul (“Poliklinik Muayene (X14.Dr.M.Yollar) digər xidmətlərə görə 100,82 TL məbləğində (Diger hizmet gelirleri avans kapatma–ödenecek tutar) pul ödəmişdir. Həmçinin gələcəkdə İOL çıxarılması və linza taxılması tək göz üçün 8100 ABŞ dolları, cüt göz üçün 16 200 ABŞ dolları pul xərclənməlidir. “Şəms Tərcümə Xidmətləri Mərkəzinin” Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzindəki tərcümə şöbəsində tərcümə edilmiş özəl tibbi sığorta xəstə məlumat formasından görünür ki, İddiaçı xx xxxxx 2018-ci il tarixdə XXX X2 müraciət etmiş və müraciət qeydində bildirilmişdir ki, aparılan müayinədə multifokal göz içi linzalar gicgaha tərəf yer dəyişib, fiksasiyası zamanı yaxını görmə effektsizdir. “Azərbaycan Hava Y olları” (AZAL) tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli elektron təyyarə biletinin qəbzindən müəyyən olunur ki, X12 X3 Aeroportna gediş bileti olaraq İddiaçı 255,96 AZN məbləğində pul ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı 2017-ci ilin noyabr ayında sol gözündə yaranmış narahatlıqla əlaqədar Cavabdeh1 Klinikasında işləyən Cavabdeh2 müraciət etmişdir. Aparılmış müayinə nəticəsində cərrahi əməliyyat təklif olunmuş, o, həkim məsləhətinə inanaraq cərrahi əməliyyata razılıq vermiş və onların arasında xx xxxxxx 2018-ci il tarixli tibbi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. xx xxxxxx 2017-ci il tarixdə sol gözündə, xx xxxxxx 2018-ci il tarixdə isə sağ gözü üzərində cərrahiyyə əməliyyatı icra edilmiş və linza implan tasiya aparılmışdır. Göstərilən manipulyasiyalara baxmayaraq bir neçə günlük yaxşılaşma olsa da, yenidən görmə qabiliyyətində problem yaranmışdır. İddiaçı təkrar əməliyyat üçün Türkiyə Respublikasına getmişdir. Lakin əməliyyatın uğurlu olmasına dair yalnız Almaniya Federativ Respublikasında olan xəstəxana təminat verdiyi üçün iddiaçı nə Azərbaycan Respublikasında, nə də ki, Türkiyə Respublikasında əməliyyat ola bilməmişdir. İddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericili yin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icra sı zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1115-ci maddə sinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, Cavabdeh1 klinikasında Cavabdeh2 tərəfindən aparılan əməliyyat nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur. Bu faktı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli sorğusuna əsasən Türkiyə Cumhuriyyətinin “XXX” xəstəxanasının Azərbaycan nümayəndəliyi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli cavab məktubunu müşayiət edən sənədləri və “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli elektron təyyarə biletinin qəbzini, həmçinin Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələblərini və gözlənilən əməliyyatın nəticəsinə Azərbaycan Respublikasında və Tükkiyə Respublikasında təminat olmadığını nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya vurulan maddi ziyana görə cavabdeh “Cavabdeh1” MMC-dən iddiaçının xeyrinə Türkiyə Cumhuriyyətinin “XXX” xəstəxanasına müayinəyə görə xərclənən 403,32 TL, təyyarə bil etinə xərclənən 255,96 manat və iddiaçının gözlərinin əməliyyatına xərclənmiş 3200 manat, gələcəkdə gözlərin əməliyyatına xərclənəcək 16 200 ABŞ dolları “Cavabdeh1” MMC tərəfindən iddiaçıya ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəllifl ik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlaba tan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsi rini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqə təlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıla rın hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qar şı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X9 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə hesab hesab etmişdir ki, cavabdeh “Cavabdeh1 Klinik” Xəstəxanasından mənəvi zayan görə 5000 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apelyasiya şikayətində qeyd etmişdir ki, tutulmuş maddi zərər olan “Cavabdeh1na” əməliyyat üçün ödənilmiş 3200 manatın ödənilməsini təsdiq edən sənəd mövcud deyildir və iddiaçı müəllim olduğu üçün normalda 2500-3000 manat dəyərində olan əməliyyata və yüksək keyfiyyətli Niderland istehsalı olan və zəmanətli linzalara görə ona endirim edilərək, bütün b unlar üçün ondan cəmi 1500 manat vəsait alınmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətində qeyd etdiyi bu hala qiymət verərək, cavabdehin linzaların dəyərinin 2500-3000 manat olmasını etiraf etməsi kimi qiymətləndirmişdir. Həmçinin cavabdeh tərəf iddiaçıya əməliyyat xərcinə endirim edilməsinə dair də hər hansı bir sənədi nə birinci instansiya məhkəməsinə, nə də ki, apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Digər tərəfdən “Cavabdeh1 Klinik” Xəstəxanasının nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində izahatında qeyd edilən əməliyyat üçün İddiaçı 3200 manat alındığını etiraf etmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalı, cavabde h “Cavabdeh1” MMC-dən iddiaçının xeyrinə təyyarə biletinə xərclənən 255,96 manat, iddiaçının gözlərinin əməliyyatına xərclənmiş 3200 manat, mənəvi zərərə görə 5000 manat, həmçinin Türkiyə Cumhuriyyətinin “XXX” xəstəxanasına müayinəyə görə xərclənən 403,32 TL və gələcəkdə iddiaçının gözlərinin yenidən əməliyyatına xərclənəcək 16200 ABŞ dolları məbləğində pulun tutularaq, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə “Cavabdeh1” MMC-dən iddiaçının xeyrinə ödənilməli və iddia tələbində qeyd edilən digər hallar məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiy a instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kassasiya şikayətində iddia tələbinin rədd edilən hissəsini mübahisələndirmiş, məhkəmənin həmin hissədə düzgün olmayan nəticəyə gəldiyini göstərmişdir. İddiaçının kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi və gələcəkdə gözlərinin yenidən əməliyyatına xərclənəcək xərclə bağlı hissəsi tam təmin edilməmişdir. Məhkəmə kollegiyası Plenumun yuxarıda istinad edilən qərarlarına və hazırki işin hallarınə əsasən hesab hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 5000 manat mənəvi ziyanın tutulması barədə gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın tutulmasını da qət etməklə iddiaçının düşdüyü mənəvi ziyan qismən kompensasiya edilmişdir. Hazırki halda cavadehdən iddiaçının xeyrinə tələb edilən məbləğdə, yəni 100000 manat mənəvi ziyanın tutulması iddiaçının əsassız varlanmasına gətirib çıxarar. İddiaçının tələbinin rədd edildiyi digər hissə ilə bağlı, yəni gələckdə gözünün əməliyyat olunması ilə bağlı çəkdiyi xərc lərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi 16200 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə “Cavabdeh1” MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət etmiş, bununla yanaşı, gələcəkdə gözünün əməliyyatı ilə bağlı çəkdiyi xərcin qət edilən məbləğdən artıq hissəsinin tutulması ilə bağlı tələb irəli sürmək hüququ izah olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərək iddiaçının gələcəkdə gözünün əməliyyat edilməsi üçün 16200 ABŞ dolları pulun tutulması qənaətinə gəmişdir ki, bu hissədə məhkəmə hər hansı bir prosessual pozuntuya yol verməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegi yası qeyd edir ki, cavabdeh baş vermiş bu halın iddiaçının əməliyyatdan sonra gözün qulluq etməməsi, verilən tövsiyyələrə əməl etməməsi ilə bağlı meydana gəldiyini qeyd etmişdir. Lakin iş materiallarına əsasən cavabdehin qeyd etdyi bu hallar təkzib edilmişdir. İddiaçınn gələcəkdə aparılacaq əməliyyat xərcinin Türkiyədə bahalı özəl klinika olan “XXX” klinikasında əməliyyat olmasına heç bir zərurət olmaması, Türkiyənin digər dövlət xəstəxanalarında da bu əməliyyatın edilməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə məhkəmə kollegiyası qeyd edir ki, bu iddiaçının seçimi olmaqla hər hansı bir halla məhudlaşdırıla bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh2 kasasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13473/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar