Məhkəmə qərarları › İş №2(102)-3723/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3723/2024

04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3723/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma nəticəsində pul tələbi, sübut etmə yükü) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-224/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) və Cavabdeh (bundan sonra “cavabdeh”) qohumdurlar.

2. İddiaçı və cavabdeh maldarlıqla məşğul olmuşlar.

3. Mübahisə bununla bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qoyun yatağına və 6 hektar torpaq sahəsinə görə verdiyi 19000 manat, çiy kərpicdən tikilmiş istifadə üçün yararsız vəziyyətdə olan çoban evinin sökülməsinə görə fəhlələrə verdiyi 200 manat, yeni tikilmiş çoban evinin tikinti materiallarına verdiyi 2500 manat, mişar daşlarının və qumun alınması üçün cavabdehə verdiyi 600 manat, sementə verdiyi 400 manat, binanın tikintisinə görə usta və fəhlələrə verdiyi 1200 manat, qoyunlar üçün tikilmiş yay qəhəli nin materiallarına verdiyi 300 manat, qaynaqçıya verdiyi 50 manat, evindən gətirib yatağa qoyduğu “Samsung” markalı televizora görə 500 manat, krosna aparatına və onun avadanlıqlarına görə 100 manat, “Hyunday” markalı 2.4 kv-luq işıq motoruna görə 600 manat, 1 kv işıq verən motora görə 200 manat, evinin işlənmiş mebellərinə görə 300 manat, odun sobasına görə 50 manat, 3 ədəd taxta qapıya görə 500 manat, dəmir qapıya görə 200 manat, 2 taxta pəncərəyə görə 100 manat, 1 ədəd kiçik plastmas pəncərəyə görə 50 manat, həmin əşyalara görə cəmi 2600 manatın, qoyunların mövsümü müalicəsi və digər iynə və dərmanlarına görə verdiyi 1000 manatın, əskik olan 152 baş ana qoyuna görə 30400 manatın, əskik olan 177 baş quzuya görə 17700 manatın, 4 baş törədici erkəyə görə 1600 manatın, cəmi 80150 manatın, b ank uçot dərəcəsinə görə 9618 manatın, həmçinin dövlət rüsumuna görə ödədiyi 395 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, 2018-ci ilin yay aylarında iddiaçının qaynı olan cavabdeh ona bildirmişdir ki yaşadıqları evin həyətində təxminən 20-25 baş xırda buynuzlu davar saxlayır. Qoyunların iyindən qonşuları çox narazılıq edirlər. Həm də rayon mərkəzində qoyunları otarmaq üçün örüş sahəsi də yoxdur. İddiaçı da həyətdə cavabdehin qoyun saxladığı şəraitlə yaxından tanış olandan sonra ona bildirmişdir: “narahat olma, 5-6 aya yaxşı yataq yeri tapıb səni burdan çıxaracağam. Həm sənin qoyunlarına, həm də mənim alacağım qoyunlara birlikdə baxarsan”. İddiaçı bu məqsədlə Biləsuvar rayon İHB-nın Aşağı-Cürəli kənd icra nümayəndəsi X12 nümayəndəliyin ərazisində yaxşı örüşü olan yataq yeri satan olub-olmamasını soruşmuş, sonuncu da nümayəndəliyin Xkəndi ərazisində X adlı şəxsin 6 hektar torpaq sahəsi olan yatağını satdığını bildirmişdir.

6. İddiaçı X adlı şəxsin Masallı rayonunda yaşayan qaynı X6 və Bakı şəhərində yaşayan digər qaynı X7 ilə mobil telefonla əlaqə saxlamış, onlar Xın baldızının adına sənədləşdirdiyi (onların bacısının) 6 hektar torpaq sahəsini və üzərində yerləşən yatağı satmaq istədiyini və həmin torpağın satılması ilə Xın məşğul olduğunu bildirmiş və Xın telefon nömrəsini iddiaçıya vermişlər. İddiaçı Xla telefon vasitəsi əlaqə saxlayıb danışmış, X 6 hektar torpaq sahəsini və yatağı ona 20000 manata satacağını bildirmiş, iddiaçı isə ona hörmət etməyi və qiymətdən bir qədər çıxmağı xahi ş etmişdir. X isə 1000 manat çıxmaqla torpağı və yatağı 19000 manata iddiaçıya satacağını bildirmiş və onlar razılaşmışlar. Onların söhbəti 2018-ci ilin iyul ayında olmuşdur. Həmin ayın axırlarında Xın baldızının əri X20 iddiaçının işlədiyi aptekə gələrək torpağın çıxarışını gətirdiyini və sənədləşmə işlərinin aparılması üçün Masallı rayonunda yerləşən ASAN xidmətdə olan notariusa getməyi bildirmişdir. İddiaçı 19000 manatı XXXə vermək istədikdə, sonuncu bildirmişdir ki, sənədləşmə işi yekunlaşandan sonra pulu qəbul edəcəkdir. XXX, arvadı XXvə cavabdeh Masallıya getmişlər. Bir neçə saat keçəndən sonra cavabdeh zəng edərək bildirmişdir ki, pulu notariusun depozit hesabına keçirmək lazımdır, yoxsa alqı-satqı müqaviləsini bağlamaq mümkün olmayacaq. Buna görə də, iddiaçı taksi fəaliyyəti ilə mə şğul olan qardaşı Şahid1 işlədiyi aptekə çağırıb 19000 manatı ona verərək bildirmişdir ki, pulu təcili olaraq Masallıda ASAN xidmətdə olan cavabdehə çatdırsın. Qardaşı pulu verəndən sonra cavabdeh iddiaçıya zəng edərək Vaqifəlinin pulu ona verməsini bildirmişdir. Torpaq Xın baldızı X1 adına olmuşdur. İddiaçı həmin torpağı cavabdehin adına sənədləşdirmək istəmişdir. Bu barədə fikrini cavabdehə dedikdə cavabdeh onunla razılaşmışdır.

7. İddiaçı 6 hektar əkin torpaq sahəsinə və yatağa görə 19000 manat şəxsi vəsaitini cavabdehə vermiş, lakin torpaq sahəsinin alqı-satqı müqaviləsini cavabdehin adına sənədləşdirmişdir. Cavabdeh iddiaçının qaynı olduğundan aralarında olan səmimi münasibətə görə ona inanaraq bütün sənədləşməni iddiaçı cavabdehin adına aparmışdır. Həmin torpaq sahəsinin və yatağın sahibi kimi hamı iddiaçını bilir, Xkəndinin sakinləri oranı “XXXXXnin yatağı” kimi tanıyırlar. Bütün Xkəndinin sakinləri dindirilərsə, onlar hamısı 6 hektar torpağın və yatağın sahibinin iddiaçının olduğunu təsdiq edəcəklər. Onlar cavabdehin yatağın çobanı kimi tanıyırlar. Əslində də cavabdeh çobandır. Cavabdeh iddiaçının qoyunlarının hesabına tanınıb. İddiaçı yatağa cavabdehin rəhbər təyin edənə qədər, onların maddi vəziyyəti yaxşı olmamışdır. Hətta cavabdehin evlərində və həyətlərində heç bir şərait yox idi. Cavabdeh iddiaçının qoyunlarını mənimsəyərək öz və ailəsinin vəziyyətini düzəltmişdir.

8. Torpağın sənədləşmə işi qurtarandan sonra iddiaçı 2018-ci il oktyabr ayının əvvəllərindən həmin torpaqda yerləşən çiy kərpicdən tikilmiş, baxımsızlıq ucbatından istifadə üçün yararsız olan yaşa yış binasını sökdürmüş, həmin tikililəri öz şəxsi vəsaiti hesabına həmkəndliləri X21 (usta), X16 (fəhlə) hördürmüşdür. Söküntü işlərinə görə iddiaçı həmin şəxslərə 200 manat pul vermişdir. Söküntüdən sonra iddiaçını layihəsi əsasında onlar otaq və dəhlizdən ibarət olan çoban evini tikmişlər. İddiaçı usta və fəhləni gündəlik işə öz şəxsi “Niva” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə aparıbgətirmişdir. Tikinti üçün lazım olan bütün tikinti materiallarını iddiaçı öz şəxsi vəsaiti hesabına almışdır. Bütün tikinti materiallarına iddiaçı 2500 manat, cavabdehə 600 manat pul vermişdir. Həmin pulla cavabdeh mişar daşlarını və qum almışdır. Gündəlik sementi isə yolun üstündə yerləşən dükanlardan almışdır. Sementə 400 manat pul vermişdir. Evin bütün qapı pəncərələrini iddiaçı evind ən aparmışdır. Usta və fəhləyə birlikdə 1200 manat pul vermişdir. İddiaçı yay üçün qoyun damının materiallarını həmkəndlisi Həbibin dükanından 300 manata almışdır. Qaynaq işlərinə görə qaynaqçıya 50 manat pul vermişdir. Bu xərclərin heç birində cavabdeh iştirak etməmişdir. Bundan başqa, evindən 500 manata olan “Samsung” markalı televizoru, 100 manata olan krosna aparatını və onun avadanlıqlarını, 600 manat dəyərində “Hyunday” markalı 2,4 kv. işıq motorunu, 200 manat dəyərində olan 1 kv işıq verən motoru, qiyməti 300 manat olan işlənmiş mebellərini, qiyməti 50 manat olan odun sobasını, qiyməti 500 manat olan 3 ədəd taxta qapını, qiyməti 200 manat olan dəmir qapını, qiyməti 100 manat olan 2 ədəd taxta pəncərəni, qiyməti 50 manat olan balaca plastmas pəncərəni yatağa iddiaçı gətirmişdir. Bu a vadanlıqlar hazırda da yataqdadır və onlardan cavabdeh istifadə edir, bu şeylərin cəmi dəyəri 2600 manat təşkil edir. Həmin vaxt cavabdehin tikintiyə xərc qoymağa və yatağa hansısa əmlakı aparmağa heç bir imkanı yox idi.

9. Bundan başqa, həmin ərazidə yerləşən qoyun damı mişar daşından tikilmişdir və istifadə üçün yararlı vəziyyətdə idi. Qoyun damının qabağındakı açıq tikili də tam yararlı idi. Həmin tikililərə cavabdeh heç bir xərc çəkməmişdir. Tikintini qurtarandan sonra cavabdeh iddiaçının razılığı ilə həyətində saxladığı 25 baş qoyunu həmin yatağa gətirib saxlamağa başlamışdır. İddiaçı isə 2018-ci ilin oktyabr ayından başlayaraq özünə yataqda saxlamaq üçün qoyun almağa başlamışdır. Həmin vaxt iddiaçı heyvandar tanışı X22 rayonun Ağalıkənd kəndində yaşayan X36 və X30 qardaşlarından 35 b aş boğaz şişəyin hər birini 180 manatdan olmaqla cəmi 6300 manata almış və qoyunları Bəhramla birlikdə yatağa gətirərək, saxlamaq üçün xxxa vermişdir. Ağalıkənd kəndindən qoyunları tanımadığı Qazel markalı avtomobildə yatağa gətirmiş, sürücüyə zəhmət haqqına görə 30 manat pul vermişdir. İddiaçı 2018-ci ilin oktyabr ayında rayonun mal bazarından heyvandar həmkəndliləri İbX23 və Şahid4 Bəhrəm oğlunun köməkliyi ilə İmişlidən olan şəxslərdən 28 baş ana qoyun almışdır. Həmin qoyunların yarısı yanı balalı, yarısı isə boğaz idi. Qoyunların hər birinə orta hesabla 210 manat verməklə, 28 baş ana qoyuna görə 5880 manat pul vermişdir. Həmin qoyunları İbX23 və Şahid4 Bəhrəm oğlu ilə birlikdə bazardan almış və onların yanında bazarda cavabdehə təhvil vermiş və cavabdeh iki dəfəyə həmin qoyunları “Niv a” avtomobilinin qoşqusunda yatağa gətirmişdir. İddiaçı 2018ci ilin dekabr ayında rayonun mal bazarından heyvandar həmkəndliləri X23 və Şahid4 Bəhrəm oğlunun köməkliyi ilə tanımadığı ayrı-ayrı şəxslərdən 27 baş ana qoyun almış, həmin qoyunların hamısı balalı olmuşdur. Qoyunların hər birinə orta hesabla 240 manat olmaqla, 27 baş yanıbalalı ana qoyuna görə mal sahiblərinə 6480 manat pul vermis, qoyunları saxlamaq üçün həmkəndliləri İbX23 və X9 yanında sayaraq cavabdehə təhvil vermişdir. Cavabdeh həmin qoyunları “Niva” markalı avtomobilin quşqusu ilə mal bazarından yatağa gətirmişdir.

10. İddiaçı 2019-cu ilin yaz aylarında X5 58 baş qoyunu, 1 baş yanıbalalı keçini, 1 baş “Beyləqan cinsi” deyilən qoçu 6500 manata alaraq saxlamaq üçün yatağa gətirib cavabdehə təhvil vermişdir. Faiq İbrahimovun yatağı onun yatağına yaxın yerdə yerləşir.

11. Bundan başqa, iddiaçı bazarda tanımadığı adamdan hər biri 400 manatdan olmaqla 1600 manat verib 4 baş törədici erkək almışdır. Onları da yatağa gətirib cavabdehə təhvil vermişdir. 2018-ci ildə aldığı qoyunların dişi balalarından 40 başını damazlığa saxlamışdır. 2020-ci ildə həmin davarlar da ana qoyun olmuşdur. 2020-ci ilin payız aylarından etibarən həmin qoyunlar da bala verməyə başlamışdır. Ümumilikdə 2021ci ilin əvvəlində iddiaçının cavabdehdə 190 baş ana qoyunu, həmin qoyunların balaları təxminən 200 baş quzu və 4 baş törədici erkək olmuşdur. Cavabdehlə olan razılığa əsasən 190 baş ana qoyunun damazlığa götürdüyü 40 baş dişi balalarından başqa, qalan bütün quzularını cavabdeh sataraq yarısını ona vermiş, yarısını isə özünə götürmüşdür. Bu qaydada 2020-ci ilin ortalarına qədər işləmişlər. Qoyunların müalicəsini baytar həkimi X31 həyata keçirmiş, müalicə müddətində baytar həkimi Elman Cəfərovu yatağa həmişə iddiaçı özü gətirmiş, zəhmət haqqını özü ödəmişdir. Cavabdeh heç bir vaxt baytar həkiminə pul verməmiş və dərman da almamışdır. Ola bilər ki, arada az miqdarda dərmanlar almışdır. Qoyunlara lazım olan bütün iynə və dərmanları baytar apteki işlədən X2 iddiaçı öz şəxsi pul ilə almışdır. (X29 vəfat etmişdir). Cavabdeh heç bir vaxt böyük həcmdə pul verərək iynə-dərman almamışdır. Bu müddət ərzində iddiaçı davarların mövsümi müalicəsinə, lazım olan digər dərmanlarına 1000 manatdan artıq pul vermişdir. İddiaçı təsərrüfata nəzarət etmək üçün özünə məxsus olan “Niva” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili qoşqusu il ə birlikdə cavabdehə vermiş, qoyunlara baxmaq üçün çoban da tutmuşdur. Çobanın işinə cavabdeh nəzarət etmişdir.

12. İddiaçı işi ilə əlaqədar yatağa 3-4 aydan bir gedirdi. Cavabdeh həmişə hər işin qaydasında olduğunu ona bildirirdi. Həqiqətən də 2020-ci ilin ortalarına qədər hər iş öz qaydasında gedirdi. Həmin vaxta qədər iddiaçının cavabdehdən şübhələnməyinə heç bir əsas olmamışdır. 2020-ci ilin ortalarından etibarən cavabdehdən şübhələnməyə başlamış, qoyunların sayının azaldığını, cavan qoyunların qoca xəstə qoyunlarla əvəz edilməsini hiss etmişdir. Bna görə də iddiaçı cavabdehə qoyunları saxlamağın ona sərf etməməsini, xeyir görməməsinin, bütün qoyunları satmaq istəməsini bildirmişdir. Cavabdeh əvvəlcə iddiaçı ilə razılaşmışdır. İddiaçı 2021-ci ilin aprel ayının 28-də qoyunları Salyan ba zarında satmaq üçün yatağa getmiş, özü ilə qoyunları yükləmək üçün 2 ədəd Qaz-53 markalı avtomaşın aparmışdır. Avtomaşınlardan birinin sürücüsü Nəbi Kazımov, o birinin sürücüsü isə Kamran Məmmədli olmuşdur. İddiaçı qoyunları avtomaşınlara yükləmək üçün İbX23nu və iki oğlu Elvin və Elçini də özü ilə aparmışdır. İddiaçı yatağa yaxınlaşanda cavabdehin qoca ata və anasının yataqda olduqlarını görmüş, cavabdehdən onların nə üçün gecə vaxtı yatağa gəİdiyini soruşduqda, ona bildirmişlər ki, indi gecədir, sonra gəlib qoyunları götürərsən. İddiaçı cavabehlə danışıb razılaşdığını, buna görə də iki maşın, üç fəhlə gətirdiyini, bu gün Salyan bazarının işlədiyini, qoyunları mütləq bazara aparmalı olduğunu bildirmişdir. Onlar hay-küy salmağa başlamış və iddiaçını təhqir etmiş, iddiaçıya qoyunlarını götü rməyə imkan verməmişlər. İddiaçı vəziyyətin daha da ciddiləşdiyini görərək qoyunları götürə bilməmişdir. Bu barədə 03 may 2021-ci il tarixdə qoyunlarının cavabdeh tərəfindən mənimsənilərək dağıdılması barədə Biləsuvar RPŞ-nə müraciət edərək qanunamüvafıq qərar qəbul dilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh iddiaçıya bildirmişdir ki, guya yataqda 43 baş qoyunu və 23 baş quzusu vardır, sonra gəlib qoyunlarını götürə bilər. İddiaçı yataqda olan bütün qoyunlar onun olmasını, digər adamların yataqda heç bir qoyunun olmamasını bildirmişdir. İddiaçı cavabdehə öz qoyunlarını atası xəstələnəndə satdığını, yataqda cavabdehin heç bir qoyununun olmadığını, bütün qoyunların özünə məxsus olduğunu bildirmişdir. Növbəti dəfə gələndə görmüşdür ki, cavabdeh qoyunların çoxunu qırmızı rənglə rəngləyi b. Cavabdeh bildirmişdir ki, qırmızı rənglə rənglənmiş qoyunların bir hissəsi qayınatasının, bir hissəsi isə bacısınındır. İddiaçı cavabdehə bildirdirmişdir ki, onu ana qoyunlara yox, ana qoyunların balalarından götürülmüş qazanca şərik etmişdir. Cavabdeh isə yataqda iddiaçının cəmi 86 baş ana qoynunun olduğunu bildirərək, həmin qoyunlardan 43 başını özünə götürmüş və 43 başını isə iddiaçıya vermişdir. Polis şöbəsində araşdırma aparılarkən iddiaçı 18 baş yanıbalalı ana qoyunu yataqdan götürüb, onlardan 10 başını bazarda 1700 manata satmış, 8 baş yanıbalalı qoyunu sata bilmədiyindən yenidən yatağa gətirib cavabdehə təhvil vermişdir. Həmin qoyunları bazara X10 “Qazel” markalı avtomaşını ilə aparıb, 8 baş satılmayan yanıbalalı qoynu həmin avtomaşınla yatağa çobanın iştirakı ilə gətirib yenidə n cavabdehə təhvil vermişdir. Qalan qoyunları sata bilmədiyindən iddiaçı müştəri tapmağı dostu Ərzuman Bədəlovdan xahiş etmiş, Ərzuman Bədəlov vasitəsilə Cəlilabad rayonunun Alar kəndində yaşayan mal-qara alveri ilə məşğul olan Rəfail adlı şəxsi yatağa gətirmişdir. Cavabdehin iddiaçıya aid olduğunu göstərdiyi qoyunlara Rəfail baxandan sonra qoyunlarının hamısının qoca və xəstə olmasını bildirmişdir. İddiaçı məcburiyyət qarşısında 33 baş qoyunu yə 13 baş quzunu Rəfailə cəmi 4725 manata satmışdır. İddiaçının mülkiyyətində olan 195 baş qoyundan 152 baş əskik gəlmişdir. Hər birinin qiyməti 200 manat olan 152 baş qoyunun mənimsənilməsi ilə əlaqədar iddiaçıya 30400 manat, hər birinin qiyməti 100 manat olan 177 baş quzunun mənimsənilməsi ilə əlaqədar 17700 manat, hər birinin qiyməti 400 manat ola n 4 baş törədici qoçun mənimsənilməsi ilə əlaqədar 1600 manat, cəmi 49700 manat ziyan dəymişdir. Bu ziyanı iddiaçıya cavabdeh vurmuşdur. Biləsuvar rayon prokurorunun böyük köməkçisinin 54C-22 nömrəli material üzrə qəbul etdiyi 5 avqust 2022-ci il tarixli qərara əsasən cinayət işinin başlanması cinayət hadisəsi olmadığından rədd edilmişdir. İddiaçı həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət versə də, sonradan şikayətini geri götürmüşdür. Yuxarıda qeyd etdiyi davarların iddiaçının mülkiyyətində olması Biləsuvar RİHB-nın Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2 mart 2022-ci il tarixli, 226 saylı arayışı ilə təsdiq olunur. Hazırda mülki qaydada məhkəmədə iddia qaldırmağa zərurət yaranmışdır.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.2, 181.1, 442, 448.1, və 449-cu maddələrinə istinad etmişdir.

14. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, Biləsuvar şəhəri, 8 mart küçəsi, ev 52-də ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı onun kürəkənidir. Əvvəllər aralarında hər hansı narazılıq və ədavət olmamış, münasibətləri bir qohum kimi yaxşı olmuşdur. 2018-ci ilin sentyabr ayında rayon sakini XXdan 19000 manata Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 hektara yaxın torpaq sahəsi olan fermanı almışdır. XX ilə aralarında alıq-satqı müqaviləsi Masallı şəhərində yerləşən Asan xidmət mərkəzində bağlanmışdır. Fəridədən aldığı 6 hektara yaxın torpağı olan fermanın ona məxsus olmasına dair çıxarış sənədini 26 oktyabr 2018-ci il tarixdə əldə etmişdir. Sözügedən ərazidə həm də hazır tikili olan ferma olmuşdur. Oranı almaqda məqsəd i qoyun-quzu saxlayıb təsərrüfat işləri ilə məşğul olmaq olmuşdur. Fermanı aldıqdan sonra orada qoyunquzu saxlamağa başlamışdır. İddiaçı ona demişdir ki, o da, təsərrüfat işləri ilə məşğul olmaq istəyir, ancaq fikirləşir ki, qoyun-quzu ala bilər, lakin onları saxlamağa nə şəraiti, nə də yeri yoxdur. Buna görə də iddiaçı ondan xahiş eləmişdir ki, özü üçün qoyun-quzu alsın və cavabdeh fermasında qoyunlarının içərisində saxlasın. İddiaçı cavabdehin bacısının əri olduğu üçün bacısına görə məcburən ona razılıq vermiş, əslində bacısı olmasaydı ona imkan verməzdi ki, ona məxsus fermada iddiaçı qoyun-quzu saxlasın. 2019-cu ilin yaz aylarından başlayaraq iddiaçı hissə-hissə, yəni 5 baş bir, 10 baş bir olmaqla 2019-cu ilin payız aylarına kimi ümumilikdə bu minvalla fermaya cəmi 45 qoyun-quzu alıb gə tirmişdir. Hətta bir-iki dəfə iddiaçı Biləsuvar rayon mal bazarında heyvan alarkən o da onun yanında olmuş, ancaq heyvanları iddiaçı onun üçün deyil, özü üçün almışdır. Qoyunlar bala vermiş, həmin quzular böyüdükdən sonra iddiaçı fermadan gəlib 2-3 baş götürüb aparıb satmış, pulunu da özü üçün xərcləmişdir. İddiaçı satdığı qoyun-quzunu onun fermasında saxlasa da, ona pul vermirdi, qoyun-quzuların da yeməyini cavabdeh öz hesabına alırdı. Qoyunquzulara verdiyi yemə görə cavabdeh iddiaçıdan nə pul almış, nədə ona bu barədə bir söz deməmişdir. Fikirləşmişdir ki, eybi yoxdur, özgəsi deyil, bacısının balaları üçündür, buna görə də dözürmüş. Heyvanlar xəstələnəndə isə bir-iki dəfə Elman adlı baytar həkimi gətirib qoyunları iddiaçı özü müalicə etdirmişdir. İddiaçı baytar həkimini yalnız özünün q oyunquzusu xəstələnəndə gətirimiş, həkim fermaya gələndə də onun deyil, yalnız iddiaçının qoyun-quzusuna iynə vurub müalicə etmişdir. Onun qoyun-quzusu xəstə olanda təsərrüfatdan başı çıxdığı üçün çox vaxtı özü baytarlıq apteki işlədən Bəybaladan dərman alıb müalicə eləmiş, elə olubdur ki, Elman həkimi də apararaq qoyun-quzusuna iynə vurmuşdur. Elman onun heyvanlarını müalicə etdiyinə görə pulunu da özü şəxsən vermişdir. Bacısı ilə iddiaçının ailə daxili narazılığı yarandığı üçün bacısı ondan polisə şikayət eləmiş və həmin şikayət əsasında polisdə araşdırma aparılmışdır. Bundan sonra iddiaçı ilə münasibətləri soyumağa başlamışdır. Həmin ərəfədə iddiaçı ona demişdir ki, heyvanlarını ayırıb fermadan aparacaqdır. O da iddiaçıya bildirmişdir ki, nə vaxt istəsə gəlsin qoyun-quzunu götürüb apars ın. Bundan sonra iddiaçı 13 baş yanıbalalı qoyunları Biləsuvar rayon mal bazarında tanımadığı şəxslərə pərakəndə formada satmışdır. Daha sonra iddiaçı qoyun-quzu alveri edən Rəfayil adlı şəxslə birlikdə 2021-ci ilin aprel ayında fermaya gəlmiş, 31 baş ana qoyunu, təxminən 8-9 baş da quzusunu Rəfayilə satmışdır. Həmin vaxtdan sonra iddiaçının onun fermasında nə bir qoyunu, nə də bir quzusu qalmamışdır. Sonradan iddiaçı onun barəsində şikayət eləməyə başlamışdır ki, guya ferma və onun ətrafında olan torpaq sahələri onundur, onun qoyun-quzularını satmışdır. İddiaçının ona atdığı şər və böhtanı təkzib edəndə iddiaçı sözlə hədələyib ondan polisə şikayət edəcəyini və başına oyun açacağını demişdir. O, iddiaçının polis şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə bağlı bildirmişdir ki, iddiaçı yalan və böhtan danışır. Onun dediklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, fermanı Fəridəyə 19000 manat pul verərək ondan rəsmi sənədlə almışdır. Fermanı iddiaçı alırdısa, onda onun adına deyil, elə öz adına, ya da həyat yoldaşının adına alardı.

15. Birinci instansiya məhkəməsində şahid X24 göstərmişdir ki, iddiaçını çoxdan tanıyır, münasibəti həmişə normal olmuşdur. Cavabdehi isə iddiaçıya görə tanımışdır. Təxminən bir il yarım bundan əvvəllə qədər quzu kəsib satmışdır. Həmin ərəfədə iddiaçı ona “Muğan kəndinin ərazisində ferma almışam, orada qoyun-quzu saxlayacam, sən də qəssab işləyirsən, rastına çıxanda mənə xəbər elə saxlamaq üçün həmin fermaya qoyunquzu alım” sözlərini demişdir. O, da elə vaxt olmuşdur ki, aldığı qoyun boğaz çıxdığına görə iddiaçıya demiş, iddiaçı də gəlib hər qoy unun pulunu ona verib almış və öz fermasına aparmışıdır. 2018-ci ilin oktyabr ayında rayonun Ağalıkənd kənd sakini X37 ona təsərrüfatında qoyun-quzusunun olduğunu və həmin qoyun-quzunu satmaq istədiyini demişdir. Bunu bilən kimi iddiaçıya zəng vurub bu barədə məlumat vermişdir. İddiaçı ilə razılaşmışdır ki, birlikdə Asəf Əbilovun yaşadığı Ağalıkənd kəndinə getsinlər və orada qoyun-quzunu seçib götürsünlər, iddiaçı da həmin qoyun-quzunun pulunu versin. Həmin vaxt iddiaçı ilə birlikdə rayonun Ağalıkənd kəndində yaşayan Asəf Əbilovun evinə getmiş, iddiaçı “QAZEL” markalı yük maşınını da özü ilə ora aparmışdır. Həmin yük maşınını da X25 idarə edirdi. Həmin vaxt iddiaçı Ağalıkənd kənd sakini X17 və onun qardaşı X14 35 baş boğaz şişək qoyun almış, həmin qoyunları şəxsən iddiaçıya kömək etmək üçü n özü seçmiş və maşına yükləmişdir. İddiaçı hər bir qoyuna 180 manat pul verməklə ümumilikdə həmin qoyunları 6300 manata Asəf və onun qardaşı Turaldan almışdır. Həmin qoyunları Vüqarın idarə etdiyi “QAZEL” markalı yük maşını ilə iddiaçının fermasına gətirmişlər. Qoyunları iddiaçı onun və sürücü Vüqarın yanında sayaraq qohumu olan cavabdehə təhvil vermişdir. Bundan sonra iddiaçı və sürücü Vüqar fermadan çıxaraq rayona gəlmişlər. Qəssab işlədiyi üçün demək olar ki, hər bazar olmasa da, iki bazardan bir qoyun-quzu bazarına gedib oradan kəsmək üçün quzu almış, hər dəfə də olmasa, əksər hallarda cavabdehi mal bazarında qoyun-quzu satarkən görürmüşdür. Cavabdeh qohumu olan iddiaçının fermasında çoban işlədiyi üçün onunla aralarında qoyun-quzu alveri barədə münasibəti olmamışdır.

16. Birinci in stansiya məhkəməsi iş üzrə kompleks məhkəmə tikinti, əmtəəşünaslıq və xətşünaslıq ekspertizası təyin etmişdir.

17. Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli № 4/996-5/817 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu № 33 nömrəli 2013-2018-ci illərə dair kitabçanın 63-cü səhifəsində olan “İllər üzrə mövcudluq xx.xx.2013, 2014, 2015, 2016, 2017” qrafalarının aşağı hissələrində “Qoyunlar, baş”, “Keçilər, baş” bəndlərində “51, 111, 121, 171, 114, 4, 6, 9, 11, 6” rəqəmləri ilə həmin səhifədəki digər rəqəmlər- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərb aycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu № 33 nömrəli 2018-2022-ci illərə dair kitabçanın 127-ci səhifəsində olan “Göstəricinin adı yanvarın 1-i vəziyyətinə 2018, 2019, 2020, 2021, 2022” qrafalarının aşağı hissələrində “Qoyunlarcəmi, ana qoyunlar, quzular” bəndlərində “138, 125, 141,145,150, 98, 105,85, 101,111, 40, 20, 56, 44, 39” rəqəmləri ilə həmin qrafalarının aşağı hissəsində “Toyuqlar cəmi onlardan” bəndindəki rəqəmləri və həmin səhəfənin sol orta hissəsində “yem bitkiləri üçün, inək naxırı - cəmi, inəklər, dişi buzovlar, erkək buzovlar” qrafalarının aşağı hissəsindəki rəqəmlər - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdu r.

18. Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən tikililərin hansı vaxtda inşa edilməsinin müəyyən olunmasına dair metodika olmadığından, eyni zamanda sözügedən tikilinin inşasına dair layihə-smeta və qaiməfaktura sənədləri təqdim edilmədiyindən Biləsuvar rayonunun Xkəndi ərazisində 6 ha torpaq sahəsində cavabdehin hazırda sahibliyində olan qoyun yatağında yerləşən çoban evinin neçənci ildə inşa edilməsini və onun tikintisinə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır.

19. Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(022)-166/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən 30400 manat pulun və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatlarına görə cavabdehdən 125 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Nüsrət Mirzəyev)

20. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən ekspert rəylərinə və Biləsuvar rayon prokurorluğunda aparılmış araşdırma materiallarına istinadən öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh əvvəlcədən olan razılaşmaya əsasən Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 hektara yaxın torpaq sahəsində xırda buynuzu (qoyun-quzu) heyvanlar saxlamaqla birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. İddiaçı iddia tələbində 6 hektara yaxın torpaq sahəsini 19000 manat pul verməklə aldığını, lakin cavabdehə etibar etdiyi üçün onun adına sənədləşdirdiy ini və bundan əlavə həmin torpaq sahəsində yenidənqurma işləri aparmaqla həmin işlərin görülməsinə (çoban evi tikmək və s.) 2600 manat pul xərclədiyini göstərsə də, qeyd olunan işlərin görülməsinə və çəkilmiş xərclərin ödənilməsinə dair aralarında əvvəlcədən hansı razılaşma əldə edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh iddiaçının hazırda Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 hektara yaxın torpaq sahəsinın alqı-satqısına 19000 manat pulun onun tərəfindən ödənilməsini qəbul etməyərək həmin pulun onun özü tərəfindən ödənildiyini göstərmişdir. İş materiallarında olan 5 avqust 2022-ci il tarixli “cinayət işi başlanmasnın rədd edilməsi haqqında” qərara əsasən X20 izahatında həyat yoldaşı Fəridəyə məxsus Biləsuvar rayonu Aşağı Cürəli kəndi əraz isində yerləşən 6 hektara yaxın torpaq sahəsinin alqı-satqısı barədə İddiaçı onunla telefon əlaqəsi saxlasa da, 19000 manat pulun notariusun deprozit hesabına Cavabdeh tərəfindən köçürüldüyünü göstərmişdir.

21. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddia tələbinə əsasən iddiaçı cavabdehlə birgə fəaliyyət göstərmək qərarına gələrkən belə razılaşmışlar ki, qoyunların alınmasına dair xərclərin çəkilməsi onun tərəfindən, fermada qoyunların saxlanmasına nəzarət isə cavabdeh tərəfindən həyata keçiriləcək və qoyunlardan əldə edilmiş bəhər, artım onların arasında bərabər qaydada bölünəcəkdir.

22. İş materiallarında olan “cinayət işi başlanmasnn rədd edilməsi haqqında” qərara əsasən iddiaçının şikayəti əsasında aparılmış araşdırma zamanı çox sayda izahatı alınmış şəxslər müxtəlif tarixlər də və müxtəlif sayda qoyun və quzuların iddiaçının sifarişi əsasında və onun tərəfindən müxtəlif məbləğlərdə pullar ödənilməklə alındığını göstərmişlər. Bu, Biləsuvar RİHB-nın Bəydili kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 2 mart 2022-ci il tarixli, 226 saylı arayışı ilə də təsdiq olunur. Həmin arayışa əsasən iddiaçının mülkiyyətində 250 baş davarın olması göstərilmişdir. Bundan əlavə, prokurorluqda araşdırma zamanı X11 izahatında göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından fermaya getmiş, orada çoban işləməyə başlamışıdır. İddiaçı ilə orada tanış olmuşdur. Cavabdeh fermada ona 140 baş qoyun vermiş, həmin qoyunların içərisində bir baş erkək toğlu da olmuşdur. Təxminən 2020-ci ilin noyabr ayının sonlarından başlayaraq 2021-ci ilin mart ayına kimi cavabdeh fermada tanımadığı şəxsl ərə və bazara qoyun apararaq satdığını göstərmişdir.

23. Birinci instansiya məhkəməsi bülə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 30400 manat pul tutulmalıdır.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv, həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, qanunvericilik real zərərə şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid etmişdir. Yataqda tikinti işlərinin apa rılmasına, təmir və bərpa işlərinin, eləcə də evindən apardığı tikinti avadanlıqların və digər materialların dəyəri 2600 manat təşkil edir. Qoyunların mövsümü müalicəsi ilə əlaqədar iynə və dərmanlara 1000 manat vermişdir. Yataq cavabdehdə qaldığından iddiaçının gördüyü işlərin dəyəri və qoyunların müalicə xərcləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin qanunazidd əməlləri nəticəsində iddiaçı 30400 manat dəyərində ana qoyundan, 17700 manat dəyərində quzudan və 1600 manat dəyərində törədici erkəkdən məhrum olunmuşdur. Həmin qoyunlar hazıkı vaxta qədər iddiaçının sərəncamında olsaydı, bir o qədər də qazanc əldə etmiş olardı. Qeyd etdiyi səbəblər üzündən həmin qazancdan da məhrum olmuşdur. Lakin qərar qəbul edən məhkəmə işin bu halını nəzərə al madan (iddianın 30400 manat pul tələbi hissəsi təmin olunduğundan həmin hissə nəzərə alınmaqla) iddianı digər hissələrdə də təmin etməli olduğu halda, əsassız olaraq təmin etməmiş və həmin hissədə hüquqlarını pozmuşdur. İddiada qeyd edilmiş davarları cavabdehə verdiyini şahidlər təsdiq etsə də, məhkəmə həmin şahidləri dindirməkdən imtina etməklə, şahidlərin dindirilməsi barədə vəsatətin təmin olunması barədə özü tərəfindən qəbul edilmiş qərara qarşı hörmətsizlik nümayiş etdirmişdir. Məhkəmə polis şöbəsində araşdırma zamanı dindirilmiş şahidlərin ifadələrinin kifayət etməsini bildirsə də, qəbul etdiyi yekun qərarında bunun əksinə getmişdir. Buna görə də, apellyasiya baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış qərar qəbul edilməsi üçün həmin şahidlərin dindirilməsi təmin edilməlidir.

27. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

28. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı polis və prokurorluqda izahat vermiş şəxslərin izahatlarında göstərilən dəlillərə istinad etmək istəyirdisə, o halda məhkəmədə öz tələbinin əsası olaraq istinad etdiyi şəxsləri şahid qismində dəvət edərək, onların məhkəmədə ifadə vermələrini təmin etməli idi. Məhkəmə qərar qəbul edərkən, öz qərarını əsaslandırmaq üçün məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin izahatlarına istinad edə bilərdi. Yalnız bu halda həmin şəxslərin məhkəmədə şahid qismində verdikləri izahatlar mötəbər dəlil kimi qiymətləndirilə bilərdi. Göründüyü kimi belə dəlillər məhkəməyə təqdim edilməmiş, bi rinci instansiya məhkəməsi isə dəlillərlə əsaslandırılmamış iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini 30400 manat məbləğində hissədə təmin etsə də, həmin qərardan təmin edilən məbləğin iddia tələbinin hansı hissəsinə aid olması aydın olmur. Təbii ki, bu məbləğin qoyun quzuya nisbətdə təmin olunduğu ümumən aydın olur. Amma iddia ərizəsindən görünür ki, iddiaçı 152 baş ana qoyuna görə 30400 manat, əskik olan 177 baş quzuya görə 17700 manat, 4 baş törədici erkəyə görə 1600 manat olmaqla qoyun-quzuya görə ümumən 49500 manat məbləğində iddia tələbi irəli sürmüşdür. Məhkəmə qərarında iddia tələbinin əsaslı olması səbəbindən qismən təmin edilməli olması göstərilmişdir. Bu məsələ ilə bağlı sual doğuran və cavabı olmayan məsələlər vardır. Belə ki, məhkəmə qoy un-quzu tələbini əsaslı saymışdırsa, onda nədən iddia tələbi 49500 manat deyil, 30400 manat hissədə təmin edilmişdir? Həmin 30400 manat ana qoyuna nisbətdə təmin edilmişdirsə, məhkəmə niyə ana qoyunlara görə iddianı təmin etdiyini, quzu və törədicilərə nisbətdə isə təmin etməməsini öz qərarında əsaslandırmalı idi. İddiaçı hüquq-mühafizə orqanlarına şikayətlərində göstərmişdir ki, cavabdehlə şərikli qoyun-quzu saxlayıb. Həmin şikayətlər əsasında qəbul edilmiş cinayət işi başlanılmasının rədd edilməsinə dair xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, guya iddiaçı müxtəlif vaxtlarda müxtəlif şəxslərdən qoyunlar alaraq, fermaya gətirmişdir. İddiaçı həmin yatağın da ona məxsus olmasını iddia etmişdir. Bundan başqa, iddiaçı yatağa da kifayət qədər vəsait sərf etdiyini v ə həmin məbləğlərin də ondan tutulmasını iddia etmişdir. Belə olan təqdirdə hər hansı şəriklikdən söhbət gedə bilməz. İddiaçının bildirdiklərindən belə çıxır ki, o, öz vəsaiti ilə qoyunları alaraq, özünə məxsus fermaya gətirib və bu əsasdan çıxış etsə, onda belə çıxır ki, cavabdeh iddiaçı ilə şərik olmamışdır, sadəcə ona çobanlıq etmişdir. İddiaçı özünə məxsus fermaya öz vəsaiti ilə qoyun-quzu gətirib saxlatdırıbsa, onda həmin qoyun-quzunun mülkiyyətçidən xəbərsiz mənimsənilməsi cinayət tərkibi yaradan bir əməldir. Müxtəlif vaxlarda hüquq mühafizə orqanlarında aparılmış araşdırmalarda cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarlar qəbul edilmişdir. İddiaçının bildirdikləri həqiqət olsaydı, onda cavabdehin barəsində cinayət işi başlanılardı. Göründüyü kimi qeyd edilən sənədlər bu nun əksini sübut edir. Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısının qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X32 öz izahatında iddiaçıdan qoyun almağa gəldiyi zaman sonuncu onunla halallaşmasını və narazılığının olmamasını bildirmişdir. Həmin qərardan görünür ki, tərəfindən təqdim edilmiş videodiskə baxış zamanı iddiaçının Rəfail Əliyevə qoyun-quzu satdığı zaman narazılığın müşahidə edilməməsi göstərilmişdir. Bu dəlillər iddia tələbinin əsassız olmasını göstərən sübutlardır ki, birinci instansiya məhkəməsi bu məsələləri nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. İddiaçıya 30400 manat məbləğində pul ödəməyinin əsasları bəlli deyil. Cavabdehin iddiaçı qarşısında hər hansı icra edilməmiş öhdəliyi yoxdur. Bu məbləğdə iddiaçıya məxsus qoyun-quzu tərəfindən mənimsənilmişdirsə, onda iddiaçının hüquq mühafizə orqanlarına şikayəti əsasında cinayət işi başlanılardı. Təsadüfi deyildir ki, polis və prokurorluq orqanlarında 5 dəfə cinayət işi başlanılmasının rədd edilməsi haqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismət təmin edilməsinin əsası olaraq, Biləsuvar rayon prokurorluğunun böyük köməkçisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında adları sadalanan və həmin araşdırma üzrə dindirilmiş şəxslərin qərarda öz əksini tapmış ifadələrinə, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.03.22-ci il tarixli 226 saylı arayışına, o cüm lədən, şikayət əsasında aparılmış araşdırmalar çərçivəsində izahatı alınmış X4 izahatına istinad etmişdir. Həmin araşdırma çərçivəsində izahatları alınmış ondan yuxarı sayda şəxslərdən yalnız X22, Biləsuvar rayonu Ağalıkənd kənd sakinləri X30, X36 və X8 35 baş qoyun alındığını və həmin qoyunların fermaya gətirərək, cavabdehə təhvil verildiyini bildirmişdir. Digər şəxslər isə iddiaçının cavabdehə qoyun-quzu təhvil verməsinin şahidi olmamışlar. Birinci instansiya məhkəməsi qeyd edilən şəxsləri məhkəmədə dindirmədən, həmin şəxslərin izahatlarına istinad etməklə iddia tələbini qismən təmin edərək qəbul etdiyi qətnamə ədalətsizdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddianın qismən təmin edilməsi üçün istinad etdiyi dəlillərdən biri Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydil i kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 02.03.22-ci il tarixli, 226 saylı arayışıdır ki, həmin arayışda iddiaçının mülkiyyətində 250 baş davarın olması göstərilmişdir. Biləsuvar rayon prokurorluğunun böyük köməkçisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının 17-ci səhifəsində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi izahatdan görünür: “2021-ci ilin sentyabrında İddiaçı nümayəndəliyin inzibati binasına gələrək, təsərrüfatında 250 baş qoyun olduğunu bildirmiş və buna dair məlumatları nümayəndəliyin “Ev təsərrüfatlarının uçotu kitabında” qeydə almalarını xahiş etmişdir. O da İddiaçı dediklərinə inanmış və müavini R.Bayramova tapşırmış ki, bu barədə m əlumatları həmin kitabda qeyd etsin. Həmin vaxt R.Bayramov təsərrüfata yerində baxış keçirib İddiaçı yanında sonuncunun qoyununun olub-olmadığını yoxlamadan onun və İddiaçı yanında sonuncunun təsərrüfatında 250 baş qoyunun olması barədə “Ev təsərrüfatlarının uçotu kitabının” 101-ci səhifəsində əlyazma ilə qeydlər aparmışdır. O kənd sakini kimi İddiaçı dediklərinə inanmış və R.Bayramovun onun təsərrüfatındakı qoyunları saymağa zərurət olmadığını bildirmişdir. O və müavini R.Bayramov ümumiyyətlə İddiaçı təsərrüfatının olub-olmadığını bilmirlər və həmin təsərrüfatda heç vaxt olmamışlar”. Göründüyü kimi Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iddiaçının mülkiyyətində 250 baş davarın olmasına dair 02.03.22-ci il tarixli 226 saylı arayı şı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, hələ Biləsuvar rayon prokurorluğunda aparılmış araşdırma çərçivəsində arayışı vermiş şəxs həmin arayışın mötəbər sənəd olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdeh bu dəlilərə öz münasibətini bildirmiş və göstərmişdir ki, həmin dəlil mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə qətnaməsində təsərrüfat kitablarına istinad edilməklə 2013-2018 və 2018-2022ci il dövrləri üçün hər il müxtəlif sayda qoyun və quzunun mövcudluğu vurğulanmışdır ki, həmin sənəd cavabdehə məxsus təsərrüfatda olan qoyun-quzunun sayını özündə əks etdirir. Amma qətnamədə həmin sənədin kimin təsərrüfatında olan qoyun-quzunun sayını əks etdirməsi qaranlıq qalmışdır. Murad Gəncizadənin verdiyi izahatlara gəldikdə isə o, öz izahatlarında iddiaçının cavabdehə qoyun-quzu verməsi barədə bir kəlmə belə işlətməmişdir. Onun izahatından görünür ki, 2020-ci ilin oktyabr ayından fermada çoban işləməyə başlamış və cavabdeh ona 140 baş qoyun vermişdir. Göründüyü kimi M.Gəncizadənin verdiyi izahatına istinad etməklə iddianın qismən təmin edilməsi əsassızdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına uyğun hesab etmək olmaz.

29. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisəli ferma və torpaq sahəsinin alqı-satqısı günü cavabdeh istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək demişdir ki, alqı-satqının rəsmiləşdirilməsindən ötrü pul vəsaitinin notariusun depozit hesabına köçürülmə si zəruridir. Cavabdeh pulu Masallı “Asan xidmət” mərkəzində yerləşən notariat ofisinə göndərməyini xahiş etmişdir. Bu zəngdən sonra taksi fəaliyyəti ilə məşğul olan qardaşı Vaqifəlinin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək işlədiyi aptekə çağırmış və pulu Masallı “Asan xidmət” mərkəzində cavabdehə verməsindən ötrü qardaşı Vaqifəli ilə göndərmişdir. X28 “Asan xidmət” mərkəzində cavabdehə pulu verdikdən spnra özünün istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə zəng vuraraq pulu cavabdehə verdiyini demişdir.

30. Apellyasiya baxışında cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçının qardaşı ilə pulu göndərməsi ilə bağlı bildirdikləri yalandır. Düzdür, “Asan xidmətə” pulsuz getmişdir. Notariusda olanda istifadəsind ə olan ***-***-**-** və ***-***-**-** nömrələrindən anası Anaqıza məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq pulu anasından istəmiş, anası 18000 manat pulu taksi sürücüsü ilə Masallı “Asan Xidmət” Mərkəzinə göndərmişdir. Əvvəlcədən isə 1000 manat beh vermişdir. Bütün bu söhbətlər iddiaçının yanında olduğu üçün iddiaçının məlumatı vardır.

31. Apellyasiya baxışında Şahid1 göstərmişdir ki, mübahisə tərəflərindən iddiaçı qarşdaşı, cavabdeh isə qardaşının qaynıdır. Təxminən 6-7 il əvvəl yay mösümü idi. Qardaşı istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək işlədiyi aptekə çağırmış və pulu Masallı “Asan Xidmət” mərkəzində cavabdehə verməyini xahiş etmişdir. Qardaşı içərisində pul olan bağlamanı verərkən demişd ir ki, torpaq sahəsi alır və buna görə də, pul köçürüləcəkdir, həmin bağlamanı aparıb Masallıda “Asan Xidmət”də cavabdehə çatdırsın. Pulu cavabdehə verdikdən sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsindən qardaşına məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq bağlamanı cavabdehə verdiyini demişdir. Cavabdeh bağlamanı götürmüş, açmamış və getmişdir. Qardaşı bağlamanı ona verənə qədər fermasının olması barədə məlumatı olmamışdır.

32. Apellyasiya baxışında Şahid2 göstərmişdir ki, mübahisə tərəflərindən iddiaçı onun qonşusdur. O, hər bazar günü mal bazarında olur. İddiaçını orada görmüş və nə etdiyini soruşduqda, iddiaçı cavabdehə qoyun alıb verdiyini demişdir. İddiaçının qoyunu kimdən aldığını, neçə baş heyvan aldığını görməmişdir. Bir də cavabdehlə iddiaçının qoyun bölgüsündə iştirak etmişdir. İddiaçı ilə cavabdeh qoyunları özləri bölmüş, ayırmağa kömək etmiş, hərəsinə təxminən 60 baş heyvan düşmüş, 120 baş heyvanı bölmüşlər. Ondan əvvəl isə cavabdeh təxminən 40 baş heyvanı aparmışdı ki, bunlar özünündür. İddiaçı demişdir ki, 40 başı niyə ayırırsan, cavabdeh isə isə bildirmişdir ki, “bunların pulunu mən vermişəm”. Bununla bağlı cavabdeh heç bir mübahisə etməmişdir. Bundan sonra iddiaçı heyvanları “Qazel”lə bazara satmağa çıxarmışdır. XXXXX bazara heyvan aparanda da iştirak etmişdir. 20 baş yanıbalalı heyvanı bazara çıxarıb satmışlar, 5-6 ədədi isə satılmadığından fermaya qaytarmışlar. Bundan sonra heyvanlar barədə məlumatı olmamışdır. Cavabdeh heyvanları ayıran zaman iddiaçı ilə onun arasında heç bir mübahisə olmamışdır.

33. Apellyasiya baxışı zamanı şahid qism ində dindirilmiş Şahid4 göstərmişdir ki, iddiaçı ilə qonşudur, cavabdehi isə tanımır. Biləsuvar bazarında quzu alveri ilə məşğuldur. Təxminən 3-4 ilə əvvəl bazarda iddiaçını görmüşdür, yanı balalı qoyun axtarırdı, öz qoyunlarını təklif emiş, lakin iddiaçı yanıbalalı qoyun istədiyini demiş və ondan xahiş etmişdir ki, onunla birlikdə qoyunlara baxsın. Birlikdə bazarda qoyunlara baxmışlar, o, cavan heyvanları ayırmış, bazarda təxminən 20 baş yanıbalalı və ya boğaz qoyun seçmiş, iddiaçı onları almışdır. Bundan sonra da iddiaçının dəfələrlə bazara heyvan almağa gəldiyini görmüş, ancaq nə qədər və kimdən heyvan aldığını görməmişdir. İddiaçının heyvan sahəsi var idi, orada saxlayırdı. Bir dəfə də iddiaçı xahiş etmişdir ki, fermadan satışa heyvan gətirsinlər, o da iddiaçıya kömək etmiş, X adlı əmi sioğlu ilə birlikdə fermaya getmişlər. İddiaçının heyvanları artıq ayrılmış və ayrıca qəhərə yığılmışdı. Təxminən nə qədər heyvan olduğunu bilmir, ancaq Qazeli doldurmuş, dolu vəziyyətdə təxminən 20 heyvan aparmışlar. Qəhərdə heyvan qalmış, amma nə qədər qaldığını bilməmişdir. Heyvanları X birlikdə aparıb satılmış, nə qədəri qaldığını bilmir, amma hamısı satılmamışdır. O, fermada cəmi bir dəfə olmuşdur. Heyvanları götürəndə iddiaçı orada olmuş, cavabdehlə arasında mübahisəsi olmamışdır. Qoyunların sonrakı aqibəti barədə məlumatı yoxdur.

34. Apellyasiya baxışında Şahid3 göstərmişdir ki, tərəfləri tanyır, özü cavabdehin çobanıdır. Orada həmin zaman tək çoban o olmuşdur. İddiaçı ilə cavabdeh şərik idilər. Sürüdə 140 heyvan var idi, onlardan 46 ədədini cavabdehin qayınatası gətirib qatmışdı, q alanı iddiaçı ilə cavabdehin idi. Heyvanları böləndə şəxsən iştirak etmişdir, 43 heyvan iddiaçıya düşmüş, iddiaçı heyvanları götürmüş və bazara aparmışdır. Onu da bazara aparmış və xahiş etmişdir ki, heyvanları satmaqda ona kömək etsin. Heyvanları böləndə iddiaçının ona az heyvan verilməsini deməmişdir. İddiaçı 13 ədəd yanıbalalı heyvanları öz Nivası ilə, qalanlarını isə 2 alverçi Qazellə aparmışlar. Orada iddiaçının heyvanı qalmaışdır. O, kəndə öz evinə gemtiş, gələnən sonra bilmişdir ki, iddiaçı ilə cavabdeh tamamilə ayrılıblar. Gəldikdən təxminən 10 gün sonra iddiaçı ona zəng edib bildirmişdir ki, orada onun bir çəpişi və bir quzusu var. O da iddiaçıya demişdir ki, yoxdur, çünki evin yiyəsi olan cavabdeh ona demişdir ki, heyvanları bölüb qurtarmışlar. Sonra həmin çəpişlə quzunu iddiaç ının göndərdiyi adamlara vermişlər.

35. Apellyasiya baxışında iddiaçı ilə şahid (çoban) Şahid3 arasında qoyunların bölünməsindən sonra baş tutmuş telefon danışığının səs yazısı tədqiq edilmiş, səs yazısında iddiaçı sürünün içində ona aid bir ədəd çəpiş və bir ədəd quzunun qaldığını bildirərək, heyvanların yerində olması ilə bağlı çobandan maraqlanır, çoban isə “mən sənin heyvanını görməmişəm, heyvanlarını yığdın apardın, get xxx bilər, sən bilərsən” deyərək sualları cavablandırmışdır. İddiaçı çoban Rövşənlə arasında baş tutmuş telefon danışığının mətninə aydınlıq gətirərək bildirmişdir ki, 16 may 2019-cu il tarixdə övladının ad gününə görə çəpiş saxlatdırmışdı. Öz heyvanını tanımadığı üçün çobandan xahiş etmişdi ki, heyvanı ayırsın, gedib götürsün. Bu məqsədlə Rövşən adlı çobana zəng vurmu şdu.

36. Apellyasiya baxışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş ofisinə sorğu verilərək iddiaçının istifadəsində olan ***-***-**-** saylı nömrə ilə cavabdehin istifadəsində olan ***-***-**-**; ***-***-**-** nömrələr arasında mübahisəli fermaya aid torpaq sahəsinin alqı-satqısı baş tutan gün, yəni 25 sentyabr 2018-ci tarixində telefon danışığının olubolmaması haqqında məlumatın, olduğu halda aparılan danışıqlarının mətnləri, yaxud audio yazıları, həmçinin iddiaçının istifadəsində olan ***-***-**-** saylı nömrə ilə qardaşı Şahid1 istifadəsində olan ***-***-**-** nömrə arasında 25 sentyabr 2018-ci tarixində telefon danışığının olub-olmaması haqqında məlumatın, olduğu halda aparılan danışıqlarının mətni, yaxud audio yazısının təqdim olunması istənilmişdir. 37. "xxxx" MMC tərəfindən sorğuya verilən 3 aprel 2024-cü il tarixli cavab məktubuna əsasən ********* və 709202624, ********* və ********* saylı nömrələr arasında qərarda göstərilən müddətdə zənglər aşkar edilməmişdir. ********* və ********* saylı nömrələr arasında qərarda göstərilən müddət üzrə qeydə alınmış zənglərə dair məlumat 1 əd CD diskdə təqdim edilmişdir. Məlumata əsasən cavabdehin istifadəsində olan ***-***-**-** nömrəsindən iddiaçının istifadəsində olan ***-***-**-** saylı nömrəyə 2 dəfə zəng olunmuş, 40 və 41 saniyə danışıq baş tutmuşdur. Daha sonra isə iddiaçının istifadəsində olan ******-**-** saylı nömrədən cavabdehin istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng olunmuş, hər birində 250 saniyə danışıq baş tutmuşdur.

38. Apellyasiya baxışı zamanı iddiaçının şikayəti əsasında Biləsuvar rayon pr okurorluğunda aparılmış 54C-22 saylı material istənilərək öyrənilmişdir.

39. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-224/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(022)-166/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunmuş, cavabdehdən 19000 manat pulun və ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan 94,8 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 175 manat ekspertiza xərcinin 133 manatının iddiaçıdan, 42 ma natının isə cavabdehdən alınaraq dövlət büdcəsinin hesabına keçirilməsi qət edilmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Samir Həsənov, Tofiq Heydərov)

40. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunaraq cavabdehdən Cavabdeh İddiaçı xeyrinə 30400 manat məbləğində pul vəsaitinin tutulması qət edilsə də, məhkəmənin hansı əsasla belə nəticəyə gəlməsi qətnamədən aydın deyildir.

41. Apellyasiya instansiya məhkəməsi iddiaçının qoyun yatağına və 6 hektar torpaq sahəsinə görə verdiyi 19000 manat pulun cavabdehdən alınması hissədə prokurorluqda aparılan araşdırma zamanı izahatı alınmış mülkiyyətçi XXnın əri X13 izahatını daha inandırıcı hesab edərək göstərmişdir ki, həmin mübahisəli torpaq sahəsi on un arvadı X3 məxsus olmaqla, alqı-satqısı ilə bağlı danışıqlar iddiaçıilə bilavasitə onun arasında aparılmış, izahatında göstərdiyi xüsusatlar iddiaçının gətirdiyi dəlillərlə tam olaraq üst-üstə düşmüşdür. Bundan savayı, cavabdehin polisdə araşdırma aparılan zaman verdiyi ilkin izahatı ilə sonrakı izahatları arasında ziddiyyətlər vardır. Belə ki, cavabdeh 2021-ci ilin may ayında verdiyi ilkin izahatında 10 ha pay torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini 5 ildir aldığını, həmin torpaq sahəsinin 5.92 sotunda ferma tikdirdiyini, sonrakı izahatlarında isə 2018-ci ilin sentyabr ayında rayon sakini XXdan 19000 manata Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 hektara yaxın torpaq sahəsi olan fermanı aldığını bildirmişdir. Halbuki prokurorluqda aparılan araşdırma materia llarından mübahisəli torpaq sahəsi alınan tarixədək cavabdehin mülkiyyətində hər hansı bir torpaq sahəsinin olduğu müəyyən olunmur.

42. Həmçinin mübahisəli torpaq sahəsinin alınması ilə bağlı müqaviləyə qədər aparılan danışıqlarla bağlı cavabdeh detallı şəkildə açıqlamalar verməmiş, yalnız torpaq sahəsini mülkiyyətçi XXdan 19000 manata aldığını, XXnın onun məktəb müəllimi olduğunu, ödənilən pulun 1000 manatını əvvəlcədən, 18000 manatını isə notariatda ödədiyini bildirməklə kifayətlənmişdir.

43. Cavabdeh apellyasiya baxışı zamanı Masallı "Asan xidmət" mərkəzinə pulsuz getdiyini təsdiq etmiş, alqı-satqı üçün notariatın depozitinə köçürülməli olan pulları Biləsuvar rayonuna anasına zəng edərək göndərməsini xahiş edəndən sonra anası tərəfindən taksi ilə göndərildiyini də bildirmişdir. Bununla belə cavabdeh həmin pul vəsaitinin anası tərəfindən göndərilməsi şəraiti, hansı taksi sürücüsü ilə göndərilməsi barədə ətraflı izahat verməmiş, bununla bağlı hər hansı bir sübutunu da, təqdim edə bilməmişdir. Əksinə, iddiaçı qeyd olunan hissədə məntiqi ardıcıllıqla ətraflı izahat vermiş, göstərdiyi xüsusatlar həm şahid ifadələri, həm satıcının ərinin izahatı, həmdə telefon zəngləri ilə bağlı "xxxx" MMC-dən götürülən məlumatlarla təsdiqini tapmış olmuşdur. Belə ki, mobil operatorun təqdim etdiyi məlumatlara əsasən alqı-satqı müqaviləsi bağlanan gün, yəni 25 sentyabr 2018-ci ildə cavabdehin istifadəsində olan ***-***-**-** nömrəsindən iddiaçının istifadəsində olan ***-***-**-** saylı nömrəyə 2 dəfə zəng olunmuş, 40 və 41 saniyə danışıq baş tutmuşdur. Daha sonra isə iddiaçının istifadəsində o lan ***-***-**-** saylı nömrədən cavabdehin istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng olunmuş, hər birində 250 saniyə danışıq baş tutmuşdur. İddiaçı həmin zənglərin məhz cavabdehin notariata getdikdən sonra alınan əmlaka görə pul vəsaitinin notaiusun depozit hesabına qoyulmalı olması ilə bağlı aparılan danışıqların olduğunu izah etmişdir.

44. Apellyasiya instansiya məhkəməsi bütün sadalananları nəzərə alaraq hesab etmişdir ki, mübahisəli qoyun yatağına və 6 hektar torpaq sahəsinin alınmasına görə ödənilən 19000 manat pulun iddiaçıya məxsus olması təsdiqini tapır. Həmin pul vəsaiti hesabına əldə edilən əmlak cavabdehin mülkiyyətində qalmaqla, cavabdeh əmlakın əldə edilməsinə xərclənən pul vəsaiti miqdarında iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur. Odur ki, v arlanmış şəxs olaraq əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

45. Çiy kərpicdən tikilmiş istifadə üçün yararsız vəziyyətdə olan çoban evinin sökülməsinə görə fəhlələrə verdiyi 200 manat, yeni tikilmiş çoban evinin tikinti materiallarına verdiyi 2500 manat, mişar daşlarının və qumun alınması üçün cavabdehə verdiyi 600 manat, sementə verdiyi 400 manat, binanın tikintisinə görə usta və fəhlələrə verdiyi 1200 manat, qoyunlar üçün tikilmiş yay qəhəlinin materiallarına verdiyi 300 manat, qaynaqçıya verdiyi 50 manat, evindən gətirib yatağa qoyduğu “Samsung” markalı televizora görə 500 manat, krosna aparatına və onun avadanlıqlarına görə 100 manat, “Hunday” markalı 2.4 kv. işıq motoruna görə 600 manat, 1 kv. işıq verən motora görə 200 manat, evinin işlənmiş mebellərinə görə 300 manat, odun peçinə görə 50 manat, 3 ədəd taxta qapıya görə 500 manat, dəmir qapıya görə 200 manat, 2 taxta pəncərəyə görə 100 manat, 1 ədəd kiçik plasmas pəncərəyə görə 50 manat, həmin əşyalara görə cəmi 2600 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə tələbi apellyasiya instansiya məhkəməsi sübuta yetməmiş hesab etmişdir.

46. Belə ki, mübahisəli fermanın ərazisində olan çoban evinin nə zaman təkilməsinin və çəkilən xərclərin müəyyən olunması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən cavabdehin sahibliyində olan qoyun yatağında yerləşən çoban evinin neçənci ildə inşa edilməsini və onun tikintisinə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. İddiada sadalanan əmlakların yataqda mövcud olmasına, o nların iddiaçı tərəfindən yatağa aparılmasına dair iş materiallarında mötəbər sübutlar yoxdur. Qeyd olunan hissədə tələb əsaslı deyil.

47. Qoyunların mövsümü müalicəsi və digər iynə və dərmanlarına görə verdiyi 1000 manatın cavabdehdən tutulması hissədə tələbi apellyasiya instansiya məhkəməsi əsaslı hesab etməmiş və bununla bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı yataqda saxlatdırdığı qoyunların mövsümi müalicəsini aparmalı idi, bunun üçün müəyyən xərclərin çəkilməsi isə yaranan zərurətdən irəli gəlmiş olmuşdur.

48. Apellyasiya instansiya məhkəməsi əskik olan 152 baş ana qoyuna görə 30400 manatın, əskik olan 177 baş quzuya görə 17700 manatın, 4 baş törədici erkəyə görə 1600 manatın cavabdehdən alınması hissədə də, tələbi sübuta yetməmiş hesab etmişdir.

49. Qeyd olunan hi ssədə apellyasiya instansiya məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, 2018-ci ilin sentyabr ayının sonlarından başlayaraq tərəflər alınan fermada qoyunçuluqla məşğul olmuşlar. Orada həm iddiaçıya, həmdə cavabdehə məxsus qoyunlar olmuş, iddiaçının qoyunlarına da cavabdeh baxmış, götürülən balalara şərik olmuşlar. 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində qoyunlardan götürülən bəhərin (balaların böyüdülüb, satılmasından) bölüşdürülməsində tərəflər arasında mübahisə olmamışdır. Sonrakı mərhələdə iddiaçı cavabdehin onun qoyunlarını dəyişdirərək yerinə yaşlı və xəstə qoyunlar almasından, balalarının satışı barədə ona məlumat verməməsindən şübhələnərək, özünə məxsus qoyun-quzuları ayırmaq qərarına gəlmmişdirr.

50. Hazırda iddiaçı yuxarıda qeyd olunan sayda qoyun-quzularını n cavabdeh tərəfindən mənimsənildiyini bildirərək, alınaraq ona verilməsini tələb etsə də, ümumiyyətlə iş materiallarından cavabdehin fermasında iddiaçıya məxsus hansı sayda heyvanın olması müəyyən olunmur. Biləsuvar rayon Polis Şöbəsində, Biləsuvar rayon Prokurorluğunda iddiaçının şikayəti əsasında aparılmış araşdırmalar nəticəsində bir-neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Sonuncu qərar 5 avqust 2022-ci il tarixdə Biləsuvar rayon prokurorunun böyük köməkçisi tərəfindən Cinayət Prosessual Məcəllənin 39.1.1, 85, 207.5.2 və 212-ci maddələrinə istinadla, cinayət hadisəsinin olmaması əsası ilə qəbul edilmişdir. Belə ki, aparılmış araşdırma ilə iddiaçının müraciətində göstərdikləri öz təsdiqini tapmamışdır. Araşdırma materiallarında olan iddia çının özünə məxsus qoyunları ayıraraq yük avtomobillərinə yükləyib bazara satışa çıxarmasının video görüntülərində bu prosesin hər hansı bir mübahisə yaranmadan baş verdiyi aydın görünür.

51. Apellyasiya şikayətinin dəlillərini pul öhdəliyinin icra edilməməsi ilə bağlı bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə hesablanan 9618 manat faizin tutulması hissədə tədqiq edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 449-cu maddəsində pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətdən bəhs edilir. Hazırki işdən iddia üzrə iddiaçıya aid pul vəsaitlərinin borc, yaxud digər əqdlərə əsaslanan formada birdəfəlik cavabdehə verilməsi, cavabdeh tərəfindən hansı müddətdə qaytarılmalı olması və qanunsuz saxlanılması müəyyən o lunmur. Həmçinin iddia üzrə iddiaçı tərəfindən əldən çıxmış faydanın tutulması hissədə tələb əsaslandırılmamış və həmin əsaslandırmanı təsdiq edən sübutlar təqdim edilməmişdir. Odur ki, iddia qeyd olunan hissədə də əsaslı deyil.

52. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 2.3, 14.2.1, 21.1, 21.2, 386.1,1091.1, 1091.2 və 1092.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. Cavabdeh (vəkil X33) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edərək, iddia tələbinin tam rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə cavabdehin iddiaçıya zərər vur ması və cavabdehin iddiaçını hesabına əsassız varlanması öz təsdiqini tapmır. Cavabdeh bildirmişdir ki, notariusa gedəndə üstündə 1000 manat pul olub, belə olan halda, iddiaçı həmin 1000 manata münasibət bildirməli idi. İddiaçı pulu qardaşı vasitəsilə göndərdiyini demişdir, lakin iddiaçını qardaşı ilə telefon danışığı aşkar edilməyib. Həmçinin iddiaçı cavabdehin bacısının əridir. Onların telefon danışığının olması adi bir haldır. Bu danışığı məhz torpağın alqı-satqısı ilə bağlamaq məntiqli deyildir. Şahid XX torpağı cavabdehə satdığını bildirmiş, iddiaçının adını çəkməmişdir. XXnın əri XXX polis və prokurorluqda araşdırma zamanı alqı-satqının iddiaçı ilə aparıldığını bildirmişdir. X35 iddiaçının xeyrinə vermiş ifadəni təkzib edərək, ifadəsini oxumadan imzaladığını və mənafeyinə toxunmadığı üçün maraqlı olmadığını bildirən notarial qaydada təsdiq edilmiş ərizəni cavabdehə təqdim etmişdir. Buna görə də 19000 manatın iddiaçı tərəfindən verilməsinə dair sübut mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və v əzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsi n (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hü ququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində cavabdeh qətnaməni iddianını təmin edilən hissəsində mübahisələndirib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

61. İddia tələbi təmin edilən hissədə əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitini alınması barədə olmuşdur.

62. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbinin həmin hissəsi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düz gün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4044-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

64. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

65. Şahid XXXin polis və prokurorluqda araşdırma zamanı alqı-satqının iddiaçı ilə aparıldığını bildirməsinin X35in özünün təkzib etməsi barədə ərizəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sisteminə yerləşdirilən həmin ərizə 24 may 2024-cü il tarixdə, yəni işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra verilmişdir. Bun a görə də işə baxılarkən mövcud olmayan həmin ərizəyə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməməsi barədə dəlil əsaslı sayıla bilməz.

66. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilən və yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır

67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdiril mədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-224/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar