Məhkəmə qərarları › İş №2(102)-3724/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3724/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3724/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3724/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2217/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında dostluq münasibətləri olmuşdur. Şifahi razilaşma əsasında iddiaçı cavabdehə borc pul vermişdir.

2. İddiaçı Cavabdeh qarşı müraciəti əsasında Masallı Rayon Polis şöbəsində 442 saylı araşdırma materialı üzrə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 3. 442 saylı araşdırma materialı üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, “... İddiaçı uzun müddətdir ki, tanıyıram. Xalid mənim həmkəndlimdir. İki ilə yaxındır ki, İddiaçılə yaxın münasibətdə idim. 2020-ci ilin sentyabr ayında İddiaçı mənə məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Zeytun 10” adlı aptekdə satıcı işləmək istədiyini bildirdi və mən həmin aydan onu aptekə işçi kimi qəbul etdim. Həmin vaxt mən “Zeytun” adlı dərman şirkətində işləyirdim və “Zeytun 10" aptekinin müdiri idim. 2020-ci ilin noyabr ayında mən şirkətin deposundan götürdüyüm məvacibdə kəsr olduğundan ödəniş edə bilmədim və 2-3 gün müddətində qaytarmaq şərti ilə borc pul axtarmalı oldum. Həmin vaxt İddiaçı bildirdi ki, mənə pul tapa bilər, lakin həmin pulun üzərində əlavə pul qaytarmaq lazımdır. Mən də onunla razılaşdım. Bundan sonra Xalid mənə 4.000 manat pul gətirdi və 3-4 gündən sonra Xalidə 4.500 manat pul qaytardım. Sonradan bu qayda ilə mən Xaliddən 3-4 dəfə pul götürərək geri qaytardım. Həmin vaxt mən şərikim Vaqis adlı şəxsə 150.000 manat pul borclu idim və ona olan borcumu qayt armaq üçün 2021-ci ilin yanvar ayında Xaliddən 40.000 ABŞ dolları borc pul aldım və Vaqisə olan borcumdan qaytardım. Mən Xaliddən götürdüyüm pulu 2021-ci ilin fevral ayının sonlarında qaytarmalı idim. Mən 2021- ci ilin fevral ayının 4-də yenidən Vaqisə pul qaytarmalı olduğum üçün Xaliddən 20.000 ABŞ dolları pul istədim. İddiaçı də dayısı Taleh Babayevə zəng edərək ondan 20.000 ABŞ dolları borc istədi. Taleh Babayev də həmin pulu düzəltdikdən sonra mənim razılığım ilə Bakı şəhərində Vaqis Məmmədova verdi. 2021-ci ilin fevral ayının sonlarında Xalidin dayısı Taleh Babayev mənə verdiyi 20.000 ABŞ dolları borcunu təcili olaraq geri istədi. Mən də həmin vaxt pulu qaytara bilmədiyim üçün mənə məxsus olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Zeytun 10” saylı apteki satmaq qərarına gəldim. Bundan sonra Vaqis Məmmədov həmin apteki ona olan borcu silmək şərti ilə və Taleh Babayevə olan 20.000 ABŞ dolları borcumu ödəmək şərti ilə ala biləcəyini bildirdi. Mən də onunla razılaşdım. Vaqis Məmmədov həmin apteki aldıqdan sonra qeyd etdiyi pullardan əlavə mənim Xalidə olan borcumdan da 12.000 manatını qaytardı. Bundan sonra mən Vaqisə və Taleh Babayevə olan borcumu tam qaytardım. İddiaçı isə 56.000 manat borcum qaldı. Daha sonra mən həmin borcdan 10.000 manat, 5.000 manat və 5.000 manat olmaqla ayrı-ayrı vaxtlarda İddiaçı qaytardım. Hal-hazırda mənim İddiaçı 36.000 manat borcum qalmışdır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mas allı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 51.000 manatın 30.000 ABŞ dolları kimi qəbul edilərək, 30.000 ABŞ dollarının (ödəniş günü məzənnəyə uyğun olaraq manatla) və 245 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi həmkəndlisi kimi uzun müddətdir ki, tanıyır. İki ilə yaxındır ki, yaxın münasibətdə olmuşdur. Cavabdeh “Ornado Medicine” şirkətində satış meneceri işləyərkən 2020-ci ilin noyabr ayında ona bildirmişdir ki, depodan aldığı dərman preparatlarını “Zeytun" şirkətinin deposuna yuxarı faizlə sata bilər, lakin bunun üçün ona pul lazımdır və istəsə onunla şərik ola biləcək. O, cavabdehlə razılaşmış və sonuncuya 10.000 manat pul vermişdir. Cavabdehdə da həmin pulun ü zərinə 20.000 manat pul qoyaraq depodan 30.000 manatlıq dərman pereparatları almış və həmin həftə ərzində dərmanları “Zeytun” şirkətinin deposuna sataraq təxminən 20 faiz gəlir əldə etmişlər. Bundan sonra cavabdeh ona nə qədər çox pul qoysalar, o qədər də çox pul qazana biləcəyini demişdir. O, da növbəti dəfə cavabdehə 24.000 manat pul vermiş və yenidən bir həftə ərzində cavabdeh onun pulunu qazancı ilə birlikdə qaytarmışdır. Onlar bu qayda ilə bir neçə dəfə alış-veriş etmişlər. Sonuncu dəfə 2021-ci ilin yanvar ayının sonlarında o, yenidən cavabdehə 40.000 ABŞ dolları pul vermişdir və həmin pula alınmalı olan dərmanlar xx.xx.2021-ci il tarixə qədər satılmalı idi. 2021-ci ilin fevral ayının 18-də cavabdeh ona yenidən bildirmişdir ki, depoya əlavə olaraq 20.000 ABŞ dolları pul vermək lazımdı r. Bundan sonra cavabdeh 20.000 ABŞ dolları pulu tanışı vasitəsilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Kral” şadlıq sarayının qarşısında dayısı Talehdən götürmüşdür. xx.xx.2021-ci il tarixdə o, Bəxtiyardan pulunu istədikdə cavabdeh ona depoda yubanma olduğunu və xx.xx.2021-ci il tarixdə 100.000 ABŞ dolları pul köçürüləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə yenidən cavabdehdən pulunu istədikdə cavabdehin onu aldadaraq pulunu mənimsədiyini bilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə özünə məxsus apteki sataraq ona olan 60.000 ABŞ dolları borcundan 20.000 ABŞ dollarını və 17.000 manatını qaytarmışdır. Lakin sonradan cavabdeh ona dəfələrlə pulu qaytaracağını bildirsə də, 51.000 manat (30.000 ABŞ dolları) borcunu qaytarmamışdır. Bu səbəbdən DİN-nin rəhbərliyinə onlayn formada mür aciət edərək, cavabdehin ona olan borcunu qaytarmasında köməklik göstərmələrini xahiş etmişdir. O, Cavabdeh faizə pul verməmiş və Bəxtiyara əvvəllər verdiyi borc pulların üzərində artıq pul almamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək izahatında qeyd etmişdir ki, onun iddiaçı ilə münasibəti çox yaxşı olub. İşlədiyi “Zeytun 10” aptekinin fəaliyyətini tənzimləmək üçün ona pul lazım olmuş və o, bu məsələni özünə yaxın bildiyi iddiaçıya demişdir. O, bir az düşündükdən sonra ona yalnız faizlə pul verə biləcəyini demişdir. Başqa çıxış yolu olmadığından o, iddiaçıdan müxtəlif vaxtlarda 4.000 manat, həmçinin 8.000, 30.000, 24.000 və 50.000 ABŞ dolları yüksək faizlə pul almışdır. İddiaçı ondan 4.000 manat üçün 4.500, 8.000 ABŞ dolları ü çün 10.000 ABŞ dolları, 30.000 ABŞ dolları üçün 38.000 ABŞ dolları, 24.000 ABŞ dolları üçün 32.000 ABŞ dolları, 50.000 ABŞ dolları üçün 58.000 ABŞ dolları faiz almışdır. O, iddiaçının əsas borcunu da tam şəkildə ödəmişdir. O, xx.xx.2020-ci il tarixdə iddiaçı ilə qohumluq əlaqəsi olan Kənan Mirzəxanlı ilə “Kredit müqaviləsi” bağlayaraq, ondan 150.000 manat pul almışdır. Həmin “Kredit müqaviləsini” iddiaçıda imzalamışdır. Aldığı 150.000 manat üçün Kənan Mirzəxanlı və iddiaçıya 220.000 manat qaytarmalı idi. O, Kənan Mirzəxanlı və iddiaçıdan 150.000 manat faizə pul götürmək üçün sahibi olduğu 187.000 manat dəyəri olan “Zeytun 10” aptekini dərman preparatları və bütün avadanlıqlarla birlikdə onlara girov qoymuşdur.O, faizə götürdüyü pulu qaytara bilmədiyi üçün razılıq əsasında 220.000 qarşılığı nda apteki 150.000 manata dəyərləndirərək, iddiaçıya təhvil vermişdir. Yəni iddiaçıdan aldığı 150.000 manata qarşılıq olaraq sahibi olduğu apteki 150.000 manata dəyərləndirərək ona vermişdir. Hazırda iddiaçının ondan tələb etdiyi 51.000 manat sırf faiz borcudur ki, bu da tam qanunsuzdur.

7. İş materaillarında olan, iddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, “Mən İddiaçı Cavabdeh 2021-ci ilin fevral ayında 40 min ABŞ dolları və 10 gün sonra 20 min ABŞ dolları borc vermişəm”. Tərəflərin ərizə adlandırdıqları xx.xx.2021-ci il tarixli əlyazmada göstərilmışdır ki, “Mən Cavabdeh İddiaçı aldığım 114.000 min AZN summa qarşılığında bütün mal qalığı ilə birgə apteki Zeytun 10 “A” bütün səlahiyyətləri ilə birgə məsul şəxs olaraq İddiaçı təhvil verməyi öhdəmə göt ürürəm. Bu mövzuda heç bir narazılığım yoxdur. Alınan summa xx.xx.2021-ci il tarixində ödənilmədikdə keçərlidir. İmza var, Cavabdeh, Tarix xx.xx.2021. Cavabdeh tərəfindən 114.000 AZN ödənilib. Tarix xx.xx.2021 1) İddiaçı imza var. 2) Cavabdeh İmza var”.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədə göstərilir ki, xx.xx.2021-ci il tarixli, yəni 114.000 AZN summa ilə bağlı yazılı sənədin mətni mənim tərəfindən tərtib edilmişdir və adımın qarşısındakı imza mənə məxsusdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli yazılı sənəddə göstərilir ki, “Mən Cavabdeh İddiaçı aldığım 97 (doxsan yeddi) min manat summa qarşılığında bütün mal qalığı ilə birgə aptek “Zeytun 10” Masallı aptekini bütün səlahiyyətləri ilə birgə məsul şəxs olaraq İddiaçı təhvil verməy i öhdəmə götürürəm. Bu mövzuda heç bir narazılığım yoxdur və sonrakı gün, ay və ya illərdə adımda olan lisenziyaya görə heç bir haqq tələb etmiyəcəm. Alınan summa xx.xx.2021-c il tarixində ödənilmədikdə keçərlidir. İmza var, Cavabdeh, Tarix xx.xx.2021; Cavabdeh İddiaçı tərəfindən 97 min manat ödənilib. Tarix xx.xx.2021, İddiaçı imza var. Cavabdeh İmza var”.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədə göstərilir ki, “xx.xx.2021-ci il tarixli, yəni 97.000 manat summa göstərilən yazılı sənədin mətni İddiaçı tərəfindən yazılmışdır. Adımın qarşısındakı imza mənə məxsusdur”.

10. Masallı Rayon Məhkəməsinin 2(050)-1798/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia təmin edilmiş, Cavabdeh 30.000 ABŞ dolları məbləğində pul və saitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun əvəzi qismində 245 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yazılı şəkildə borc müqaviləsi bağlanmamışdır. Lakin işin araşdırılması zamanı (işdə olan İddiaçı və Cavabdeh tərəfindən imzalanmış yazılı sənədlərlə, o cümlədən İddiaçı şikayətinə əsasən aparılmış araşdıma zamanı izahatı alınmış Cavabdeh izahatı ilə) müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda pul almışdır.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddianı qəbul etməsə də, İddiaçı 114.000 manat məbləğində pulun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizənin mətninin onun tərəfindən yazıldığını, adının qarşısındakı imzanın ona məxsus olduğunu da bildirmişdir. Bundan başqa, bildirmişdir ki, İddiaçı 97.000 manat məbləğində pulun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizənin mətni isə İddiaçı tərəfindən yazılmışdır, ərizə özü tərəfindən oxunmuşdur və adının qarşısındakı imza ona məxsusdur.

13. Məhkəmə həmçini qeyd etmişdir ki, Cavabdeh izahatı (həmin izahat xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da göstərilmişdir), o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar hazırki mübahisə üzrə preyudisial əhəmiyyət daşımasada, işdə olan digər sübutlar kimi sübut növü kimi nəzərə alınmalıdır. Cavabdehin həmin izahatında göstərilənlər işdə olan digər sübutlarla da təsdiqini tapır ki, Cavabdeh İddiaç ı müxtəlif vaxtlarda pul almışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların bölgüsü baxımından cavabdeh sübut etməlidir ki, izahatında qeyd etdiyi kimi aldığı 40.000 ABŞ dolları və 20.000 ABŞ dolları pulu qaytarmışdır. Bununla bağlı, həmçinin izahatında borc kimi qalmış olduğu pulun faiz borc pul olması, ümumiyyətlə pulun faizə verilməsi ilə bağlı onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və ya sübuta yetirilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2, 1091.1, 1091.2, 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apell yasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan 114.000 manat məbləğində pulun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli yazılı qəbzi (ərizəni) özü yazdığını, adının qarşısındakı imzanın ona məxsus olduğunu, iddiaçıdan 97.000 manat məbləğində pulun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizədəki imzanın da ona məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

17. Şirvan Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(106)-2217/2022 nömrəli, 16 dekabr 2022-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh izahatında iddiaçıdan borca pul aldığını etiraf etmiş, lakin etirazında borcunu ödədiyini bildirsə də, bu halı təsdiq edən sübutu təqdim etməmişdir. Halbuki, borcunu ödədiyini sübuta yetirmək cavabdehin üzərindədir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşıl ıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir. Mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 739.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 372.1, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qətnamədən cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şika yəti ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işə birtərəfli qaydada baxaraq işin hallarına tam uyğun olmayan qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyi n əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarma ğı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, eks pertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahi sənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

45. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

46. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq norm alarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2217/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar