Məhkəmə qərarları › İş №2(102)-3728/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3728/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3728/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X6 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-671/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İd diaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində inspektor vəzifəsində açlışmışlar.

2. İddiaçının cavabdehdən 2019-2020-ci illər ərzində 79000 Azərbaycan Respublikası manatı, 12100 ABŞ dolları və 8000 Avro məbləğində borc qismində verdiyi pulu ala bilməməsi barədə məlumatı əsasında aparılmış xidməti araşdırma zamanı verdiyi 11 mart 2021-ci il tarixli izahatında cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 79600 Azərbaycan manatı, 12100 ABŞ dolları və 8000 avro məbləğində pul vəsaitini borc qismində aldığını etiraf etmiş, aldığı borc məbləğini maddi imkanı olmadığı səbəbindən qaytarmadığını bildirmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinə 16 mart 20 21-ci il tarixli, AZ9400/********** nömrəli teleqram ünvanlayaraq, iddiaçıya pul borcu olmadığını, sonuncunun onunla qeyri-rəsmi nikah münasibətində olması barədə təklifini rədd etməsi səbəbindən barəsində həqiqətə, uyğun olmayan müraciət etdiyini və ona hədə-qorxu gəldiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 118000 manat, pul vəsaitini əsassız saxlamasına görə illik 5 faiz olmaqla 3 il üçün 18000 manat, dövlət rüsumu kimi ödədiyi 426 manat olmaqla, cəmi 136426 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, onunla bir yerdə işləyən cavabdeh, ayrı-ayrı vaxtlarda ondan 118000 manat borc pul götürmüşdür. Həmin pulların bir hissəsini özü şəxsən versə də, qalan hissəsini ayrı-ayrı şəxslər onun xahişinə əsasən, cavabdehin uşağına köməklik məqsədi ilə öz adlarına kredit götürməklə vermişlər. Belə ki, onun xahişinə əsasən Elton Kazımlı 13000 manat, Mahir Məmmədov 15000 manat, İsmayıl Əsgərov 4000 manat, o, özü əvvəlcə 5000 manat, 5000 manatı qaytardıqdan sonra 20000 manat kreditə pul götürüb cavabdehə vermişlər. Cavabdeh pulu ona qaytarmaq üçün bacısının evini girov qoyacağını bildirmiş, bununla bağlı razılaşaraq yenidən 50000 manat pulu ona vermişdir. Cavabdehi borcunu qaytarması ilə bağlı dəfələrlə xəbərdar etmiş, lakin sonuncu onun pulunu qaytarmaqdan imtina etmişdir. O, bu barədə müvafiq orqanlara müraciət etmişdir. Cavabdeh artıq 3 ildir q aytarmır, həmin vəsaitdən əsassız olaraq faydalanır.

6. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçını işlədiyi idarədən tanımışdır. İddiaçı ona avtomobil alması üçün 15000 manat məbləğində pul vermişdir. Sonra aralarındakı münasibət pozulmuş və iddiaçı ondan və digər əməkdaşlardan 2019-2020-ci illər ərzində 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində pulları borc alması barədə rəhbərliyə şikayət etmişdir. Hətta Komitənin rəhbər şəxsi onun atasının fərdi yaşayış evinə gedərək, atasından borcunun ödənilməsini tələb etmiş, sonuncu iddiaçıya məxsus avtomobili təcili sataraq, 15000 manat pulu qaytarmışdır. İddiaçı şikayətində Komitənin əməkdaşlarının ona borc pul verdiyini bildirsə də, onun iddiaçıya heç bir borcu olmamışdır. İddiaçı nın ona 2019-cu ildə borc verdiyini göstərdiyi halda, həmin pulu qaytarmadığı təqdirdə yenidən 50000 manat pul verməsi heç bir məntiqə uyğun deyildir. İddiaçının dedikləri həqiqətə uyğun deyil. İddiaçının təqdim etdiyi diskdə onun səsi telefonla qanunsuz olaraq yazılmışdır. Heç vaxt iddiaçıdan borc pul aldığını etiraf etməmişdir.

7. X10 Hicran oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehin iş yoldaşıdır. 2020-ci ilin fevral ayında iddiaçı cavabdehin uşağı onkoloji xəstə olduğu üçün ona köməklik etməyini xahiş etmişdir. 24 yanvar 2020-ci il tarixdə Bankdan 12.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin pulu bankın qarşısında onunla görüşərək götürmüş və krediti aybaay özünün ödəyəcəyinə söz vermişdir. Lakin kreditin vaxtı çatdığında cavabdehin aylıq kredit məbləğini ödəmədiyini görüb, bununla bağlı iddiaçıya müraciət etmişdir. Həmin vaxt iddiaçı cavabdehin onu da aldatdığını və ondan aldığı pulları geri qaytarmadığını bildirmişdir.

8. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlə iş yoldaşıdır. İddiaçı ona xəstə bir uşağa kömək etmək lazım olduğunu bildirmiş, onun xahişi ilə 2019-cu ilin axırları və 2020-ci ilin əvvəllərində cavabdehə 4000 manat pul göndərmişdir. Həmin pulun 2300 manatını poçt vasitəsi ilə, 1700 manatını isə cavabdehin kartına göndərmişdir. Cavabdeh ondan pul istəməmiş və həmin pulu ona qaytarmamışdır. Pulu iddiaçının xahişi ilə cavabdehə göndərmişdir. İddiaçı da onun pulunu qaytarmamışdır.

9. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, cavabdehin atasıdır. Qızının iddiaçıya borcu olmamışdır və iddiaçının göstərdiyi məbləğdə borc götürməyə ehtiyacı da olmamışdır. 2021-ci ilin fevral ayında özünü gömrük əməkdaşı kimi təqdim edən Rafiq Fətullayev adlı şəxs onun yaşadığı ünvana gəlmiş və qızının iddiaçıya 136000 manat borclu olduğunu bildirmişdir. Qızının iddiaçıya borcunun olmadığını dəqiqləşdirdikdən sonra iddiaçının qızına avtomaşın almaq üçün köməklik məqsədi ilə verdiyi 15000 manat pulu iddiaçıya qaytarmışdır. Həmin vaxt iddiaçıdan qızına borc verməsinə dair hər hansı bir sənədin olmasını soruşduqda sonuncu bu barədə hər hansı bir sənədin olmadığını bildirmiş, lakin qızının ona borclu olduğunu, həmin pulu tələb edəcəyini göstərmişdir.

10. Məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfindən onların öz aralarında telefon danışıqlarının yazılmış DVD dis klərə baxış keçirilərək dinlənilmişdir. İddiaçının təqdim etdiyi diskdə cavabdehlə telefon danışığında pul tələb etməsi, özünün çətin duruma düşməsi, borc götürdüyü adamların ondan borclarını istəməsi göstərilmiş, cavabdeh maddi imkanı olmadığını, pulu olarsa nəinki ona 50000, daha çox pul verəcəyini göstərmişdir. Həmçinin, cavabdeh tərəfindən təqdim edilən diskdə iddiaçı cavabdehə onu və uşağını çox istədiyini, onunla ailə qurmaq istədiyini, ona hər cür köməklik göstərməyə hazır olduğunu bildirmiş, cavabdehdən onunla ailə qurmasını xahiş etmişdir.

11. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-706/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddia rədd olunmuşdur.

12. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmamışdır. Belə ki, məhkəmə baxışı zamanı tərəflər arasında qanunun tələblərinə uyğun olaraq nə yazılı, nə də şifahi borc müqaviləsi bağlanması, iddiaçının cavabdehə borc pul verməsi, cavabdehin iddiaçıdan borc pul istəməsi öz təsdiqini tapmamışdır.

13. Məhkəmədə dindirilən şahidlər Kazımlı Elton və Əsgərov İsmayıl cavabdehin onlardan borc pul istəmədiyini, pulu iddiaçının xahişinə əsasən cavabdehin uşağının müalicəsinə köməklik göstərilməsi məqsədilə verdiklərini təsdiq etmişlər. Həmin hal tərəflərin iş yoldaşı olan X3 Azərbaycan Respublikası Baş Prokurorluğuna verdiyi izahatı ilə də müəyyən olunur.

14. Həmçinin tərəflər arasında telefon danışıqlarının qeydə alındığı disklər dinlənilərkən iddiaçının cavabdehlə ikinci ailə kimi münasibəti qurmaq istəməsi onu deməyə əsas verir ki, tərəflər arasında olan pul münasibətləri borcla bağlı olmamışdır. Həmin danışıqlarda cavabdeh pulun borc olaraq ona verildiyini etiraf etməmişdir. Tərəflər arasında qanunun tələblərinə uyğun bağlanmış borc müqaviləsi olmadığından cavabdehin üzərinə iddiaçıya pul ödənilməsi öhdəliyinin qoyulması qanuna uyğun sayıla bilməz.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 406, 407.2, 419.1, 419.2, 420.1.2, 739.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli, 12 avqust 2020-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-671/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlam ışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi iki hissədən ibarət olmuşdur. Birinci hissədə iddiaçı cavabdehdən onun tapşırığı əsasında Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci hissədə iddiaçı, həmçinin iddia edir ki, cavabdehin özü və ailəsi ilə bir iş yoldaşı kimi yaxın münasibətləri olmuş və o, özü və digər gömrük əməkdaşlarından hissə-hissə 2019-2020-ci illər ərzində cavabdehə 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində borc pul vermiş, hazırda cavabdeh borcu qaytarmadığından ona qarşı hazırkı iddia tələbində borcun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddia tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, şahidlər Kazımlı Elton Hicran oğlu və X2 ifadələrində iddiaçının məhkəməyə bildirdiyi halları təsdiq etmişdir. Hətta cavabdeh özü də, şahidlərin ifadələrində göstərdikləri Eltondan 12.000 manat, Mahir Məmmədovdan 15.000 manat pulun iddiaçı Eminin göstərişi və tapşırığı ilə aldığını və Eminə verdiyini təsdiq etmişdir.

21. Belə olan halda, cavabdeh etirazının əsası kimi istinad etdiyi, yəni müvafiq olaraq Eltondan aldığı 12.000 manat və Mahirdən aldığı 15.000 manat pulun tapşırığı yerinə yetirərək Eminə verdiyini sübut etməyə borcludur. Bunun üçün isə ilk növbədə pulu verən şəxslərin, yəni Eltonun, Mahirin və İsmayılın cavabdehə qarşı pul tələbi barədə iddiası mövcud olmalıdır. Çünki iddiaçının tapşırığı ilə İsmayıl, Mahir və Elton cavabdehə pul vermiş, hətta Elton məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, bankdan kredit götürdüyü 12000 manatı cavabdehə verərkən ona bildirmişdir ki, o, pulu bankdan kredit olaraq götürmüş və hər ay kredit üzrə borcu ödəməlidir, cavabdeh ona söz vermişdir ki, aldığı 12000 manatı banka hər ay cədvəl üzrə ödəyəcək. Cavabdeh isə bu faktı qismən təsdiq edir, yəni o, iddiaçının tapşırığı ilə Elton və Mahirdən aldığı paketləri iddiaçıya çatdırdığını, həmin paketdə nə olmasından məlumatlı olmadığını bildirmişdir.

22. Birinci instansiya məhkəməsi haqlı olaraq tələb olunan Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaitinin başqa şəxslərə məxsus olması, sübut olunduğu halda da, iddiaçı olaraq iddiaçının tələb etmək hüququnun olmaması əsası ilə təmin etməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçını iddianın predmeti olan borc pulun (burada Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaiti başa düşülür) qaytarılması iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.

24. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki iddiaçı bununla bağlı məhkəməyə borcun verilməsini təsdiq edən hər hansı yazılı müqavilə təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işin hallarını tam araşdırmamış, işdə olan sübutlara qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

33. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

34. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

35. Maddə 779.1. vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

36. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi va rdır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı

37. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət ed ilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(106)-671/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar