Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3729/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxxna qarşı “keyfiyyətsiz üzlüklərin sökülməsi və yenisinin vurulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh xxxnun cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: podrad müqaviləsi, işlərinin keyfiyyətsiz görülməsi, ziyan, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının (qarşılıq lı iddia üzrə cavabdehin) vəkili X1, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxxnun və vəkili xxxnun iştirakları ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)57/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) xxx və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxx tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh xxxna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi kimi 10000 manat, mən əvi zərərin əvəzi kimi 83000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh xxxnun cavabdeh İddiaçı qarşı qarışlıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı ilə podrat müqaviləsinin bağlanmış hesab edilməsi və cavabdehdən ödənilməmiş 12676 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-707/2016 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Axundova) ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməklə, ilk iddia üzrə iddiaç ı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 4736 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4766 manat məbləğində pulun alınaraq ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxxna verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-57/2020 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, İddiaçı və F.F.Babayevdən ibarət tərkibdə) ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-707/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə Cavab deh xxxndan maddi ziyana görə 2794 manatın, mənəvi ziyana görə isə 300 manatın ilk iddia üzrə İddiaçı xeyrinə tutulması, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) xxx və vəkili xxx kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)57/2020 nömrəli qətnaməsinin ləğv olunaraq, ekspert rəyinə uyğun olaraq 15201 manat maddi ziyanın və 83000 manat məbləğində isə mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxx və vəkili xxx kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2 (103)-57/2020 nömrəli qətnaməsinin ləğv olunaraq, ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) xxxnun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının izahatları qiymətləndirilməmişdir. İddiaçı apelyasiya şikayətinə dəqiqləşmə etsə və maddi ziyanı ekspert rəyi ilə təsdiq olunmuş 15201 manat məbləğinin tutulmasını xahiş etsə də, həmin hal məhkəmə iclas protokoluna əlavə edilməmişdir. Məhkəmə tərəfindən ekspert rəyinin mövcud olmasına baxmayaraq, ilkin iddianı tam təmin etməmiş dir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxxnun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instnasiyası məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş və iş üzrə keçirilmiş ilkin və təkrar ekspertiza rəylərinin ziddiyyətli olmasını nəzərə almamışdır. Məhkəmə iclasında çıxış edən ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili X2 iddiaçının kassasiya şikayətini müdafiə etmiş, qarşılıqlı kassasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxx və vəkili xxx öz kassasiya şikayətini müdafiə edərək, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə isə etiraz edərək, iş üzrə müvafiq yeni qərar qəbul edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, i şin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. 2014-cü ildə İddiaçı və Cavabdeh xxx arasında həmin evin fasadının üzlənməsi barədə şifahi razılaşma olmuş və Cavabdeh xxx digər şəxslərlə birlikdə həmin evdə üzlüklərin vurulması və digər işlər görmüşlər. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş digər mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh 24700 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı razılaşdırılmış işləri natamam və keyfiyyətsiz gördü yünü əsas gətirərək, qarşı tərəfdən vurulmuş zərərin əvəzinin ona ödənilməsini, İddiaçı isə görülmüş işlərin dəyərinin tam ödənilməməsini əsas gətirməklə, müvafiq pul vəsaitinin sifarişçidən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş xx xxxxxx 2016-cı il tarixli, 18128 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasadlarına vurulmuş üzlüklərin yapışdırılmasında hər hansı bir nöqsan aşkar olunmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasadı üzərində görülmüş işlərə sərf olunan ustanın əmək haqqının 21906 manat məbləğində olduğu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə tikintitexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli, 29014 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasadına aqlay daşından vurulmuş üzlük plitələrin müxtəlif yerlərdə çatlaması, üzlük plitələrin bərkidiliməsində qranit yapışqanından istifadə olunması, pəncərə alt üst karnizlərin içəri salınmadan aqlay daşlarının (plitələrin) üzərinə yapışdırılması, ön fasadın giriş qapısının sütunlarının ətrafına kant daşların qeyri-simmetrik vurulması, qapısının haşiyəsi ilə pəncərə haşiyənin arasında ölçü fərqliliyi, eləcə də karnizlərin, kant daşların, sütun daraqlarının keyfiyyətiz cilalanması müəyyən edilir. Tədqiq olunan evin fasadında mövcud qüsurların qismən aradan qaldırılması texniki cəhətdən mümkündür. Həmin qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli bərpa işlərinin dəyəri (xidmət haqqı və materiallar daxil olmaqla) 3408 manat məbləğində müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasad divarları üzərində aqlay daşından yerinə yetirilmiş işlərin dəyərinin (xidmət haqqı) iş üzrə tərəflər arasında razılaşdırılmış qiymətlərə uyğun olaraq 15201 manat məbləğində müəyyən edilir. Tədqiq olunan fərdi yaşayış evinin fasad divarları üzrə aparılmış işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında azalmağa doğru yaranmış 6705 manat (15201-21906,0) qiymət fərqi, tədqiq olunan ev üzrə yerinə yetirilmiş iş həcmlərinin dəqiqləşdirilməsi ilə izah olunur. Mülki iş materiallarından göründüyü kimi, tədqiq olunan fərdi yaşayış evinin fasad divarları üzərində işlərin yerinə yetirilməsinə dair iş üzrə tərəflər arasında qiymət razılığı əldə olunmuş, həmin qiymətə üzlük daşının vurulması, cilalanması, laklanması, eləcə də bu işlərin görülməsi üçün ayaqaltının quraşdırılıb sökülməsi daxildir. Belə olan halda tədqiq olunan obyekt üzrə görülmüş işlərdən əlavə digər işlərin yerinə yetirilməsi müəyyən olunmur. Rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, tədqiq olunan evin fasadları üzrə tərəflər arasında razılaşdırılmış layihədən kənar əlavə işlərin yerinə yetiriliməsi və bununla əlaqədar, layihədə nəzərdə tutulmayan işlərə artıq əmək (xidmət) haqqının və materiallarının sərf olunduğu müəyyən edilir. Tədqiq olunan evin fasad divarları üzrə artıq görülmüş işlərin ayrı-ayrılıqda həcmi, dəyəri, rəyin tədqiqat hissəsində tərtib edilmiş qiymətləndirmə cədvəlində (smeta) əks olunmuşdur. Rəylər arasında ziddiyyət mövcud olduğundan apelyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 17248 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasadına aqlay daşından vurulmuş üzlük plitələrin müxtəlif yerlərdə çatlaması, üzlük plitələrin bərkidilməsində qranit yapışqanından istifadə olunması, pəncərə altı və üst karnizlərin içəri salınmadan aqlay daşlarının (plitələrin) üzərinə yapışdırılması, ön fasadın giriş qapısının sütunlarının ətrafına kant daşların qeyri-simmetrik vurulması, giriş qapısının haşiyəsi ilə pəncərə haşiyənin arasında ölçü fərqliyi, eləcə də karnizlərin, kant daşların, sütun daraqlarının keyfiyyətiz cilalanmas ı müəyyən edilir. Tədqiq olunan evin fasadında mövcud qüsurların qismən aradan qaldırılması texniki cəhətdən mümkündür. Həmin qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli bərpa işlərinin dəyəri (xidmət haqqı və materiallar daxil olmaqla) 3408,1 manat məbləğində müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasad divarları üzərində aqlay daşından yerinə yetirilmiş işlərin dəyərinin (xidmət haqqı) iş üzrə tərəflər arasında razılaşdırılmış qiymətlərə uyğun olaraq 15201,0 manat məbləğində olduğu müəyyən edilir. Mülki iş materiallarından göründüyü kimi, tədqiq olunan fərdi yaşayış evinin fasad divarları üzərində işlərin yerinə yetirilməsinə dair iş üzrə tərəflər arasında qiymət razılığı əldə olunmuş, həmin qiymətə üzlük daşının vurulması, cilalanması, laklanması, elə cə də bu işlərin görülməsi üçün ayaqaltının quraşdırılıb sökülməsi daxildir. Belə olan halda tədqiq olunan obyekt üzrə görülmüş işlərdən əlavə digər işlərin yerinə yetirilməsi müəyyən olunmur. Rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, tədqiq olunan evin fasadları üzrə tərəflər arasında razılaşdırılmış layihədən kənar əlavə işlərin yerinə yetirilməsi və bununla əlaqədar, layihədə nəzərdə tutulmayan işlərə artıq əmək (xidmət) haqqının və materiallarının sərf olunduğu müəyyən edilir. Tədqiq olunan evin fasad divarları üzrə artıq görülmüş işlərin ayrı-ayrılıqda həcmi dəyəri rəyin tədqiqat hissəsində tərtib edilmiş qiymətəndirmə cədvəlində (smeta) əks olunmuşdur. İş üzrə keçirilmiş ilkin və təkrar rəylər arasında olan ziddiyyətlərə izah verilməsi ilə bağlı qeyd olunur ki, ilkin ekspertiza t ədqiqatı (xx xxxxxx 2016-cı il tarixli 18128 saylı rəy) zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasadlarına vurulmuş üzlüklərin yapışdırılmasında hər hansı bir nöqsan aşkar olunmadığı və evin fasadı üzərində görülmüş işlərə sərf olunan ustanın əmək haqqının dəyərinin 21906,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin, təkrar ekspertiza (xx xxxx 2018-ci il tarixli 29014 saylı rəy) tədqiqatı ilə, həmin fərdi yaşayış evinin fasadına aqlay daşından vurulmuş üzlük plitələrin müxtəlif yerlərdə qatlaması, üzlük plitələrin bərkidilməsində qranit yapışqanından istifadə olunması, pəncərə altı və üst karnizlərin içəri salınmadan aqlay daşlarının (plitələrin) üzərinə yapışdırılması, ön fasadın giriş qapısının sütunlarının ətrafına kant daşların qeyri-simmetrik vurulması, giriş qapısının haşiyəsi ilə pəncərə haşiyənin arasında ölçü fərqliyi, eləcə də karnizlərin, kant daşların, sütun daraqlarının keyfiyyətiz cilalanması müəyyən edilmiş və görülmüş işlərin ümumi dəyəri 15201,0 manat məbləğində təşkil etmişdir. Göründüyü kimi, ilkin və təkrar ekspertiza rəyləri arasında yaranmış ziddiyyət, fərdi yaşayış evinin fasadları üzrə aqlay daşlarından aparılmış üzlük işlərinin qüsurlu yerinə yetirilməsi ilə müvafiq texnologiyaya əməl olunmaması və yerinə yetirilmiş iş həcmlərinin dəqiqləşdirilməsi ilə izah olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, qarşılıqlı iddia isə rədd olunmuşdur. Həmin qətnamə hər iki tərəflə mübahisələndirilmiş və tərəflər müvafiq olaraq öz iddialarının tam təmiş olunmasını, qarşı t ərəfin iddiasının isə rədd olunmasını xahiş etmişlər. Tərəflərin tələbləri qarşılıqlı əlaqəli olduğundan və tələblər qarşılıqlı ödənilməsinə yönəldiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki kasasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası ilk olaraq ilkin iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, onun iddia tələbinin tam təmin edilməli olmasına dair dəlilləri əsaslı hesab oluna bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia rədd olunmuş və iddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərkən iddia tələbinin təmin edilməs i, maddi zərərin əvəzi kimi 2794 manat, mənəvi zərərin əvəzi kimi 83000 manat, ümumilikdə 85794 manat məbləğində pulun Cavabdeh xxxndan tutulmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının tələbini əsaslı bilərkən maddi zərər hissəsində apelyasiya baxışının hədləri ilə (apelyasiya tələbi ilə) bağlı olmuş və bu səbəbdən iddiaçının apelyasiya şikayətini qismən təmin edərək, iddianı həmin hissədə apelyasiya şikayətində irəli sürülmüş tələb hissəsində təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apelyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinə apelyasiya şikayətinə əlavə təqdim etməsini bildirsə də, iş materiallarına belə sənəd əlavə olunmamış və iddiaçı bu dəlili ilə bağlı sübutu kassasiya məhkəməsinə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini əsassız bilir və təmin etmir. Qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd olunmasını zəruri hesab edir: Birinci instansiya məhkəməsinin maddi ziyanla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ələkbər Məcidov küçəsində yerləşən 18 saylı evdə ilk iddia üzrə Cavabdeh xxx tərəfindən görülmüş işlərin keyfiyyətsiz olduğunu bildirərək, ona maddi ziyan dəydiyini bildirsə də, ilk iddiaçının iddiasının əsası kimi istinad etdiyi həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və ilk iddiaçı görülmüş işlər nəticəsində ona maddi ziyan dəydiyini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. İlk iddia üzrə iddiaçı sonradan işlərin yenidən görülməsi nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə qüsurların aşkar olunmadığını bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh xxx tərəfindən üzlük işlərinin görülməsinin dəyəri (hər kvadrat metri 8 manatdan hesablanaraq) 21906 manat, evə lak vurulmasının dəyəri 2400 manat, beton tökülməsinin dəyəri 1050 manat, materialların yüklənib-boşaldılmasının dəyəri 1500 manat, ayaqaltı qurulmasının dəyəri 2580 manat olmaqla, ümumilikdə 29436 manat olmuş, həmin məbləğdən 24700 manat ilk iddia üzrə cavabdehə ödənilmiş, qalan 4736 manat ödənilməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 4736 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh xxxna verilməlidir. Birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edən apelyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat müqaviləsini tənzimləyən 752.1, 762.1, 763.1, 765-ci maddələrinə, habelə öhdəlikərin icra edilməməsinə dair müddəalarına istinad etməklə nəticəsini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi əsasında cavabdeh tərəfindən görülmüş işlər keyfiyyətsiz kimi qiymətləndirilmiş və razılaşdırılmış işlər vaxtında yerinə yetirilməmişdir. Göründüyü kimi cavabdeh razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə lazımi qaydada icra etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, onun tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya di gər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin həmin Qərara əsasən kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, mə hkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almal ıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İş materiallarından müəyyən olunur ki, iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyində iddiaçının evində görülmüş işlərin dəyəri “tərəflər arasında razılaşdırılmış qiymətlərə uyğun olaraq” müəyyən olunmuşdur. Lakin iş materiallarında olan təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadlarda apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında işlərin görü lməsi ilə bağlı hansı razılığa gəlmələrinə dair müəyyən olunmuş hal öz əksini tapmamışdır. Birinci instansiyası məhkəməsi isə Cavabdeh xxx tərəfindən üzlük işlərinin görülməsinin dəyəri (hər kvadrat metri 8 manatdan hesablanaraq) 21906 manat, evə lak vurulmasının dəyəri 2400 manat, beton tökülməsinin dəyəri 1050 manat, materialların yüklənib-boşaldılmasının dəyəri 1500 manat, ayaqaltı qurulmasının dəyəri 2580 manat olmasını göstərsə də, sonucu verdiyi apelyasiya şikayətində həmin qiymətləri mübahisələndirmiş və qarşılıqlı iddia ərizəsinə uyğun olaraq ümumi görülmüş işlərin dəyərinin 37376 manat olmasını iddia etmişdir. Lakin işə apelyasiya qaydasında baxan məhkəmə apelyasiya şikayətinin həmin dəlillərini araşdırmamış, tərəflərin qarşılıqlı olaraq görüləcək işlərlə bağlı razılıqları barədə hər hansı nəticəyə gəlməmişdir. Bundan əlavə iş üzrə alınmış sonuncu ekspert rəyindən müəyyən olunur ki, iddiaçının fərdi yaşayış evinin fasad divarları üzərində aqlay daşından yerinə yetirilmiş işlərin dəyərinin (xidmət haqqı) 15201,0 manat məbləğində olduğu müəyyən edilir. Ekspert göstərir ki, tərəflər arasında qiymət razılığı olmuş, həmin qiymətə üzlük daşının vurulması, cilalanması, laklanması, eləcə də bu işlərin görülməsi üçün ayaqaltının quraşdırılıb sökülməsi daxildir. Belə olan halda tədqiq olunan obyekt üzrə görülmüş işlərdən əlavə digər işlərin yerinə yetirilməsi müəyyən olunmur. Lakin davam olaraq ekspert göstərmişdir ki, tədqiq olunan evin fasadları üzrə tərəflər arasında razılaşdırılmış layihədən kənar əlavə işlərin yerinə yetirilməsi və bununla əlaqədar, layihədə nəzərdə tut ulmayan işlərə artıq əmək (xidmət) haqqının və materiallarının sərf olunduğu müəyyən edilir. Ekspert rəyinin tədqiqat hissəsində görünür ki, artıq görülmüş işlərin dəyəri: əmək haqqı olaraq 2328 manat, material üzrə 7425 manat müəyyən edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən görülmüş həmin işləri nəzərə almamışdır. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə iddiaçının fərdi yaşayış evinin fasadı üzərində görülmüş işlərə sərf olunmuş ustanın əmək haqqısı 21906 manat məbləğində, apelyasiya instansiyası məhkəməsində keçirilmiş ekspert rəyi ilə isə 15201 manat məbləğində olduğu müəyyən edilmiş və həmin rəylər arasında olan ziddiyyətin fərdi yaşayış evinin fasadları üzrə aqlay daşlarından aparılmış üzlük işlərinin qüsurlu yerinə yetirilməsi ilə müvafiq texnologiyaya əməl olunmaması və yerinə yetirilmiş iş həcmlərinin dəqiqləşdirilməsi ilə izah olunmuşdur. Lakin ekspertlər keçirilmiş ilkin ekspert tədqiqatı zamanı işlərin qüsurlu yerinə yetirilməsinin, texnologiyaya əməl olunmamasının və iş həcmlərinin düzgün müəyyən edilməməsini, ilkin ekspertiza keçirildiyi tarixdən 2 il 4 ay sonra təkrar ekspertiza zamanı isə həmin halların aşkarlandığını əsaslandırmamış, apelyasiya instansiyası məhkəməsi isə həmin məsələlərə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən eksper tin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin bağladıqları şifahi podrat müqaviləsinin şərtləri, o cümlədən görüləcək işlərin həcmi və dəyəri barədə razılıqları ətrafında araşdırma aparılmalı, aralarında bu məsələ ilə bağlı ziddiyyət olduğu halda, habelə ekspert rəylərində olan yuxarıda qeyd olunan ziddiyyətlərə bağlı təkrar ekspert tədqiqa tının keçirilməsi məsələsi müzakirə olunmalı, tərəflərin apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilməklə, iddiaçının mülkiyyətində olan evdə görülmüş işlərin dəyəri, işlərin qüsurlu olması müəyyən edildiyi halda, onlara görə cavabdehin məsuliyyət daşıyıb-daşımaması məsələlərinə hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Həmçinin qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş maddi ziyanla bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığı üçün mənəvi ziyanla bağlı həmin məhkəmənin qənaətinə əlavə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi nəzərdən zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-c i maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxx və vəkili xxx tərəf indən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-57/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3729/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3729/2020
15.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver