Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3730/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər X13 və X21 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyatının pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiy asının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 18 aprel 1972-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi Mustafayevlərin müraciəti əsasında bölünmüşdür. Ev iki mərtəbəli, yaşayış sahəsi 96 kvadrat metr olan 4 yaşayış otağından, açıq veranda (alaçatı, eyvan), mətbəxdən ibarətdir. Torpaq sahəsinin ümumi sahəsi 627,7 kvadrat metrdir. Yaşayış sahəsi 96 kvadrat metr hissəsi X4ə hər iki mərtəbədə bir yaşayış otağı, mətbəx və eyvanın yarısı, eyni zamanda torpaq sahəsinin 313,8 kv adrat metr hissəsi verilmişdir. X5ə hər iki mərtəbədə bir yaşayış otağı, mətbəx və eyvanın yarısı, eyni zamanda torpaq sahəsinin 313,8 kvadrat metr hissəsi verilmişdir. Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi X8 Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair Pasporta əsasən ünvan 2 ünvanında yerləşən ev X1 və X3 mülkiyyətindədir. Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün 83 nömrəli Torpaq qeydinə, Rayon Sovetinin 1972-ci il 11 may tarixli qərarına əsasən ümumi sahəsi 313,8 kvadrat metr olan və ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olacaq fərdi yaşayış evinin tikintisi üçün X5 müddətsiz istifadə hüququ verilmişdir. Şəxsi mülkiyyət hüququ əsasında 60 kvadrat metr yaşayış sahəsindən artıq olmayan fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi haqqında 26 may 1972-ci il tarixli müqaviləyə əsasən Zaqatala rayon X23 icraiyyə komitəsinin Komunal təsərrüfat Şöbəsi tərəfindən X5 Qaqarin küçəsi dalan 3, ev 3 a ünvanında fərdi yaşayış evinin tikintisi üçün ümumi sahəsi 313,8 kvadrat metr olan torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən verilmiş JN-112A seriyalı, kodu 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Zaqatala Rayon Aqrar islahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömərli qərarı ilə X12, X14, İddiaçı3, İddiaçı1, X17 ümumi birgə mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi ko llektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,03 ha torpaq sahəsi verilmişdir. X21 Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2012-ci il tarixli 2 inz(84)-635/2012 saylı qətnaməsi əsasən Zaqatala şəhərində 313,8 kvadrat metr torpaq sahəsi verilmiş, torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A470832 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmiş, həmin torpaq sahəsi Dövlət Torpaq kadastr kitabında 458 nömrə ilə uçota alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(033)649/2013 nömrəli qətnaməsi ilə, mərhum X5 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və bu evin yerləşdiyi 313,8 kvadrat metr torpaq sahəsindən ibarət miras mülkdən hər birinə 1/8 hissə olmaqla iddiaçılar iddia çı1nın və iddiaçı2nın miras payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4 ünvanında 0.0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 46,30 kvadrat metr, ümumi sahəsi 102,55 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə 20.12.2013-cü il tarixdə X3 adına payı 4/8 hissə, X4 adına payı 1/8 hissə, X15 adına payı 1/8 hissə, X16 adına payı 1/8 hissə və iddiaçı X18 adına payı 1/8 hissə olmaqla qeydiyyata alınmışdır. 19 iyun 2014-cü il tarixli bağışlama müqaviləsinə əsaəsn ƏMDK-nın yanında DƏDRX 18 saylı ərazi idarəsi tərəfindən verilmiş 20.12.2013-cü il tarixli seriya RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********98-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa və Zaqatala rayon 1 saylı DNK tərəfindən çap edilmiş 19.06.2014-cü il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən ünvan 5 ünvanında 0,0313 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 46,3 kvadrat metr, yardımçı sahəsi 56,25 kvadrat metr, ümumi sahəsi 102,55 kvadrat metr olan fərdi yaşayış evinin X6 məxsus 1/8 hissəsini, X19 məxsus 1/8 hissəsini və X20 məxsus 1/8 hissəsini və 0,0313 ha torpaq sahəs indən X6, X19 və X20 düşən hissəsini qardaşları X21 bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, reyestr nömrəsi **********98-10301 olan ünvan 4 ünvanında 0,0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 46,30 kvadrat metr, ümumi sahəsi 102,55 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə 24.06.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına payı 4/8 hissə və X18 adına payı 4/8 hissə olmaqla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaəsn **********98-10301 reyestr nömrəli ünvan 4 ünvanında 0,0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 46,3 kvadrat metr, ümumi sahəsi 102,55 kvadrat metr olan 2 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə 16.01.2015-ci il tarixdə X3 adına payı 4/8 hissə və ********** qeydiyyat nömrəsi ilə 24.06.2014-ci il tarixdə X18 adına payı 4/8 hissə olmaqla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən **********98-10301 reyestr nömrəli ünvan 4 ünvanında 0,0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 89,50 kvadrat metr, ümumi sahəsi 187,60 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə 16.01.2015-ci il tarixdə X3 adına payı 4/8 hissə və ********** qeydiyyat nömrəsi ilə 28.04.2015-ci il tarixdə X18 adına payı 4/8 hissə olmaqla qeydiyyata alınmışdır. 27 dekabr 2015-ci il tarixli reyestrdə V-574 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməyə əsasən 17.07.2004-cü il tarixdə ölmüş X3 mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 102,55 kvadrat metr olan fərdi yaşayış evinin və 0,0313 ha torpaq sahəsinin 4/8 hissəsindən vərəsələri İddiaçı2, İddiaçı1 və İddiaçı3 1/3 pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4 ünvanında 0,0313 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 187,60 kvadrat metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nö mrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə 28.04.2015-ci il tarixdə iddiaçı X18 adına payı 6/12 hissə, ********** qeydiyyat nömrəsi ilə 08.01.2016-cı il tarixdə İddiaçı2 qzının adına payı 2/12 hissə, İddiaçı1 adına payı 2/12 hissə, İddiaçı3 adına payı 2/12 hissə olmaqla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Ərazi İdarəsi tərəfindən 03 may 2017-ci il il tarixli **********57 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər iki tərəfə verilmiş daşınmaz-əmlakın dövlət reyestrindən çıxarışda yaşayış evin ümumi sahəsi eyni ölçülərdə, yəni 187,60 kvadrat metr qeyd edilmişdir. Lakin, İddiaç ı2 və digərlərinin umumi birgə mülkiyyətində olan fərdi yaşayış evinin digər hissəsinə 08 yanvar 2016-cı il tarixdə tərtib edilmiş texniki pasportda texniki səhv olaraq yaşayış evində ümumilikdə “106,25 kvadrat metr icazəsiz artırılan sahələr” olması qeyd edilmişdir. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə İddiaçı2 2016-cı il tarixdə tərtib edilmiş texniki pasportun ərazi idarəsinə təqdim edilməsi barədə bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********98-10301 olan ünvan 4 ünvanında 0,0313 ha torpaq sahəsi v ə fərdi yaşayış evinin 102,55 kvadrat metrinin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kvadrat metr hissəsi (iki yaşayış otağı 43,4 kvadrat metr, qaraj 25,4 kvadrat metr, mətbəx 16,45 kvadrat metr və açıq eyvan 21,20 kvadrat metr) ********** qeydiyyat nömrəsi ilə 17.04.2018-ci il tarixdə X18, ********** qeydiyyat nömrəsi ilə 08.01.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0,0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kvadrat metr-nin 2/12 hissəsi İddiaçı2, İddiaçı1 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 29 oktyabr 2019-cu il tarixli reyestrdə 4Ə-1716 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 17.04.2018-ci il tarixdə X21 verilmiş **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X21 məxsus ünvan 8 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsinin 6/12 hissəsi Mustafayeva Ceyran Qavqaz qızına bağışlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, reyestr nömrəsi **********98-10301 olan ünvan 4 ünvanında 0.0313 ha torpaq sahəsinin 6/12 hissəsi ********** qeydiyyat nömrəsi ilə 13.11.2019-cu il tarixdə Mustafayeva Ceyran Qavqaz qızı, ********** qeydiyyat nömrəsi ilə 08.01.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0,0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kvadrat metrinin 2/12 hissəsi İddiaçı2, İddiaçı1, İddiaçı3 və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kvadrat metr nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kvadrat metr hissəsi (iki yaşayış otağı 43,4 kvadrat metr, qaraj 25,4 kvadrat metr, mətbəx 16,45 kvadrat metr və açıq eyvan 21, 20 kvadrat metr) X18 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabd eh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın, 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşa yış evinə dair hissədə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ailə üzvü X2 miras qalmış ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçılar və iş üzrə üçüncü şəxs Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X7 onlara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərin də olan fərdi yaşayış evinin müəyyən hissəsini onların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə iş üzrə üçüncü şəxs Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs Sabir Mustafayev torpaq sahəsindəki payını, iş üzrə üçüncü şəxs X9 bağışlamışdır. X7 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdiril miş, həmçinin texniki pasport tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, hüquqarın dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak iş üzrə üçüncü şəxs Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinə təqdim o lunmuş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, X18 ünvan 11 ünvanında inşa edilmiş fərdi yaşayış evi və sonradan ona əlavə aparılmış artırmalar inşaat norma və qaydalarına uyğundur. Məhkəməyə təqdim olunmuş Zaqatala Rayon İcra Hakimiyyətinin 15 sentyabr 2020ci il tarixli 9/1300 nömrəli məktubunda göstərilmişdir ki, Zaqatala şəhər sakini X25 2014-cü ildə şəhərin A.Həmidov küçəsi döngə 3, 3a saylı ünvanda inşa edilmiş fərdi yaşayış evinin DƏDRX 18 saylı Zaqatala ərazi idarəsində qeydiyyatı aparılarkən həmin evə sonradan əlavə artırılmış sahələrin inşaat norma və qaydalarına uyğun olmasına dair arayış verilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə şifahi müraciət etmişdir. S.M ustafayevin şifahi müraciətinə əsasən RİHBA-nın Memarlıq və tikinti şöbəsi tərəfindən qeyd olunan fərdi yaşayış evinə sonradan artırılmış əlavə sahələrin inşaat norma və qaydalarına uyğun olması barədə arayış verilmişdir. Zaqatala Rayon Məhkəməsinin (hаkim Tural Həsənov) 21 sentyabr 2020-ci il tarixli, 2(033)575/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiаçılar və üçüncü şəxslər yuxarıda qeyd olunduğu kimi mübаhisəli torpaq sahəsinin birgə mülkiyyətçisidir. Üçüncü şəxs Sabir Mustafayevin qeyd оlunаn torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 102,55 kvadrat metr olan fərdi yaşayış evinin 6/12 hissəsi üzərində mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışlar və 19 iyun 2014-cü il tarixli bağışlama müqaviləsi nəticəsində yaranmışdır. Bundan başqa yuxarıda sadalanan hüquq müəyyənedici sənədlərlə yanaşı, Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(033)-649/2013 nömrəli qətnaməsi də əsas götürülməklə ünvan 13 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsi və fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X25, İddiaçı2, İddiaçı1, İddiaçı3 adına, fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kvadrat metr hissəsi isə tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 17.04.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İ darəsi tərəfindən 16 aprel 2018-ci il tarixdə X18 adına tərtib edilmiş, inventar nömrəsi 352 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 14 ünvanında sənəd üzrə 0,03138 ha, faktiki 0,031525 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2 mərtəbədən, 4 yaşayış otağından ibarətdir. Texniki pasportun verilməsinə əsas Zaqatala Rayon Məhkəməsinin 30.07.2013-cü il tarixli 2(033)-649//2013 nömrəli qətnaməsi olmuşdur. 106,25 kvadrat metr olan iki yaşayış otağı 43,20 kvadrat metr, qaraj 25,40 kvadrat metr, mətbəx 16,45 kvadrat metr və açıq eyvan 21,20 kvadrat metr sonradan inşa edilən sahələr X25 tərəfindən aparılmışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olan qanunauyğun qaydada tərtib edilmiş hüquqm üəyyənedici sənədlər əsasında, eyni zamanda Sabir Mustafayevin mülkiyyətində olan 0,0313 ha torpaq sahəsinin 6/12 hissəsi Ceyran Mustafayevaya bağışlandıqdan sonra, ünvan 15 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,55 kvadrat metr olan fərdi yaşayış evinin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kvadrat metr hissəsi tam mülkiyyət hüququ üzrə X18 adına 13 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışların mövcudluğu, iddiaçıların hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Vəzirxan Məlikov) 23 fe vral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının akt larının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirərək qeyd etmişdir ki, məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əm lakları əldə edən şəxs, yəni iş üzrə üçüncü şəxs Sabir Mustafayevdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Göstərilənlərə əsaəsn məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmənin də istinad etdiyi Zaqatala Rayon İcra Hakimiyyətinin qeyd olunan arayış və sxemindən də göründüyü kimi, arayışın və sxemin qeydiyyat nömrəsi yoxdur, həmçinin nə vaxt tərtib edildiyi məlum deyildir yəni həmin arayış və sxem saxtadır. Həmçinin Zaqatala Rayon İcra Hakimiyyət inin Memarlıq və Tikinti Şöbəsinin müdiri tərəfindən qanunuz yolla və vəzifə səlahiyyətindən sui-istifadə etmək yolu ilə tərtib olunmuşdur. İşin bu halı Zaqatala Rayon Məhkəməsinin Zaqatala Rayon İcra Hakimiyyətinə vermiş olduğu sorğuya verilmiş 15 sentyabr 2020-ci il tarixli, 9/1300 nömrəli məktubu ilə də təsdiq olunur. Zaqatala Rayon Məhkəməsi Zaqatala Rayon İcra Hakimiyyətinin 15 sentyabr 2020-ci il tarixli, 9/1300 nömrəli məktubunun sonunu öz qətnaməsində qeyd etməsə də, həmin məktubun qətnamədə qeyd edilməyən hissəsində göstərilmişdir ki, “...məlumat üçün bildiririk ki, fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə əlaqədar digər təsdiqedici sənədlər və məlumat Rayon İcra Hakimiyyətinə təqdim edilmədiyindən qeydiyyat aparılmamışdır.” “İnzibati icraat haqqında” Azərbaycan Repsub likasının Qanunuda inzibati orqana şifahi müraciət etmək anlayışı yoxdur. Əksinə həmin Qanunun 29-cu madddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. (maddə 29.1) Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur. (maddə 29.2) Göründüyü kimi, 1996-cı ildə X12 tərəfindən inşa edilmiş fərdi yaşayış evinə yenə də sonuncu tərəfindən edilmiş əlavələr üzərində mülkiyyət hüququ, həmin dövrə aid (1996-cı ilə) heç bi r hüquq müəyyənedici sənəd olmadan iş üzrə üçüncü şəxs X18 adına aparılmışdır. Zaqatala Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin əməkdaşının qanunsuz yolla va vəzifə səlahiyyətindən sui-istifadə edilərək tərtib edilmiş arayış və sxemdə qeyd olunur ki, güya fərdi yaşayış evi bütövlükdə iş üzrə üçüncü şəxs Sabir Mustafayevindir və onun həmin evə etdiyi tikililər tikinti norma və qaydalarına uyğundur. Birincisi, qeyd olunan fərdi yaşayış evi heç vaxt bütövlükdə Sabir Mustafayevin mülkiyyətində olmamışdır. Həmin evə sonuncunun mülkiyyət hüququ 2013-cü ildə yaranmışdır. İşin bu halı iş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqlarm dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sübut olunur. İkincisi isə, qanunvericiliyin tələblərinə əsasən, yerli icra hakimiyyəti orqanlarınm daşınmaz əmlakın dövlət reyestrində özbaşına tikili üzərində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına arayış və yaxud sxem vermək kimi bir səlahiyyəti yoxdur. Ancaq qeydiyyatı və tarixi olamayan həmin arayışdan da göründüyü kimi, arayış birbaşa iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ünvanlanmışdır. İş üzrə üçüncü şəxs X7 əlavə tikintinin aparıldığını iddia etdiyi 1996-cı ildə, əri - iş üzrə üçüncü şəxs X25 heç həmin torpaq sahəsinin mülkiyyətçisi belə olmamışdır ki, həmin torpaq sahəsində də tikinti apara bilsin. İş materiallrından və tərəflərin izahatlarından da göründüyü kimi qeyd olunan əlavə tikililər 1996-cı ildə və müvafiq icazə sənədləri olmadan inşa edilmişdir. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində qeyd olunur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən 0 şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özb aşına tikintiyə mülkiyyət hüququ tarıma bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinin tələblərinə əsasən, özbaşma tikiliyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər və hazırda da belə bir qatnamə mövcud deyildir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi mülkiyyətçilərin razılığını almadan və məhkəmə qərarı olmadan qanunvericiliyə zidd olaraq aparılmış qeydiyyatı ləğv edib, yeni qeydiyyat aparmışdır. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 16.1-ci madəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan q aldırır. Hüquqlarm dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs Mustafayeva Ceyran Qavqaz qızı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilənlər, tam əsassız və qanunsuzdur. Belə ki, iddiaçılar kassasiya şikayətinin məzmununa uyğun əvvəl apellyasiya şikayəti vermişdirlərHəmin apellyasiya şikayətinə baxılan zaman hazırki kassasiya şikayətində qeyd olunanlara apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Həm Zaqatala Rayon Məhkəməsi, həm də Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyası maddi və prosessual normalara əsaslanıb düzgün qətnamə qəbul etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh orqandan məhkəməyə məktub daxil olmuş, məktubda iş həcminin çoxluğu ilə əlaqdar məhkəmə iclasında nümayəndənin iştirakının mümkünsüz olacağı bildirilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nn 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçılar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1) İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli dir. (maddə 418.4 və 418.4.9) Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"ın etibarsız hesab edilməsinin rədd olunması hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməli, qətnamə qalan hissə də, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsinin rədd olunması hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçıların iddia tələbi iki hissədən ibarətdir: 1) Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi; 2) Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında qeyd edilmişd ir ki, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır”. Məhkəmə k ollegiyası tələbin birinci hissəsi ilə bağlı qeyd edir ki, işə baxan məhkəmələr həmin hissədə işə ümumi məhkəmədə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd edərkən məhkəmə aiddiyyatı qaydalarını pozmuşlar. Belə ki, iddia tələbinin həmin hissəsi ilə iddiaçılar tələbini belə əsaslandırmışlar ki, cavabdeh orqan olan dövlət reyestr xidməti fərdi yaşayış evinin müəyyən hissəsini onların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə iş üzrə üçüncü şəxs Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"la rəsmiləşdirmişdir. Hüquqla rın dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir plan-layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış tikililərin iş üzrə üçüncü şəxs Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir. İddiaçılar tələbini cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə yönəltmişlər. Həmin orqan inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 n ömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 3.1.14-cü bəndinə əsasən inzibati orqanlardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olma lıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbinin 1-ci hissəsi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddia tələbinin qeyd edil ən hissəsindən göründüyü kimi, mübahisələndirilən hissədə dövlət reyestrində qeydiyyatın aparılmasına əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir. Reyestrdə həmin qeydiyyat üçüncü şəxs S.Mustafayevin inşa etdirdiyi tikililərlə bağlı cavabdeh orqana şifahi müraciəti əsasında aparılmış və qeydiyyatın aparılmasına əsas kimi iş materiallarına əlavə edilmiş rayon İcra hakimiyyəti tərəfindən verilmiş arayış və sxem göstərilmişdir. Göründüyü kimi cavabdeh orqan həmin qeydiyyatı apararkən və qeydiyyatın nəticəsi olaraq mübahisələndirilən Çıxarışı verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir ki, iddiçıların bu hissədə tələbinin faktiki əsasını cavabdeh orqanın qanunsuz hərəkətlərinə yönəlmiş, həmin qeydiyyatın saxta sənədlər əsasında aparıldığını iddia etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Qərarda həmçinin qeyd edilmişdir ki, “...bununla belə, MM-nin 141.1-ci mad dəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir”. Göründüyü kimi iddia çlarının birinci hissə ilə bağlı tələbi inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi də bu prosessual pozuntuya diqqət verməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə ai diyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məh kəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən göründüyü kimi, ikinci hissə ilə bağlı mübahisələndirilən reyestrdə həmin qeydiyyat iş üzrə üçüncü şəxs Sabir Mustafayev ilə digər üçüncü şəxs Ceyran Mustafayeva arasında bağlanmış 29.10.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmışdır. Məhkəmə kollegiyası Ali Məhkəmə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarındakı hüquqi mövqelərə istinad edərək qeyd edir ki, tələbin bu hissəsi mülki xarakterlidir. Belə ki, dövlət reyestrində mübahisələndirilən qeydiyyatın aparılmasına əsas fiziki şəx slər arasında bağlanmış əqdin nəticəsidir. Burada isə cavabdeh orqan hakimiyyət səlahiyətlərini həyata keçirən orqan kimi deyil, fiziki şəxlər arasında bağlanmış mülki hüquqi əqdin nəticəsində yaranmış əmlak hüquqlarının təsdiq edilməsi qismində iştirak etmişdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestr indən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır”. İşdən görünür ki, iddiaçılar həmin qeydiyyatın aparılması və qeydiyyat nəticəsində tərtib edilmiş Çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsini mübahisələndirməmişlər. Məhkəmə kollegiyası həmin hissədə iddianın əsasını nəzərə alaraq qeyd edir ki, üçüncü şəxs C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. İddiaçılar üçüncü şəxs C.Mustafayevanın mülkiy yət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişdir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Digər tərəfdən iddiaçıların mübahisələndirdiyi X11 payı Sabir Mustafayvevə məxsus torpaq sahəsinin 6/12 hissəsi ilə bağlı aparılmış, C.Mustafayevanın adınıa fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin iddiaçılar iddia tələbində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Mübahisələndirilən çıxarışda isə C.Mustafayevanın adına fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Qeydiyyat 29.10.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmış, həmin müqavilə ilə isə S.Mustafayev torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlamışdır. Ona görə də, məhkəmə qeyd edilən hissədə iddia tələbinin rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir. Qeyd edilən hissədə maddi və prosessual hüquq normalarınını pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Göstərilənlərə əsasən qətnamə iddia tələbinin 1-ci hissəsi ilə bağlı ləğv edilərək iş üzrə icraata həmin hissədə xitam verilməli, tələbin ikinci hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsinin rədd olunması hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qe ydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3730/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3730/2021
21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver