Məhkəmə qərarları › İş №2(102)-3735/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3735/2020

28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3735/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Yusifli Niyazi Qəhrəman oğlunun iştirakı ilə, İddiaçı “xxxxxxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-886/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxxxxxx” MMC-n in kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 41850,35 (qırx bir min səkkiz yüz əlli dollar otuz beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin (ödənilən zaman milli manatla məzənnəyə uyğun olaraq), 50000 (əlli min) manat məbləğində mənəvi zərərin, 50000 (əlli min) manat məbləğində əldən çıxmış faydanın, 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, 560 (beş yüz altmış) manat məbləğində vəkilə ödənilmiş hüquqi yardım xərcinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)3636/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Gültəkin Əsədova) İddiaçı “xxxxxxxx” MMC qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-886/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-3636/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Xumar Mərdanova(sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev) İddiaçı “xxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Yusifli Niyazi Qəhrəman oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalrının pozuntuları ilə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasının olmamasına istinad edərək iddianı rədd etmişdir, apelyasiya instansiyası məhkəməsi isə bu əsaslanma ilə razılaşaraq qətnaməni dəyişdirilmədən saxlamışdır. Həqiqətən də Qazaxıstandakı fərdi sahibkarla iddiaçı arasında öhdəlik hüquq münasibətləri yaranmışdır, lakin iddia ərizəsindən göründüyü kimi həmin sahibkara qarşı öhdəlik hüquq münasibətlərindən doğan hər hansı bir tələb sürülməmişdir. Hazırki cavabdehlərə qarşı irəli sürülən tələbin hüquqi əsası müqavilə və müqavilədən kənar öhdəlik münasibətlərinin tənzimləndiyi mülki hüquq normalarıdır. İddiaçı ilə cavabdehlər Cavab deh2 və Cavabdeh1 arasında iddiaçı üçün mal-qaranın alınıb iddiaçıya çatdırılmasına dair şifahi və əvəzsiz tapşırıq müqaviləsi bağlanmış, cavabdehlərin təkidi ilə iddiaçı tərəfindən mal-qaranın alınması üçün 41850,35 ABŞ dolları məbləğində pul göndərilmişdir. Ödənilmiş pulun müqabilində alınmış mal-qara cavabdehlərin öz bildirdiklərinə görə onlar tərəfindən qəbul olunmuş, lakin iddiaçıya verilməli olan mal-qara iddiaçı tərəfindən tələb edildikdə nə mal-qara, nə də ki onun dəyəri qaytarılmamışdır. Bununla da cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və cavabdehlər bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Cavabdehlər iddiaçıdan qəbul etdiyi tapşırığın icra olunmasına dair öhdəliklər götürmüş şəxslər olmuş, lakin onlar iddiaçı qarşısı nda öhdəliklərini yerinə yetirməmişlər. Beləliklə də, cavabdehlərin öhdəliyi icra etlməməsi və tapşırıq müqaviləsinin mahiyyətinə zidd olaraq qəbul olunan mal-qaranı, yaxud ona görə ödənilmiş pul məbləğini qaytarmaması onların əsassız varlanmasına, habelə iddia tələbinin əsaslı olmasına dəlalət edir. İddiaçı tərəfindən verilmiş pulun Cavabdeh1 tərəfindən götürülməsi sonuncunun əlyazısı olan qəbzlə də təsdiq edilir. Lakin apelyaisya məhkəməsi işin bu hallarına uyğun maddi hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında “xxxxxxxx” MMC-nin nümayəndəsi vəkili Yusifli Niyazi Qəhrəman oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlməm iş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıiddiaçının nümayəndəsini və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, cavabdehlərin təklifi ilə Qazaxstan Respubli kasının Kustanay şəhərindən mal-qara almaq üçün fərdi sahibkar X1 Kustanay şəhərindəki hesabına 41850,35 ABŞ dolları pul köçürmüşdür. Hafiz Süleymanov mal-qaranı alıb, bir yerə yığmışdır. Cavabdeh1 etibarnamə əsasında həmin mal-qaranı gətirmək tapşırılmış, lakin Cavabdeh1 mal-qaranı satıb pulunu mənimsəmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müqavilə üzrə münasibətlərin iddiaçı “xxxxxxxx” MMC ilə Hafiz Salmanov arasında olmasını müəyyən edib, bu səbəbdən də cavabdehlərin hazırki idda üzrə cavabdeh qismində qoyulmasının düzgün olmamasına, eləcə də iddianın əsasını təşkil edən halların təsdiqi ilə bağlı sübut verilməməsinə istinad etməklə iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 390, 449.1, 1096.1 və 1097.1 və Mülki prosessual məcəllə nin 77, 78, 80 və 88-ci maddələri ilə əsaslandırmışdır. Barəsində şikayət verilən qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin

387. Və 387.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, X2 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilə və ona edilmiş əlavə razılaşmalar üzrə satıcı müqavilə əsasında müəyyən edilmiş sayda (70 baş i ribuynuzlu mal-qara) mal tədarük etməyi, alıcı müəyyən edilmiş məbləğin köçürülməsini öz üzərinə götürüb. xx xxxxxxx 2018-ci il tarixli ödəniş qəbzi ilə İddiaçı tərəfindən 41.600 ABŞ dolları məbləğində pul vəsaiti X1 hesabına köçürülüb. İşin iddiaçı tərəfindən mübahisəli halı kimi mal-qaranın cavabdehlər tərəfindən satılıb, pulunun mənimsənilməsi halı məhkəmələr tərəfindən müəyyən edilməyib. Apelyasiya məhkəməsi cavabdehlərin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməməsinə istinad etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllə nin 387.3-cü maddəsinə görə isə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Belə olan halda, işin müəyyən edilmiş halına görə cavabdehlər müqavilə tərəfi olmadıqlarından həmin müqavilələrin onlara münasibətdə vəzifələr yaratmaması, eyni zamanda cavabdehlərin iddiaçıya qarşı qanunvericiliyinin tələblərini pozmasına dair sübut təqdim edilmədiyindən cavabehlərin iddiaçı qarşısında öhdəliklərinin olmaması barədə apelyasiya instansiyasının gəldiyi nəticə düzgün olmuşdur. İddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilmədiyi üçün apelyasiya məhkəməsi törəmə tələb olan mənəvi ziyanın tutulması hissəsində iddianı təmin etməməklə də işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş pulun Cavabdeh1 tərəfindən götürülməsinin sonuncunun əlyazısı olan qəbzlə təsdiq edilməsinə baxmayaraq, apelyasiya məhkəməsinin bunu nəzərə almaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi şikayətə əlavə olunmuş həmin qəbzin fotoşəklinə sübut kimi qiymət verərək, qəbzin Cəfərov Fərhad tərəfindən tərtib ediməsini, həmin qəbzi tərtib edən şəxsin iddia tələbinin yönəldiyi Cavabdeh1 olmasını təsdiq edən sübutun, həmçinin həmin qəbzin əslinin məhkəməyə təqdim edilməməsini qeyd etmişdir. Eyni zamanda apelyasiya məhkəməsi həmin sübuta münasibətdə qeyd etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən, sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli olduğu halda apelyator bunu etməmişdir. Göründüyü kim i, apelyasiya məhkəməsi təqdim edilmiş qəbzi nəyə görə sübut kimi qəbul etməməsini qətnamədə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin təqdim edilmiş qəbzlə bağlı dəyərləndirməsi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edilən dəlillərlə bağlı apelyasiya instansiyasının gəldiyi nəticəni və dəyərləndirməni düzgün hesab edir. Apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bundan əlavə, işin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin cavabdehin dəlilləri ilə bağlı dəyərləndriməsi ilə razı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin işin faktiki halları ilə bağlı olan digər dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı “xxxxxxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)886/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar