Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3746/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin özbaşına sökülməsinə görə maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X15 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2284/2023 nömrəli iş üzrə 01 iyun 2023-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassa siya şikayətlərinə dair işə 31 oktyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ünvan 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsini (bundan sonra mübahisəli qeyr-yaşayış sahəsi ) Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 qızı ilə bağladığı 24 yanvar 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir.
2. Qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2004 tarixli 002030 saylı mülkiyyət hüququna dair şəhadətnamə vermişdir.
3. Səbail rayon İcra hakmiyyəti başçısının 14 mart 2002-cü il, 06 myun 2004-cü il və 16 iyul 2004-cü il və tarixli sərəncamları ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sah əsinin də olduğu binanın yerləşdiyi ərazidən 0,2604 ha torpaq sahəsi cavabdeh "xxxx" MTK-nın tikinti məqsədləri üçün istifadəsinə verilmiş, MTK tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi sökülmüş və orada 6 mərtəbəli bina inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" MTK-ya (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, mübahisəli qeyryaşayış sahəsinin sahəsinin əvəzinə eyni ölçüdə və eyni keyfiyyətdə başqa qeyri-yaşayış sahəsinin verilməsi və ya dəymiş real zərərin əvəzi olaraq - ******* (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 1 0000 (on min) manat, ümumilikdə ******* (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini işin hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki,əmlakı əldə edən vaxtdan onu icarəyə vermişdir. 2004-ci ilin ortalarında ona məxsus olan qeyri-yaşayış sahəsinin yarımzirzəminin yerləşmiş olduğu 2 mərtəbəli binanın sökülərək onun yerində çoxmərtəbəli yaşayış binası tikiləcəyini bildirdi. Həmin vaxt cavabdeh təşkilatın icracı direktoru X3 çağırışı ilə Bakıya gəlmişdir. X9 ona məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 mətətəbəli binanın sökülməsi və yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən ona sökülən qeyri-yaşayış sahəsinin əv əzi olaraq daha geniş ölçüdə qeyri-yaşayış sahəsi verilməsi barədə onunla müqavilə bağladı (həmin müqavilənin surətini ona vermədi).Bildirdi ki,köhnə bina 2005-ci ildə sökülərək yeni tikiləcək, bina 2007-2008-ci illərdə təhvil veriləcəkdir.O da inanaraq yeni əmlakının ona təhvil verilməsini gözləmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi qeyd edilən sərəncamlar əsasında cavabdeh tərəfindən sökülərək yerində hündürmərtəbəli yaşayış və ofis binası tikilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının 122 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən ona məxsus qeyri-yaşayış tikilisinin sökülməsi və bununla bağlı olaraq yeni sahə verilməsi və ya kompensasiya verilməsini təmin etməmişdir. Cavabdeh vəkil sorğusuna öz cavab məktubunda bildirmi şdir ki, cavabdeh ilə idddiaçı arasında heç bir müqavilə və ya razılaşma olmamışdır. Göründüyü kimi, ona məxsus olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC, indiki "xxxx" MTK tərəfindən sökülmüş, məhv edilmiş və buna görə də iddiaçının, yəni onun cavabdeh "xxxx" MTK-dan qeyriyaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ yaranmışdır. Real zərərlə bağlı bildirmişdir ki, qeyd olunan ərazidə istər yeni, istərsə də köhnə yarımzirzəmilərin-qeyriyaşayış sahələrinin bir kv metretrinin qiyməti 7500 manatdan az deyil. Tikilinin sahəsi 169,3 kv metr olduğunu nəzərə alaraq, belə halda cavabdeh ona (169,3 x 7500= ******* manat) ******* manat real zərərin əvəzini ödəməlidr. Bundan əlavə cavabdeh əmlakını 2005-cü ildə məhv etməklə həm də, onu adi mülki dövriyyə şəraitində əldə e dəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı da ailəsinin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Bu keçən 16 il ərzində də icarəyə verərək faydalana bilərdi. Nəzərə alaraq ki, Bakı şəhəri, Səbail rayonu Ə.Cavad küçəsində yerləşən, hər bir şəraiti olan qeyri-yaşayış sahəsini 2000 manata icarəyə versə idi, 192 ay (16 il xl2 ay=192 ay) x 2000 manat=384000 manat edər ki, cavabdehin hüquqa zidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də cavabdeh 384000 manat əldən çıxmış faydanı da ona ödəməlidir. Cavabdehin bu 16 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, o və ailə si bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 (on min) manat ödənilməsini tələb edir. Beləliklə, cavabdeh ona vurmuş olduğu real zərərə görə-qeyri yaşayış sahəsinin məhv edilməsinə görə hər kv metr 7500 manat olmaqla ******* manat, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 192 aya (16 il xl2 ay=192 ay) 384000 manat, mənəvi zərərə görə 10000 manat kompensasiya ödəməlidir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki,iddia tələbi tamamilə əsassızdır və buna görə də məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 179 saylı sərəncamına əsasən ünvan 1 ünvanda altımərtəbəli yaşayış binasının tikintis inə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004- cü il tarixli, 122 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 1 ünvanında X16 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv metr torpaq sahəsinin təsisçisi mərhumun varisi olan cavadeh alğısatqı qaydasında əldə edilmiş əlavə mənzillərin tutduğu torpaq sahəsi nəzərə alınmaqla 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında “0,1666 ha” ifadəsi “0.2604 ha” kimi oxunması qərara alınmışdır. "xxxx" MMC-yə ayrılan tikinti sahəsində yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərlə həmin vaxt sahələrin alınmasına dair müqavilə yalnız mübahisə olduğu zaman bağlanmışdır. İddiaçının qardaşı X4 iddiaçının adından təqdim etdiyi etibarnamə əsasında mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri 50000 ABŞ dolları ona ödənilmişdir. İddiaçının cavabdeh qismində "xxxx" MTK-ya, X10, X6 və X17 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia tələbi üzrə məhkəmə iclasında X13 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin məhkəmə zamanı İddiaçı qardaşı Abazər Mahmudova etibarnamə verdiyini təsdiq etmişdir. Qeyd edilənlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı iş üzrə və Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8176/2021 saylı qətnamələri ilə təsdiq edilir. Həmin qətnamə ilə İddiaçı iddiası təmin edilməmiş, Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlər onu deməyə tam əsas verir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi) s ökülməsi, məhv edilməsi nəticəsində mülkiyyətçiyə iddiaçıya dəymiş real zərərin əvəzi olaraq - ******* (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi tamamilə əsassızdır və buna görə də məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır.
7. Cavabdeh əlavə olaraq onuda qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin dəyəri onun verdiyi etibarnamə əsasında qardaşı Abazər Mahmudova ödənilmişdir. Cavabdeh tərəfindən ona heç bir maddi və mənəvi zərər vurulmamışdır. Həmçinin iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsini 2004-cü ildə ********* manata (hazırki ekvivalentlə 49400 manat) aldığını göstərsə də, əsassız olaraq 1 kv metr 7500 manat olmaqla ******* manat pul tələb etmişdir.
8. İddiaçının vəkili izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsaslıdır. Bununla bağlı kifayət qədər sübutlar vardır. 2004-cü il tarixli alğı-satqı müqaviləsi var. Notariat Kontorunda Ozakçadan almışdır. Bununla bağlı şəhadətnamə vardır. İddiaçının X10 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbi təmin edilmişdir və həmin qərar qüvvədədir. Bundan sonra Səbail rayon icra şöbəsi qərarın icrası ilə məşğul olmuşdur. İcra edən zaman "xxxx" MTK-ya müraciət edir ki, yeri ona göstərsin. Lakin ona cavab verilməmişdir. İcra şöbəsi qətnamənin icra sı ilə bağlı aidiyyatı orqanlara müraciət etmişdir. M.Mehrac həmin mübahisəli sahə ilə bağlı alğı-satqı müqaviləsinin, çıxarışın, mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsinə dair iddia qaldırmışdır. İddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, lakin yuxarı instansiyalar tərəfindən rədd edilmişdir. Nəticə olaraq M.İsgəndərin adına olan çıxarış qüvvədədir. Mehracın qardaşları deyir ki, həmin sahəni İsgəndərin adına alıb pulu özləri veriblər. Abazər isə deyir ki, oranı Mehracla ikisi indiyə qədər birlikdə işdədirlər. Sonra isə İsgəndər Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır ki, qardaşları, "xxxx" MTK onu aldadıb, yerini verməmişdir. "xxxx" MTK həmin qeyri-yaşayış sahəsini söküb, onun yerinə İsgəndərə vermək əvəzinə qardaşlarına vermişdir. "xxxx" MTK-nı n sədri isə deyir ki, həmin yerin sökülməsinə görə də Abazərə 50.000 ABŞ dolları vermişdir. Lakin İsgəndərə heç bir pul verilməmişdir. "xxxx" MTK-nın İsgəndərə pulu verməsi ilə bağlı heç bir sübutu yoxdur. Həmin əmlakın dəyərləndirilməsi ilə bağlı ekspert rəyləri mövcuddur. Həmin yer "xxxx" MTK-ya satılmışdır. Rayonda ata mülkü ilə bağlı olaraq aralarında mübahisə yarandığından qardaşları tərəfindən İsgəndərə verilməli olan sahə verilməmişdir. 2015-ci ildə İsgəndər görür ki, ona verilməli olan sahə verilmir, artıq iddia qaldırır ki, həmin sahə boşaldılsın. Həmin iddia təmin edilmiş və qüvvədə qalmışdır. Əgər Abazər deyən kimi yer Meracın idisə, niyə deyir ki, pulu İsgəndərə verib. Həmin şəxsin qeyd etdiyi ifadələr yalandır. Qanunun tələbinə əsasən söküntü aparılanda əvəzinə kompensasiya ve rilməsi və ya hər hansı yerin verilməsi ilə bağlı sənəd olmalıdır. Bugünkü gündə isə belə bir sənəd yoxdur. Hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər sübutlar təqdim etmişlər. Odur ki, iddianın təmin edlməsini xahiş etmişdir.
9. Cavabdehin vəkili izahında göstərmişdir ki, iddia tələbini qəbul etmirlər. İddia ərizəsində göstərirlər ki, etibarnamə verməmişlər, əmlakın satılmasından xəbərləri yoxdur. İsgəndər özü təsdiq etdi ki, həqiqətən 2004-cü ildə etibarnamə vermiş, 2008-ci ildə həmin sahənin satılmasına razılıq vermişdir. Binəqədi Rayon Məhkəməsində də Abazər izahat vermiş və bildirmişdir ki, qardaşı ona etibarnamə vermiş və 50.000 dollara oranı satmışdır. İddiaçının subyektiv hüququ yoxdur. O, bu məsələ ilə bağlı qardaşına qarşı iddia qaldıra bilər. Cavabdehə qarş ı iddiası əsassızdır. Cavabeh nə lazımdırsa onu edib. Bu gün də etibarnamə mövcud olan halda belə iddia düzgün deyildir. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı da vardır. Abazər özü təsdiq etdi ki, 50000 dolları almışdır. Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə də bu hal təsdiq edilmişdir.
10. Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 1 ünvanında X16 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv metr torpaq sahəsinin təsisçisi mərhumun varisi olan "xxxx" MMC-yə alğı-satqı 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə ve rilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında 0,1666 ha ifadəsi 0,2604 ha kimi oxunması qərara alınmışdır. 11. "xxxx" MTK-nın cavab məktubuna əsasən "xxxx" MTK ilə İddiaçı arasında heç bir müqavilə və ya razılaşma olmamışdır.
12. Səbail rayon mənzil Kommunal Təsərrüfat Birliyinin 17 avqust 2021-ci il tarixli, Dax-183 nömrəli məktubuna əsasən Ə.Cavad küçəsi 3 saylı ünvanda yerləşən 2 mərtəbəli ibina sökülərək yerində hündürmərtəbəli yaşayış binası illər öncə (16 il bundan əvvəl) "xxxx" MTK tərəfindən aparılmışdır.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2022-ci il tarixli, **********082600 nömrəli məktubuna əsasən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın ləğv olunması barədə məlumat aşkar edilməmişdir. 14. "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 849000 manat təşkil edir. ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 254000 manat təşkil edir. 15. “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məkt ubunun surətinə əsasən ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 280500 manat təşkil edir. ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 85000 manat təşkil edir.
16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli ekspert rəyinə əsasən iddiaçı X7 məxsus ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsinin söküldüyü dövrə, yəni 2005-ci il tarixə dair internet saytı, təklif olunan qiymətləri, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə d air tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, qeyri-yaşayış sahəsinin söküldüyü dövrə olan bazar qiymətini müəyyən etmək mümkün olmadı. ünvan 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 604570,3 manat (3571x169,3) məbləğində müəyyən olunur.
17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-16/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilmişdir. Qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və mənəvi zərərin əvəzi olaraq 5000 manatın "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatının cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatının "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatının "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X8, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin, araşdırma zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edildiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməli dir.
19. Məhkəmə qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı qətnaməsində İddiaçı izahatında qeyri-yaşayış sahəsinin sökülməsi əvəzində 50000 ABŞ dollarının ona verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən 50000 ABŞ dollarının X6 hansı əsaslarla ödənilməsini və həmin məbləğin ödənildiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
20. Məhkəmə bildirmişdir ki, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 384000 manat manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hissədə təmin edilməmişdi
21. Məhkəmə hesab etmişdir ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin heç bir kompensasiya verilmədən sökülməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiy aya, yəni mənəvi sarsıntı keçirməsinə səbəb olması normal insan psixologiyası çərçivəsində əyani sübuta ehtiyacı olmayan həqiqətdir.
22. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsindən çox iddiaçının cavabdehin hesabına varlanmasına xidmət edir.
23. Həmçinin iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsini, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması vurulmuş mənəvi zərərin ədalətli və ağlabatan əvəzi kimi qiymətləndirilə bilər.
24. Məhkəmə hesab et mişdir ki, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə işinin dəyərinin qiymətləndirici tərəfindən 500 manat müəyyən edilməsi heç bir sübut və ya dəlillə əsaslandırılmamışdır. Belə ki, qiymətləndirici bu məbləğin hansı xərclər əsasında (qiymətləndiricinin daşınmaz əmlakın yerləşdiyi yerə getməsi, bununlaə bağlı xərclərin olması, əlavə tədqiqatın aparılması və s.) formalaşması ilə bağlı heç bir sübut təqdim etməmişdir.
25. Məhkəmə təcrübəsində oxşar işlər üzrə həyata keçirilən daşınmaz əmlakın qiymətləndirilməsi xərci görülmüş işlərin həcmindən və mürəkkəbliyindən asılı olaraq 200400 manat civarında müəyyən edilir. Bu səbəbdən "xxxx" MMC tərəfindən həyata keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı xərcin 500 manat müəyyən edilməsi şişirdilmiş və işin həqiqi hallarını əks e tdirməyən, habelə mövcud məhkəmə praktikasına uyğun olmayan məbləğ hesab olunmalı və azaldılaraq 200 manat həddində müəyyən olunmalıdır.
26. Məhkəmə öz mövqeyini “Mülki və siyasi hüquqlar haqqında” Bəynəlxalq Paktın 14-cü: “İnsan Hüquqlarının və X11 haqqında” Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci: “İnsan hüquqları haqqında” BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi və 29-cu maddəsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 1096.1, 1096.2, 1097.1: “Mənəvi zərərin ödənilməs barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1 82, 119.1, 1 4.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və mənəvi zərərin əvəzi olaraq 5000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən ləğv edilərək, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində tamamilə ləğv edilərək, mübahisəli qeyri-yaşayış sahəsinin əvəzinə eyni ölçüdə və eyni keyfiyyətdə başqa qeyri-yaşayış sahəsinin verilməsi və ya dəymiş real zərərin əvəzi olaraq1269750 (bir mi lyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, ümumilikdə ******* (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin tam təmin edilməsi üçün əsaslar, işdə mötəbər sübutlar, ekspert rəyləri, məhkəmə qərarları və sair mövcud olsa da, məhkəmə bunu etməmişdir. Məhkəmə qətnamədə əsaslandırmanı belə aparmışdır ki, “Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna mali k olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İşdə olan və məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46- 297/22 saylı ekspert rəyində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 849000 manat təşkil edir.
29. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 254000 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin 2005-cı ildən 2022-ci ilin aprel ayınadək mövcud olmuş ümumi icarə haqqı 300000 manat təşkil edir. Cavabdeh məhkəmənin hazırlıq iclasına “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC n ömrəli məktubunu təqdim etmişdir. Həmin məktuba görə mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 280500 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 85000 manat təşkil edir.
30. Məhkəmənin iş № 2(009)-115/2022, xx.xx.2022-ci il tarixli qərardadda deyilir: Məhkəmə hesab edir ki, iş materiallarında olan rəylər arasında ziddiyyət olduğundan mübahisənin tam və ədalətli həlli, habelə hazırkı işə baxılarkən mülkiyyətçiyə məxsus olmuş Mübahisəli qeyri-yaşayış sahəsi sahəsinin qiymətinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Lakin cavabdeh tərəfin məhkəməyə təqdim edilən və məh kəmənin ekspert rəyi adlandırdığı “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubu ekspert rəyi deyil, qiymətləndirmə hesabatıdır. Ona görə də məhkəmənin ikinci dəfə ekspertiza təyin edilməsi üçün heç bir əsas olmamışdır. Buna baxmayaraq məhkəmə yenidən ekspertiza təyin edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış sahəsinin söküldüyü dövrə olan bazar qiymətini müəyyən etmək mümkün olmadı. Mübahisəli qeyri-yaşayış sahəsinin hazırki orta baza qiymətlərinə uyğun ümumi dəyəri təqribən 604570,3 manat (3571x169,3) məbləğində müəyyən olunur. Məhkə mə iddiaçıya dəymiş real zərərin əvəzinin cavabdehdən necə və hansı məbləğdə tutulması məsələsində prosessual pozuntuya yol vermişdir. Məhkəmə hesab etmişdir ki, (qətnamədə deyilir) cavabdehdən tutulacaq məbləğ iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.” Cavabdehdən tutulacaq məbləğin iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir deyərkən bunu məhkəmə hansı əsasla etmişdir? Bu cox absurddur! Binəqədi Rayon Məhkəməsində baxılmış həmin işdə mübahisəli qeyri-yaşayış sahəsinin dəyəri və ya qiymətləndirilməsi barədə hər hansı mütəxəssis və ya hər hansı ekspert rəyi olmamışdır. Məhkəmə açıq şəkildə göstərə bilməsə də dolayısı ilə cavabdeh tərəfindən ortaya atılmış məbləğ həcmində bir növ cavabdehin mənafe yinə uyğun olan məbləğdə iddia tələbinin real zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edir. Bunun da adını məhkəmə belə qoyur ki, “iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir” Həmin qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar Mehrac onunla (Abazər Mahmudovla) birlikdə X2 qızı ilə görüşərək ona ********* manat, hal-hazırıkı ekvivalentlə 49400 manat ödəmişdir. Həmin vaxtdan bu günədək həmin ofis binası onun və qardaşı Mehracın istifadəsində olmuşdur. Qardaşı İsgəndərin isə heç bir zaman əmlak almaq imkanı olmamış o, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Muğancıq kəndində yaşamışdır”. X25 qeyd edilən məhkəmə iclasında həmin qeyri-yaşayış sahəsini qardaşı Mehracın almasını və pulunu da Mehrac verdiyini və həmin vaxtdan bu günəd ək həmin ofis binası onun və qardaşı Mehracın istifadəsində olduğunu deyir. Onda sual olunur-şahid Mahmudov Abazər deyir ki, qeyri-yaşayış sahəsi qardaşı Mahmudov Mehracın olub, alanda da pulunu Mehrac ödəyib-belə olan halda niyə həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən söküləndə İddiaçı 50000 ABŞ dolları pul verir? Həmin mülki işdə təkcə Abazər deyil digər şahidlər-bacı və qardaşları də deyirdilər ki, obyekt Mehracındır, pulunu da Mehrac vermişdir. Sual olunur obyekt söküləndə İsgəndərə 50000 ABŞ dolları verilmişdirsə bəs o zaman həmin şahidlər, o cümlədən Abazər niyə deməmişdir ki, həmin obyekt İsgəndərindir və alanda pulunu da İsgəndər vermişdir? Söküləndə də ona 50000 ABŞ dolları verilmişdir? (Abazər deyir ki, 50000 abş dollarını guya bacı-qardaşlarının yanında İsgəndərə vermişdi r). Yəni hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən həmin şahid X13 indi gəlib deyir ki,...Həmin obyekt İsgəndərin adında olub, alan zaman pulunu da özü vermişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50000 dollar pul verirlər. O da razı oldu.. Göründüyü kimi şahid X13 iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinə dair məhkəmədə baxılan ayrı-ayrı mülki işlərdə bir-birinə tamamilə zidd olan ifadələr vermişdir. Nümayəndə sual verdi ki, Səbail rayon Məhkəməsində 2018 ci ildə Mehrac Mahmudov İddiaçı qarşı İddiaçı həmin bu mülkiyyətində olan obyektlə bağlı iddia qaldırmışdır. Həmin mülki işlə bağlı məhkəmə iclasında deyirdiniz ki, həmin bu sahəni Mehrac alıb pulunu Mehrac verib. Belə ola n halda həmin sahəyə görə İsgəndərə niyə pul verirdiniz ki? (yəni indi deyirsiniz ki, İsgəndərə guya 50000 ABŞdolları vermisiniz) O bu suala cavab verə bilmədi, axırda yalan uyduraraq dedi ki,“ora başqa yerdi. Eyni zamanda, onu da qeyd edir ki, cavabdeh tərəf nə qədər desə də ki, guya İsgədərə 50000 ABŞ dolları pul verilmişdir, həmin məbləğin İsgəndərə verilmədiyinə və bunu təsdiq edə biləcək hər hansı bir sübutları olmadığına görə özləri tərəfindən əldə edilmiş “X19” MMCnin 08 iyun 2022- ci il tarixli məktubu-qiymətləndirmə hesabatı məhkəməyə təqdim etmişlər. Bu da onu göstəri ki, cavabdehi daha cox tələb edilən əmlakın dəyəriqiymətləndirilməsi maraqlandırır və məhkəmə tərəfindən təyin edilən ekspertizalrın rəyiilərazı deyildir”. Bundan başqa, Qətnamədə deyilir: Məhkəmə hesab edir ki, əld ən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 384000 manat manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbimin bu hissəsi ilə bağlı ümimiyyətlə heç bir əsaslndırma aparmamışdır. Halbuki, işdən və işdə olan sübutlardan göründüyü kimi o, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı əldə etməkdə iqtisadi marağı olmuş və ailəsinin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Əyər obyekti sökülməsəydi keçən bu illər ərzində də icarəyə verərək faydalanacaqdım. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-455/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində ye rləşən və mülkiyyətində olan 169,3 kv metr qeyri-yaşayış sahəsindən cavabdeh X5 məcburi qaydada çıxarılmasına dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən M.Mahmudov apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-676/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamədən Mahmudov Mehrac kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-7794/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin 2(103)676/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82-cimaddəsində sübut etməkdən azad edən əsaslar nəzədə tutulmuşdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə qeyd e dilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd etdiyi məhkəmə qərarları ilə təsdiq edilir ki, mübahisəli qeyri-yaşayış sahəsini X7 icarəyə vermişdir və həmin sahədən istifadə etmişdir. Bu qətnamələrlə təsdiq edilir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini Mahmudov Mehrac icarəyə götürərək istifadə etmişdir. Obyekti icarəyə verməmişdən əvvəl müəyyən avadanlıqlar və otaqlar üçün ləvazimatlar almışdır. Qeyri-yaşayış sahəsinin istifadə olunması həmdə onu göstərir ki, obyekt tam yararlı vəziyyətdə olmuş və Mehrac Mahmudov orda reklam işləri ilə məşğul olumuşdur. Məhkəmə "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A462 97/22 saylı ekspert rəyini qətnamədə əks etdirərkən ümumiyyətlə rəyin “ mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin 2005- cı ildən 2022-ci ilin aprel ayınadək mövcud olmuş ümumi icarə haqqı 300000 manat təşkil edir” hissəsini göstərməmişdir. Bu da onu göstərir ki, məhkəmə işin həmin faktiki halına uyğun olmayan və işin həmin faktiki halları ilə bağlı olan sübutlara qiymət vermədən həmin hissədə dəəsassız qətnamə qəbul etmişdir. İddia tələbinin mənəvi zərərə dair tələb hissəsidə də iddia tam təmin edilməlidir. Məhkəmə həmin hissədə qeyd edir ki, məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsindən çox iddiaçı sgəndər Mahmudovun cavabdeh MTK-nın hesabına varlanmasına xidmət edir. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan əmlakı söküb məhv etməklə uzun illərdir ki, ona ağır istirablar vermişdir. Həmin sahəni icarəyə verə bilmədiyi üçün ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu olmazın sıxıntılara düçar etmişdir. Bu illərdə o, ürək xəstəliyinə tutularaq ürək əməliyyatı keçirmişdir. Həmin vaxtdan səhhətində yaranmış xəstəlikdən əziyyət çəkir. İllərdir buna görə müalicə alır. (işdə bu barədə sənədlər vardır) Cavabdeh "xxxx" MTK-nın bu 16 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və o və ailəsi bu illər ərzində mənəvi sartsıntılar keçrimişdir ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 (on m in) manat tələb edir.
31. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının qardaşı X4 iddiaçının adından təqdim etdiyi etibarnamə əsasında mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri 50000 ABŞ dolları ona ödənilmişdir. İddiaçının cavabdeh qismində "xxxx" MTK-ya, X10, X6 və X17 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia tələbi üzrə məhkəmə iclasında X13 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin məhkəmə zamanı iddiaçı qardaşı Abazər Mahmudova etibarnamə verdiyini təsdiq etmişdir. Qeyd edilənlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 say lı iş üzrə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8176/2021 saylı qətnamələri ilə təsdiq edilir.Həmin qətnamə ilə iddiaçının iddiası təmin edilməmiş, Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.İddiaçının iddia tələbi tamamilə əsassızdır. Belə ki, qeyriyaşayış sahəsinin dəyəri onun verdiyi etibarnamə əsasında qardaşı Abazər Mahmudova ödənilmişdir. Cavabdeh tərəfindən ona heç bir maddi və mənəvi zərər vurulmamışdır. Həmçinin iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsini 2004-cü ildə ********* manata (hazırki ekvivalentlə 49400 manat) aldığını göstərsə də, əsassız olaraq 1 kv metr 7500 manat olmaqla ******* manat pul tələb etmişdir. Məhkəmə tərəfindən işin fa ktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən İddiaçı qardaşı X13 bildirmişdir ki, bu işin üstündən 15 ildir vaxt keçmişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50000 dollar pul verirlər. O da razı oldu. Həmin pula özünə maşın aldı, özünü əməliyyat etdirdi. 50000 dollar pulu əl ilə almışdır. Bacıları da hamısı bilir. Qeyd edək ki, iddiaçının qardaşı X4 iddiaçının verdiyi etibarnamə əsasında 50.000 dollar pulu alması Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə də təsdiq edilmişdir. İddiaçı özü təsdiq etmişdir ki, həqiqətən 2004-cü ildə etibarnamə vermiş, 2008-ci ildə həmin sahənin satı lmasına razılıq vermişdir. Binəqədi Rayon Məhkəməsində də İddiaçı qardaşı X13 izahat vermiş və bildirmişdir ki, qardaşı ona etibarnamə vermiş və 50000 dollara oranı MTK-ya satmışdır.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2284/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2023-ci il tarixli qətnaməsi qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azə rbaycan manatı ilə) cavabdehdən tutulması hissəsində dəyişdirilərək real zərərin əvəzi 604570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. İşin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən heç bir müqavilə və ya razılaşma olmadan sökülmüşdür. Əlavə olaraq məhkəmə onuda qeyd etmişdir ki, 2004-cü ildə iddiaçı tərəfindən q ardaşı X6 etibarnamənin verilməsi ilə bağlı notariat orqanlarına sorğular verilmiş, etibarnamənin verilməsi müəyyən olunmamışdır.
35. Məhkəmə hesab etmişdir ki, cavabdeh MTK-nın törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
36. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsind ə iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilir.
37. Məhkəmə dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş ziyanın həqiqi həcminin 604570,3 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən olunmuşdur.
38. Mənəvi zərərlə bağlı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki hüquq pozuntusunun, habelə iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsi, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsiri və ə mlak vəziyyəti nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən tutulması əsaslı hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 148.2, 152.1, 443, 1096, 1097 və 1115-ci maddələri, “Mənəvi zərərin ödənilməs barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 115.0.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayətində apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50000 ABŞ dolları məbləğinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehdən tutulması hissəsində dəyişdirilməklə real zərərin əvəzi 604570,3 manat müəyyən olunmasında apellyasiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilm əmiş və pozulmuş, işin halları tam və hərtərəfli aydınlaşdırılmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
43. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti vərərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2284/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini - “Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” hissəsində qismən ləğv edərək, iddia tələbinin mübahisəli qeyri-yaşayış sahəsinin əldən çıxmış faydaya görə 384000 (üç yüzsəksən dörd min) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edib həmin hissədə yeni qərar çıxarılmasını, qətnaməni qalan hissədə dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.
44. Kassasiya şikayətinə görə apellyas iya məhkəməsi əldən çıxmış fayda tələbini rədd edərkən iddiaçının bununla bağlı mötəbər sübutlar təqdim etmədiyini əsas gətirmişdir. İşdən və işdə olan sübutlardan göründüyü kimi iddiaçı ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı ailənin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Əgər obyekt sökülməsəydi keçən bu illər ərzində də icarəyə verərək faydalanacaqdı. Qeyri-yaşayış sahəsini Mahmudov Mehraca (Mahmudov Abazərə) icarəyə vermişdi. Onlar da hər ay mənə pul ödəyirdi. Bu hal işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri də təsdiq edilir.
45. Əldə edilmiş"xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46- 297/22 saylı ekspert rəyində də təsdiq edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin 2005-cı ildən 2022-ci ilin aprel ay ınadək mövcud olmuş ümumi icarə haqqı 300000 manat təşkil edir.
46. İddiaçı Mülki Məcəllənin 443.2 və və 443.3-cü maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. İddiaçı (vəkili Nümayəndə1) tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdeh "xxxx" MTK-nın kassasiya şikayəti təmin olunmaması, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunması xahiş edilmişdir. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
50. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
51. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başq aları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
54. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
55. Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
56. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
57. Maddə.443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
58. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
59. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
60. Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair ş əxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır ”.
62. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
63. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə l azımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçya vurulmuş real zərərin əvəzinin müəyyən olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veməmişdir ki, bu pozuntular da göstərilən hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasən qismən ləğv olunmalı, iş ləğv olunmuş hissədə, yəni iddiaçya vurulmuş real zərərin əvəzinin müəyyən olunması hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
72. Belə ki, məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmn olunmayan hissəsi ilə bağlı mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
73. Mübahisəli qeyri-yaşayış sahəsinə görə əldən çıxmış fayda kimi 384000 manat pulun cavabdehdən tutulmasının rədd olunması ilə bağlı apellyasiya instansiy ası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin əvəzli olaraq 3cü şəxslərin icarəsinə verməsi və bundan gəlir götürməsi barədə sübutlar təqdim edə, iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd olunması ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, bu baxımdan da İddiaçı kassasiya şikayəti təmin edilməməlidir.
75. Məhkəmə kollegiyası cavabeh "xxxx" MTK-nın kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər qismən əsaslıdır, apellyasiya məhkəməsi iddiaçıya vurulmuş real zərərin müəyyən olunması hissədə düzgün nəticəyə gəlməmişdir.
76. Məhkəmə kollegiyası ilk növbədə qeyd edi r ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən heç bir müqavilə və ya razılaşma olmadan sökülməsi və cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəyməsi işin mübahisəsiz halıdır, bu faktı cavabdeh də inkar etmir. Əksinə cavabdeh qeyd edir ki, 2004-cü ildə iddiaçı tərəfindən qardaşı X6 verilmiş etibarnaməyə əsasən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş 50000 ABŞ dolları məbləğində zərər iddiaçıya ödənilmiş, həmin məbləğ Abazər Mahmudova verilmişdir.
77. Lakin iddiaçı tərəfindən qardışı Abazər Mahmüudovuna adına verilmiş etibarnamə aşkar edilməmiş, nə notariat orqanlarına verilmiş sorğular nəticəsində etibarnamənin verilməsi müəyyən olunmamış, nə də cavabdeh MTK belə bir sənəd, yaxud zərərin ödənilməsi barədə digər sənəd (müqavilə, qəbz və sair) təqdim edə bilməmişdir. Abazər Mahmudova 50000 ABŞ dollarının hansı əsaslara görə verilməsi müəyyən deyildir.
78. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh MTK-nın törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır, MTKnın Abazər Mahmudova ödədiyi 50000 ABŞ dollarının iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə görə olması, həmin məbləğin iddiaçıya ünvanlanması, Abazər Mahmudovun iddiaçının adından pul vəsaitini almağa səlahiyyətli olması müəyyən edilməmişdir.
79. Mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğinin 604570,3 m anat müəyyən edilməsi barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir; İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı ekspert rəyini, “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubun və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/44349/4821 nömrəli rəyini almış, həmin rəylərdə ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti müvafiq olaraq 849000 manat, 280500 manat və 604570,3 manat qiymətləndirilmişdir.
80. Apellyasiya məhkəməsinin qənaətinə görə isə birinci instansiya məhkəm əsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/44349/4821 nömrəli rəyini sübut qəbul etməməkdə səhvə yol vermişdir, həmin rəy mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməli, rəydə göstərilən 604570,3 manat məbləğ iddiaçıya dəymiş ziyan kimi qəbul edilməlidir.
81. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli rəyini sübut qəbul etdiyi halda, iş üzrə "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı ekspert rəyini, “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli mütəxəssis rəyini sübut kimi qəbul etməməsini əsaslandırmamış, bir iş üzrə eyni qeyri-yaşayış sahəsinə dair bir-birindən kəskin fərqlənən üç rəyin olmasını nəzərə almamış, bu fərqin aradan qaldırılması üçün təkrar ekspertiza təyin olunmasını tərəflərin iştirakı ilə müzakirə etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, göstərilən məsələnin həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz, həmin hissədə qətnamə ləğv edilməklə iş yeni apel lyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2284/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi İddiaçı dəymiş maddi zərərin əvəzinin 604570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat olmasının müəyyən edilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh "xxxx" Mənzil Tikint i Kooperativinin kassasiya şikayətinə əsasən qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.