Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3749/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)275/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.B.Fəttahov, iş 2(046)-627/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və G.A.Abbasov) iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla hər birinə ¼ hissədə İddiaçı2, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 məxsusdur. 2019-cu ilin fevral ayında iddiaçılar İddiaçı1 və Qədimova Rübabə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası MM-nin 220-ci maddəsinin tələbinə müvafiq olaraq evin onlara məxsus hissəsinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İdd ia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar qətnamədən kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab ed ir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli sahədən payın ayrılmasının mümkünlüyünün yoxlanılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, iddiaçılara məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Paylı mülkiyyətdə olan əşyaların bölünməsi və ondan payın ayrılması qaydasını müəyyən edən Mülki Məcəllənin 220-ci maddəsinə görə payl ı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. (220.1) Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (220.2) İddia tələbində yalnız payın ayrılması tələb olunduğundan kollegiya hesab edir ki, iddianın rədd olunması müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3749/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3749/2020
12.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver