Məhkəmə qərarları › İş №2(102)-375/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-375/2024

01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-375/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X8 qarşı ilkin, X7 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması zamanı gəlirlərin qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı X8 qarşı “mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin qaytarılması” barədə ilkin, X7 İddiaçı qarşı “əmlakdan faydalanmağa görə pul vəsaitinin tutulması” barədə qarşılıqlı iddia tə ləblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən X11 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Xətai rayonu, Yeni Əhmədli qəsəbəsi 829-cu keçid, məhəllə 2980-81 (hazırkı Vunq Tau küçəsi 15, korpus 1, mənzil 415) ünvanında yerləşən mənzil B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən zavod rəhbərliyinin və Həmkarlar Komitəsinin birgə Qərarı ilə xx.xx.1987-ci il tarixdə qəbul edilmiş 6 saylı Protokol və 25 saylı order əsasında X8 verilmişdir. 2. 1992-ci ildə həmin mənzil məcburi köçkünlər tərəfindən zəbt olunmuş, 2008-ci ildə isə İddiaçı Ələsgər adlı şəxsə pul ödəyərək qanunla müəy yənləşdirilmiş qaydada rəsmləşdirmədən mənzili almış, təmir etdirərək uzun müddət qeydiyyatsız orada yaşamışdır.

3. X7 İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı və digər şəxslərin həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması, Qəhrəman İbrahimovun mənzilə köçürülməsi qət olunmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, icra olunması üçün Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmiş, 2022-ci ilin may ayında icra edilmişdir. Hazırda mənzildə X11 yaşayır.

5. İddiaçı X9 qarşı “pulun tutulması” tələbi Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi i lə təmin olunmuş, X5 İddiaçı xeyrinə 22.275 manatın tutulması qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-2017-ci illər ərzində mübahisəli mənzilin təmir və yaxşılaşdırılmasına çəkdiyi 7000 manat məbləğin X6 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə İddiaçı maddi vəziyyətinə uyğun münasib ev almaq niyyətilə axtarışlar etmiş və təsadüfən Mənzili rəfiqəsinin yaşadığı yataqxana tipli binada ev elanı görərək, həmin elandakı mobil telefonla əlaqə saxlamış və telefon danışığı zamanı elanı vermiş şəxsin Ələskər adlı şəxs olduğu ona məlum olmuş, o, bu evin dövlət tərəfindən ona təmən nasız verildiyini və evin ona məxsus olmaqla hazırda onu satmaq fikri olduğunu bildirmiş, lakin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Həmçinin, onu da qeyd etmişdir ki, həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur, bunu binaya xidmət edən Xətai rayonu 118 saylı MənzilKommunal İstismar Sahəsi də təsdiq edə bilər. O, evsiz olduğundan evin satış dəyərini 13500 manata razılaşmışdır. Bundan sonra evin sənədləşdirilməsi üçün onlar birlikdə 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə getmiş, həmin sahənin müdiriyyəti onları qəbul edərək bildirmişdir ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və qərar mövcud deyil, evdə heç kəs qeydiyyatda yoxdur. Bundan sonra Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyi bu mənzilin sahibi kimi onu qeydiyyata salmaq və adına şəxsi hesab açmaq üçün ondan müəyyən məbləğ pul istəmiş, onun da maddi imkanı olmadığı üçün həmin məbləği verə bilməmiş, bu səbəbdən də mənzil adına rəsmiləşdirilməmiş qalmış və hesab etmişdir ki, bu mənzili istənilən vaxt öz adına rəsmiləşdirəcək. O, mənzili alarkən demək olar ki, yaşayış üçün yararsız bir vəziyyətdə olmuşdur. 2016- 2017-ci illər ərzində təmir və yenidənqurma bərpa işləri aparmış və bu işə təxminən 7000 manat məbləğində maddi xərc çəkmişdir. Bu “Alternativ ekspertiza Markəzi"-nin 22 aprel 2022-ci il tarixli, 44 saylı mütəxəssis rə yi iə də təsdiq olunur. 2021-ci ilin təxminən mart ayında əvvəllər tanımadığı İddiaçı yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirmiş və mənzildən çıxmağını tələb etmişdir. Bir müddət sonra o, evi 20000 manat müqabilində evi ona satmağı təklif etsə də, həmin pulu ödəmək imkanı olmamışdır. Bundan sonra onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Həmin Qətnamə icra olunmuş və hazırda həmin mənzildən çıxarılmışdır və artıq 3 aydan çoxdur ki, Qəhrəman İbrahimov həmin mənzili qəbul etmiş və orada aparılmış təmir işlərinə hər hansı etirazını bildirməmişdir.

8. X11 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat məbləğində dəymiş ziyan və 120 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X11, Bünyad Sərdarov adına zavodda mühəndis-texnoloq vəzifəsində işləmiş və xx.xx.1987-ci il tarixli 25 saylı orderə əsasən gənc müsabiqədənkənar mütəxəssislər üçün nəzərdə tutulmuş yataqxananın 4-cü mərtəbəsinin 415 saylı otağına köçürülmüşdür, Həmin tarixdən də o, ailə üzvləri - qızı və həyat yoldaşı ilə həmin mənzildə yaşamışlar. 1992-ci ildə qonaq getdikləri bir necə gün ərzində məcburi köçkünlər tərəfindən mənzil qanunsuz olaraq zəbt edilmişdir. O, müharibə bitdikdən sonra mənzilinin taleyi ilə maraqlanan zaman məlum olmuşdur ki, ona məxsus mənzildə yaşayan məcburi köçkünlər həmin mənzildən çıxmışlar və İddiaçı ona məlum olmayan səbəblərdən qanunsuz olaraq həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Məhkəmə qət naməsi ilə mənzilə köçürülmüşdür. İddiaçı 2008-2022-ci il tarixlərində Mənzildə qanunsuz olaraq yaşamışdır. O isə 14 il öz əmlakından və ondan gələn gəlirlərdən məhrum olmuşdur. Belə ki, o 14 il öz bacısının evində qeydiyyatda olmuşdur. Faktki olaraq isə öz atasına məxsus Saray qəsəbəsi, M.Rəsulzadə küçəsi, ev 37 ünvanında qardaşları və onların ailəsi ilə birgə yaşamışdır. Onun bu 14 il ərzində öz əmlakından məhrum edilməsi, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Əgər cavabdeh 14 il ərzində həmin əmlakdan istifadə edə bilsəydi, o gəlirlər əldə edə bilərdi. Mənzildən istifadə edə bilməməsi isə onu bu gəlirlərdən məhrum etmişdir. Mənzil 14 il ərzində kirayə verilsəydi 168 ay (14x12) ərzində, ayda kirayə haqqı təxminən 200 manat olmaqla 33.600 manat gəlir əldə edə bilərdi.

10. İddiaçı nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, X3 mənzilə order əsasında hüquq əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmamış və o, bu hüququ bugünədək qanunla nəzərdə tutulmuş qaydada əldə etməmişdir. Qeyd edilən mənzil yataqxana tipli binada yerləşməklə 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismarı Shəsinin idarəçiliyində olmuş və həmin mənzil üzərində sərəncam vermək hüququ göstərilən mənzilə dair hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq X17 Sovetlərinin İcrayyə Komitələri, həmin mənzillərin idarəçiliyi və ona nəzarət isə Mənzil İstismar Təşkilatları tərəfindən həyata keçirilir (2009-cü il oktyabırın 1-dək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 18, 19 və 107ci maddələri). X4 Mənzil Fondunun balansında olan sözügdən mənzil üzərində sərəncam vermək hüququ (satmaq, bağışlamaq və ya kirayə vermək) olmamışdır. Bu səbəbdən də, onun qeyd edilən mənzildən kirayə haqqı şəklində ziyan tələb etməsi əsaslı sayıla bilməz. Digər tərəfdən X2 mənzildən məhrum olmaqla bağlı ona maddi ziyan dəyməsi barədə İddiaçı tərəfindən hər hansı mötəbər sübutlar (onun digər mənzildə kirayədə yaşaması, ona hər hansı formada maddi ziyan dəyməsi və s...) bugünədək məhkəməyə təqdim edilməmişdir. Order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

11. Xətai Rayon Məhkəməsinin 2(011)-5682/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılm ası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6648 saylı rəyinə əsasən, mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri 2016-2017-ci illər üçün mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 5206 manat məbləğdə müəyyən olunur. 13. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, 2022-ci ilin yanvar ayından aprel ayınadək mübahisəli mənzilin orta aylıq kirayə haqqı 220 manat təşkil edir.

14. Xətai Rayon Məhkəməsinin 2(011)-172/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ilkin iddianın qismən təmin edilsin, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, korpus 1, 415 saylı mənzilin təmir xərclərinə görə 5206 manat məbləğində pul X1 tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, dəymiş maddi zərərə görə 880 manat pulun İddiaçı tutularaq X8 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin 20 manat hissəsinin İddiaçı, 80 manat hissəsinin isə X6 tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

15. Məhkəmə ilkin iddia tələbi üzrə nəticəni belə əsaslandırmışdır:

16. Məhkəmə qətnaməsi əsasında işin mübahisəsiz halları kimi müəyyən edilir ki, mənzil 1987-ci ildə Qəhrəman İbrahimovun istifadəsinə verilmiş, 1992-ci ildən etibarən o, mənzilinə məcburi köçkünlərin yerləşdi rilməsi səbəbilə mənzildən istifadə etməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi) əsasən Qəhrəman İbrahimovun mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan və İddiaçı mənzildə heç bir əsas olmadan yaşadığından onun mənzildən çıxarılması və Qəhrəman İbrahimovun mənzilə köçürülməsi qət edilmişdir.

17. Həmçinin, o da işin mübahisəsiz hallarıdır ki, İddiaçı 2008-ci ildən etibarən mənzildə yaşamış, sonra orada təmir işləri aparmış, nə təmir işləri apararkən, nə də orada yaşayarkən mənzilin əslində Qəhrəman İbrahimovun istifadəsində olduğunu bilməmişdir.

18. Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, mənzilin başqa şəxsə satıldığını bilməyərək İddiaçı tərəfindən orada təmir və yaxşılaşdırma işləri yerinə yetiri lmişdir, həmin işlərin yerinə yetirilməsinə çəkilmiş xərci o, məzilin hazırkı sahibi Qəhrəman İbrahimovdan tələb etməkdə haqlıdır.

19. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, vicdanlı sahib olan Nüvar Soltanəliyeva mənzildə olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını aparmış, ayrılması mümkün olmayan yaxşılaşdırmaların, yəni mənzildə apardığı təmirə görə sərf etdiyi xərci Qəhrəman İbrahimovdan tələb etsə də, sonuncu bundan imtina etmişdir.

20. Məhkəmə hesab edir ki, İddiaçı mənzilə vicdanlı sahiblik etdiyi müddətdə apardığı yaxşılaşdırmalar (mənzilin təmiri) əmlaka zərər yetirmədən mümkün olmadığından, Qəhrəman İbrahimov isə mənzilə çəkilmiş təmir xərclərini ödəməkdən imtina etdiyindən, o, həmin xərclərə münasibətdə əsassız var lanmış hesab edilir.

21. Lakin məhkəmə hesab edir ki, mənzilin təmir xərcinə görə tələb edilən pul vəsaiti qismən təmin edilməlidir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6648 saylı rəyindən görünür ki, mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri 2016-2017-ci illər üçün mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 5206 manat məbləğdə olduğu müəyyən edilmişdir.

22. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır.

23. İş materialları ilə müəyyən edilir ki, Qəhrəman İbrahimovun “İddiaçı və digər şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılması, mülkiyyət hüququnun tanınmaqla həmin mənzilə köçürülməsi” barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı həmin qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Həmçinin, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olmuşdur ki, İddiaçı 2022-ci ilin may ayında mənzildən çıxaraq onu Qəhrəman İbrahimova təhvil vermişdir.

24. Göründüyü kimi, mənzilin Qəhrəman İbrahimova məxsus olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, İddiaçı da bu hal bəlli olmuş, həmin qətnamə ilə razılaşaraq ondan şikayət verməsə də, mənzili yalnız qətnamə qəbul edildikdən 4 ay sonra, yəni 2022-ci ilin may ayında təhvil verməklə qətnaməni icra etmişdir. Bununla da, İddiaçı Qəhrəman İbrahimovun mənzilində 4 ay qanunsuz yaşayaraq, ona maddi zərər vurmuşdur.

25. Qəhr əman İbrahimovun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2022-ci ilin yanvar ayından aprel ayınadək mübahisəli mənzilin orta aylıq kirayə haqqı 220 manat təşkil edir.

26. Məhkəmə şərh edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi Qəhrəman İbrahimova dəyən maddi ziyan (əldən çıxmış fayda) hissəsində qismən, yəni 2022-ci ilin fevral, mart, aprel və may ayları üzrə, hər ay 220 manat olmaqla cəmi 880 manat məbləğində təmin olunmalıdır.

27. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.5, 157.7, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

28. X11 ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti şikayət qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, təmsil etdiyi şəxsin ilkin iddiaçının hesabına varlandığının sübuta yetirilmədiyini nəzərə almadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

30. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6086/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi il ə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin “qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi” hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamənin çıxarılması, qarşılıqlı iddia tələbinin həmin hissədə də qismən təmin edilməsi, İddiaçı X7 xeyrinə əlavə olaraq 1080 (min səksən) manatın tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qət edilmişdir.

32. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə (mübahisələndirilən hi ssədə) gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və ilkin tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətinin həmin hissə üzrə dəlilləri ilə bağlı əlavə əsaslandırma aparmağa zərurət görməmişdir..

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı əmlakı vicdanlı əldə etdiyi, 2008-ci ildən etibarən əmlaka fasiləsiz və etirazsız sahibliyi həyata keçirdiyi, bu müddət ərzində əmlakı təmir etdirdiyi işin müəyyən olunmuş hallarıdır; vicdanlı sahib isə, əmlakdan ayrılması mümkün olmayan yaxşılaşdırmaların dəyərinin ödənilməsini tələb edə bilər.

34. Qəhrəman İbrahimov mənzilin təmirinə çəkilmiş xərcin düzgün hesablanmadığını irəli sürsə də, kollegiya həmin məsələ ilə bağlı verilmiş ekspert rəyini mötəbər hesab etmiş və r əyi “əsaslı şübhədən kənar” sübut kimi qiymətləndirmişdir.

35. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə nəticəyə gələrkən, ilkin iddiaçının əmlaka sahibliyinin qanunsuz olduğu vaxt intervalı ilə bağlı səhvə yol vermişdir.

36. Belə ki, ilkin iddiaçının özünün bildirdiyi hala görə, Qəhrəman İbrahimov 2021-ci ilin mart ayında mənzilə gələrək mənzilin ona məxsus olmasını demişdir; bu isə o deməkdir ki, məhz həmin dövrdən sonra İddiaçı mənzilə sahibliyi “etirazsız” olmamışdır.

37. İşin hallarından həmçinin görünür ki, X13 Soltanəliyevaya qarşı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş, bu tarixdən sonra onların arasında faktiki olaraq hüquqi müstəvidə mübahisə başlamışdır.

38. Qanunsuz sahi bin əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir; varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Qanunvericilik həmçinin müəyyən edir ki, mülkiyyətçi, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.

40. Kollegiyanın qənaətinə görə, İddiaçı mənzillə bağlı ilk pretenziya 2021-ci ilin may ayında bildirilsə də, mənzildə 13 il fasiləsiz və etirazsız yaşamış şəxs olması baxımından həmin tarix deyil, İbrahim Qəhrəmanovun ona qarşı iddia qaldırdığı tari x əmlaka sahibliyinin qanunsuz olduğunu bilməli olduğu tarix kimi qəbul edilməli və 2021-ci ilin sentyabr-dekabr, habelə 2022-ci ilin yanvar ayları üçün də mənzildən istifadə etməsinə görə ondan Qəhrəman İbrahimovun xeyrinə pul tutulmalıdır.

41. Qətnamənin İddiaçı tərəfindən mübahisələndirilməyən hissəsi üzrə məhkəmənin əsas götürdüyü qiymətləndirmə rəyində göstərilmişdir ki, 2021-ci ilin sentyabr ayında mübahisəli mənzilin orta aylıq kirayə haqqı 200 manat, bundan sonrakı dövrdə isə 220 manat təşkil etmişdir.

42. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan dövr üçün İddiaçı Qəhrəman İbrahimovun xeyrinə əlavə olaraq 1080 manat (200 + (220 x 4) = 1080) tutulmalıdır.

43. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.2.1, 21, 157.5, 157.7, 1091.1, 1091.2, 1092.1, 1093.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.1, 217.3, 233.3, 385-ci maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

44. X11 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması, şikayətin təmin olunması, ilkin iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassator şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri əsassız varlanma ilə bağlı müddəaları hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. 14 il öz əmlakından iradəsinə zidd olaraq məhrum edilmiş şəxsin üzərinə, onun evində qanunsuz olaraq yaşayan ş əxsin iddiası əsasında 5206 manat pulun ödənilməsi öhdəliyinin qanunsuz varlanmaq əsası ilə qoymaq əsassızdır. İbrahim Qəhrəmanov mənzilə köçdükdən sonra ordan heç bir gəlir əldə etməmişdir. Çünki İddiaçı dediyinə görə o, mənzili 2016- 2017-ci illərdə təmir etdirmişdir. (Lakin təmirin həmin illərdə olmasına və İddiaçı tərəfindən həyata keçirilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir) Hətta mənzil 2016-2017-ci illərdə təmir olunsa belə, təmirdən sonra orada 6-7 il yaşayış olmuşdur. İddiaçı təmir etdirdiyi mənzili, elə özü də köhnəltmişdir. İş materiallarına əlavə olunmuş şəkillərdən də görünür ki, mənzil hal-hazırda yaşayış üçün əlverişi deyildir, həmçinin Qəhrəman İbrahimov mənzili əldə etdikdən sonra orada təmir işləri də aparmışdır. Belə ki, Qəhrəman İbrahimova həmin mənzi l 1987-ci ildə veriləndə o, tam təmirli olmuşdur. Hal-hazırda isə mənzildə yaşamaq mümkün deyildir. Məhkəmə vicdanlılıq faktını nəzərdən qaçırmışdr. Belə ki, İddiaçı vicdanlı olsa da, onu bu vəziyyətə salan Ələskər Əskərzadədir. O, əgər təmirə 7000 manat pul xərcləmişdirsə belə, həmin təmir xərcini də Ələskər Əskərzadədən tələb etməli idi. Bundan başqa, Qəhrəman İbrahimovun o mənzildən varlanması isə heç bir faktla təsdiq olunmur. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçı mənzildən öz ayrıla bilən yaxşılaşdırmalarını aparmış, ayrılması mümkün olmayan yaxşılaşdırmaları isə Qəhrəman İbrahimovdan tələb etmişdir. Məhkəmənin ayrıla bilən və ayrıla bilməyən yaxşılaşdırmaları necə müəyyən etməsi isə aydın deyil. Şəkillərdən də göründüyü kimi, mənzil linonium və divar kağızlarından ibarətdir. Linonium və divar kağızlarına 2016-2017-ci illərdə 7000 manat məbləğin xərclənməsi isə ağlabatan deyil. Məlum olduğu kimi, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Diqqət edilməlidir ki, əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşübdüşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıb-varlanmamasıdır. Həmçinin, ekspert təmirə hesablanmış məbləği 5206,0 manat müəyyən etsə də köhnəlmə faizini nəzərə almamışdır. Demək ki, köhnəlmə nəzərə alınsa bu məbləğ daha az olacaqdır. (hansı ki, şəxs mənzildə təmirdən sonra 7 il yaşamışdır və təmiri köhn əltmişdir).

46. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi

48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

49. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövri yyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

51. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğ u vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

52. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

53. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

54. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

55. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

56. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

57. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensa siya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

58. Maddə Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. KASSASİYA iNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

70. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. İlkin iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən də razılaşılan birinci instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə qətnaməsi əsasında işin mübahisəsiz halları kimi müəyyən edilir ki, mənzil 1987-ci ildə Qəhrəman İbrahimovun istifadəsinə verilmiş, 1992-ci ildən etibarən o, mənzilinə məcburi köçkünlərin yerləşdirilməsi səbəbilə mənzildən istifadə etməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi) əsasən Qəhrəman İbrahimovun mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan və İddiaçı mənzildə heç bir əsas olmadan yaşadığından onun mənzildən çıxarılması və Qəhrəman İbrahimovun mənzilə köçürü lməsi qət edilmişdir.Həmçinin, o da işin mübahisəsiz hallarıdır ki, İddiaçı 2008-ci ildən etibarən mənzildə yaşamış, sonra orada təmir işləri aparmış, nə təmir işləri apararkən, nə də orada yaşayarkən mənzilin əslində Qəhrəman İbrahimovun istifadəsində olduğunu bilməmişdir.Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, mənzilin başqa şəxsə satıldığını bilməyərək İddiaçı tərəfindən orada təmir və yaxşılaşdırma işləri yerinə yetirilmişdir, həmin işlərin yerinə yetirilməsinə çəkilmiş xərci o, məzilin hazırkı sahibi Qəhrəman İbrahimovdan tələb etməkdə haqlıdır.Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, vicdanlı sahib olan Nüvar Soltanəliyeva mənzildə olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını aparmış, ayrılması mümkün olmayan yaxşılaşd ırmaların, yəni mənzildə apardığı təmirə görə sərf etdiyi xərci Qəhrəman İbrahimovdan tələb etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mənzilə vicdanlı sahiblik etdiyi müddətdə apardığı yaxşılaşdırmalar (mənzilin təmiri) əmlaka zərər yetirmədən mümkün olmadığından, Qəhrəman İbrahimov isə mənzilə çəkilmiş təmir xərclərini ödəməkdən imtina etdiyindən, o, həmin xərclərə münasibətdə əsassız varlanmış hesab edilir.Lakin məhkəmə hesab edir ki, mənzilin təmir xərcinə görə tələb edilən pul vəsaiti qismən təmin edilməlidir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6648 saylı rəyindən görünür ki, mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri 2016-2017-ci illər üçün mövcud olan orta bazar qi ymətlərinə uyğun olaraq 5206 manat məbləğdə olduğu müəyyən edilmişdir

72. Məhkəmə kollegiyası bildirir ki, yoxlanılan hissə üzrə məhkəmələr tərəfindən sübutlar araşdırmaqla müvafiq qiymətləndirmə aparılmış, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və gəlinəni nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxanılan hissədə məhkəmələrin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

73. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə məhkəmələr tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri yoxl anılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 2(103)-6086/2023 nömrəli qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar