Məhkəmə qərarları › İş №2(102)-3751/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3751/2024

18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3751/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-264/2024 nömrəli, 02 iyul 2024-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən veri lmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.2022-ci il tarixdə Davinçi Hospitalının həkimi Cavabdeh1 qəbulunda olmuşdur. Həkimə müraciət etmə səbəbi hamiləlikdən sonra yaranmış fartuk və daxildə olan sancılarla əlaqədar olmuşdur. Həkim tərəfindən aparılmış müayinə əsasında ona “qarın sallanması, əzələ yırtığı və ödə polip” diaqnozu qoyularaq, “abdominoplastika (qarın gərmə əməliyyatı) və laparoskopik xolesistektomiya (öd kisəsinin laparoskopik üsulla çıxarılması)” əməliyyatına ehtiyacı olduğu bildirilmiş və həkim tərəfindən əməliyyat icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, hospital) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14.170 manat maddi zərərin, 25.000 manat mənəvi zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “Davinçi” Hospitalının həkimi Cavabdeh1 qəbulunda olmuşdur. Həkimə müraciət etmə səbəbi hamiləlikdən sonra yaranmış fartuk və daxildə olan sancılarla əlaqədar olmuşdur. Həkim tərəfindən aparılmış müayinə əsasında ona qarın sallanması, əzələ yırtığı və ödə polip diaqnozu qoy ularaq abdominoplastika (qarın gərmə əməliyyatı) və laparoskopik xolesistektomiya(öd kisəsinin laparoskopik üsulla çıxarılması) əməliyyatına ehtiyacı olduğu bildirilmiş və həkim tərəfindən əməliyyat icra olunmuşdur. Lakin həkim Cavabdeh1 onu doğru müayinə və müalicə etməmişdir.Nəticədə əməliyyat öncəsi bədən forması söz verdiyi kimi şəkillənməmişdir. Bunun əksi olaraq əməliyyatdan sonra qarın nahiyyəsində simmetriya pozulmuş, yarada ağırlaşma baş vermişdir.

4. Məhkəmə iclasında cavabdeh hospitalın nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, xəstəlik tarixindən çıxarışdan X/T N ******* göründüyü kimi xx xxxx 1990-cı il tarixində anadan olmuş vətəndaş İddiaçı 19 fevral 2022-ci il tarixində “DaVinci Hospital” (indi adı Cavabdeh2) MMC-nin klinikasında ümumi anesteziya altında xəstənin özünün və ailə üzvlərin razılığı ilə ona “Laparoskopik xolesistekomiya”, “abdominoplastika” cərrahi əməliyyatları icra edilmişdir. Təftiş zamanı öd kisəsinin gərgin ölçüdə böyüməsi müşahidə edilmiş, kisə axarı və arteriyası texniki çətinliklə ayrı-ayrılıqda klipslənərək kəsilmişdir. Əməliyyatlar həmin dövrdə klinikanın həkimləri olmuş, klinikanın sabiq həkimləri plastik cərrah Cavabdeh1 və ümumi cərrah X14 tərəfindən icra edilmişdir. Xəstədə xolesistekomiya cərrahi əməliyyatını ümumi cərrah X14, abdominoplastika əməliyyatını plastik cərrah Cavabdeh1 icra etmişdir. Tibbi sənədlərdən göründüyü kimi xəstənin cərrahi əməliyyatı 19 fevral 2022-ci il tarixdə saat 12:10-da başlamış və 17:20-də başa çatmışdır. Əməliyyatdan sonra xəstəyə ixtisaslaşmış tibbi xidmət göstərilmişdir. Vətəndaş İddiaçı 23 fevral 2022-ci il tarixdə ağırlaşma olmadığından klinikadan evə buraxılmışdır. Xəstə yaşayış sahə poliklinikasına cərrahın nəzarətinə göndərilmişdir. Korset geyinmək və fiziki işlərdən 3 aylıq müddətə uzaq durmaq tövsiyyə edilmişdir. Təqdim olunmuş xəstəlik tarixçəsinə aid sənədlərdən göründüyü kimi xəstəyə ixtisaslaşmış cərrahi əməliyyat keçirilmiş və əməliyyatdan sonra lazımi tibbi xidmət göstərilmişdir. Ona görə də, xəstənin cərrahi əməliyyatı zamanı həkim səhvinin olması barədə iddianı qəbul etmirlər.

5. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 xx.xx.2022-ci il tarixli, 633/ KEŞ saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. “Davinçi Hospital” da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Laparoskopik xolesistektomiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır.

2. İddiaçı mütəxəssis müayinə si zamanı hazırda onda böyük ölçülü çapıq toxumasının olduğu müəyyən edilmişdir ki, bu da əməliyyat yarasının ikincili sağalması ilə əlaqədar olmuşdur. Yaranın ikincili sağalması müxtəlif səbəblərdən yəni, yaraya müxtəlif şəraitlərdə infeksiyanın düşməsi, qan dövranı pozğunluğu və s. hesabına baş verə bilər. Böyük ölçülü çapıq toxumasının ləğvi ilə əlaqədar hazırda İddiaçı korreksiyaedici əməliyyatın aparılmasına ehtiyacı vardır.

3. Tərtib edilmiş tibbi sənədlərdə İddiaçı üzərində cərrahiyə əməliyyatının icrasına əks göstərişin olub-olmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır.

6. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X5 qeyd etmişdir ki, İddiaçı göbəkdən aşağı hər hansı səbəbdən ikincili sağalma, göbəkdən yuxarı isə diastaz olub, yaranın nekroz olmasını deyə bilm əz, elektrokauqulyator aparatından istifadə yaranın səbəbi ola bilməz, analizlərdə əks göstəriş qeyd olunmayıb, xəstənin vəziyyəti imkan verirsə öd əməliyyatı ola bilərdi, əməliyyatın standart zamanı yoxdur, historik müayinə aparılmasına zərurət yoxdur, sənədlərdə öd əməliyyatını icra edən həkimin imzasının olması məcburi deyil, yenidən korreksiyaya ehtiyac bir çox səbəbdən yarana bilər. Qan dövranının pozulması və ya infeksiya düşməsi səbəbləri ola bilər. Hazırda onu müəyyənləşdirmək mümkün deyil.

7. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X8 ekspert X3 izahatında göstərilənləri təsdiq edərək, bildirmişdir ki, iddiaçının ödü ilə bağlı şikayəti yoxdur, yaranın qan dövranının pozulması nəticəsində yaranma ehtimalı daha çoxdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan so nra birinci instansiya məhkəməsi) 2(004)-186/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sağlamlığını pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etmək üçün məhz cavabdehlərin iddiaçının sağlamlığını pozması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Lakin iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun sağlamlığının pozulduğunu sübut edə bilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyanın ödənilməsi hissələri təmin edilmədiyindən müvafiq olaraq da tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1099.1, 1099.2, 1112-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin bir sıra dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəm əsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, buna uyğun olaraq verilən ekspert rəyini təhlil etdikdən sonra ekspertiza qarşısında əlavə aydınlaşdırılmalı sualların qoyulması zərurəti yaranmışdır. Belə ki, rəyin tədqiqat hissəsində də müəyyən edilmişdir ki, iddiaçı əvvəllər öd kisəsi ilə bağlı müalicə alması barədə həkim Cavabdeh1 əvvəlcədən məlumat vermişdir. Rəyin tədqiqat hissəsində ekspert komissiyası tibbi sənədlərə əsasən müəyyən etmişdir ki, əməliyyata əks-göstərişin olmaması tibbi sənədlərdə qeyd edilmişdir. Lakin buna baxmayaraq nəticə hissəsində tibbi sənədlərdə əməliyyata əks göstərişin olubolmaması barədə qeyd aparılmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, rəydə müəyyən edilən hallarla gəlinən nəticə arasında uyğunsuzluq var. O, iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməsini və ekspertiza qarşısında özünün təqdim etdiyi sualların qoyulmasını xahiş etsə də, vəsatəti təmin edilməmiş, iş üzrə tam araşdırma aparılmamış və nəticədə əsassız olaraq iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, əməliyyatda Cavabdeh1 başqa digər həkim cərrah X14 da iştirak etmişdir. İddiaçı tərəf həmin həkim tərəfindən əməliyyatın icra ediləcəyi barədə cavabdehlər tərəfindən heç bir məlumat verilməmişdir. Bu hal iddiaçı tərəfə məhkəmə baxışı zamanı məlum olmuş, hakimdən X9 işə cəlb edilməsini xahiş etsək də məhkəmə tərəfindən həmin şəxs işə cəlb edilməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. İddianın həcminin artırılması üçün iddiaçıya imkan verilməmiş, halbuki belə halda bizə vurulmuş mənəvi ziyanın miqdarı da artmışdır. Hesab edir ki, ona 100.0 00 manat mənəvi ziyan vurulmuşdur. Bununla bağlı apellyasiya baxışı zamanı lazımi ərizə təqdim ediləcəkdir.

14. Apellyasiya məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin edilərək, iş üzrə tərəflərin iştirakı təmin edilməklə əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 xx.xx.2023-cü il tarixli, 628/KEŞ saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: “Davinçi Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Diaqnozda qeyd edilən “Kəskin kalkulyoz xolesistit” aparılmış ultrasəs müayinəsi zamanı öz təsdiqini tapmışdır. “Xolesistektomiya” əməliyyatı laporoskopik (qapalı) üsulla aparıldığı üçün yanaşı olaraq “Abdominoplastika” əməliyyatı da icra oluna bilərdi. İddiaçı üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatında sonra onda əməliyyat yarası ikincili sağalmışdır. Bu patoloji vəziyyət yaraya infeksiyanın düşməsi və ya bir çox hallarda toxumalarda qan dövranının pozğunluğu ilə əlaqədar olur. Elektrokoaqulyator aparatından və ya tibbi ləvazimatla rın istifadə edilməsi zamanı yaranın ikincili sağalması istisna edilir. “Kəskin kalkulyoz xolesistit” diaqnozun təyin edilməsi ilə əlaqədar ultrasəs laborator analizlər aparılmışdır. Ultrasəs müayinəsinin cavabına əsasən, öd kisəsində polipoz strukturların olduğu qeyd edilmişdir. İddiaçı üzərində icra edilmiş əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. Lakin əməliyyatdan sonra əməliyyat yarası ikincili sağalmışdır. Əməliyyat yaralarının sağalma prosesin əvəlcədən proqnoz verilməsi mümkün deyildir. Tibbi sənədlərin tədqiqatı zamanı İddiaçı üzərində planlaşdırılmış “Laparoskopik xolesistektomiya və Abdominoplastika” cərahiyyə əməliyyatları ilə əlaqədar əks göstərişlərin olduğu qeyd edilməmişdir.

15. Apellyasiya məhkəməsinin 05 mart 2024-cü il tarixli qərardadı ilə, iş üzrə əla və məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 10 may 2024-cü il tarixli, 435/KEŞ nömrəli rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı xx.xx.2022-ci il tarixdə “Davinci Hospital”ın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Diaqnozda qeyd edilən “Kəskin kalkulyoz xolesistit” aparılmış ultrasəs müayinəsi zamanı öz təsdiqini tapm ışdır. “Xolesistektomiya” əməliyyatı laparoskopik (qapalı) üsulla aparıldığı üçün yanaşı olaraq “Abdominoplastika” əməliyyatı da icra oluna bilərdi. Öd kisəsinin çıxarılmasına tibbi göstəriş olmuşdur. İddiaçı keçirdiyi “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı ilə əlaqədar onda hər hansı bir cərrahi ağırlaşma qeyd edilməmişdir. Lakin icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra əməliyyat yarası fəsadlaşaraq irinləmiş və ikincili sağalmışdır. Əməliyyat yarasının irinləməsi və ikincili sağalması əsasən əməliyyat zamanı aseptika-antiseptika qayalarına düzgün riayət edilməməsi, bəzən də əməliyyatdan sonra yaraya qulluq zamanı yara nahiyəsinə infeksiyanın düşməsi səbəblərindən inkişaf edə bilir. Bu ağırlaşmaların baş verməsində orqanizmin fərdi xüsusiyyətlərinin ( orqanizmdə immun sistemin vəziyyəti, maddələr mübadiləsinin - metabolizmin vəziyyəti, hormonal status və s.) və digər bu kimi ümumi amillərin də fon rolu az deyil. Elektrokoaqulyator aparatından istifadə edilməsi zamanı yaranın ikincili sağalması istisna edilir. İddiaçı təyin edilmiş “Kəskin kalkulyoz xolesistit” diaqnozu aparılmış Ultrasəs müayinəsinin nəticəsi ilə öz təsdiqni tapmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. “Abdominoplastika” əməliyyatdan sonra əməliyyat yarası ağırlaşma ilə, yəni ikincili sağalmışdır. Cərrahi əməliyyatların və ya əməliyyat yaralarının sağalma prosesi barədə əvvəlcədən proqnoz verilməsi mümkün deyildir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 6 33/KEŞ saylı rəyin tədqiqat hissəsində (633/KEŞ; səh 3) icra olunacaq əməliyyat üçün əks göstəriş qeyd edilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-264/2024 nömrəli, 02 iyul 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bir sıra başqa işlərdən fərqli olaraq bu qəbildən olan işlərdə tibbi ekspertlərin rəyi daha vacib əhəmiyyət daşıyır və məhkəmənin fərqli qənaətə gəlməsi daha çox mülahizə xarakterli ola bilər. Hazırkı iş üzrə verilmiş son rəyə əsas ən də müəyyən edilmişdir ki, iddiaçıya düzgün diaqnoz qoyulmaqla müalicəsi düzgün olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, istinad edilən ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin rəylə razılaşmamaq üçün hər hansı hal müəyyən edilməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1112-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti işin faktiki hallarına istinad olunaraq onunla əsaslandırılmışdır ki, həkim Cavabdeh1yevin və höspitalın təqsirinə görə iddiaçıya kifayət qədər maddi və mənəvi ziyan dəymişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə tam, obyektiv, hərtərfli araşdırma aparmamış, iş üzrə əhəmiyyət kəsb edən xüsusatlara qiymət verməyərək, sonda qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir. Hazırki iş üzrə əməliyyatdan sonra iddiaçının səhhətində yaranmış problemlərlə bağlı iddiaçını müayinə və mülaicə etmiş Ümumi, Bariatrik və Me tobolik cərrah, Tibb Universiteti Tədris X2 Poliklinika Şöbəsinin müdiri X11, Ümumi, Bariatrik və Metobolik cərrah, Tibb Universiteti Tədris X4 cərrahiyyə şöbəsinin X1 tərəfindən müyainə və müalicə olunmuş, hazırda da “Unikal Klinika”nın yara baxımı üzrə mütəxəssisi, həkim Xəyalə Məşədiyevanın məhkəmdə şahid qismində dindirilməsi xahiş olunmuşdur. Hazırki işin tam, obyektiv, hərtərəfli araşdırılması üçün İddiaçı əməliyyatdan sonra müayinə və müalicə etmiş, hazırda da onun müalicəsini davam etdirən hakimlərin məhkəmə iclasında şahid qismində dindirilməsi zəruridir. Çünkü həmin həkimlər əməliyyatdan sonra iddiaçının səhhətində yaranmış problemlərin nəyə görə yaranması və.s digər xüsusatlar barədə məlumatlıdırlar. Lakin Bakı Apellyasiya Məhkəməsi vəsatətlərini təmin etməmişdir. Buradan da a çıq-aydın görünür ki, apellyasiya instansiya məhkəməsi də hazırki işin tam, obyektiv, hərtərəfli araşdırılmasında maraqlı olmamışdır.

22. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Ələm Abbasova məhkəmədə iddiaçıya nəinki üzərində hər hansı bir cərrahi əməliyyatı həyata keçirdiyini, heç bir tibbi müdaxilə etmədiyini, sadəcə olaraq plastik cərrah Cavabdeh1 xolesistekomiya cərrahi əməliyyatını həyata keçirmək üçün sertfikatının, icazəsinin olmadığına görə tibbi sənədlərdə onun adının yazıldığını, lakin xolesistekomiya cərrahi əməliyyatını plastik cərrah Cavabdeh1 həyata keçirdiyini bildirmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi zamanı Ələm Abbasov məhkəmədə dindirilən zaman üzərində hər hansı bir cərrahi əməliyyat həyata keçirmədiyini də bildirmişdir. Həkimin lazimi bili kləri və müvafiq icazəsi olmadan pasiyent üzərində hər hansı bir əməliyyatı icazəsiz həyata keçirməsi qətiyyən yol verilməzdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi buna heç bir qiymət verməmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməməklə yanaşı, nədənsə məhkəmə iclas protokollarının müəyyən bir hissəsini saxtalaşdırmış, Ələm Abbasovun çıxışını olduğu kimi yazmamışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsi tərəfindən verilmiş vəsatətləri təmin etməməklə yanaşı, təqdim edilmiş sübutlara heç bir baxış keçirməmiş, tədqiq etməmişdir. Bu da apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə, səthi, qeyri-obyektiv araşdırma apardığının bariz göstəricidir.Apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə bö yük əhəmiyyət kəsb edən ekspertiza rəyinin etibarlılığına düzgün qiymət verməmiş, məhkəmə tərəfindən qəbul edilmiş qərardadın düzgün icra edilib-edilməməsinə diqqət göstərməmiş, eyni zamanda məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad ilə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 628/KEŞ saylı ekspert rəyi etibarsız olduğu halda, həmin ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iş materiallarına əlavə etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ po zulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əm əldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.

30. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

31. Maddə 1112. Tibb müəssisəsində müalic ə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçi rməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə yönəlmiş tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 49. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) 50. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

51. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduq da bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 52. “M.Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

53. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan maddi və mənəvi zərər tələbi ilə bağlı iddiası üzrə işə baxarkən ortaya çıxan suallara, (yəni, iddiaçıya maddi ziyan cavabdeh hospitalın təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.

55. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin məhkəmələr tərəfindən iş üzrə bir neçə məhkəmətibbi ekspertizasının rəyləri alınmış və müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə aparılmış tibbi müvafiq müayinələrdən sonra iddiaçıya “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Diaqnozda qeyd edilən “Kəskin kalkulyoz xolesistit” aparılmış ultrasəs müayinəsi zamanı öz təsdiqini tapmışdır. İddiaçının üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatında sonra onda əməliyyat yarası ik incili sağalmışdır. Bu patoloji vəziyyət yaraya infeksiyanın düşməsi və ya bir çox hallarda toxumalarda qan dövranının pozğunluğu ilə əlaqədar olur. Elektrokoaqulyator aparatından və ya tibbi ləvazimatların istifadə edilməsi zamanı yaranın ikincili sağalması istisna edilir. Ultrasəs müayinəsinin cavabına əsasən, öd kisəsində polipoz strukturların olduğu qeyd edilmişdir. İddiaçının üzərində icra edilmiş əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. Lakin əməliyyatdan sonra əməliyyat yarası ikincili sağalmışdır. Əməliyyat yaralarının sağalma prosesini əvəlcədən proqnoz verilməsi mümkün deyildir. Öd kisəsinin çıxarılmasına tibbi göstəriş olmuşdur. Tibbi sənədlərin tədqiqatı zamanı iddiaçının üzərində planlaşdırılmış “Laparoskopik xolesistektomiya və Abdominoplastika” cərahiyyə əm əliyyatları ilə əlaqədar əks göstərişlərin olduğu qeyd edilməmişdir.

56. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-264/2024 nömrəli, 02 iyul 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar