Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3757/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı behin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2488/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdə keçirərək, MÜƏYYƏN ETDİ:
6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı behin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-322/2020 nömrəli, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1952/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2074/2021 nömrəli, 17 m ay 2021-ci il tarixli qərarı ilə təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-2488/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur.
11. Cavabdehin (Vəkil2) həmin qətnamədən verdiyi kassasiya şikayəti 31 may 2022-ci il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
12. Belə k i, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
13. Həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. MPM-in 135.5 və 135.6-cı maddələrinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
16. Baxılan işdən görünür ki, apellyasiya instansiya məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi 28 yanvar 2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kab inetinə yerləşdirilmişdir. Cavabdehin adından həmin vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti isə 20 aprel 2022-ci il tarixdə verilmişdir.
17. Göründüyü kimi, cavabdeh qətnamədən qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət keçdikdən sonra kassasiya şikayəti vermiş, lakin buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir.
18. Həmçinin tərəfin nümayəndəsinə rəsmi qaydada verilmiş məhkəmə aktının sonradan həmin tərəfin müraciəti ilə ona şəxsən verilməsi buraxılmış prosessual müddətin təzələnməsi, yaxud yenidən hesablanması üçün əsas ola bilməz.
19. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).
20. Beləliklə, hazırkı kassasiya icraatı üzrə cavabdehin kassasiya şikayəti MPMin tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.
21. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2488/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.