Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3758/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3427/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tikinti şirkəti Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi İddiaçı Raşid qızı arasında notarial qaydada təsdiq olunmaqla xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndinə görə, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.3. maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda öhdəlikləri üzərilərinə götürmüşlər: 1.1.1. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.2000-ci il tarixində 30/9095 qeydiyyat və 959 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM 039369 saylı çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46,8 kv.m olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi oxdan-oxa 61,6 kv.m olan 113 saylı təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. Tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yamasını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişləri təmin edəcəkdir. Müqavilənin 2.1.2-2.1.3-cü bəndlərinə əsasən, əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu alındıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür.
2. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinə görə, o, mənzilin təmiri üçün 1 kv.m. üçün 200 manat olmaqla cəmi 12.320 manatın ona verilməsini, gələcəkdə hər hansı bir iddiası olarsa etibarsız sayılmasını xahiş etmişdir. 3. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən, İddiaçı təmir xərcinə görə 12.320 manatı qəbul etmişdir.
4. Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı mənzili (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 616, M8, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilin də verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə (ona əksik verilən 9,1 kv.m. mənzil sahəsinin hər kv.m. üçün 1.900 manat olmaqla, yəni 9,1x1900=17290) 17.290 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri ünvan 2 ünvanında olan iki otaqlı mənzilini xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-nin işçiləri məcburi şəkildə sökmüşlər. O, yaşlı, kims əsiz, xəstə, tənha qadın olduğuna görə məcbur olub oradan çıxarılmışdır. Hal-hazırda cavabdeh tərəfindən ona təhvil verilən bir otaqlı mənzildə məskunlaşmışdır. Bu onu qətiyyən qane etmir. O, qanuni hüquqlarından istifadə edərək iki otaqlı mənzilinin ona verilməsini tələb edir, yəni iki otaqlı mənzilinin iki otaqla əvəz edilməsini, yəni ona əlavə bir otaqlı mənzilin də verilməsini, olmazsa həmin bir otaqlı mənzilin qiyməti dəyərində Cavabdeh MMC tərəfindən ona 17290 manat konpensasiya verilməsini tələb edir. Cavabdeh MMC şirkət tərəfindən ona iki otaqlı mənzilin yerinə sahəsi 61,6 m2 olan bir otaqlı mənzil verilmişdir. Halbuki ona iki otaqlı təmirli mənzil sahəsi 70,7 m2 mənzil verilməli idi. Lakin ona sahəsi 9,1 m2 əksik olan mənzil verilmişdir. Bu gün ona əksik verilən 9,1 m2 bazar qiymə ti ilə hesablandıqda hər m2 1900 manat təşkil edir. Ev sökülən zaman o, xəstə olmuş, hazırda da qalxanbənzər vəz xəstəsidir. Əlavə olaraq onda təzyiq, şəkər xəstəlikləri var. Həmin ev köçürülməsi zamanı daha da əsəbləşmiş halı pisləşmişdir. Vəziyyəti ağırlaşmış və özündə olmamışdır. Amma yenə də etiraz etmişdir ki, onun mənzili iki otaqlıdır. İki otaqlı məzillə onu təmin etməyi tələb etmişdir. Cavabdehin işçiləri isə ona yaşlı, kimsəsiz, tək xanım olmasını və bir otaqlı mənzilin ona bəs edəcəyini demişlər. O, narazılığını bildirsə də, heç bir mənası olmamışdır. Hər kəs kimi o da evdən çıxarılmışdır. Bundan sonra Cavabdeh MMC-nin direktoru X1 ilə onun arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, ona yeni inşa olunan binada mənzil və mənzilin təmiri üçün ayrılan pul vəsaiti, mənzil təhvil verilənədək kirayə haqqı, mənzildən köşmək üçün müəyyən olunan məbləğ, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat ödənilmişdir. O, hüquqlarından istifadə edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Yasamal RİH-nə müraciət etmiş, ona verilən cavab məktublarında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun şirkətlə bağladığı müqavilə şərtlərini şirkət qismən yerinə yetirmişdir. Belə ki, onun iki otaqlı mənzili əvəzinə ona bir otaqlı mənzil verilmişdir. O, şirkətə güvənib xəstə, kimsəsiz bir xanım kimi iki il evsiz, kirayələrdə qalmışdır. Onun mənzili sökülərkən o, özündə olmamış, xəstə olmuş, sağlamlıq vəziyyəti yaxşı olmamışdır. O, cavabdehin ona kirayə haqqı verməsini, mənzilin şirkətin müəyyən etdiyi təm ir pulunu almasını inkar etmir. O, şirkətlə müqavilə bağlamış, köçmə pulu almış, kirayə haqqı və təmir pulu almışdır. O, şirkətdən əlavə pul məbləği almamışdır. Şirkətə məxsus inşa etdiyi binanın bukletində iki otaqlı mənzillərin sahəsinin 70,7 m2 olması qeyd edilib. Şirkət ona sahəsi 70,7 m2 olan mənzil verməli idi.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını və Yasamal rayon İcra Hakimiyyətinin başçısının 22 iyun 2017-ci il 198 saylı sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində y üksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə icazə verilmişdir. MMC-yə verilmiş icazəyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, 174 saylı binada yaşayan bütün sakinlərlə (iddiaçı ilə bərabər) müvafiq müqavilələr bağlanmış, onlara aylıq kirayə haqqı ödənilməklə binadan köçürülmüş, həmin bina sökülməklə-yerində yeni yüksək mərtəbəli bina inşa edilmiş, sakinlərə və iddiaçıya təhvil verilmişdir. Bundan başqa, iddiaçıya mənzildən köçməsinə görə, 15 avqust 2017-ci il tarixdə 300 manat, 21 avqust 2017-ci il tarixdə 3.000 manat (mənzilin 2 otaqdan 1 otaqa), mənzilin təmir olana qədər kirayə haqqı və 30 aprel 2019-cu il tarixdə iddiaçının ərizəsinin əsasında 12.320 manat təmir haqqı iddiaçıya ödənilmişdir. MMC tərəfindən layi həni həyata keçirən zaman sakinlərə 20% artıq sahə verilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq, iş üzrə iddaçıya 20 faizdən artıq sahə verilmişdir. Göründüyü kimi, iddiaçı cavabehlə 2017-ci il tarixdə qarşılıqlı razılaşmaya əasasən müqavilə imzalamış, daha sonra köçmə pulu, əlavə pul məbləği, kirayə haqqı və 2019-cu il tarixdə isə mənzilin təmir pulunu almışdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin(hakim S.Səlimova) 2(001)1241/2022 nömrəli iş üzrə qəbul etdiyi 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər hər biri ayrı-ayrılıqda xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş, tikinti şirkəti müqavilədə tərəflərin razılaşdıqları kirayə haqqını, mənzili, mənzilin təmir edilməsi üçün pul vəsa itini iddiaçıya vermiş, iddiaçı kirayə haqqını, mənzili, mənzilin təmiri üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunan təmir pulunu qəbul edərək mənzilini təmir edib mənzilinə köçmüş, onun bu mənzilə dair mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı 4 ildən sonra bağladığı müqavilənin məcbur olub bağlamasını, həmin müqavilə ilə ona mənzil sahəsinin az verilməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mənzilin otaqlarının sayının müəyyən edilməsi həmin mənzilin sahibinin öz zövqünə uyğun davranışından asılıdır. Tərəflər arasında bağlanan müqavilədən isə aydın müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ümumi sahəsi 46,8 kv.m təşkil edən, istismar müddəti başa çatmış binada yerləşən mənzilə görə həmin əra zidə yeni inşa olunan binada yerləşən, ümumi sahəsi 61,6 kv.m olan tam təmirli mənzil əldə etmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildiyindən, bu şərtlər iddiaçının hüquqlarını məhdudlaşdırmadığından, cavabdeh müqavilə şərtlərini vaxtında və tam olaraq icra etdiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.1, 6.2, 389.1, 390.1, 390.2, 393, 394-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 77.1, 81, 88, 217.1,218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki bi rinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan rayon məhkəməsi tərəfindən ona məxsus olan ünvan 3 ünvan: 610-624), mənzil 79 saylı ünvanında yerləşən və cavabdeh tərəfindən sökülmüş iki otaqlı mənzilin ümumi sahəsinin 54.7 kv.metr olması, cavabdeh tərəfindən isə sökülmüş həmin mənzilin əvəzində ona cəmi 55.20 kv.metr olan (bax: yeni mənzilə dair xx.xx.2021-ci il tarixli Çıxarış) mənzil verilməsi və bununla da verilməli olan mənzilin sahəsinin 10.44 kv.metr əskik olması məhkəmə tərəfindən müəyyən edilməmiş, nəticədə işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Rayon məhkəməsin in qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında məhkəmə gedişi zamanı izahat vermiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, “MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20% artıq sahə verilməsi nəzərdə tutulmuşdur. Sadalananlardan göründüyü kimi, Cavabdeh MMC tərəfindən ona 54.7 kv.metrdən ibarət olan iki otaqlı mənzilinin əvəzində sahəsi 55.20 kv.metr olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20% artıq sahə verilməsi nəzərdə tutulduğu üçün ona 65.64 kv.metrlik 2 otaqlı mənzil verilməli idi, lakin, iş materiallarından da təsdiq olunur ki, ona 10.44 kv.m əksik mənzil sahəsi verilmişdir. Rayon məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. 12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 1710 AZN, eləcə də yeni tikilidə olan dəyəri 1633 manat olmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1722-9/1864 nömrəli ekspert rəyinə görə, birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 616, M8, m4) mənzilin oxdanoxa ümumi sahəsi 68 kv.metr təşkil etdi yi müəyyən edilir; İkinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59- cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 616, M8, m4) mənzilin ümumi sahəsinin 55,2 kv.m. təşkil etdiyi müəyyən edilir; Üçüncü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m. olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 61 6, M8, m4) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydalan”nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir; Dördüncü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m. olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 616, M8, m4) mənzilin 20 faiz ölçüsünün 10,94 kv.metr (54,7 x 20):100) təşkil etdiyi müəyyən edilir; Beşinci sual üzrə: Bakı şəhəri Yasamal ra yonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 2.120 AZN, eləcə də yeni tikilidə olan dəyəri 2.250 manat olmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1036/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia qismən, cavabdehdən iddiaçının xeyrinə 15.466 manat pul vəsaitinin tutulması hissədə təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının ünvan 4 ünvanında yerləşən 2 otaqlı 79 saylı mənzilin əvəzinə tikinti şirkəti Cavabdeh MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 113 saylı təmirli mənzilin verməsi, iddiaçıya mənzilin ona təhvil verilməsinə qədər aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün nəzərdə tutulmuş 12320 manat pulun, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat cavabdeh tərəfindən verildiyi hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və həsab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə səthi və formal yanaşmışdır. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də çoxsay lı dövlət qurumlarına yazdığı ərizələrində yaşlı olmasını, müqavilə bağlanılan vaxt xəstə və əsəbi vəziyyətdə olmasını, özündə olmadığını, özünü pis hiss etdiyini, cavabdehin isə onun bu vəziyyətindən sui-istifadə etdiyini, bu səbəbdən də mahiyyətini bilmədiyi müqaviləni imzaladığını bildirmişdir.
17. Bu baxımdan ilk növbədə qeyd edilmişdir ki, tərəflər arasında bağlanan müqavilədə iddiaçının sökülməli olan köhnə binadakı mənzilinin ümumi sahəsi 46,8 kv.m göstərilmiş, birinci instansiya məhkəməsi də həmin mənzilin sahəsinin 46,8 kv.m olması ilə razılaşmışdır. Halbuki mülki iş materiallarında olan 6158/540 inventar nömrəli texniki pasportdan 174 nömrəli binada iddiaçıya məxsus sökülmüş 79 nömrəli mənzilin ümumi sahəsinin 54,7 kv.m olduğu müəyyən edilir (1-ci cild, i/v 24).
18. Belə olan hal da məlum olmuşdur ki, iddiaçının sökülən mənzilinin ümumi sahəsi mübahisəsiz olaraq 54,7 kv.m olduğu halda, tərəflər arasında bağlanmış müqavilədə (1.1.1-ci bənd) isə bunun (həm də hər hansı əsaslandırma verilmədən) 46,8 kv.m göstərilməsini, heç bir halda, rayon məhkəməsinin yanaşmasında olduğu kimi, müqavilə azadlığı və ya tərəflərin iradə ifadəsi ilə izah etmək düzgün olmazdı və bu hüququn təməl prinsiplərinə aşkar zidd olardı. Çünki sökülən mənzilinin rəsmi sənədlərdə olan ölçüsünün əhəmiyyətli dərəcədə az göstərilməsində iddiaçının həqiqi iradə ifadəsinin olduğunu demək ağlabatan və inandırıcı görünmür. Həm də ona görə ki, iddiaşıya yeni tikiləcək binada veriləcək mənzilin sahəsi də məhz bundan bilavasitə asılı olan məsələdir. Demək ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıy a sökülmüş evinin müqabilində yeni inşa olunan binada 20 % əlavə olunmaqla veriləcək mənzilin sahəsinin müəyyən olunması zamanı iddiaçının sökülən sahəsinin reallıqda mövcud olmuş 54.7 kv.m. əvəzinə 46.8 kv.m göstərilməsi anlaşılmaz, həm də aşkar əsassız olmaqla, bəri başdan etibarsız olmuşdur.
19. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndində iddiaçıya söküləcək mənzilinin əvəzində veriləcək mənzilin ölçüsünün “oxdanoxa” hesablanması qaydası göstərilmişdir. Bununla belə, həmin müqavilədən məlum olur ki, iddiaçının sökülmüş mənzilinə münasibətdə onun sahəsinin hesablanması zamanı eyni qayda tətbiq olunmamışdır.
20. Hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad olunan maddi hüquq normalarının tələbləri baxımından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1.1-ci bəndində iddiacının sökülən mənzilinin ümumi sahəsinin müəyyən olnmasına aid hissədə, eləcə də 1.1.2-ci bəndində iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin müəyyən olunması zamanı nəzərdə tutulmuş “oxdan-oxa” ölçü qaydasına dair müqavilə şərtləri etibarsız olmuşdur.
21. Kollegiya bildirmişdir ki, bu sahədə formalaşmış işgüzar praktika ondan ibarətdir ki, sökülmüş evlərin sahiblərinə onun mövcud sahəsindən 20 faizdən artıq olmaqla yeni tikilmiş binada mənzillərin verilməsi və ya müvafiq pul kompensasiyası ödənilir. Hazırkı iş üzrə cavabdeh MMC də iddiaya etirazında həmin ünvanda sakinlərə 20% artıq sahələrin verilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
22. Həmin mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59- cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, mənzilin ümumi sahəsinin 55,2 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydalan”-nm 2-cı və 3.8- ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir.
23. Apellyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, iddiaçının iki otaqlı və ümumi sahəsi 54,7 kv.m olan mənzilinin əvəzinə cavabdeh tərəfindən “oxdan-oxa” hesablanması qaydasının tətbiqi istehlakçı kimi iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Bu baxımdan kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçıya verilən mənzilin sahəsi “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) hesablanmalı, bu qaydaya əsasən hesablandıqda isə iddiaçıya verilmiş mənzilin sahəsinin 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir.
24. Belə olan halda məlum olmuşdur ki, iddiaçıya məxsus sökülən mənzilin sahəsinin 54,7 kv.m olduğu müəyyən edildiyindən iddiaçıya həmin mənzilin sahəsindən 20 faiz artıq olmaqla (54,7x20%/100=10,94+54,7=65,64) 65,64 kv.m sahəli mənzil verilməli olduğu halda, 57,5 kv.metr sahəyə malik mənzil verilmiş, başqa sözlə, iddiaçıya (65,6457,5=8,14) 8,14 kv.m əskik sahəli mənzil verilmişdir. İddiaçı tələbində əskik verilən sahənin 9.1 kv.m. olduğunu və hər kv.m. üçün isə 1900 manat olmaqla, cəmi 17290 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçıya verilməli sahənin ölçüsünün əskin olan hissəsi 8,14 kv.m. müəyyən olunduğundan, hazırda müəyyən olunmuş həmin sahəyə görə ödənilməli olan kompensasiyanın məbləği müəyyən olunmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi yeni tikilidəki mənzilin hər kvadrat metrinin bazar dəyəri ilə bağlı ekspert rəyləri arasında olan ziddiyyətləri nəzərdən keçirib hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzini n xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyindəki Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin yeni tikilidə olan bügünki dəyərinin 2250 manat təşkil etməsi barədə məlumat hazırkı əmlak bazarı mövcud qiymətləri baxımından inandırıcı və ağılabatan olmuş, buna görə də həmin rəylə razılaşmışdır.
26. Bununla belə, iddiaçı öz iddia ərizəsində hər kv. metr üçün 1900 manat kompensasiya tələb etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya (65,6457,5=8,14) 8,14 kv.m əskik verilən mənzil sahəsinin əvəzi kimi hər kv.metr üçün 1900 manat olmaqla, (8,14x1900=15466) 15466 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
28. Məhkə mə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 420.1, 420.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8, 16, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 232.1, 232.3, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya kollegiyası mənzillərin sahələrinin ölçüləri ilə bağlı iddiaçıya nisbətdə tikinti normalarının tətbiqi ilə hesa blanmasını, cavabdehə nisbətdə isə müqavilə ilə müəyyən edilən şərtlərinin tətbiqi baxımından qətnamə qəbul etmişdir. Bu da cavabdehin üzərinə qanunla yol verilməyən əlavə öhdəliyin qoyulması ilə nəticələnmişdir. Tərəflər arasında sahələrin ölçüləri ilə bağlı mübahisənin müqavilə şərtlərindən irəli gələn münasibətlərin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarxli tikinti-texniki ekspertin rəyinin nəticəsinə görə tərəflər arasında müqavilənin şərtlərinə əsasən iddiaçıya verilmiş yeni mənzilin oxdan-oxa ümumi sahəsi 68 kv.m. təşkil etmişdir. Bununla da aşkar şəkildə göründüyü kimi cavabdeh tərəf olduğu müqavilədən irəli gələn öhdəliyin verilməli olan mənzil sahəsini öz ziyanına, digər tərəfin xeyrinə 6,4 (68-61,6) kv.m. artıq həcmdə yerinə yetirmişdir. Nəzərə alınmalıdır ki, müqavilənin və ya onun hər hansı hissəsinin etibarsızlığı ilə bağlı mübahisə olmamışdır. Qətnamənin əsası kimi istinad edilmiş mənzilin sahəsinin 54,7 kv.m. göstərilməsinə gəlincə, bu adıçəkilən texniki pasportun 2-ci səhifəsində mənzilin yerləşmə cizgisi verilən “mənzilin planı” hissəsində sonradan qələmlə “Mənzilin sahəsi (6,5 x 6,0)+(2,8 x 5,6) = 54,7 kv.m” yazılmışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-389/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər V.M.Məmmədov (məruzəçi), A.Ə.Abbasov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
32. Kassasiya inst ansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, habelə müqavilə azadlığı prinsiplərinə müvafiq qaydada öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq mülki hüquqları həyata keçirib, könüllü, azad surətdə öz hüquq və vəzifələrini müəyyənləşdirməklə müqavilə bağlamış, müqavilənin məzmununu və şərtlərini razılaşdırdırmışlar, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. İddiaçı da iddia ərizsəsində onunla cavabdeh arasında bağlanan müqavilənin qanunsuzluğuna yaxud etibarsızlığına istinad etmir, sonuncu, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini irəli sürür. Hazırkı iş üzrə də məhz bu məqama hüquqi qiymət verilməklə mübahisə həll edilməli id i. Başqa sözlə, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra edib-etmədiyi, etmişdirsə onun öhdəliyinə Mülki Məcəllənin 528-ci maddəsi mənada xitam verilib-verilmədiyi araşdırılmalı idi.
33. İkincisi, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 420.2-ci maddəsini səhv təfsir etmiş, bununla da maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməməklə, pozuntuya yol vermişdir. Belə ki, adıçəkilən maddənin tələbindən hərəkətlə müqavilənin hissəvi etibarsızlığı nəticəsinə gəlinməsi üçün ilk öncə Mülki Məcəllənin müqavilənin standart şərtlərinin anlayışı verilən 417.1-ci maddəsinin dispozisiya şərtlərinin iş üzrə yerinə yetirilib-yetirilmədiyi təhlil edilməli, ondan sonra 417.2-ci maddənin imperativ göstərişi nəzərə alınmalı idi. Digər deyişlə, tərəflər arasında bağlan mış müqavilənin iddiaçının hansı ölçüdə mənzili qarşılığında ona hansı ölçüdə mənzil veriləcəyi barədə şərtlərin əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan şərtlər, yəni standart şərtlər, yoxsa müqavilənin müfəssəl müəyyənləşdirilmiş şərtləri olduğu müzakirə edilməli idi.
34. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının qiymətləndirilməsində prosessual hüquq normalarını pozaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, cavabdehin kassasiya şikayətində haqlı olaraq göstərdiyi kimi, məhkəmə mənzillərin sahələrinin ölçülərinin hesablanmasında hər bir tərəfə münasibətdə müxtəlif meyarlardan çıxış etmişdir. Bu anlamda, apellyasiya in stansiyası məhkəməsi xx.xx.2000-ci il tarixli texniki pasport adlı materiala istinadən iddiaçının əvvəlki mənzilinin ümumi sahəsinin 54,7 m2 olduğunu qeyd etsə də (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), ona verilən yeni mənzilin ümumi sahəsinin ekspert rəyinə əsasən 68 m2 müəyyən edildiyini nəzərə almamış (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), 20% əlavəni həmin rəqəmlər əsasında çıxarmamışdır. Əksinə, xx.xx.2000-ci il tarixli texniki pasport adlı materialda iddiaçının əvvəlki mənzilinin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan 42,2 m2 göstərilmişdi, həmin sahə müqavilədə 46,8 m2 qeyd olunmuşdur ki, sözügedən sahələr xx.xx.2021-ci il tarixli çıxarışda əks olunan 55,20 m2 sahə ilə müqayisə oluna, 20% əla və də bu rəqəmlərə görə hesablana bilərdi.
35. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
36. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 129-cu, Mülki Məcəllənin 6.1, 6.2, 14.2, 337.1,386.1, 390.1, 398.1, 399.1, 404.1, 404.2, 405.1, 417.1, 417.2, 417.3, 420.2, 442, 528-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3, MPM-in 14.2, 77.1, 88, 101.6, 101.7, 103.1, 106.1, 206.1, 217.1, 217.3, 386, 407.2, 416.1, 417.1, 418.1, 418.2 və 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası m əhkəməsindəki ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2024-cü il tarixli, 2(103)3427/2024 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən, məruzəçi), E.M.Həsənov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətna məsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
39. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 4 ünvanında, istismar müddəti başa çatmış binada yerləşən ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini tikinti şirkəti olan Cavabdeh MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 1 otaqlı ümumi sahəsi 61,6 m2 olan 113 saylı təmirli mənzilin əvəzində verməyi, mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu aldıqdan sonra üç g ün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür.
40. Göründüyü kimi, tərəflər mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, habelə müqavilə azadlığı prinsiplərinə müvafiq qaydada öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq mülki hüquqları həyata keçirib, könüllü, azad surətdə öz hüquq və vəzifələrini müəyyənləşdirməklə müqavilə bağlamış, müqavilənin məzmununu və şərtlərini razılaşdırdırmışlar, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur.
41. Həmçinin müəyyən edilmişdir ki, tərəflər hər biri ayrı-a yrılıqda xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş, tikinti şirkəti müqavilədə tərəflərin razılaşdıqları kirayə haqqını, mənzili, mənzilin təmir edilməsi üçün pul vəsaitini iddiaçıya vermiş, iddiaçı kirayə haqqını, mənzili, mənzilin təmiri üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunan təmir pulunu qəbul edərək mənzilini təmir edib mənzilinə köçmüş, onun bu mənzilə dair mülkiyyət hüquqları qeydə alınmışdır.
42. İddiaçının tələbinin əsası isə cavabdehin müqavilə öhdəliklərini tam icra etməməsi təşkil edir.
43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2000-ci il tarixli texniki pasportdan görünür ki, iddiaçının əvvəlki mənzilinin ümumi sahəsi 54,7 m2 olmuş (sahə müvafiq əmsall ar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), iddiaçıya verilən yeni mənzilin ümumi sahəsinin isə əvvəlki apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyinə əsasən 68 m2 müəyyən edilmişdir (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır).
44. Bundan başqa, xx.xx.2000-ci il tarixli texniki pasportda iddiaçının əvvəlki mənzilinin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan 42,2 m2 göstərilmişdir, həmin sahə müqavilədə isə 46,8 m2 qeyd olunmuşdur ki, sözügedən sahələr xx.xx.2021-ci il tarixli çıxarışda əks olunan 55,20 m2 sahə ilə müqayisə olunduqda 20% əlavə öz əksini tapmışdır.
45. Bundan başqa iddiaçı qeyd edir ki, onun şirkətlə bağladığı müqavilə şərtlərini şirkət qismən yerinə yetirmişdir. Belə ki, onun iki otaqlı mənzili əvəzinə ona bir otaqlı mənzil verilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi bu dəlillə bağlı qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin 1.1.1-ci bəndindən görünür ki, iddiaçı öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüş, Cavabdeh MMC isə öz növbəsində inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi müqavilə şərtlərinə uyğun olaraq oxdan-oxa 61,6 m2 olan 113 saylı təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüş və hazırda müqavilənin qeyd olunan şərtləri mübahisəsiz olaraq icra edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
47. Mənzilin ümumi sahəsinə münasibətdə isə apel lyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan əvvəlki mənzilin faktiki sahəsi ilə hazırda mülkiyyətində olan faktiki sahəsi arasında 20% əlavə olması işin qeyd olunan halları ilə müəyyən edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 4 ildən sonra bağladığı müqavilənin məcbur olub bağlamasını, həmin müqavilə ilə ona mənzil sahəsinin az verilməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mənzilin otaqlarının sayının müəyyən edilməsi həmin mənzilin sahibinin öz zövqünə uyğun davranışından asılıdır. Tərəflər arasında bağlanan müqavilədən isə aydın müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ümumi sahəsi 46,8 kv.metr təşkil edən, istismar müddəti başa çatmış binada yerləşən mənzilə görə həmin ərazidə yeni inşa olunan binada yerləşən, ümumi sahəsi 61,6 m2 olan tam təmirli mənzil əldə etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər hər biri ayrıayrılıqda xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş, tikinti şirkəti müqavilədə tərəflərin razılaşdıqları kirayə haqqını, mənzili, mənzilin təmir edilməsi üçün pul vəsaitini iddiaçıya vermiş, iddiaçı kirayə haqqını, mənzili, mənzilin təmiri üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunan təmir pulunu qəbul edərək mənzilini təmir edib mənzilinə köçmüş, onun bu mənzilə dair mülkiyyət hüquqları qeydə alınmışdır.
50. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilə şərtləri tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildiyindən, bu şərtl ər iddiaçının hüquqlarını məhdudlaşdırmadığından, cavabdeh müqavilə şərtlərini vaxtında və tam olaraq icra etdiyindən iddia tələblərinin əsassız olmaqla rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 390.1, 398.1, 399.1, 404.1, 404.2, 405.1, 417.1, 417.2, 417.3, 420.2, 442, 528-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 206.1, 217.1, 217.3, 218.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
53. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 420-ci maddələrinə, “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 16-cı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 3 7,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il qərarına, MPM-in 77.1, 88, 232.1, 232.3, 417.1.4 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf olaraq hesab edirik ki, iddiaçı heç bir faktla iddiasının əsaslı olmasını sübut edə bilməmişdir. Cavabdeh tərəf olaraq hesab edirik ki, birinci inst ansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar və işin faktiki halları düzgün qiymətləndirilməmişdir. Bununla da birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmişdir.
54. Apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməməkləyanaşı işin faktiki hallarını təhrif etmiş, ümumiyyətcəfaktlara vəsübutlara düzgün hüquqi qiymət verməmişdir. İşin faktiki halları, sübutlar birkənarda qalmış, məhkəmə yalnız cavabdehin sözünə istinad etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varla nma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
57. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
58. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
59. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
60. Maddə 404.2. Bu zaman bütün m üvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
61. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
62. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
63. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.
64. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.
65. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
66. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşü lür.
67. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
68. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
69. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
75. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə i zahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
78. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
82. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasi ya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
83. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
84. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
85. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlah iyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin l əğv edilməsi üçün əsas təşkil etmir.
89. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2024-cü il tarixli 2(103)3427/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.