Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3759/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X15 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3759/2023 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı X10 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3253/2023 nömrəli, 1 8 may 2023cü il tarixli qətnaməsindən iddiaçı X15 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı X15 ilə Cavabdeh1 arasında 31 may 2008-ci il tarixdə 592 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə, Cavabdeh1 MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inşa edilən 9 saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində, 2 otaqlı, 303 saylı sahəsi 102,3 kv.m. olan mənzili iddiaçıya təhvil verməyi, o, da öz növbəsində tikilən mənzili haqqını ödəyərək qəbul etməyi öhdəsinə götürmüşdür. 2. xx.xx.2008-ci il tarixli 592 nömrəli müqavilənin 9.1.1 və 9.1.3-cü bə ndlərində nəzərdə tutulmuş ödənişlər iddiaçı tərəfindən vaxtında edilmədiyi üçün Cavabdeh1 MMC tərəfindən birtərəfli qaydada müqaviləyə xitam verilmiş, 303 saylı mənzil isə başqa şəxsə satılmışdır.
3. X8 31 may 2008-ci il tarixli müqavilə üzrə alınmış məbləğ geri qaytarılmadığına görə ondan əlavə 28.205 manat pul alınmış, müqabilində onunla Cavabdeh1 MMC arasında X2 məxsus olan binanın 9-cu girişi, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m. olan 291 nömrəli mənzilin ona verilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşma sazişi bağlanmışdır.
4. Daha sonra Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanan 31 may 2008-ci il tarixli 592 saylı müqavilə üzrə iddiaçıya verilməli olan 303 saylı mənzillə bağlı iddiaçı, mənzilin satılmış olduğu şəxsə X9 qarşı məhkəmədə iddia qaldıraraq, mənzilə dair iddiaçının sahiblik və istifadə hüququnun tanınması, mülki iş üzrə "xxxx" MMC ilə X12 arasında bağlanmış olan 09 yanvar 2016- cı il tarixli 2018 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin ləğv edilməsi, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququmun maneəsiz həyata keçirilməsi üçün mübahisəli mənzilin boşaldılaraq iddiaçıya təhvil yeriməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının iddia tələbləri təmin edilməmiş, X5 iddia tələbi qismən təmin edilərək mənzilə onun istifadə və sahiblik hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi daha sonra yuxarı instans iya məhkəmələrinin qərarları ilə qüvvədə saxlanılmışdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 nömrəli iş üzrə qəbul etdiyi 22 may 2019-cu il tarixli hökmünə əsasən, Cavabdeh3 qabaqcadan əlbir olduğu Cavabdeh4 ilə bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərində n sui-istifadə etmiş, habelə vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişlər. Belə ki o, təkrarən qulluq mövqeyindən istifadə etməklə Cavabdeh4 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, eyni niyyətlə qeyd olunan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 102.3 kv.m. olan 303 nömrəli mənzili Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2008- tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 592 №-li müqavilə ilə mənzilin dəyərinin 6,2 faizi ilkin, qalan hissəsinin 24 ay müddətində ödənilmək şərti ümumilikdə 93.400 manata X14 satmağa razılaşaraq, alıcı tərəfindən nəzərdə tutulan öhdəlik qismən, yəni 2008-ci ilin iyun ayından 2008-ci dekabr ayına kimi olan müddətdə Cəmiyyətin ünvan 1 ünvanında yerləşən ofisində ona cəmi 65.195 manat ödəniş edildiyinə qörə xx.xx.2008-ci il tarixli 592 №-li müqavilənin 9.1.1 və 9.1.3-cü bəndlərində nəzərdə tutulmuş “sifarişçi” tikinti işlərinin ödəmə haqqını vaxtında ödəmədiyi halda müqaviləyə xitam verməklə, satışdan əldə olunan pulu ilkin alıcıya qaytarmalı olduğu halda, müqqaviləni bir tərəfli qaydada xitam etməklə həmin mənzili xx.xx.2016-cı il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 2018 №-li müqavilə ilə X6 92.070 manata sataraq Yavar Alipourdan aldığı 65.195 manat məbləğində pulu qaytarmadığına görə sonuncunun şikayət etməsinə səbəb olmuş, nəticədə şikayətin qarşısını almaq üçün xx.xx.2016-cı il tarixdə Cəmiyyətin qeyd olunan ünvanında yerləşən ofisində ondan əlavə 28.205 manat pulu alıb 303 nömrəli mənzilin əvəzi olaraq X2 məxsus olan, binanın 9-cu giriş, 7-ci mərtəbə, ümuni sahəsi 102.3 kv.m. olan 291 nömrəli mənzili X14 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədlərixx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 2189 №-li müqaviləni, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışının tərtibi olunub, imza və möhürlə təsdiq olunmasını təşkil edərək Cavabdeh4 vasitəsi ilə Yavar Alipoura verib təkrarən vəzifə saxtakarlığı törətmiş, sonuncuya məxsus 93.400 manat təşkil edən külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir.
6. Həmin hökmə əsasən Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək hər biri ümumilikdə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Eyni zamanda zərərçəkmiş kimi tanınan hüquqi şəxs Cavabdeh2 MTK-nın mülki iddiası təmin olunmuş, təqsirləndirilən şəxslər Cavabdeh3 və X3 2.111.000 manat alınaraq Cavabdeh2 MTK-ya verilməsi hökm edilmişdir. Həmin hökmlə həm də müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC və Cavabdeh2 MTK arasında 14 oktyabr 2004-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləni, Cavabdeh1 MMC tərəfindən Cavabdeh3, Cavabdeh2 MTK tərəfindən isə X7 imzalamışlar. Müqaviləyə əsasən “Sifarişçi” Cavabdeh2 MTK özünə məxsus ünvan 2 ünvanda yerləşən 1,8 hektar torpaq sahəsini, ümum i 4,2 hektar torpaq sahəsini “Podratçı”- Cavabdeh1 MMC-yə çoxmənzilli evlərin tikintisi və abadlq işlərinin aparılması məqsədi ilə vermişdir. Müqavilənin şərtlərinə görə əgər ümumi tikilən sahə 168.000 kv.m-dən çox olarsa, onda “Podratçı” satışa yararlı olan sahənin 25%ni “Sifarişçiyə” verir.
7. Hökmdən məhkumların və zərərçəkmiş şəxsin verdikləri apellyasiya şikayətlətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-930/2019 nömrəli iş üzrə qəbul etdiyi 26 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, hökm dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı X15 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələb inə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən müqavilələr üzrə ödədiyi 94,400 manat vəsaitin, 66.918,5 manat dəymiş maddi ziyanın, 50.000 manat dəymiş mənəvi ziyanın, vəkil xidmətlərinə görə 111 manat vəsaitin, ümumilikdə 211.429,5 manat pulun və 501,43 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, onunla ilə Cavabdeh1 MMC arasında 31 may 2008-ci il tarixdə 592 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında Müqavilə ilə mənzilin dəyəri bir kvadrat metr üçün 913 manat olmaqla cəmi 93.400 manata razılaşdırılmışdır. Eyni zamanda, müqavilənin qiymətin in dəyişməz olaraq qaldığı da şərtləndirilib. Lakin Cavabdeh1 MMC tərəfindən ona satılan mənzil təkrar olaraq başqa şəxsə satıldığı müəyyən edildiyindən, əvəzində sadəcə mərtəbəsi ayrı olan eyni ölçülü və eyni parametrli mənzil veriləcəyi bildirilib. Cavabdeh təşkilatla 22 iyun 2016-cı il tarixində əvvəlcə 2189 saylı, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə” imzalanıb və elə eyni gündə 5 saylı ASAN Xidmət mərkəzinin notariat kontorunda 3M-288 reyestr nömrəli “Razılaşma sazişi” imzalanıb. O, birinci müqavilə şərtləri üzrə ödəməli olduğu məbləğin ödənilməmiş olan hissəsini 28.205 manatı elə həmin tarixdə ödəyib həmin məbləğə dair qəbzi alıb. Ödəmə yekunlaşdığına görə, Cavabdeh1 MMC tərəfindən həmin tarixdə ona müqavilə öhdəlikləri üzrə borcun olmadığını təsdi q edən maliyyə arayışı da verilib. “Razılaşma sazişi”nə əsasən, tərəfər, 22 iyun 2016-cı il tarixdə bağlanan “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əvvəllər, yəni 31 may 2008-ci il tarixdə bağlanan “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin hüquqi nəticəsi olduğunu qəbul edib. Saziş ilə “Podratçı” adlandırılan mülki iş üzrə Cavabdeh1 MMC birinci müqavilədə nəzərdə tutulan şərtlərin 13-cü mərtəbədə yerləşən 303 nömrəli mənzilin yerinə, 7-ci mərtəbədə yerləşən 291 saylı mənzili təhvil verməyi öhdəsinə götürüb. Bundan əlavə, “Podratçı” məhkəmə mübahisəsindən, üçüncü şəxslərin hüquq və iddialarından azad mənzili “sifarişçiyə” təqdim etməyi öz öhdəsinə götürüb. Lakin 291 saylı mənzilin X1 müəyyən edilib, bununla bağlı məhkəmə mübahisəsi olub, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı ilə 291 saylı mənzilə onun mülkiyyət hüquqları tanınıb. O, mənzili əldə edərkən sərfəli bir yatırım etməklə gələcəkdə həmin əmlakdan gəlir əldə edəcəyini düşünürdü. Lakin o, 2008-ci ildən bəri çıxılmaz bir vəziyyətlə üzləşib. Bu illər ərzində nə əmlakı, nə də ona yatırdığı pulu qaytara bilməyib. Üstəlik əmlakını almaq üçün müraciət etdiyi sonsuz məhkəmə mübahisələrində vaxtı, vəsaiti ilə yanaşı enerjisini, əsəblərini də itirmiş olub. Baxmayaraq ki, o, vaxtılə ödədiyi vəsaitin dəyəri dəfələrlə düşüb, hazırda məcbur qalaraq mənzilə görə ödədiyi məbləğin qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdehlərin öz öhdəliklərini lazımi şəkildə icra etməməsi nəticəsində o, öz əmlakından məhrum olub. Mə nzilə görə ödəmiş olduğu 93.400 manat pul məbləği cavabdehlərdən tutularaq ona ödənilməlidir. Qeyd olunmalıdır ki, onunı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2015-ci il tarixli müqavilə əsasında sayğaclara görə ödənilən 1.000 pul vəsaitinin də ödənilməsini tələb edir. Cavabdehlər mənzilə görə vəsaiti ödəməyə başladığı müddətdən, yəni 2008-ci ildən onun vəsaitini qanunsuz saxlamaqla ona külli miqdarda maddi ziyan vurub. Bundan başqa, o, mənzilə görə pulları ödədiyi zaman ABŞ dolları ilə ödəyib. Ödədiyi zaman dolların mövcud olmuş məzənnəsi ilə hazırki məzənnəsində ən azı iki dəfə fərq yaranıb. Cavabdehlər uzun illər ərzində onun pulundan istifadə edərək ondan faydalanıb. Ona isə yalançı vədlər veriblər. Bu illər ərzində ona dəyən maddi ziyan mülki qanunvericilikdə nəzərdə tutulan minimum 5% ol maqla aşağıdakı kimi qiymətləndirilməlidir. 2009-cu ildə alınmış 83.010 manatı 14 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 4.150,5 x 14 il =58.107 manat; 2015-ci ildə alınmış 1.000 manatı 7 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 50 manat x 7 il=350 manat; 2016-cı ildə alınmış 28.205 manatı 6 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 1.410,9 x 6 il = 8.461,5 manat,cəmi 66.918,5 manat. Cavabdehlər tərəfindən aldadılaraq pul vəsaitindən və əmlakından məhrum olmağı, ödədiyi məbləğ qarşılığında nə əmlak və məbləğini ala bilməməyi, bununla bağlı sonsuz məhkəmə çəkişmələrinə sürüklənmiş olmağı onda insanlara qarşı sonsuz inamsızlıq hissi yaradıb, mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olub. Cavabdehlərin əməlləri nəticəsində ona mənəvi zərəri n vurulması faktı danılmazdır və o, dəymiş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Ona vurulmuş maddi ziyanın tutulması ilə yanaşı həm də dəymiş mənəvi zərər ödənilməlidir. Müqavilənin cavabdeh "xxxx" MTK ilə bağlanmadığına baxmayaraq dəymiş ziyanla bağlı tələb etdikləri məbləğ "xxxx" MTK-dan da tutulmalıdır. Baxmayaraq ki, mənzilin dəyəri cavabdehlərdən Cavabdeh1 MMC-yə ödənilib, Cavabdeh2 MTK-nın səlahiyyətli nümayəndələri tərəfindən hər iki mənzil ona satılarkən onların razılığının alındığı təsdiq edilib. Buna görə də, tələb etdiyi məbləğ digər cavabdehlərlə müştərək olaraq "xxxx" MTK-dan da tutulmalıdır.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-336/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə müqavilələr üzrə ödədiyi 93.400 manat vəsait, 54.097,3 manat dəymiş maddi ziyan, 2.000 manat dəymiş mənəvi ziyan, vəkil xidmətlərinə görə ödənilmiş 111 manat, ümumilikdə 149.608,3 manat pulun və 501,43 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, ağır nəticələrə səbəb olan mühim zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş,habelə vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməklə X11 ümumilikdə 93.400 manat pulunu mənimsəmişlər. Onlar hər ikisi Cavabdeh1 MMC-nin təsisçiləridir.
12. Qeyd olunan məhkəmə qərarlarının məzmunundan, həmin işlər üzrə ifadə vermiş şəxslərin ifadələrindən həmçinin görünür ki, X4 müqavilə əsasında ayrılmış mənzil binadakı payların 25%-nin sahibi “Sifarişçiyə”- Cavabdeh2 MTK-ya məxsus olan hissədə yerləşir. Ziyanın həm Cavabdeh1 MMC və onun təsisçiləri Cavabdeh3 və Cavabdeh4 tərəfindən, eləcə də çöxmənzilli binanın tiki ntisində 25% paya sahib olan Cavabdeh2 MTK tərəfindən vurulması da iş materialları ilə öz təsdiqini tapır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya həmin məbləğdə ziyan dəyməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır və hazırda mübahisə predmeti deyil. Ziyanın həm Cavabdeh1 MMC və onun təsisçiləri Cavabdeh3 və Cavabdeh4 tərəfindən, eləcə də çoxmənzilli binanın tikintisində 25% paya sahib olan Cavabdeh2 MTK tərəfindən vurulması da iş materialları ilə öz təsdiqini tapır. Bundan başqa cavabdehlər 2009-cu ildə pulun 65.195,75 manatı hissəsini, 2016-cı ildə isə 28.205 manat hissəsini alaraq bu vaxta qədər qaytarmamaqla iddiaçıya əldən çıxmış fayda qismində də ziyan vurmuşlar. Məhkəmə hesab etmişdir ki, zərər aşağıdakı qaydada hesablanmalıdır: 2009-cu ildə alınm ış 65.195,75 14 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 3.259,75 x 14 il =45.635,8 manat, 2016-cı ildə alınmış 28.205 manatı 6 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 1.410,9 x 6 il = 8.461,5 manat, cəmi 54.097,3 manat.
14. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçının 2009-cu ildən başlayaraq dəfələrlə aldadılması, ona məxsus olan ödənilmiş 93.400 manat pul məbləğinin müqabilində vəd edilən, köçüb yaşamaq istədiyi mənzilin verilməməsi və ya uzun illər ərzində ödədiyi məbləğin geri qaytarılmaması heç şübhəsiz onda mənəvi sarsıntılar, əsəb gərginliyi və digər neqativ halların yaranmasına səbəb olmuşdur. Məhkəmə bunun üçün əlavə sübutların tələb olunmasında zərurət görməmiş və bunula yanaşı dəymiş mənəvi ziyanı 2.000 manat dəyərində qiymətləndirmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 82.4, 445.1, 445.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən Cavabdeh2 MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin özünə aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü maddəsini işin hallarına tətbiq edərək iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 nömrəli iş üzrə qəbul etdiyi 22 may 2019-cu il tarixli hökmünü nəzərə almışdır. Lakin məhkəmə həmin ma ddi hüquq normasını tətbiq edərkən, hökmdə onların iddiaçı ilə yanaşı zərərçəkmiş olmaqlarını, onlara münasibətdə, təqdim etdikləri mülki iddia tələbinin təmin olunduğunu və nəhayət iddiaçıya məhz Cavabdeh1 MMC-nin rəhbər şəxslərinin qanunazidd əməlləri nəticəsində ziyan vuruluduğu və həmin ziyanı onlardan tələb etmək hüqunun ona izah olunduğu nəzərə alınmamışdır. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının ona dəymiş ziyanı onlardan tələb etməyi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçıya dəymiş ziyan, məhz iş üzrə cavabdeh olan Cavabdeh1 MMC-nin rəhbər şəxslərinin qanuna zidd əməlləri nəticəsində yaranmışdır. Qeyd olunan hal, iddiaçı tərəfindən iş materillarına əlavə olunmuş hökmlə də öz təsdiqini tapır. Həmçinin iddiaçının tələb etdiyi ziyan olaraq, mənzil almaq üçün ödədiyi pul məbləği nin məhz digər Cavabdeh1 MMC-nin kassasına mədaxil olunduğu da iş materillarına əlavə olunmuş maliyyə arayışları və kassa mədaxil qəbzləri ilə öz təsdiqini tapır. İddiaçı ilə imzalanmış müqavilələrin heç birində onların adları keçmir. Həmçinin iş materiallarına əlavə olunmuş hökmdən müəyyən olunur ki, iddiaçı ilə yanaşı onlar da Cavabdeh1 MMC-nin rəhbər şəxslərinin qanunzidd əməllərinə münasibətdə zərərçəkmiş qismində tanınmışlar. Hətta tərəfindən verilmiş mülki iddia ərizəsi də təmin olunmuşdur. Eyni zamanda həmin hökmdə iddiaçıya da, mülki mühakimə icraatı qaydasında ona dəymiş ziyanı təqsirləndirilən şəxslərdən tələb etmək hüququ izah olunmuşdur. Əgər iddiaçı ona Cavabdeh1 MMC tərəfindən satılmış mənzilin onunla Cavabdeh1 MMC arasında olan podrat müqaviləsi üzrə onlara düşən paya düşməs ini istinad edirsə, onda sübut etsin ki, o, mənzilə görə ödədiyi pulu onlara ödənilmişdir. Həmçinin iddiaçının özünün məhkəməyə təqdim etdiyi hökmdən görünür ki, onlarla Cavabdeh1 MMC arasında olan podrat müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş və nəticədə onlara çatası əmlaklar Cavabdeh1 MMC-nin rəhbər şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə təkrar olaraq satılmışdır. Odur ki, məhkəmə qeyd olunan xüsusatlara qiymət verməmiş və onlara münasibətdə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı X15 iddia edir ki, ona mənzil satılmış və mənzillə bağlı ona zərər dəymişdir, o bü tün cavabdehlərdən dəymiş ziyanı tələb edir. Bu işlə bağlı araşdırma aparılmış, hökm qəbul olunmuşdur. Cavabdeh1 MMC ilə Cavabdeh2 MTK arasında podrat müqaviləsi bağlanmışdır. Hökmdə mənzilin satışı ilə bağlı araşdırma aparılmışdır.
19. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh3 bildirmişdir ki, MMC ilə aralarında 25-75 faiz arasında bölgü olmuş, lakin bütün satış Cavabdeh1 MMC tərəfindən həyata keçirilib. Cavabdeh2 MTK-nın boş torpaq sahəsi olubdur. Sərəncamı almış, inşaatı həyata keçirmişlər, 37 bina tikilərək təhvil verilmişdir. Onlar 25 faizi sırf gəlir kimi əldə ediblər. Cavabdeh2 MTK-nın adından müqavilə bağlamaq səlahiyyətləri var idi. Cinayət işinin materiallarında Cavabdeh2 MTK-nın möhürü və imzası ilə 2015-ci il tarixli belə bir sənəd vardır ki, “mənim üzərimə düşən 25 faizi almışam, indi və gələcəkdə Cavabdeh3 heç bir alacağım və verəcəyim yoxdur”. X15 7 il ərzində heç bir ödəniş etməyibdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3253/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Günay Axundova) Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MTK-ya aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi Cavabdeh2 MTK-ya münasibətdə rədd edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanun i əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən görünür ki, iddiaçı müqavilələr üzrə ödənilmiş 94.400 manat vəsaitin, dəymiş maddi zərər olaraq 66.918,5 manat, mənəvi zərər olaraq 50.000 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır k i, istər müqavilə tərəfləri, istərsə də müqavilə münasibətlərində olmayan şəxslər arasında zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk öncə iddiaçı ilə Cavabdeh2 MTK arasında öhdəlik hüquq münasibətlərinin yaranıb-yaranmamasına hüquqi qiymət verilməlidir. Belə ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MTK arasında nə 303 saylı, nə də 291 saylı mənzil ilə əlaqədar hər hansı müqavilə bağlanmamış, bu mənzillər haqqında xx.xx.2008-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavillələr Cavabdeh1 MMC ilə bağlanılmış, müqavilələr üzrə müvafiq məbləğdə pul vəsaiti həmin MMC-yə ödənilmiş və bu barədə MMC tərəfindən iddiaçının adına kassa mədaxil orderləri tərtib edilmiş, həmçinin Xətai rayonu, Xocalı prospekti 29 ünvanında inşa edilən İX blokun Vİİ mərtəbəsində yerləşən 2 otaqlı, 102,3 kv.m sahəsi olan 291 saylı mənzilə görə bağlanmış xx.xx.2016-cı il tarixli 2189 saylı razılaşma sazişi üzrə İddiaçı Abolf athın şirkətə heç bir borcu qalmadığı barədə xx.xx.2016-cı il tarixli maliyyə arayışı ona Cavabdeh1 MMC tərəfindən verilmişdir. Bundan başqa iddiaçı ona satılan 303 nömrəli mənzilin Cavabdeh2 MTK-nın payına düşdüyünü, həmin mənzilin 2008-ci ildə iddiaçıya Cavabdeh2 MTK tərəfindən satıldığını, sonradan iddiaçıya satılan 291 nömrəli mənzilin də Cavabdeh2 MTK-yə məxsus olan mənzillərdən olduğunu, bunun Cavabdeh2 MTK-nın səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edildiyini bildirir. İşdə olan sübutlardan göründüyü kimi Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MTK ilə bağlanmış 14 oktyabr 2004-cü il tarixli podrat müqaviləsinin şərtlərinin pozulduğu, müqaviləyə əsasən LTD-nin payına düşən yaşayış və qeyri-yaşayış sahalərinin verilmədiyi, bu mübahisənin məhkəmə qaydasında araşdırıldığı, mübahisə pr edmeti olan sahələrin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-63/2017 nömrəli, 17 mart 2017-ci il tarixli qətnaməsinə əsasən verilməli olduğu müəyyən edilmişdir.
24. İş üzrə araşdırılmış hallara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilələr üzrə iddiaçıya təhvil verilməli olan mənzillər ona Cavabdeh1 MMC tərəfindən satılmış, müvafiq məbləğdə pul məhz Cavabdeh1 MMC-nin balansına ödənilmiş, Cavabdeh1 MMC-nin də Cavabdeh2 MTK adından hər hansı əqd bağlamaq üzrə hüququ olmamışdır. Beləliklə də, tərəflər arasında müqavilədən irəli gələn hər hansı öhdəlik hüquq münasibətləri yaranmamış, delikt öhdəliyinin yaranmasını mümkün edən və qanunvericilikdə öz əksini tapan şərtlərin və ya bu cavabdehin iddiaçının hesabına varlandığı halların mövcudluğu da işdə olan sübutlara əsasə n öz təsdiqini tapmamışdır. Cavabdeh2 MTK tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmadığından da iddia bu cavabdehə münasibətdə əssasız olduğu üçün rədd edilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 442, 443.1, 443.2, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1, 1096, 1097.1 və 1099-cu maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 93.400 manat məbləğində maddi ziyanın dəyməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır və hazırda mübahisə predmeti deyil. Bakı Apellyasiya Məhkəməsi qətnaməni onunla əsaslandırıb ki, tərəflər yəni, iddiaçı ilə Cavabdeh2 MTK arasında müqavilədən irəli gələn hər hansı öhdəlik hüquq münasibətləri yaranmamış, delikt öhdəliyinin yaranmasınımümkün edən və qanunvericilikdə öz əksini tapan şərtlərin və ya bu cavabdehin iddiaçının hesabına varlandığı halların mövcudluğu da işdə olan sübutlara əsasən öz təsdiqini tapmamışdır. Halbuki, iş materiallar ında olan və hətta apellyasiya məhkəməsinin özünün qətnaməsində istinad etdiyi həm 2-2(82)-63/2017 nömrəli, 17 mart 2017-ci il tarixli qətnaməsindən həm də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)92/2019 nömrəli, 22 may 2019-cu il tarixli hökmündən aydın görünür ki, Cavabdeh2 MTK hazırki, iş üzrə birbaşa cavabdeh olmalıdır və Alipour Yavara dəymiş ziyanı əsasən məhz Cavabdeh2 MTK ödəməlidir, əks təqdirdə cavabdeh iddiaçının hesabına əsassız varlanmış olur. Belə ki, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 nömrəli, 22 may 2019-cu il tarixli hökmündə şahid qismində ifadə verən "xxxx" ASC-nin İdarə Heyətinin sədri, X7 bildirmişdir ki, Cəmiyyətin 969.000 ədəd səhmi olmuş, həmin səhmlərin 947.000 ədədi Cavabdeh2 MTKya məxsus olmuşdur. 2006-cı ildə "xxxx" ASC-nin mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 MTK tərəfindən özəlləşdirilmişdir. "xxxx" ASC fəaliyyətini dayandırdıqdan sonra Cavabdeh2 MTK ilə Cavabdeh1 MMC arasında podrat müqaviləsi imzlanmış və Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında 37 bloklu hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanmışdır. Podrat müqaviləsi Cavabdeh3la onun arasında bağlanmış, həmçinin Nəriman Ramazanov, Araz Mehdiyev, Rüfət İbrahimov və Tərlan Qədirov müqaviləni imzalamışlar. Sifarişçi Cavabdeh2 MTK, podratçı isə Cavabdeh1 MMC olmuşdur (Hökm səh.29). 303 nömrəli mənzil Cavabdeh2 MTK-nın payına düşən mənzil olmuşdur. Həmin mənzil 2008-ci ildə Alipour Yavara Cavabdeh2 MTK satmışdır. Lakin pulu Cavab deh1 MMC almışdır. Sonradan mənzili başqa şəxslərə satmışdır (Hökm səh.30, abzas 1). Bakı Ağır Cinayətlər Məhkəmsinin qeyd edilən hökmündə hazırki, iş üzrə iddiaçı zərərçəkmiş şəxs kimini tanınmış və ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilib. Göründüyü kimi Cavabdeh2 MTK-nın əsas payçılarından biri olan şahid ifadəsində təsdiq etmişdir ki, 303 nömrəli mənzili Cavabdeh2 MTK-nın məsul şəxslərinin razılığı ilə iddiaçı Alipour Yavara satılıb. Lakin pulun kim tərəfindən alınması iki ortaq arasında olan mübahisədir. Fakt odur ki, hər iki mənzil Cavabdeh2 MTK-nın rəhbərliyinin məlumatlılığı və razılığı ilə satılıb. Bundan başqa, yuxarıda qeyd edilən hökmün səh 32, 2-ci abzasda qeyd edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in 2-2(82)-63/2017 nömrəli, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 MTK ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 oktyabr 2004-cü il tarixli podrat müqaviləsi ləğv edilmiş, Cavabdeh2 MTK-ya məxsus olan Bakı şəhəri, Telnov küçəsi (hazırki ünvan 4 ünvanlarında yerləşən, ümumi sahəsi 4.2 hektar olan torpaq sahəsində inşa edilən çoxmənzilli yaşayış binalarının həmin binalara aid btün sənədlərin əslinin (mühasibat sənədləri, sakinlərlə bağlanmış müqavilələr və s.) Cavabdeh1 MMC-dən alınıb Cavabdeh2 MTK-ya təhvil verilməsi, Bakı şəhər İcra Hakimiyyətinə verilmiş 1.783,3 kv.m. mənzil sahəsi nəzərə alınmaqla ümumi tikilən və satışa yaralı olan sahənin Cavabdeh2 MTK-nın payına düşən 25 faiz hissəsi proporsional qaydada 46.893,42 kv.m yaşayış, 2.739 kv.m. kommersiya x arakterli qeyri-yaşayış, Bakı şəhəri, S.Vəzirov küçəsində inşa edilmiş binaların altındakı avtodayanacaqda 30 ədəd 750 kv.m., Xocalı küçəsində inşa edilmiş binaların altındakı avtodayanacaqda 43 ədəd, 1.181,25 kv.m. və binaların qarşısında inşa edilmiş yeraltı avtodayanacaqda 39 ədəd 780 kv.m, cəmi 112 ədəd 2.711 kv.m. qaraj sahələrinin Cavabdeh1 MMC-dən alınıb Cavabdeh2 MTK-ya verilməsi, əgər həmin sahələr satılmışdırsa, satışdan əldə olunmuş pul məbləğinin və 5.000.000 (beş milyon) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən Cavabdeh2 MTK-nın xeyrinə tutulması qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-646/2017 nömrəli, 25 oktyabr 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22(102)-184/2018 nömrəli, 04 aprel 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayət Məhkəməsinin bu hökmünə Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində bir neçə halda istinad edir, lakin faktlara göz yumur. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh1 MMC-nin satışdan əldə olunan vəsaitlərin, eyni zamanda Alipour Yavarın ödəmiş olduğu pulun Cavabdeh1 MMCdən alınıb Cavabdeh2 MTK-ya ödənilməsi qət edilib. Bu səbəbdən Alipour Yavarın ödədiyi pul vəsiti Cavabdeh2 MTK-dan tutulmalıdır. Əks halda Cavabdeh1 MMC eyni məbləği həm iddiaçı Alipour Yavara, həm də “X24” MTK-ya ödəməli olacaq. Bu isə Cavabdeh2 MTK-nın əsassız varlanmasına səbəb olmaqla tamamilə qanunsuzdur.
28. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və hökmü ilə sübut olunmuşdur ki, 303 nömrəli mənzil iddiaçıya C avabdeh2 MTK-nın bilgisi və razılığı ilə satılıb, həmin mənzilə görə ödənilmiş məbləğ digər Cavabdeh1 MMC-dən alınaraq Cavabdeh2 MTK-ya ödənilib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə
442. Öh dəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
33. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hə rəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçək ənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
41. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
42. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını mə hkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazıl masını göstərməyə borcludur.
49. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Cavabdeh2 MMC-yə yönəlmiş tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 60. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) 61. b) İddiaçının işin halları barə də məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
62. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisi ya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 63. “M. Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübu tları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
64. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının digər cavabdehlərlə yanaşı Cavabdeh2nə qarşı olan maddi zərər tələbi ilə bağlı iddiası üzrə işə baxarkən ortaya çıxan suallara, (yəni, iddiaçıya ma ddi ziyan Cavabdeh2 MTK-nın təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.
66. Belə ki, apellyasiya instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, müqavilələr üzrə iddiaçıya təhvil verilməli olan mənzillər ona Cavabdeh1 MMC tərəfindən satılmış, müvafiq məbləğdə pul məhz Cavabdeh1 MMC-nin balansına ödənilmiş, Cavabdeh1 MMC-nin də Cavabdeh2 MTK adından hər hansı əqd bağlamaq üzrə hüququ olmamışdır. Tərəflər arasında müqavilədən irəli gələn hər hansı öhdəlik hüquq münasibətləri yaranmamış, delikt öhdəliyinin yaranmasını mümkün edən və qanunvericilikdə öz əksini tapan şərtlərin və ya bu cavabdehin iddiaçının hesabına varlandığı halların mövcudluğu da işdə olan sübutlara əsasən öz təsdiqini tapmamışdır. Cavabdeh2 MTK tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamşdır.
67. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansını n isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegi yası Qərara aldı: İddiaçı X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3253/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.